32
Bu nöqteyi- nəzərdən də Nizami də istisna deyil. Ancaq Nizaminin dünya şöhrəti və
əsərlərini farsca yazması iranlılar tərəfindən illərcə onu fars şairi kimi qələmə vermişlər.
Hətta, internet səhifələrində yazmaqdan belə çəkinməmişlər. Müasir İran
alim və
ədəbiyyatşünasları da bu xülyadan əl çəkmək istəmirlər. Dolayısı ilə dünyanın ən
görkəmli alimi Ə.Zərrinkub da istisna deyil. Müasir İran ədəbiyyatşünası Tehran
universitetinin professoru, Əfqanistan, Hindistan, İsveç və ABŞ-da Oksford
universitetlərində İran ədəbiyyatından dərs demişdir.
Son illərdə daha doğrusu 2004-cü ildə Nizamiyə həsr etdiyi “Gəncə piri və ya utopiya”
əsəri Gəncə şəhəri,
Atabəylər dövləti, Nizaminin həyat və yaradıcılığı, onun məfkurəsi
haqqında dolğun məlumat verir. Yazılarından hiss olunur ki, Ə.Zərrinkub doğurdan da
çox güclü alimdir. Lakin Nizaminin mənşəyinə gəldikdə onun Gəncədə doğulmasını
təsdiq
etsə də, babasının İraqdan köçüb Gəncəyə gəlməsi və burada məskunlaşması
versiyasını irəli sürür. Halbuki buna heç bir əsası yoxdur. Bizcə bu məsələ elə ehtimal
olaraq da qalacaqdır.
Bütün bunlara baxmayaraq Zərrinkub Azərbaycan, Gəncə, o dövrün tarixi
şəxsiyyətləri,
Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması və əsərləri
barədə çox müfəssəl məlumat verir. “Xəmsə”si haqqında olduqca gözəl təhlil
aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə də, Gəncədə
Nizaminin ətəyindən yapışsa kifayətdir.
Ancaq
yazılanlarında bir qədər utopiya olduğuna işarə vurur. Bununla
belə tarixi
hadisələrin və şəxsiyyətlərin yaşadığı dövrləri Nizaminin doğru yazdığına görə şairə
minnətdarlıq edir. Ə.Zərrinkub Nizamini fars ədəbiyyatının incisi adlandırılması və
Firdovsi qədər sevilməsini vurğulayır. Əlbətdə , bu fikir öz-özlüyündə çox qiymətlidir.
Ancaq Nizamini fars ədəbiyyatı daxilində verib, Azərbaycan şairi kimi göstərməməklə
biz, heç cür razılaşa bilmərik. Bu sahədə bizim də günahımız az deyildir. Biz, Nizaminin
800 illik yubileyinə qədər ondan heç söhbət açmamışıq. İran ədəbiyyatşünasları isə
Nizami ilə ciddi məşqul olub onun fars və ingilis dillərində bütün dünyaya yayılmasına
səbəb olmuşlar.
33
Indi bu nəticəyə gəlmək olur ki, biz daha çox çalışmalı, dahi şairin 900 illik
yubileyində bu tilsimi sındırmalıyıq. Bunun üçün orta və ali məktəblərdə xüsusi Nizami
dərsləri, Nizami mərkəzləri, Nizami ensiklopediyası yaratmalıyıq. Əks halda biz, bu
sahədə İranlıları keçə bilməyəciyik. Demək lazımdır ki, AMEA Nizami adına Ədəbiyyat
İstitutu bu sahədə xeyli iş görmüşdür və hazırda da bu işlər davam etdirilir. 2013-cü ildə
şairin vətəni Gəncə şəhərində AMEA Gəncə bölməsində Nizamişünaslıq şöbəsi
yarandı. Lakin 1 il vaxt keçməsinə baxmayaraq adı çəkilən İnstitutda 1 nəfər
də olsun
şərqşünas, fars dilini bilən mütəxəssiz yoxdur. Görəsən Zərrinkub kimi alimin qarşısında
bunlar necə cavab vereceklər?. Əgər bu yarımçıq mütəxəssislər Azərbaycanca yazılmış
tərcümələrdən istifadə edib, qabağa getmək fikrindədirlərsə də, bu, yerində saymaqdan
başqa bir şey deyildir.
Belə gedərsə, biz heç bir müvəffəqiyyətdən danışmağa cürət
etməyəciyik. Nizami bizimdir deməklə məsələ həllini tapmır, gərək elmin yüksək ola.
Dostları ilə paylaş: