30
üstünlüyü Firdovsiyə verir. Halbuki dünya ədəbiyyatında Nizamiilə müqayisə ediləcək
hələ elə bir şair yoxdur. Beləliklə biz, Şəhabinin Nizami əsərlərinin təhlilinə və ondan
doktorluq yazmaq işinə müsbət baxırıq. Ancaq Nizamini farslaşdırmağa yox deyirik.
Ümumiyyətlə Nizaminin Qumda doğulması versiyası şərqşünaslar arasında
müzakirə
mövzusu olmuşdur. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki
nüsxələrində Qumla əlaqəli beyt olmamışdır. Bu, sonradan salınmışdır,Rus şərqşünası
Bertels də bu fikri təsdiq edir. Lakin digər alim Zərrinkub sübut etməyə çalışır ki,
Nizaminin babası əcəm (fars) tayfasına aiddir və sonradan Gəncəyə köçmüş və Nizami
Gəncədə anadan olmuşdur. Digər rus şərqşünası Krumski Qum versiyasını əsas götürsə
də, sonradan Bertelsin təkidi ilə və Stalinin qorxusundan sözünü geri götürərək: “Bu
gələcək şərqşünasların işidir” deyir. Çox mübahisə doğuran bir məsələ də Z.Bünyadovla
bağlıdır. Ziya müəllim bizə dərs tədris etdiyi üçün biz onu yaxşı tanıyırdıq.
Onun da
Nizaminin Qumda anadan olması yazısı vardır. Dərs zamanı biz o sualı Ziya müəllimə
ünvanladıq ki, siz bu versiyanı haradan almısınız? Cavabında dedi ki, mən İran –
Azərbaycan dostluq cəmiyyətinin sədriyəm. İran alimləri Nizaminin Qumda
doğulmasını İranın Qum şəhərinə aparırdılar. Onlar iddia edirdilər ki,
Nizami kimi dahi
ancaq bizim Qum şəhərində doğula bilər. Mən də Nizamini Azərbaycana qaytarmaq
üçün dedim ki, Qum kəndi bizim Qax rayonundadır və Nizami orada anadan olmuşdur...
Lakin sonralar Nizaminin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və
A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq
gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdə onlardan hesabat tələb edəndə cavab bu
olub ki, Qum kəndi kiçik bir kənddir. Oradakı savadlı insanların sayını barmaqla saymaq
olar. XII əsrdə Azərbaycanın intibah dövründə orada Nizami kimi bir
dahinin yetişməsi
mümkün deyil. Nizaminin doğma vətəni Gəncədir. Çünki, Gəncə intibah mərkəzi idi və
Nizami ancaq belə mühitdə yetişə bilərdi. Lakin güman etmək olardı ki, məsələ bununla
həllini tapmışdır. Ancaq son zamanlar sapı özümüzdən olan baltalar bu məsələni bir
daha qabardırlar.
Təəssüflər olsun ki, Azərbaycanda yaşayan azsaylı xalqların
31
nümayəndələri ləzgi və saxurlar iddia edirdilər ki, Nizami Qum kəndindəndir və demək
ki, bizə mənsubdur. Əhməd İsayeva və Yunis Nurməmmədov kimi yarımçıq ziyalılara
biz fakt, arqument, dəlil və sübutlarla cavab vermişik. Görünür belə yazılara heç
münasibət bildirib cavab vermək doğru deyil. Artıq Nizaminin 800,840,850 və 870
illik
yubileylərində məsələ öz həllini tapmışdır. Dünyanın qəbul etdiyi bir qanunu yenidən
gündəmə gətirməyə heç bir ehtiyac hissi qalmır.
Dostları ilə paylaş: