Microsoft Word Materiallar Full


MİRZƏ FƏTƏLİ AXUNDOV KOMEDİYALARININ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə495/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   491   492   493   494   495   496   497   498   ...   1149
MİRZƏ FƏTƏLİ AXUNDOV KOMEDİYALARININ  

AZƏRBAYCAN ƏDƏBİYYATINDA ROLU 

 

Nurlanə MƏMMƏDOVA  

Bakı Slavyan Universiteti 



orucalimemmedli@gmail.com 

 

Böyük  ənənələrlə  zəngin olan Azərbaycan mədəniyyətinin inkişafı tarixində  əvəzsiz xidmətləri olan görkəmli 

şəxsiyyətlər sırasında Mirzə Fətəli Axundovun özünəməxsus orijinal bir yeri vardır. Azərbaycan mədəniyyətinin bütöv bir 

dövrü onun adı və zəngin yaradıcılığı ilə bağlıdır. O, Azərbaycanda dramaturgiyanın, yeni realist nəsrin banisi, realist ədəbi 

tənqidin ilk görkəmli nümayəndəsidir. Görkəmli  ədib yazdığı altı pyeslə Azərbaycan  ədəbiyyatında yeni bir ədəbi növün 

əsasını qoymuş, milli dramaturgiyanın banisi kimi şöhrətlənmişdir. 

Onun komediyalarının Azərbaycan mədəniyyətində oynadığı rolu aşağıdakı müddəalarla səciyyələndirmək olar:  

1. M.F.Axundovun komediyaları milli teatrımızın əsasını qoydu. Müəllifin teatr əsərləri yazmaqda əsas məqsədi xalqın 

gözünü açmaq, ona yaxşını və pisi başa salmaq idi. Çünki teatr xalq kütlələrini hərəkətə gətirməkdə böyük tərbiyəvi gücə 

malikdir. 

2. Öz dramaturji yaradıcılığında xəlqilik və realizm prinsiplərinə  əsaslanan Axundov komediyalarında xalq həyatını 

kamil bir şəkildə  əks etdirmişdir. O, bəylərin müftəxorluğunu, ruhanilərin riyakarlığını, tacirlərin tamahkarlığını, çar 

məmurlarının rüşvətxorluğunu qamçılayır, xalqı elmə  və maarifə  səsləyirdi. Bununla da görkəmli  ədib Azərbaycan 

ədəbiyyatında  realist dramaturgiyanın əsasını qoyur. 

3. Axundov öz komediyalarını canlı xalq dili əsasında yazmışdı. O, bununla da ədəbiyyatı xalqa yaxınlaşdırmağı 

bacarmışdı. Komediyalarda istifadə olunmuş xalq dilinə məxsus söz və ifadələrin böyük bir hissəsini yazılı ədəbiyyata ilk 

dəfə Axundov gətirmişdi.  

4. M.F.Axundova qədər maarifçilər  Şərq kontekstindən və formalarından ayrıla bilmir və yalnız Axundovun 

yaradıcılığı ilə  bədii düşüncə  Qərb kontekstinə daxil olur. O belə hesab edirdi ki, Şərqin orta çağ qaranlığından qurtuluş 

yolu özündə deyil, Qərbdədir. Məhz onun səyi nəticəsində  qəzəl epiqonçuluğu, mərsiyə  ədəbiyyatı öz əvvəlki nüfuzunu 

itirmişdi. 

5.  Şərqdə ilk dəfə qadın surətinin real şəkildə  səhnəyə  gətirilməsi Axundova məxsusdur. Klassik ədəbiyyatda qadın 

surəti romantik üslubda təsvir edilir, ilahi gözəl səviyyəsinə qaldırılırdı. Axundov isə qadın obrazlarını realist planda 

komediyasına gətirmişdi. “Hekayəti-molla  İbrahimxəlil kimyagər” komediyasından başqa qalan beş pyesindəki müxtəlif 

qadın obrazları özünəməxsus bir üslubda təsvir edilmişdir. O, Şərq qadınını bütün müsbət və  mənfi cəhətləri ilə  təsvir 

etmişdir. “Hekayəti-xırs quldurbasan” əsərində qadın obrazı müti, aciz, öz taleyinə boyun əyirsə, “Mürafiə  vəkillərinin 

hekayəti”ndə qadın obrazı öz hüquqları uğrunda mübarizə aparır. 

6. Axundov Azərbaycan  ədəbiyyatına gülüş  mədəniyyəti gətirdi. Komediyada gülüş  əsas götürülür, lakin bu gülüş 

ancaq əyləncə üçün olmayıb, ictimai-əxlaqi məna daşıyır. Komediyada gülüş vasitəsilə tamaşaçı, oxucu ictimai həyatdakı 

eybəcərliklərə, insan xasiyyəti və rəftarındakı nöqsanlara gülür və əxlaqi nəticə çıxarır. Deməli, Axundovun  komediyaya 

müraciət etməsi milli zərurətdən doğmuşdur. O, müxtəlif üsullardan istifadə edərək gülüş yarada bilmişdir. Bir tərəfdən 

komediyadakı surətlərin dilindən verilən sözlər vasitəsilə, digər tərəfdən obrazların  şəxsi bacarığı ilə danışığı, hərəkəti 

arasında ziddiyyətin qarşılaşması yolu ilə insan xarakterində olan nöqsanları açıb göstərə bilmişdi. O, müəyyən bir mətləbi 

həyata keçirmək məqsədilə  ağlasığmaz tədbirin görülməsi yolu ilə gülüş yaradır. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” 

komediyasında qadın obrazları Teymur ağanı gizlətmək üçün vəzirin başına oyun açırlar. Onlar vəziri aldadırlar ki, başın 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   491   492   493   494   495   496   497   498   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin