1. Böyük alim Vəhid Dəstgerdi
Iran ədəbiyyatşünaslığında Nizami əsərlərini, şairin doğum, ölüm, yaşadığı yer, dövrü və
məfkurəsi haqqında ən dəqiq məlumatları məhz Vəhid Dəstgerdi vermişdir. Ədibin
yeddinci dəftərindəki yazıları məqalələr şəklində “Ərməğan” jurnalında nəşr
olunmuşdur. Müəllifin özünün yazdığına görə o, 30 il ömrünü Nizami yaradıcılığına
sərf etmiş, “Xəmsə”ni 100 dəfədən artıq oxunmuş və hər oxuduqda yeni mətləblər kəşf
etmişdir
1
.
V.Dəstgerdinin bu qədər Nizamiyə diqqəti İran şahı Rza şah Pəhləvinin fikrini cəlb
etmiş və o alimin Nizami haqqındakı yazılarının dərc edilməsinə sərəncam vermişdir.
Ilk olaraq Nizami şeir, qəzəl, məsnəvi, rübai sahəsində, daha sonra “Xəmsə” ustadı
kimi tanınmağa başlanır.
Iran ədəbiyyatşünaslığının inkişafı ilə əlaqədar olaraq Nizami daima ön sırada durur.
Lakin V.Destgerdi bəzən onu Fars-İran şairi kimi göstərir
2
. Bununla heç cür barışmaq
olmaz. Əvvəla müəllif özü göstərir ki, Nizami Gəncə torpağının yetişdirməsidir. Şair bu
şəhərdə doğulub boya-başa çatmış, buradan kənara çıxmamış, əsərlərini də bu şəhərdə
yazmışdır. Tarixi nöqteyi- nəzərdən də Azərbaycan hökmdarları Atabəylər də şairə
böyük ehtiram göstərmişlər. Bəs necə ola bilər ki, Nizami birdən birə fars şairi olsun?.
Bu fikir qətiyyən öz təsdiqini tapmır. Digər tərəfdən Nizami kimi bir şairi bütün dünya
xalqları öz sıralarında görməkdən iftixar edərdilər. Görünür V.Dəstgerdi İran şahına, öz
millətinə xoş gəlsin deyə bu yola əl atmışdır.
Bütün bunlara baxmayaraq ustad V.Dəstgerdinin Nizami barəsindəki yazı və fikirləri
dahi şairin yaradıcılığına verilən qiymət tədqirəlayiqdir.
V.Dəstgerdinin araşdırmalarının nəticəsi olaraq Nizami əsərlərinin 8 nüsxəsi ilə tanış
olmuşuq. Berlin, Badilin,Oksford, İngilistan, Rampur, Kəlküttə, Hindistan və s. yerlərdə
alimin əldə etdiyi nüsxələr nadir tapıntıdır.
1. Dəstgerdi V. Nizami Gəncəvi, Tehran, 1318 səh. 13
2. Yenə orada səh. 47
27
Əlbətdə, hər bir şair yaradıcılığa şeirlə başlayır. Ancaq Nizamini məşhurlaşdırıb dünya
arenasına çıxaran onun ölməz “Xəmsə”sidir ki, onu da ustad V.Dəstgerdi sayəsində
dahi şairin əsərləriylə tanış olmuşlar, onda alimin zəhməti əvəzedilməz görünür.
Xatırlatmaq yerinə düşər ki, məhz
V.Dəstgerdinin sayəsində Nizami əsərlərinin həm farscası, həm də ingiliscəsi bütün
dünyaya yayılmışdır.
2. Görkəmli alim Səid Nəfisi.
Araşdırmalar göstərir ki, Nizami İran ədəbiyyatşünaslığında XX əsrin birinci
rübündən başlayaraq elmi şəkildə öyrənilməyə başlamışdır. Buna qədər şairin ancaq
ayrı-ayrı şeir, qəzəl, qəsidələri nəşr olunur, əsərləri haqqında məlumat verilirdi. Lakin
onların elmi izahları kölgədə qalırdı. XX əsr Nizami yaradıcılığına bir təkan nöqtəsi
oldu. Bu araşdırmalar içərisində görkəmli İran alimi Səid Nəfisinin böyük rolu vardır. O,
Nizaminin dövrü, həyatı, mənşəyi haqqında geniş məlumatlar toplamış və onları elmi
şəkildə izah etmişdir. Bu baxımdan S.Nəfisinin yazdıqları diqqəti cəlb edir. Ona qədər
ancaq Nizaminin adı çəkilmiş, şairin həyatı haqqında qısa məlumat verilmiş, əsərləri
mövzusuna səthi toxunulmuşdur. Məhz S.Nəfisinin fədakarlığı nəticəsində Nizami
irsinin öyrənilməsi və tədqiqi sahəsi geniş vüsət almışdır
1
.
Ümumiyyətlə götürsək İran ədəbiyyatşünaslığının inkişafında “Ərmağan” jurnalının
böyük rolu vardır. Müxtəlif şairlərin elmi şəkildə əsərlərinin elmi təhlili bu jurnalın
sayəsində öz əksini tapmışdır. “Ərmağan” jurnalı Nizamişünaslıqda müstəsna rol
oynamışdır. Çünki, müxtəlif alimlər Nizami haqqındakı tədqiqatlarını məhz bu jurnal
vasitəsiylə geniş oxucu kütləsinə çatdırmışlar.
1. S.Nəfisi, Həkim Nizami Gəncəvi,Ərməğan, 5-ci il,51-ci nömrə
28
Səid Nəfisi Tehran universitetinin professoru olmaqla bərabər o, həm Avropa
şərqşünasları və həm də rus şərqşünasları ilə tanış idi. O, bir neçə dəfə sovet ittifaqına
gəlmiş, xarici alimlərlə fikir mübadiləsi aparmışdır.
Səid müəllim 1335 (1956) ildə Nizaminin lirikasını çap etdirmişdir ki, bu da üç
əlyazmadan ibarətdir.
Daha sonra 1339 (1960) ildə Nizami divanını nəşr etdirir. Bu, mükəmməl bir əsər idi
1
.
Müəllif 3 mənbədən istifadə etmişdir ki, bunlar hələ elm aləminə məlum deyildi.
Bununla da Nizami poeziyası izahlı şəkildə Avropa, rus və fars oxucusuna çatdırıldı.
Divanda Nəfisi tərəfindən 16 qəsidə, 192 qəzəl, 5 qitə, 14 və 68 rübai verilmişdir.
V.Dəstgerdi ilə müqayisədə 4 qəsidə, 51 qəzəl və 16 rübai çoxdur. Lakin bəzi yazıların
təkrarı, yaxud onların müxtəlif variantlarda verilməsi çaşdırıcı xarakter daşıyır. Bu isə
mətinşünaslıq baxımından çətinlik yaradır. Digər tərəfdən Səid Nəfisi bəzən Nizamini
İran şairi, fars poeziyasının görkəmli nümayəndəsi kimi göstərməsi ilə razılaşmaq olmaz
(92 – 276)
Nizami divanının kiçik bir hissəsi Hacı Məhəmməd Ağa Naxçıvanidən yadigar
qalmışdır. Professor Ripka isə köhnə İstanbul nüsxəsinin əksini çəkərək “Ərmağan”
jurnalına göndərmişdir.
Dünyanın müxtəlif kitabxanalarının rəflərində Nizami divanının şeir hissələrinin
olması onu göstərir ki, bu divan mövcud olmuş, ancaq təəssüf ki, indiyə qədər gəlib bizə
çıxmamışdır.
Göstərdiyimiz bu işi Səid Nəfisi davam etdirmiş Nizaminin dünyaya yayılmasında
çox iş görmüşdür. Nəticədə Nizami daha geniş alanda yer almışdır.
Ona da qeyd edək ki, Nizami divanındakı şeirlərin bir hissəsi Saltıkov Şedrin adına
Sankt-Peterburq şəhərinin mərkəzi kitabxanasında saxlanılmaqdadır. Bütün bunları
nəzərə alsaq görərik ki, həqiqətən Nizaminin tam divan olmuşdur.
1. S.Nəsifi, Nizaminin Qəsidə və Qəzəllər divanı, onun Şərhi, Tehran, 1338.
29
Elə fikrimizcə bu şeirlər divanını Nizamişünasların bir yerə toplamaq vaxtının gəlib
çatmasını göstərir.
S.Nəfisinin 1338-ci ildə yazdığı “Asar- o əhval – o divan-e qəsaed-o qəzəliyyat-e Həkim
Nizami Gəncəvi” əsəri 316 səhifəlik bir kitabda cəmləşdirilmişdir. Digər tərəfdən şair
haqqındakı bilgiləri də ilk olaraq Səid Nəfisi vermişdir. Şairin anadan olma və ölüm
tarixi 5-10 il fərqlə göstərilsə də, ailəsi haqda qısa bioqrafik məlumat verilmiş,
5 dastanını təhlil etmiş və mahiyyətini açıqlamışdır. Bütün bunları nəzərə alsaq Səid
Nəfisinin Nizami araşdıranlar içərisində xüsusi əməyi olduğu bariz bir şəkildə görünür.
Dostları ilə paylaş: |