ƏFQAN GERÇƏKLİYİ “ÇƏRPƏLƏNG UÇURAN” ROMANI FONUNDA
Nigar AN (SƏFƏROVA)
Bakı Dövlət Universiteti
nigaran@outlook.com
Çağdaş dünya ədəbiyyatına öz qalıcı imzasını atan, hələ ilk romanı bestsellerə çevrilən yazıçılardan biri də əslən əfqan
olan Amerika yazıçısı Xalid Hüseynidir. Əfqanıstanın Kabil şəhərində anadan olan yazar gənc yaşlarından Amerikanın
Koliforniya ştatında məskunlaşır və Şimali Koliforniyada yaşamağa başlayır. Əfqanıstan və Amerika həyatının sintezi
görünən 2003-cü ildə qələmə aldığı birnəfəsə oxunan "Çərpələng Uçuran" romanını avtobioqrafik roman hesab edirik.
Deyə bilmərik ki, çağdaş Amerika ədəbiyyatının görkəmli nümayəndələri - Şimali Amerikada Maykl Şeybon, Tess
Gerritsen, Latın Amerikasında Qabriel Qarsiya Markes, Cerom Devid Selincer, Den Braun kimi yazıçıların yaradıclığının
fonunda əfqan əsilli Xalid Hüseyni romançılığının bədii gücü istənilən səviyyədədir, ancaq hər halda Amerika mühitində
Əfqanıstan həyatını, müharibə şəraitini müasirləri arasında ilk dəfə belə dəqiqliklə poetik qələmə alıb dünyaya çatdıran
yazıçını hər iki ölkənin - qitənin müştərək yazıçısı hesab etmək olar.
Yazıçının ilk qələm təcrübəsi olan “Çərpələng uçuran” romanında bir çox beynəlxalq və məişət planında olan
mətləblər nəzərə çatdırılır:
|