Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə4/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   2   3   4   5   6   7   8   9   ...   95
II FƏSİL 
İRAN   ƏDƏBİYYATŞÜNASLIĞINDA  NİZAMİ  İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ 
TƏDQİQİ. 
Demək lazımdır ki,  ədəbiyyatşünaslıq elmi yeni elmlər siyahisinə daxildir. Iranda 
Nizamiyə diqqət çox böyükdür. Onu demək kifayətdir ki, 600 nəfər müəllif Nizamidən 
yazmış, onun əsərlərini təhlil etməyə çalışmışlar. Bu alimlər içərisində V.Dostgerdi, 
S.Nəfisi,  Ə.Şəhabi, M,Sərvət,  Ə.Zərrinkub, B.Zəncani, S.Həmidi və başqalarını 
göstərmək olar. Göstərilən alimlərin Nizaminin öyrənilməsi, tədqiqi və  təbliğində 
əvəzedilməz əmək və zəhmətləri vardır. Digər tərəfdən Nizaminin şair kimi dahiliyi və 
əsərlərini farsca yazmasını da nəzərə alsaq, maraq dairəsinin nə  dərəcədə    geniş 
olacağına  şübhə yeri qalmır. Ancaq onu da demək lazımdır ki, İran mütəxəssislərinin 
Nizamiyə fars prizması ilə baxılmasının da əsas səbəbi onun fars dilində yazılmasıyla 
əlaqədardır. Bir çox müəlliflərin  əsərlərində  hətta,  internet səhifələrində buna rast 
gəlirik. Baxmayaraq ki, Nizaminin Gəncədə doğulmasını heç bir ədəbiyyatşünas inkar 
etmir, lakin yeri gəldikdə onu farslaşdırma meylləri özünü göstərir. 
   Azərbaycan  ədəbiyyatşünasları M.Rəfili, H.Araslı, A.Rüstəmova, R.Əliyev sübut 
etmişlər ki, Nizami məhz Azərbaycan şairidir. M.Ə.Rəsulzadə isə fakt, arqument, sübut 
və dəlillərlə bunu bir daha təsdiq etdi. 
    Digər tərəfdən  onu vurğulayaq ki, İran ədəbiyyatı çox qədim köklərə  malik dünya 
ədəbiyyatının  ən parlaq bir hissəsidir. Heç təsadüfi deyil ki, bu ədəbiyyat Firdovsi, 
Xəyyam, Ənvəri, Sədi,Hafiz, Şəhriyar kimi sənətkarları dünya ədəbiyyat səhnəsinə  bəxş 
etmişdir. 
         Əgər Firdovsi bu ədəbiyyatın bünovrəsini qoymuşsa, Xəyyam öz fəlsəfəsi ilə 
bəşəriyyəti mat qoymuş, Sədinin öyüd və nəsihətlərini demək olar ki, dünyada bilməyən 
insan yoxdur. 
       Hafiz  kimi  qəzəlxan hələ yetişməmişdir. Müasir İran  ədəbiyyatının görkəmli 
nümayəndəsi Şəhriyar isə dünyaya səs salmışdır. 


24 
 
 
    Sadaladığımız bu şairləri yetişdirən torpaq, heç şübhəsiz ki, ədəbiyyat və 
ədəbiyyatşünaslıq  sahəsində inkişaf etməli idi. 
       Iran ədəbiyyatşünaslığından danışarkən demək lazımdır ki, hələ orta əsrlərdən bu iş 
öz təşəkkülünü tapmışdır. Bir çox təzkirəçilər bu barədə öz fikirlərini ifadə etmişlər. Az 
da olsa bizim əlimizdə olan məlumatlara görə məşhur təzkirəçi Dövlət Şah Səmərqəndi 
ədəbiyyatşünaslıqdan xəbər verir. Lakin ədəbiyyatşünaslığın ayrıca bir elm sahəsi kimi 
inkişafı XIX əsrə təsadüf edir. Bu zərurət İran əhalisinin ədəbiyyata həddindən çox meyl 
etçəsiylə  əlaqədardır. Iranda elə bir insan tapmaq olmaz ki, Firdovsi, Xəyyam, Sədi, 
Hafiz və  Şəhriyardan bir neçə beyt əzbərdən bilməsin.  Şeirə olan maraq 
ədəbiyyatşünasların yetişməsinə zəmin yaratdı. Belə demək mümkünsə, bu qədər oxucu 
kütləsi qarşısında yüzlərcə şair və yazıçısı olan bir ölkədə mütləq ədəbiyyatşünaslar da 
olmalı, onlar nəyi oxuyub, necə təhlil etməyi millətə izah etməlidirlər. 
     Irana  şəxsi səfərlərim zamanı bunun bir daha şahidi oldum. Tehranda 
 
“İnqilab”meydanında dörd yol ayrıcında  onlarla kitabxanalar mövcuddur ki, bu satış 
mərkəzlərində istənilən  şair və yazıçıların  əsərlərini tapmaq mümkündür. Kitab 
mağazalarında alıcı izdihamı hökm sürür. 
   Nizamiyə gəldikdə isə, dahi şairin farsca yazması və dünyada heç bir şairlə müqayisəsi 
mümkünsüz görünməsi buna təkan vermiş və zəmin yaratmışdır. Demək yerinə düşər ki, 
İranda 600 nəfər Nizami əsərlərinə və onun təhlilinə vaxt ayırmışır. Nəticədə şairi bizə 
məhz onlar daha yaxşı tanınmışlar. Bu sahədə İran ədiblərinin rolu  danılmazdır. 
    Ədəbiyyat haqqında elm “ Ədəbiyyatşünaslıq” adlanır. Onun sahələri:  ədəbiyyat 
nəzəriyyəsi,  ədəbiyyat tarixi və  ədəbi tənqiddən ibarətdir
1
 .  Azərbaycan 
ədəbiyyatşünaslığının  əsası  qədimlərə söykənsə  də, inkişafının yüksək mərhələsi 
M.F.Axundovun, daha sonra isə F.B.Köçərlinin adı ilə bağlıdır. 
 
1. Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 1963 səh.4 


25 
 
 
    M.F.Axundovun ədəbiyyat haqqındakı fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. 
F.B.Köçərli isə minlərcə  zəhmət bahasına II cilidlik “Azərbaycan  ədəbiyyat tarixi” 
kitablarını  yazmaqla bu sahədə misilsiz iş görmüşdür. 
     Klassik  ədəbiyyatda XI əsr Qətran Təbrizidən başlayan  ədəbiyyat sonralar “Divan 
ədəbiyyatı” adıyla məşhurlaşır. Füzuli və Saib Təbrizi dövründə (XVI-XVII əsr) özünün 
yüksək inkişaf dövrünə qədəm qoyur. 
    Əgər  ədəbiyyatşünalığın daha qədim dövrünə  nəzər salsaq görərik ki, Antik Yunan 
ədəbiyyatının yetişdirdikləri dahi şəxsiyyətlər Homer, Sofokl, Esxil, Aristofan, Evripid, 
Pifaqor, Heraklit,  Demokrit, Sokrat, Platon , Aristotel kimi nəhəng dühalar məhz bu 
dövrdə yetişmişlər və dünya elminə böyük tövhələr vermişlər. Adları çəkilən bu alimlər 
filosoflar olsa da “Poeziya haqqında” çox dəyərli fikirlər söyləmişlər
1

        Azərbaycan intibah dövrü sənətkarlarından X.Şirvani, M.Gəncəvi və Nizami 
Gəncəvi intibahın nəticəsində yetişsələr də, özləri də intibaha böyük tövhələr vermişlər. 
Xüsusilə Nizaminin bu sahədə  əcvəzedilməz rolu vardır. O, həm ictimai fikir, həm 
poeziya və həm də fəlsəfi ideyalar tərənnümcüsü kimi şöhrət qazanmışdır. 
    Avropada intibah daha sonralar yaranır və Şekspir, Leonardo da Vinci, Lope de Veqa, 
Servantes kimi sənətkarlar yetişir. 
    Azərbaycan ədəbiyyatşünaslığı əsasən ilk cücərtilərini XI-XII əsrdə Xətib Təbrizi və 
Yusif Xoylu yaradıcılığı Nizami əsərinin  ədəbi-estetik fikrinin yaranmasında möhkəm 
bünövrə olmuşdur. (K.Talıbzadə). 
      Iran  ədəbiyyatşünaslığının formalaşması  və ayrıca bir elm sahəsi kimi fəaliyyəti 
adlarını sadalayacağımız  şair, yazıçı, alim, şərqşünas və  ədəbiyyatşünasların böyük 
zəhməti vardır. Nizami onlar üçün məbəddir. 
 
 
 
1.Əlimirzəyev X.Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, 2008. Səh. 30 
 


26 
 
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin