Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə487/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   483   484   485   486   487   488   489   490   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

279 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

toplanmış nümunələr əsasında folklorun bu sahəsinə aid sanballı elmi əsərlər yazmışlar. Bu mərhələnin son illərində - 1988-

ci ildə R.Qafarlı “Azərbaycan uşaq folkloru” mövzusunda dissertasiya işi ilə uşaq folklorunun şifahi xalq ədəbiyyatındakı 

yerini müəyyən etmiş, mənşəyini, inkişaf dinamikasını, toplanması, nəşri və s. kimi aktual problemlərin elmi-nəzəri 

əsaslarını müəyyənləşdirmişdir. 

Üçüncü mərhələ kimi müstəqillikdən sonrakı zamanı göstərmək olar. Bu zaman kəsmini Azərbaycan 

folklorşünaslığında yeni bir mərhələ kimi səciyyələnir.  Ulu öndər H.Əliyevin təşfiq və dəstəyi ilə yaradılan AMEA Folklor 

İnstitutunun bu mərhələdə  fəaliyyətləri danılmazdır. Folklor İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Azərbaycan folkloru 

antologiyası”nın bütün cildlərində “Uşaq folkloru” başlığı altında ayrıca bir bölmə var ki, bu da bu sahəyə ayrılan diqqətin 

təzahürüdür. Qafqaz Universitetinin təşkil etdiyi I və II Beynəlxalq türk xalqları uşaq ədəbiyyatı konqresi (2006 və 2012-ci 

illərdə) bu mərhələdə görülmüş  əsas işlərdəndir. Bu konqres ümumən uşaq  ədəbiyyatına həsr olunsa da uşaq folkloru 

bölməsində bu mövzuda araşdırma aparan həm yerli, həm də xarici tədqiqatçılar (A.Ülgen, A.Kokieva, Ç.Z.Çetin, Ş.Çivitci, 

N.Kayabaşı, E.Yurdoğlu, E.Artun, F.Arslan, F.Söylemezoğlu, Z.Erdoğan, G.Dellal, H.Özcan, M.Şenel, O.Şen, Z.Xəlil, 

Z.Çağımlar, X.Kərimova, T.Salamoğlu, R.Əliyev və s.) elmi məqalələrlə təmsil olunmuş, bu sahə ilə əlaqəli son dövrlərdə 

əldə olunan nailiyyətləri elmi içtimaiyyətlə bölüşmüşlər.  

  

Yuxarıda qeyd olunanlarla yanaşı müasir zamanda Uşaq folklorunun aktual problemlərinə aid tədqiqat işləri 



araşdırmaçılar tərəfindən yerinə yetirilir. Bu dövrün ən son nailiyyəti kimi R.Qafarlının 2013-cü ildə çap olunan 540 

səhifədən ibarət “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyası Azərbaycan uşaq folklorunun nəzəri 

əsaslarını, mənşəyini, yaranma yollarını, nəşri, toplanması və araştırma tarixi kimi aktual problemlərdən bəhs edir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   483   484   485   486   487   488   489   490   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin