Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə493/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   489   490   491   492   493   494   495   496   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

283 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

NİZAMİ GƏNCƏVİNİN “SİRLƏR XƏZİNƏSİ” ƏSƏRİNDƏ FOLKLORİZM 

 

Nuridə BİLALOVA 

Qafqaz Universiteti 



nuride_90@mail.ru

 

 

Folklor yazılı  ədəbiyyatın yaranması  və inkişafı üçün əvəzsiz mənbələrdən biridir. Azərbaycan xalqının  şifahi 



ədəbiyyatı ilə yanaşı yazılı  ədəbiyyatı da güclü və  qədimdir. Qətran Təbrizi, Xətib Təbrizi,  Əbül-Üla Gəncəvi, Nizami 

Gəncəvi, Həsənoğlu və s.  dahi şairlərin hamısı yazılı ədəbiyyatımızın X-XII əsr nümayəndələridir. Ancaq onu da qeyd 

etmək lazımdır ki, belə dahi şairlər birdən-birə yetişə bilməzdilər. Onların yetişməsində  zəngin  şifahi xalq ədəbiyyatı 

nümanələrinin də böyük rolu olmuşdur. 

Dahi sənətkarlarımızdan biri olan Nizami Gəncəvi dünyaca məşhur əsərlərində folklordan geniş istifadə etmişdir. Bu 

məsələ çərçivəsində “Sirlər xəzinəsi”nə nəzər salaq. Bu əsərdə xalq ədəbiyyatından alınmış süjet və motivlər çoxdur. Bu 

hal  şairin sənətkarlıq qüdrətinin böyüklüyünə  işarədir. Çünki hər bir yaradıcı insan öz xalqının qədim  ədəbiyyatını 

dərindən bilməli və öz yaradıcılığından ondan məharətlə istifadə etməyi bacarmalıdır. Dahi şairimiz Nizami Gəncəvi də 

belə qüdrətli sənətkarlardandır. Demək olar ki, onun əsərlərinin hər bir hissəsində xalq nəfəsini duymaq mümkündür. 

Nizaminin vaxtı ilə xalqın dilindən alaraq əsərlərinə köçürdüyü zərbi-məsəllərin demək olar ki, əksəriyyəti heç bir 

dəyişikliyə uğramadan indi də olduğu kimi işlənilməkdədir. 

                        Halal zəhmət itməyib, əlləşmək deyil eyib,   

                        Tanrı səndən hərəkət, məndən bərəkət deyib

          Və ya:  

                        Fələk açsa başına nə pəstaha yaxşıdır,  

                        Nadan dostdan ağıllı düşmən daha yaxşıdır

          Şair  əsərin bir çox yerlərində atalar sözlərini, zərbi-məsəlləri öz sənətkarlığı ilə  bəzəyərək ifadə etmişdir ki, bu 

ifadələrlə tanış olan oxucu beyti oxuyarkən onların təsirini açıq-aydın görür. 

                         Haqq söz halva da olsa, haqsız üçün acıdır,  

                         Haqq-acı, fəqət hamı həqiqət möhtacıdır. 

           Bu misralar  “düz söz acı olar” atalar sözünün daha gözəl ifadə olunmuş formasıdır. 

                         Hansı vəfa əhli ki, yetmiş əhdə, murada, 

                         Yalnız cəfa çəkməklə qalxa bilmiş o qata. 

           Bu beytdə isə “cəfa çəkmədən səfa olmaz” ifadəsinin təsirini aydın görürük. 

          "Pişik öz balasını çox istədiyindən yeyər" zərbi-məsəli hamının tanış olduğu  məsəldir. Nizami bu məsəli belə şərh 

edir: 

                          Bir-birinə isnişib həyan olar pişiklər,  



 

                          Balasını istəkdən yeyən olar pişiklər. 

           Nizami yaradıcılığı Azərbaycan folkloru ilə folklor da öz növbəsində Nizami irsi ilə elə qaynayıb qarışmışdır ki, 

çox hallarda  bunları bir-birindən ayırmaq, təcrid etmək, kimin kimdən faydalandığını müəyyənləşdirmək mümkün 

deyildir. 

           Əsəri oxuyarkan elə ifadələrə, xüsusi adlara rast gəlirik ki, onların mahiyyətini anlamaq üçün təkcə türk xalqlarının 

şifahi yaradıcılıq nümunələrini dərindən bilmək kifayət etmir. Bu, dahi sənətkarın təkcə türk xalqlarının folklor 

nümunələrini deyil, həmçinin qədim yunan, hind, çin, iran və s. xalqların folklor nümunələrinə yaxından bələd olduğunu 

göstərir. 

                          Çocuğunu simürğə bəxş edən Sam gənc ikən 

                       Çocuğunun saçları ağappaqdır bəs nədən? 

        “Dünya hadisələrinə dair” üçüncü söhbətdə keçən bu beytdə Nizami Gəncəvi İran pəhləvanı Rüstəmin babası Sam 

haqqında olan bir əfsanəni qələmə almışdır. Rəvayətə görə, Samın oğlu Zal anadan olanda saçı ağappaq imiş və atası bunu 

bədbəxtlik  əlaməti hesab edərək uşağı bir dağ döşünə atdırmışdı. Guya əfsanəvi Simurğ quşu onu götürüb Qaf dağına 

aparmış və öz yuvasında bəsləmişdir. 

        Sənətkar əsərdə əfsanə və ravəyətlərlə yanaşı div, əjdaha kimi qədim mifik surətlərdən də istifadə etmişdir.  

Əsatiri obraz kimi div müxtəlif şəkildə təsvir olunur. Div adı “kin-qəzəb divi”, “sərxoşluq divi”, “həsəd divi” və s. kimi 

mənfi sifətləri özlərində əks etdirir. 

       Nizami də “div” dedikdə, məhz bu mənfi xüsusiyyətləri nəzərdə tutmuşdur.  

 Divəlinə keçməmiş yaxa, sinə cahanda,  

                         Sığın könül mülkünə, məsləkinə cahanda. 

      Şair həmçinin mənfi obraz kimi bir neçə yerdə əjdaha mifik surətindən də istifadə etmişdir. 

Əjdahatəkvermədi bircə qurtum su səhər; 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin