Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə885/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   881   882   883   884   885   886   887   888   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

498 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olardı.  İlk baxışdan zahiri asanlığına baxmayaraq tərcümə heç şübhəsiz bizim ünsiyyətimizin bütün formalarının  ən 

mürəkkəb və ən zərif formasıdır.  

Bununla belə  tərcümənin müasir təhsildə yeri heç də lazımi səviyyədə deyildir. Bu gün bu problem demək olar ki, 

bütün dünyada hamını narahat edir.  

Informasiya əsri tam sürətlə irələdikcə yeni minillik bir çox istiqamətlərdə heç  şübhəsiz ki, qeyri-müəyyən görünür. 

Amma, informasiya və informasiya texnologiyası bu gun də, sabah da güclü investisiya və gəlir deməkdir. Globallaşmada 

informasiyanın qəbulu və yayılmasında tərcümə və tərcüməçi hazırlığı təhsildə əsl keyfiyyətin təmin olunmasına can atan 

universitet üşün həmin investisiyanın əsas hissəsidir. 

Əksər Amerika universitetlərində Humanitar elmlər məktəbləri (fakultələri) fəaliyyət göstərir. Bu fakultələrdə dil 

departamentləri nisbi surətdə bir-birindən təcrid olunmuş formada fəaliyyət göstərirlər. Məsələn “Department of Germanic 

Languages”,” Department of Romance Languages”, hətta  “Department of English” bir-biri ilə çox cüzi formada 

əlaqəlidirlər. Amma “Tərcümə Departamenti ” bu dillərin  bir yerə  gətirilməsinə  məntiqi, legitim bir mənbə olardı. Bu  

Deprtamentin özü də “Theorical Linguistics”(Nəzəri Dilçilik) and Applied Linguistics (Tədbiqi Dilçilik ) adı altında iki 

istiqamətdə fəaliyyət göstərərdi. Təəssüf ki, görkəmli dilçi Beauqradenin təbirincə desək , nəzəriyyə ilə məşğul olanlar öz 

nəzərriyələrinin praktikada tətbiqi ilə maraqlanmırlar, eləcə  də  tərcümənin praktik məsəlləri ilə  məşğul olanlar 

nəzərriyəçilərə bir idea verməklə maraqlanmırlar. 

Tətbiqiliyi bəzən xarici dillərin tədrisi və öyrədilməsi haqqında bir təlim və metodologiya kimi başa düşürlər. Bir çox 

dilçi alimlərin fikrincə xarici dillərin öyrədilməsində tərcümənin işlənməsi son dərəcədə məhdudlaşdırılmalıdır. ən azı ona 

görə ki, dil öyrənənlər həmişə beyinlərində ana dili ilə fikirləşirlər, düşünürlər.  Əlbəttə bu tezis mubahisəli görünə bilər, 

amma ana dili tələbənin ana dili olan müəlləmlə və xarici dili müəllimin qruplarını müqayisə etsəniz onda həmin tezisə çox 

da şübhə ilə yanaşmazsınız. Hər halda tərcümə nəzəriyyəsi-praktikası məsələləri hələ öz həllini gözləyir.  

Universitetlərdə tərcümənin gələcək taleyinə öz münasibətimizi bildirək. 

Tərcüməçi hazırladığı və öyrədilməsi fikirmizcə bu gün bir neçə istiqamətdə aparıla bilər: 

  Mövcud dil kafedralarının nəznində ümumi məqsəd daşıyan fənlərin təşkil olunması 

  Müvafiq fakültə və kafedraların nəznində strateji sahələr üzrə xüsusi- məqsədli fənlərin təşkil olunması 

  Fənlərarası tərcümə mərkəzinin yaradılması 

  Kafedra və ya fakultə statusu olan müstəqil tərcümə mərkəzlərinin yaradılması 

  Peşəkar tərcüməçi üzrə Magistr dərəcələri verən, beynəlxalq təcrübəyə  əsalanan keyfiyyətli kurikumların-tədris 

proqramlarının yaradılması. 

Bu məsələlərə ayrı-ayrılıqda münasibət bildirək. 

Hər bir istiqamətin özünün müəyyən çətinliyi və investisiya problemləri vardır. Birinci istiqamət ən ucuz variyantdır və 

heç bir əsaslı təşkilatı və administrativ dəyişkənlik tələb olunmayan variyantdır.  Ən azı ona görə ki, bu  istiqamətdə olan 

fənlər artıq tədris prqramında vardır. Amma həqiqətən də effektiv olmaq üçün tərcümə fənləri bütün digər tədris fənləri ilə, 

xüsusilə də dillərarası inteqrasiyada tədris olunmalıdır. Məsələn, ədəbiyyat proqramlarında tərcümə ədəbiyyatının problem 

və praktikasına fəal maraq göstərilməlidir. Dil və dilçilik proqramında tərcüməyə önəmli yer ayrılmalıdır.  Əgər bu yol 

seçilərsə(1-ci yol ) onda tərcümə bütün dil departamentlərinin proqramlarında özünə yer tapmalıdır, nəinki təcrid 

olunmalıdır. Bu cür yanaşma ali məktəblərdə dillərin öyrədilməsinin  əhəmiyyətli dərəcədə  dərinləşməsinə  və 

genişlənməsinə gətirib çıxarmış olardı. 

Mənin qanəətimə görə 2-ci yolun seçilməsi əksər universitetlər üçün tamamilə bir yenilik olardı. Bəzi universitetlərdə 

ESP( English for Special, ya da Academic Purposes) fənləri tədris olunur, lakin heç də  həmişə bu fənlər davamlı  və 

hərtərəfli tədris olunmurlar, nə də uygun departamentlər tərəfindən strateji olaraq inteqrasiya edilmirlər. Orada ki ingilis dili 

tədris dilidir, dil öyrənənlər çox güman ki, ekstensiv tərcümə etmək məcburiyyətində qalacaqlar. Zəruri vərdiş olmadan 

onların müvəffəqiyəti şübhəli görünür. ESP  istiqamətində təlim onları həmişə ayıq saxlar və lazımi terminalogiyanın süurlu 

və yerli-yerində işlədilməsinə bir növ baza yaradardı.  

3-cü yolu seçənlər fənlərarası  tərcümə  mərkəzi yaratmalıdırlar. Bu mərkəzin məqsədi 1-ci və 2-ci formalarda tədris 

olunan fənlərin bir növ nəzarətçiləri vəzifəsində  çıxış etmək olardı.Mərkəzin özünün daimi işçisi olmur və uyğun 

departamentlərin müəllimləri buraya cəlb olunurlar.  

4-cü yol sanki 3-cü yola alternativ bir yoldur, bu fakultə, ya da departament statusu olan müstəqil mərkəzidirş bu yol 

faktiki olaraq bu gün bizim universitetlərdə tətbiq olunur.  

Nəhayət 5-ci yol. Bu yol tərcüməçi dərəcəsi verən (yani Magistr dərəcəsi ) bir yoldur. Mənim qənaətim belədir ki

professional tərcüməçi, məhz bu səviyyədə hazırlanır.  Bu  yol  da  bizə müəyyən mənada tanış yoldur. Amma bu yolun 

keyfiyyətli məhsul istehsalı yuxarıda sadalıdıgım yollardan necə istifadə etməkdən çox asılıdır. Dərəcəyə aparılan yolda 

tədris olunan fənlər aşağı  səviyyədə keçirilən fənlərin təkrar tədrisi olmamalıdır. Bir sözlə  tərcümədə alınan dərəcə 

incəsənət dərəcələri qədər dəyərləndirməlidir. 

Nəticə olaraq qeyd etmək lazımdir ki, tərcümənin rolunu bu gün dərk etməmək çox yaxın gələcəkdə özünü 

milyonlardan məhrum etmək deməkdir. Məhz buna görə Qərbdə çoxzaman “milyon dolar biznes” de deyirlər. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   881   882   883   884   885   886   887   888   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin