Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə886/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   882   883   884   885   886   887   888   889   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

499 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

QRAMMATİK AMBİQİTİVLİKLƏ BAĞLI TƏRCÜMƏ PROBLEMLƏRİ 

 

Aydan MƏLİKZADƏ 

Azərbaycan Dillər Universiteti 



m.aydan@box.az 

Bakı/AZƏRBAYCAN 

 

Tərcümə xarici dilin öyrənilməsində başlıca vasitələrdən biridir. Tərcümə dedikdə, hər şeydən əvvəl iki amil nəzərdə 



tutulur: a) tərcümə olunacaq fikrin tam başa düşülməsi, b) başa düşülənin ana dilində adekvat şəkildə ifadə olunması. Bu iki 

məqamın vəhdətindən ibarət olan tərcümə prosesində özgə dildə söylənilmiş fikir semantik, üslubi, qrammatik nöqteyi-

nəzərdən təhlil olunur, hər bir sözün leksik mənası və üslubi xüsusiyyətləri ilə yanaşı, onun qrammatik məna və  vəzifəsi 

müəyyən edilir; bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə xarici dildə söylənilmiş fikrin ana dilindəki 

ifadə vasitələri müəyyənləşdirilir. Göründüyü kimi, bütün tərcümə prosesi tutuşdurma və müqayisə əsasında gedir ki, bu da 

xarici dilin öyrənilməsindəki prinsiplərdən biri olan şüurluluq prinsipinə cavab verir.  

Hər hansı bir dildən tərcümə edərkən, əlbəttə, müəyyən çətinliklərə də təsadüf olunur ki, bu çətinliklər xarici dil ilə ana 

dilinin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir. Xarici dildən tərcümədəki çətinliklər əsasən iki 

qismə ayrılır: leksik və qrammatik.  

Qrammatik çətinlik tərcümə prosesində  iştirak edən dillərin arasında olan qrammatik fərqliliklərdən irəli gəlir. Belə 

qrammatik çətinliklərdən biri də qrammatik binarlıqla bağlı tərcümə problemləridir. Qrammatik binarlıq dedikdə, cümlənin 

iki və ya daha çox formada tərcümə oluna bilməsinin mümkünlüyü nəzərdə tutulur. Lakin bu fakt cümləni əmələ gətirən 

ayrı-ayrı sözlərin çoxmənalılığı ilə yox, məhz onlar arasında olan qrammatik əlaqə  və münasibətlərin müxtəlifliliyi ilə 

bağlıdır. Məsələn, John saw the man on the mountain with binoculars cümləsini belə şərh etmək olar:  

  There was a man on the mountain and John saw him with binoculars; 

  John saw the man on the mountain and he had binoculars. 

Müvafiq olaraq cümləni iki üsulla tərcümə etmək olar:  

1. Con dağın üstündəki kişini binoklla gördü.  

2. Con dağın üstündə binoklu olan kişini gördü. 

Və ya;  Flying planes can be dangerous. Bu cümlədə isə problemə səbəb olan qrammatik məqam “ flying” sözüdür, 

çünki sözün cerund və ya feli sifət olduğu məlum deyil; “ təyyaraləri sürmək”  və ya “uçan təyyarələr”?! Deməli cümlə iki 

formada tərcümə oluna bilər: 

  Təyyarələri sürmək təhlükəli ola bilər. 

  Uçan təyyarələr təhlükəli ola bilər. 

Bəzi hallarda ilk baxışda cümlənin ikimənalı olduğu nəzərə çarpsa da cümləni yenidən oxuduqdan sonra mənası  və 

tərcüməsi aydınlaşır. Məsələn, The cat jumped over the fence stretched cümləsini oxuyan şəxs cümləni “jumped” sözünün 

xəbər olduğu düşüncəsi ilə emal edir. Lakin cümləni ikinci dəfə oxuduqdan sonra cümlənin mənası aydınlaşır,  cümlənin 

tərcüməsindəki qrammatik çətinlik aradan qaldırılır və müvafiq formada tərcümə olunur: Hasarın üstündən atlanan pişik 



gərnəşdi. 

Qrammatik binarlığa nəzm əsərlərində də rast gəlmək olar. Buna səbəb müəllifin söz sırasında nəzm əsərlərinin heca və 

vəzn tələblərindən irəli gələn dəyişiklikləri etmə faktıdır. 

Qəzet başlıqları da qrammatik binarlığın  ən zəngin mənbələrindən biri hesab olunur. Qəzet başlıqları  qısa olduğuna 

görə bəzi yardımçı sözlər ixtisar olunur və beləliklə də cümlənin şərh və tərcümə olunmasında “problemlər” meydana çıxır. 

Məsələn, Little Hope Given Brain-Damaged Man. 

Cümlə aşağıda göstərilən formada nəzərdən keçirilə bilər: 

  A brain-damaged man is unlikely to recover-  Beynindən zədə almış şəxsın sağalmasına ümid azdır. 

  A brain-damaged man is causing another situation to have little hope of resolution-  Beynindən zədə almış şəxs 

başqa bir situasiyaya ümid verir. 

   Someone gave a brain-damaged man to a small girl named Hope. 

“Hope” sözünün şəxs adı olduğunu düşünsək cümlənin “beynindən zədə almış balaca Houpa verildi” kimi tərcümə 

olunması da istisna deyil. 

      Nəticə olaraq onu qeyd etmək lazımdır ki, tərcümədə bu tip problemlər  əmələ  gətirən cümlələr ancaq onların 

strukturunu düzgün təhlil etməklə, konteksti nəzərə almaqla qismən həll oluna bilər. Bu da onu bir daha sübut edir ki, 

düzgün və qrammatik tərcümə üçün maşın tərcüməsi məqsədəuyğun deyil. 

 

 

 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   882   883   884   885   886   887   888   889   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin