Microsoft Word P. doc titul doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix20.05.2022
ölçüsü0,92 Mb.
#58783
1   ...   46   47   48   49   50   51   52   53   ...   100
P. pa ayev t B t elml R N N laq L YR N LM S

__________________Milli Kitabxana__________________ 
54 
vaxt bir-birindən təcrid edilməmişdir. Çünki canlı və cansız təbiət 
haqqında elm yeganədir. Son zamanlar məktəb kursunu təşkil edən 
təbiət elmlərinin demək olar ki, hamısının məzmununda biofizika 
elmi xususilə mövqe tutmağau müvəffəq olmuşdur. Bu elmin 
nailiyyətləri təbiət elmlərinin yeni mərhələdəki inkişafını 
səciyyələndirir. Bunu nəzərə alaraq təbiət elmlərinin əlaqəli şəkildə 
öyrənilməsinin müvəffəqiyətlə həyata keçirilməsi üçun biofizikanın 
nailiyyətlərindən istifadə etmək vacibdir. 
Biofizika elmindən indi molekulyar səviyyədə tədqiqat aparan bir 
sıra yeni elm sahələri ayrılmışdı 
Əlbəttə, bunların hamısını orta məktəb kursuna daxil etmək 
mümkün deyil və buna ehtiyac da yoxdur. Lakin fizika, kimya və 
biologiya fənlərinin tədrisinə verilən saatları ixtisar etmədən və 
onların proqramında heç bir dəyişiklik aparmadan adekvat və bir- 
birini tamamlayan mövzuların tədrisinə biofizikanın bəzi 
elementlərini daxil etmək mümkündür. Bu bir tərəfdən həmin
fənlərin tədrisini müasirləşdirər, elmin son nailiyyətləri ilə 
ayaqlaşmağa məcbur edər, tədrisin keyfiyyətini artırar, onu daha 
maraqlı şəklə salar, fənlərarası əlaqəni inkişaf etdirər, digər tərəfdən 
də şagirdlərin umumi dunyagörüşü artar, elmlər haqqında onlarda 
tam təsəvvür yaranar və gələcəkdə düzgün ixtisas seçməkdə onlara 
yaxından kömək göstərər. 
Biofiziki təhsil elementlərinin kimya-biologiya təmayüllü 
məktəblərdə keçilməsi daha vacibdir. Həmin məktəblərdə fizikanın 
özünün tədrisini biofiziki təmayüldə aparmaq uçün imkanlar orta 
təhsil məktəblərinə nisbətən daha çoxdur. Kimya-biologiya təmayüllü 
5 №-li respublika internat məktəbinin fizika müəllimləri bu 
imkanlardan müvəffəqiyyətlə istifadə edirlər. Onlar kimya və 
biologiya müəllimləri ilə sıx əlaqə saxlayır və hər bir mövzunun 
tədrisini canlı orqanizmlərdə baş verən kimyəvi-bioloji proseslərlə 
əlaqələndirirlər. Məktəbdə müasir avadanlıqla təchiz edilmiş və 
avtomatlaşdırılmış iki fizika kabineti vardır. Fizika dərsləri 
müntəzəm olaraq nümayiş təcrübələri ilə və öz vaxtında 
laboratoriya işlərinin yerinə yetirilməsi ilə aparılır. Şagirdlərin 
biliklərini yoxlamağa sərf olunan vaxta qənaət



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin