Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə887/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   883   884   885   886   887   888   889   890   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

500 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

BƏDİİ ÜSLUBUN TƏRCÜMƏDƏ VERİLMƏSİ 

 

Cavid MƏMMƏDOV 

BSU 


mammadov_cavid@yahoo.com 

Bakı/AZƏRBAYCAN 

 

Tanınmış rus yazıçısı F.V.Qladkov bədii üslub haqqında yazırdı: “Bədii əsərin üslubu forma və məzmunun müəyyən 



harmonik vəhdəti, fikir və onun obrazlı ifadəsi arasında adekvatlıq və  ən nəhayət fikir və duyğuların ifadə edilmə  tərzi, 

xarakteri, üsulu kimi sənətkar qəlbinin həmişə  səslənən, gərilmiş simləri ilə  şərtlənir.  Əsərin məzmunu onun formasını 

müəyyən edir və forma ilə məzmun arasında mütləq bir dialektik bağlılıq olmalıdır”. 

Görkəmli dilçi alim Ə.Dəmirçizadə  bədii üslub üçün ekspressivlik, emosionallıq və  təsvir vasitələrindən fərdi 

istifadənin vacibliyini irəli sürmüşdür. O, yazır ki, bədii üslub və ya bədii dil obrazlı dildir: bu üslubda obrazı daha canlı 

təsvir etmək üçün əlverişli sözü və ya ifadəni tapıb işlətmək tələb olunur. 

Dildə müxtəlif səviyyələrdə obrazlılığın, eləcə də emosionallığın göstəriciləri, əsasən, aşağıdakılardan ibarətdir: 

  fonetik səviyyədə: alliterasiya “samit səslərin təkrarı, həmahəngləşməsi (Məs: qapqara qaralmaq), assonans “sait 

səslərin həmahəngləşməsi (məsələn, qupquru qurumaq), təkrar (bunlar ritm yaradan əsas vasitələrdir), intonasiya və s. 

  leksik səviyyədə: epitet, təşbeh, mübaliğə, istiarə, kinayə (bunlar məcazın müxtəlif növləridir), frazeologiya, 

amonimlik, sinonimlik, antonomiklik və s. 

  sintaktik səviyyədə: söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiylarının işlənməsi, ellipisis, paralel 

konstruksiyalar və s. 

Məlum olduğu kimi yazıçının hər bir əsəri üçün material bütün zənginliyi, varlığı ilə ümumxalq dilidir. Hər hansı bir 

əsərin dili yazıçınn ümumxalq dilindən istifadənin nəticəsidir. Bədii dil ədəbi dilin bütün üslublarından fərqli olaraq obrazlı 

dildir və bu obrazlılıq yalnız müxtəlif təşbehlər, istiarələr, mübaliğələr və s. məcazlarla məhdudlaşmayan ayrı-ayrı səslərdən 

tutmuş mürəkkəb cümlələrə qədər bədii təfəkkür qanunlarının vəhdəti olan bir obrazlılıqdır. Obrazlılıq hər bir sahədə bədii 

üslubun əsas göstərici olsa da, bütöv bir hadisədir, bu və ya digər mətni ümumilikdə xarakterizə edir. Emosionallıq (yaxud 

ekspressivlik), hər  şeydən  əvvəl obrazlılıqdan irəli gəlir. Obrazlı nitq eyni zamanda emosional və ya ekspressiv nitqdir. 

Bədii üslub adətən ümumxalq dilinə  əsaslanır. Bədii  əsərlərin dilində istifadə olunan üslubu vasitələr arasında sintaktik 

fiqurlar xüsusi əhəmiyyətə malikdir. Bədii dildə üsubi fiqurlar araşdıran Bəylərova  Aygün eyni adlı monoqrafiyasında V. 

Nikorovun üslubi fiqurlar haqqında fikrini qeyd edərək yazmışdır: “ Sintaktik fiqurlar və ya üslubi fiqurlar (latın sözü 

fiqura-obraz, şəkil)-antik ritorikada rəqs sənətindəın götürülmüş “fiqura” termini nitqə bəzək verən qeyri adi sintaktik nitq 

ifadələrini bildirmişdir. Sintaktik fiqurun həqiqi mənası odur ki, o nitqi fərdiləşdirir, ona yüksək emosional çalar verir, 

bununla da nitqin ümumi sintaktik quruluşundan asılı olaraq, konkret ifadəli məna qazanır”. 

Bədii üslub üçün səciyyəvi xüsusiyyət: kompozisiyanın orijinallığı və eləcə də gerçəkliyin dərk edilməsində müəllifin 

xüsusi bacarığının olması, yəni fərdi müəllif üslubunun ön plana çəkilməsi. 

Dil materialı cəhətdən bədii nitqin hüdudsuzluğu, onun ədəbi dil normalarından kənara çıxması səciyyəvi sabit dilin və 

ya dil elementlərinin olmaması, nəhayət, kommunikativ funksiyadan başqa  əlavə estetik funksiya daşıması, onun digər 

funksional üslublarla bir cərgəyə qoyulması faktını istisna edir. Aydındır ki, mətnlər funksiyalarına görə üslublara bölünür 

və hər üslubun özünəməxsus cəhətləri var. Bundan əlavə hər bir müəllifin mətn və melodikası, sintaksisi, leksikası, işlətdiyi 

obrazlar sistemi, üstünlük verdiyi üslubu priyomlar, ədəbi dillə danışıq dilindən hansı nisbətdə istifadəsi kimi xüsusiyyətləri 

var. Üslub tərcümə üçün çox vacibdir. Bu səbəbdən də tərcüməçi müəllifin üslubunu saxlamalıdır, tərcüməçinin öz üslubu 

olmalıdır.  Əlbəttə, müəllifin üslubunu fərqləndirmək üçün, İ.R.Qalperin tərəfindən irəli sürülən amillərdən çıxış etməklə 

mütərcim orijinalın üslubuna adekvat üslub yarada bilməz, çünki hər bir yazıçı öz dilinin üslubi imkanlarından çıxış edir. 

Üslubi kateqoriyalar təxminən bütün dillərdə eyni mahiyyət daşısa da, həmin kateqoriyalar konkret hallarda məxəz və hədəf 

mətnlərdə  həmişə üst-üstə düşmür. Ümumiyətlə, mətnin dərki üçün onun dərki lazımdır.  İ.R.Qalperin belə  təhlili üslubi 

təhlil adlandırır və o beş  mərhələdə aparılır: 1) taksonomik mərhələ-mətnin funksiyası, üslubu müəyyənləşdirilir; 2) 

məzmunun dərki məsələsi-mətn diqqətlə oxunulur; 3) semantik mərhələ  mətnin leksikası  məna baxımından nəzərdən 

keçirilir; 4) üslubi mərhələ-mətndəki bütün üslubi elementlər araşdırılır; 5) funksional mərhələ-  əvvəlki mərhələlərdəki 

fikirlər sintez edilir və mətn dəyərləndirilir. 

Bəzi dilşünaslar tərcümə üçün mətni mətnxarici və mətndaxili amillər baxımından təhlil edir. Bəzən mətnin üslubunu 

onun forması ilə eyniləşdirirlər. Burada müəyyən həqiqət var, çünki hər bir mətnin funksiyasından asılı olaraq ayrı-ayrı 

dillərdə onun özünəməxsus formaları olur. Məsələn, Azərbaycan dilində arayışın öz forması, diplomun öz forması, qəzəlin 

öz forması, qoşmanın öz forması var. Bu cür mətnlər tərcümə edildikdə  hədəf dildə ona müvafiq standart forma 

seçilməlidir. Mətndə, xüsusilə  də  bədii mətndə üslubi elementlər daha çoxdur və onlar  mətnin səslənməsinə, sözün 

mənasına, cümlənin  anlamına, mətnin məzmununa çox böyük təsir göstərir. Məxəz mətndə işlənmiş bütün üslubi priyomlar 

hədəf mətndə transformasiyasından danışmaq mümkün deyil. Ümumiyyətlə, müqayisəli üslubiyyat bütün bunlara aydınlıq 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   883   884   885   886   887   888   889   890   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin