Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə93/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   87   88   89   90   91   92   93   94   95
II. Müqəddimə   
Nizami  şeriyyətin gücü ilə hikmət və  əxlaq, eləcə  də irfan o dərəcə yüksək 
yazılmışdır ki, onun yenidən mədhə ehtiyacı qalmır.  Əslində böyük şəxsiyyətlərin 
barəsində fikir söyləmək çətindir. Şairin bütün müraciətlərində allah birinci yerdə durur. 


135 
 
 
Əsər onun adı ilə başlayıb, onun varlığı ilə  də sona çatır. Yeri-göyü xəlq edən və 
insanlara ağlı verənin allah olduğu Nizamidə açıqca təsdiqini tapır.  
Nizami Gəncəvi münacatlarının təfsiri.  
Qeyd etdik ki, Nizami Gəncəvi  əsərlərindəki başlanğıc münacatları ilahiyyət, 
əxlaqiyyət, hikmət, irfan sahələrində yüksək keyfiyyətə malik olan maarifləndirici sözlər 
getmişdir. Şairin ayrı-ayrı dünyagörüşü, ideologiya və s. sahələrə aid olduğu təşəbbüslər 
irəli sürülmüşdür. Lakin təəssüflə qeyd edək ki, onların haqqında ətraflı və əsaslı izaha 
rast gəlmədik. Bu sahədə hələ xeyli işlər görülməlidir. Şair demişdir: «Hər əhəmiyyətli 
iş allahın adı ilə başlamasa, o iş naqisdir».  
Varlıq aləminin mövcudatını yaradan və onları yaşadan ilk əzəl də Allah-təaladır. 
Allaha müraciət etdiyi beytlərin hamısında bu aşkar  şəkildə özünü göstərir. Allah bir 
şeyi xəlq etməzdən əvvəl onu necə yaradacağını bilir və buna görə də Allahdır.  
O, hökmü və hakimiyyəti aşkar,  
Hikməti gizli olan Allahdır.  (İqbalnamə) (71-468) 
Nizami bu beytlərdə ədəbiyyat, irfan, kəlam, hikmət kimi maraqlı məsələləri irəli 
sürmüşdür. Kainatın sirli və böyük sehirgahına baxmışam, onu öyrənib təsvir etməkdə 
çox düşünmüşəm, bu səyahətdə özümə suallar vermişəm. Bu, fitrət, vicdan və ağlımın 
birlikdə  mənə vadar etdikləri maraqlandırıcı  səyahət idi. Bunların hamısını  mənə o 
böyük yaradan bəxş etdi. Hər  şeyin mahiyyətini öyrənmək, o şeyi yaratmaq kimidir. 
Nizami  əxlaqı  əsas prinsip hesab edib, onun etik normalar çərçivəsində  işlətməyin 
tərfdarı olmuşdur. Allaha yaxın olanların əxlaqının pak və təmiz olma şərtlərini Nizami 
göstərmiş və bu normaların insanlar arasındakı münasibətlərin ali dərəcəsinə çatacağına 
inanmışdır. Şair ömrü boyu bəşəriyyəti doğruluğa səsləmişdir.  
Nizaminin irfan, hikmət və etik məsələlərindən böyk bir kitab yazan ustad 
Məhəmməd Tağı Cəfəri hər cür təqdirə layiqdir. O bütün Nizami əsərlərini oxuyub geniş 
təhlil etməyi bacarmışdır. Bu da Nizami fəlsəfəsinə bələd olmaqdır. 
 
 


136 
 
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin