Microsoft Word Materiallar Full


QARA ZÜLF VƏ HAFİZ POEZİYASINDA ONUN MİSTİK İFADƏSİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə497/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   493   494   495   496   497   498   499   500   ...   1149
 

QARA ZÜLF VƏ HAFİZ POEZİYASINDA ONUN MİSTİK İFADƏSİ 

 

Məhəmməd PAKZAD 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 

 

Ürfanda zülf simvolu 

Ürfan və  təsəvvüfə aid mənbələrdə zülf ümumiyyətlə Haqqın varlğının gizlində olması, Allahın  əzəmət və  qəzəb 

sifətinin aşkar olması, gözəlliyin aşkar olması, Haqqın varlığının aşkara çıxmasının mümkünlük dərəcəsi, müxtəlifliyi və 

rəngarəngliyi, salikin sülukunda ilahi sirlərin açılmasının çətinlikləri, Haqqın çöhrəsindəki pərdə, Cənab Allahın formalar 

silsiləsi və süluk təriqətini simvolizə edir. Qeyd olunan məzmunların hamısının izahı  məqalə  çərçivəsindən daha geniş 

araşdırma tələb etdiyi üçün onların yalnız bəziləri ilə kifayətlənəcəyik:  

“Zülf  əzəmətin cismani formalarda təzahürünə  işarədir. Bəziləri zülfü vəhdət üzrinə  pərdə  çəkdiyi üçün çoxluq və 

müxtəlifliyə bənzətmişlər. Əgər çoxluq pərdəsini ortadan qaldırsalar, vəhdət olduğu müşahidə edilər.”. 

İmam Məhəmməd Qəzali yazır: “Zülf deyilərkən küfr zülməti, üzün nuru deyilərkən iman nuru nəzərdə tutula bilər. 

Zülflə  Cənab Allahın forma silsilələri dərk edilə bilər... Zülf deyilərkən ağıl və idrak vasitəsilə Allah və ya onun 

qəribəliklərindən tükün ucu qədər məlumat almaq istəyən şəxsin Cənab Allahın formalar silsiləsi ilə bağlı dərki qəsd edilə 

bilər. Əgər zülfə bir düyün düşərsə, bütün saylar yanlış nəticə verər, ağıllar dəhşətə gələr.”. 

“Mümkün varlıqların çoxluq və müxtəlifliyi Allahın simasının çoxluq örtüyündə gizliliyi prinsipinə  əsasən zülfə 

oxşadılmışdır. Zülfün uzunluğu mövcudatın, çoxluqların və müxtəlifliklərin məhdud olmadığına işarədir. Zülf və çoxluqlar 

həqiqətən vahid olanın üzündəki örtük və pərdəni ifadə edir.”. 

Göründüyü kimi, mistik və ürfani şeirlərdə saç telləri mümkün varlıqların çoxluğunu simvolizə edir. Məşuqun parlaq 

və nurlu üzü tək olduğu üçün vəhdəti simvolizə edir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   493   494   495   496   497   498   499   500   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin