Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   34   35   36   37   38   39   40   41   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
41 
Günəşin fəallığı artdıqda müxtəlif tezlik diapazonuna aid
elektromaqnit təbiətli dalğaların intensivliyi də sürətlə artır. Bu 
dalğalar da canlı orqanizmlərdə baş verək bioloji proseslərin gedişinə 
əsaslı təsir göstərir. Günəşin fəallığı maksimuma çatdıqda 
radiodalğaların nntensivliyi min və hətta bəzən milyon dəfə artır. Yer 
atmosferi bu dalğalardan ancaq uzunluğu 30 m və ondan çox olanların 
qarşısını ala bilir. Qalan dalğalar isə atmosfer qatından keçərək canlı 
aləmə və bitkilərə öz təsirlərini göstərir. Tədqiqatlar nəticəsində 
müəyyən edilmişdir ki, ən zəif maqnit sahəsi də suyun səthi gərilməsi
özlülüyü, elektrikkeçirməsi kimi fiziki xassələrində əhəmiyyətli 
dəyişiklik yarada bilir. 
Insan orqanizminin üçdə iki hissəsi sudan ibarətdir. Deməli, Yerin 
maqnit sahəsi kimi zəif sahələr həmişə bitki və canlılar aləminə 
muxsus bioloji, elektrik və maqnit proseslərinə təsir göstərir. 
Günəşdən gələn şüaların ümumi enerjisinin bir faizdən də azını 
ultrabənövşəyi şüalar təşkil edir. Buna baxmayaraq onların yaratdığı 
bioloji təsir daha çox nəzərə çarpır. Bu şüaların intensivliyinin çox 
cüzi dəyişməsi dərhal öz təsirini canlı orqanizmlərdə əks etdirir. Dəri 
vasitəsilə udulan bu enerji istilik enerjisinə çevrilir, toxumaların 
temperaturu qalxır, molekul və ionların mütəhərrikliyi artır, bu isə öz 
növbəsində hüceyrədəki kimyəvi və bioloji prosesləri sürətləndirir. 
Beləliklə, ümumi maddələr mübadiləsi artır. Ultrabənövşəyi şüaların 
təsiri ilə dəridəki erqosterin maddəsi D vitamininə çevrilir. Bu vitamin 
skeletin inkişafı üçün zəruri olan kalsium duzlarının yaxşı 
mənimsənilməsinə kömək edir. Ultrabənövşəyi şüalar mərkəzi sinir 
sisteminə və qanın fiziki xassələrinə də müəyyən təsir göstərir. Bütün 
bu hallar ultrabənövşəyi şüaların çox kiçik dozalarına aiddir. Əgər 
Günəşin buraxdığı ultrabənövşəyi şüalar zəifləmədən Yerə çatsaydı 
planetimizin bütün canlı və bitki aləmi dərhal məhv olardı. 
Xoşbəxtlikdən planetimizin ultraqısa dalğalı şüalardan qoruyan və Yer 
şəraitində qalınlığı 5 km olan ionosfer qatı var. Bu qatı təşkil edən 
ozon molekullarının ultraqısa dalğaları buraxmaması yerdəki hə- 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin