II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
284
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Əjdahanınağzından həyat tapmaq olarmı?
İlan qoca vaxtında əjdahayadönəndir.
Dahi sənətkarımız əsərdə çoxlu sayda dini əsatir və rəvayətlərə də yer vermişdir.
Paltarını boyadı fələyin lil gölündə,
Hindistanda yas tutdu, gözu yaşlıydı gündə;
Fələyin lilini ki, yudu harda göz yaşı,
Kəndalaşlar bitirdi dərhal orda göz yaşı.
Dini əsatirə görə, Adəm peyğəmbər Cənnətdən çıxarıldıqdan sonra Hindistanda qırx il göy paltar geyib tövbə edərək
o qədər göz yaşı tökür ki, nəhayət, fələyin fəlakəti ondan uzaqlaşır və onun ayaqları altında göy otlar bitir. Adəm
Cənnətdə olarkən oranın xəzinədarı güllərin, meyvə ağaclarının və başqa bitkilərin toxumunu ona vermişdi, o isə Yer
üzünə gələndən sonra o toxumların hamısını çöllərə səpir.
Ensiklopedik zəka sahibi, ulu mütəfəkkir Nizami Gəncəvinin sənət dünyasının hüdudları o qədər sonsuzdur ki, neçə
yüz illər, min illər bundan belə elmi axtarışlar-araşdırmalar tələb edəcək.
Dostları ilə paylaş: |