II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
280
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Mənsur şeirin adının və janr xüsusiyyətlərinin qarışıq salınması barədə daha çox misallar güstərmək olar. Lakin bilmək
lazımdır ki, bu janrda vəzn və qafiyə istisna olmaqla lirik şeirin bütün elementləri gözlənilir. Elə olur ki, mənsur şeir ən çox
üslubi xüsusiyyətləri ilə seçilir fərqlənir. Poetik çalarlığı və ahəngdarlığı ilə özünün yüksək emosianallığı poeziya üçün
xarakterik olan obrazlar, motivlər və ideyalar dairəsi ilə əsl lirik əsərlərlə bir səviyyədə dayanır. Bütün bunlar isə yuxarıda
deyildiyi kimi nəsrə aid olmayıb lirik şeirin ifadə xüsusiyyətlərini özündə cəmləşdirir.
Mənsur şeir və onun xüsusiyyətləri barədə görkəmli rus ədəbiyyatşünası A.Kvyatkovskinin də maraqlı mülahizələri
vardır. O yazır: Mənsur şeir sərbəst, dismetrik ( ölçülü olmayan ölçüsüz S.N) şeirlə nəsr arasında orta aralıq bədii formanı
təmsil edir, daha doğrusu bu məzmunca mənzum və formaca mənsur əsərdir. Onun əksi kimi məzmunca mənsur formaca
mənzum –sözün qısası şeirlə yazılmış nəsrə də təsadüf olunur. Fraqment ədəbiyyatın bir sıra növləri mənsur şeirə yaxın
mövqe tutur. Mənsur şeir çətin ədəbi janrdır.
Mərhum tənqidçimiz filolohgiya elmləri namizədi Sokrat Mmusayev G.Hüseynoğlunun yaradıcılığından bəhs edən
‘’Mənsur şeir ustası’’ məqaləsində alimin yuxarıda stat gətirdiyimiz bəzi mülahizələri ilə haqlı olaraq razılaşmadığını
bildirmişdir.
Mənsur şeirin bir janr kimi özünün qayda qanunları başqa janrlardan ciddi fərqi vardır. Bəzi alimlər mənsur şeiri şeirlə
nəsr arasında keçid mərhələsi hesab edirlər. Mənsur şeiri məzmununa görə poetik formasına görə nəsr adlandıran
A.Kvyatkovskinin firkini doğru hesab etmək olmaz. Hər hansı bir janrın forma və məzmunu bir birinə uyğun gəlməsə
orada həqiqi sənət əsəri yoxdur- deyir.
Şübhəsiz bu sözlərdə həqiqət vardır. Lakin həyat heç də istisnasız deyildir. Bu cəhətdən A.Kvyatkovskinin də
fikirlərini inkar etmək olmur. Çünki məsnur şeirin necə deyərlər adı üstündədir. Birinci tərəfi mənsur nəsri ikinci tərəfi şeir
poeziyanı xatırladır.
Filologiya elmləri doktoru professor Abdulla Abbasov G.Hüseynoğlunun yaradıcılığına ayrı - ayrı kitablarına həsr
etdiyi məqalələrində ədibin mənsur şeirləri barədə də maraqlı fikirlər söyləmişdir. Həmin məqalələrdə biz onun bu janırın
xüsusiyyətləri və zərifliyini həssaslıqla duyduğunun şahidi oluruq. Professor A.Abbasov ədibin anadan olmasının 60-illiyinə
hısr etdiyi ‘’Bir ömrün çıraqları’’ məqaləsində yazır:
Miniatür nəsrin bu sahəsi sənətkardan dəqiqlik hadisələrə və həyata aydın həssas münasibət sözə xüsusi tələbkarlıq
onun bütün poetik imkanlarından məharətlə istifadə etmək eyni zamanda mənsur şeirlə bağlı olan digər janrlara – poeziyaya
estetikaya musiqiyə bələdlik tələb edir. Çünki məsnur şeirin özünəməxsus janr xüsusiyyətləri tələb və imkanları ifadə tərzi
var. Sinkretik xarakter daşıyan bu janrda hətta dramatik ədəbiyyatın da elementləri qorunub saxlanılır. Az söz böyük
mənalar tələb edən mənsur şeirdə ifadə və birləşmələrin özünün daxili bir ritmi ahəngi bölgüsü lirizmi hətta
melodramatizmi olur. Daha çox hiss və duyğularla bağlı olan lirik mən ön plana çəkilir.
Alimin dediklərində müəyyən həqiqətlər dı vardır.Lakin burada bir nüans var ki bunu qeyd etmək yerinə düşər. Belə ki
məqalədə miniatür nısrin bir sahəsi kimi deyil müstəqil ədəbi janr kimi xarakterizə olunsaydı daha münasib olardı. Miniatür
nəsr nəğməni xatırlatmır. Halbuki müəllif professor İnayət Bəktaşi ilə birlikdə yazdığı ‘’Həyat nəğmələri’’ məqaləsində
mənsur şeiri bədii ruhi təsiri ilə gözəl bir nəğməni xatırladan ədəbi janr adlandırır.
Bu cür məqalələrda olan xırda qüsurlar mənsur şeir haqqında samballı və dəqiq elmi nəzəri fikrin deyilməməsi ilə
bağlıdır.
Dostları ilə paylaş: |