Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə492/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   488   489   490   491   492   493   494   495   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

282 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

TARİXİ YADDAŞ PROBLEMİNİN MİLLİ NƏSRDƏ ƏKSİ MƏSƏLƏLƏRİ 

(M.SÜLEYMANLININ "ERMƏNİ ADINDAKI HƏRFLƏR" ROMANI ƏSASINDA) 

 

Nigar ASLANOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



a.q.nigar@gmail.com 

 

Bütün dövrlərdə olduğu kimi, çağdaş Azərbaycan nəsrində  də yaxın və uzaq tarixi keçmişin təsviri məsələsi öz 

aktuallığını saxlayaraq yazıçı  qələminin  əvəzolunmaz məhsulu kimi başlıca mövzu olaraq  qalmaqdadır. Sözügedən 

mövzunun müstəqillik illərindən sonra xüsusilə daha qabarıq  şəkildə  yaradıcılıq müstəvisinə  çıxarılması heç də  təsadüfi 

deyildir. Belə ki, ədəbi mühitdə dövlətçilik ideologiyasının təbliği probleminin prioritet mövzuya çevrilməsi, müstəqillikdən 

əvvəlki ikili münasibəti, sovet ideologiyasının diqtəsini alt-üst etməyə  zəmin yaradaraq qələm  əhlinin qarşısına geniş 

imkanlar çıxarır. 

Yaratdığı nəsr nümunələrində tarixin silinməz səhifələrini, xalqımızın başına gətirilən müsibətləri qələmə alan, ədəbi 

mühitə 70-ci illərdə  qədəm qoyan Mövlud Süleymanlı tarixi-etnoqrafik dəyərlərin təbliğatçısı kimi yadda qalmaqdadır. 

M.Süleymanlının "Erməni adındakı  hərflər" romanında 1988-ci il – Qarabağ müharibəsinin başlanmasına qədərki dövr, 

yaşanmaqda olan erməni-azərbaycanlı münaqişəsi, bu münaqişənin doğurduğu təbəllüatlar geniş təfərrüatı ilə təsvir olunur. 

Haqlı olaraq oxucu marağına tuş gələn, təzad doğuran  əsərin adının ədib tərəfindən erməni qadınının nitqindən götürülərək 

verilməsi bu sənət nümunəsinin qayəsini, təsir gücünü, onun bədii-estetik siqlətini artırır. Müəllif kimya müəllimi, radikal 

erməni millətçisi Siranuşun “Mənim oğlum da, uşağım da erməni xalqıdır, bu xalq varsa, neynirəm oğlu-uşağı! Erməni 

adındakı  hərflərin min qat sayı  qədərində hamı ölüb-dirilməlidi ki, Ermənistan yaşasın” deməsi ilə bu mənfur xalqın 

böyükdən kiçiyə bir amal uğrunda var gücü ilə çalışması, nəyin bahasına olursa-olsun bu "müqəddəs" məqsəd uğrunda hər 

cür nadanlığa hazır olmasını göstərməklə bizləri, yatmışları oyatmağa, ətalətdən çıxmağa sövq edir.   

Azərbaycançılıq məfkurəsinin, türkçülük ideyalarının təbliğ olunduğu  əsərdə indiki Ermənistan (Qərbi Azərbaycan)  

adlanan  ərazilərimizin, coğrafi məkanlarımızın, yer adlarının təsvirinə geniş yer ayrılır. Müəllif milli soykökün dərin 

qatlarına enərək manevr etməsi, qədim torpaqların tarixindən, etimologiyasından söz açır, mədəni-etnik şüurun bütövlüyünə 

sadiqliyi  yazıçı təxəyyülünün süzgəcindən keçirir. 

Əsərdə türkün böyüklüyü məsələsi, milli türkçülük ənənələri, türk xarakteri mənfur erməni xislətinə, erməni 

ideolgiyasına qarşı qoyulur.  Erməni bəşəriyyətin mövcudluğu boyu türkün böyüklüyü qarşısında daim aciz qalmış və bu 

danılmaz həqiqət yaddaşlara nüfuz etmişdir. Bu böyüklük özünü həmin mənfur xalqın pislik, naqislik elədiyi və bunun 

ədalətli qarşılığı  olaraq adekvat münasibət görməli olduğu halda, əksinə, yaxşılıqla qarşılanmasında göstərir.  

Romanda  İmirxanlı, Uğurlu, Qarakəlləoğlu, Dəmir kişi, Arıq, Aşıq Ayvaz, Balacahunlu, Acaryan, Ulubabayan 

Simukyan Şaliko Simukyan Şaliko  və s. bu kimi obrazlar silsiləsi əsərin əsas ideyasının açılmasında aparıcı rol oynayır. 

Əsərdə  təsvir olunan hadisə  və obraz bolluğu vasitəsilə erməni ideolgiyasının mahiyyətinə baş vurulur, bütün 

eybəcərliyi ilə qarşımıza çıxır. Yazıçı İmirxanlı obrazını yaratmaqla özünün düşüncələrini, hisslərini, yaşadıqlarını oxucuya 

çatdırır, erməninin bir addım türkdən irəli olmasına belə izah verir: “...Erməni nə aran adamına oxşayır, nə dağ adamına, 

...oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır. 

Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər...gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanıyır"...   

İstər akademik Ulubabyan, istərsə  də  dəriyığan Aped, bazarkom Civan, Şaliko Sumikyan, Siranuş, Seda Sevortyan, 

Mkrtıç Ulubabyan kimiləri fərqli insanlar olmasına baxmayaraq, onları birləşdirən türkün böyüklüyünü içlərində  qəbul 

etmələri, bunu büruzə vermədən ona qarşı hamıda nifrət hissinin aşılanması, “Hayastan” adlı vətən qurmaq arzusu, separatçı 

erməni ideyalarının təbligidir. 

Əsərdə folklor poetikasına, etnoqrafik elementlərin təsvirinə də geniş yer ayrılmışdır. Bu baxımdan "Telək oyunu"n 

təsviri diqqəti cəlb edir. Papağın quzuya dönməsi, balası ölən qoyunun onu quzusu kimi qəbul etməsi hamını təəcübləndirir, 

buna şübhə ilə yanaşanların da fikrini dəyişdirir, insanları buna inanmaga vadar edir. 

Milli yaddaş probleminin istər nəsr, istər poeziya, istərsə  də dramaturgiya sahəsində  təsviri Mövlud Süleymanlı ilə 

yanaşı, digər qələm sahiblərinin yaratdıgı və bundan neçə on illər sonra belə yazacaqları sənət əsərlərinin başlıca mövzusu 

olaraq qalacaqdır. Əsər milli özünüdərk, milli kimliyimiz, yaxın və uzaq tarixi keçmişimizi unutmamağa, mənfur erməni 

ideolgiyasının  əsl niyyətini qarşıya qoyur, düşmənçilik, qəddarlıq toxumları ilə yetişən bir millətin cılızlığını göstərir, 

gələcəyə sayıqlığı təlqin edir, yatmış yaddaşlara işıq salmağa çağırır.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin