Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə56/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
qn eve

ŞƏHƏR MƏDƏNİYYƏTİ: 
Azərbaycanda qədim 
dövrlərdən bəri  şəhər mədəniyyəti formalaşmış  və inkişaf 
etmişdir. Hal-hazırda Qafqazın ən böyük şəhəri olan Bakıda 2 
milyondan çox əhali yaşayır. Azərbaycanda Gəncə, Sumqayıt, 
Mingəçevir, Şəki, Şuşa və digər iri şəhərlər də mövcuddur. Bu 
şəhərlərdə, əsasən, sənayenin müxtəlif sahələri inkişaf etdirilir.  
MƏNƏVİ    MƏDƏNİYYƏT:  Mədəniyyət tarixi də 
insanların öz tarixi qədər qədimdir. Etnoqraflar, adətən, 
mədəniyyət anlayışını maddi və  mənəvi mədəniyyət tiplərinə 
bölürlər. Maddi mədəniyyət elementlərinə yuxarıda qeyd 
etdiyimiz nəqliyyat və yükdaşıma vasitələri, yaşayış 
məskənləri, evlər və  təsərrüfat tikintiləri, yeməklər və içkilər, 
geyimlər və bəzəklər, o cümlədən, əmək alətləri, qab-qacaqlar 
və s. daxildir. Mənəvi mədəniyyət anlayışına insanın zehni 
əməyi nəticəsində yaradılan bütün şeylər daxildir. Bunlar, 
əsasən, adət və  ənənələr, elm, din, fəlsəfi görüşlər, xalq 
yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və 
etiqadlardır.  
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq 
yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini, 
məişətini, təsərrüfat sahələrini  əks etdirən folklor materialları 
əsrlər boyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək 
nəsillər üçün həmişə mühüm tərbiyəvi rol oynamışdır. 


_______________Milli Kitabxana______________ 
 76
Xalq yaradıcılığı çox zəngin və geniş  əhatəlidir. 
Əfsanələr, əsatirlər, lətifələr, xalq mərasim və adətləri, nağıllar, 
dastanlar, bayatılar, laylalar, oxşamalar, sayaçı sözləri, 
holavarlar, atalar sözləri, məsəllər, tapmacalar və s. bir tərəfdən 
xalqın ictimai həyat tərzini, onların sosial zülmə və yadellilərə 
qarşı mübarizə motivlərini  əks etdirmiş, digər tərəfdən ailə-
məişət məsələlərini, Vətənə, elə-obaya, əməyə dərin məhəbbət 
hissini əks etdirmişdir. 
Qədim Azərbaycan nəğmələri xüsusi əhəmiyyətlidir. Bu 
nəğmələrdə  əhalinin təsərrüfat və  məişət həyatı xüsusi ilə öz 
əksini tapmışdır. 
Xalq milli bayramlarda öz adət-ənənəsini daha yaxşı 
biruzə verir. Novruz bayramı ərəfəsində həyət-baca təmizlənir, 
ev silinib-süpürülür, hamı  təzə  və  şux geyinib bayram əhval-
ruhiyyəsində olur. İnama görə, həmin gün bütün küsülülər 
barışmalı, düşmənçilik aradan qaldırılmalıdır.  
Xalq yaradıcılığında səhnələşdirilmiş oyunların, 
tamaşaların böyük rolu olmuşdur. Açıq havada keçirilən və 
böyük tərbiyəvi  əhəmiyyət daşıyan bu oyunlara böyük 
tamaşaçı kütləsi baxır. “Kos-kosa”, “xan-xan”, “maral oyunu”, 
“kosa və  gəlin”, “kilim arası” kimi xalq oyunları öz mənşə 
kökləri ilə  qədim  Şərq xalqlarının mədəniyyətləri ilə  səsləşir. 
Vaxtilə Azərbaycanın Bakı, Şuşa, Şamaxı, Gəncə və Ordubad 
şəhərlərində geniş  şöhrət qazanmış “zorxana” yarışlarını da 
xalq oyunlarına aid etmək olar. Burada pəhləvanlar xüsusi 
libaslar geyərək bir-birilə yarışır, qurşaq tutur, güləşir, daş 
qaldırır, öz güclərini sınayırdılar. 
Azərbaycanın ayrı-ayrı bölgələrində bu günə qədər də bəzi 
yerlərdə qorunub saxlanılmış xalq oyunları  qədim tariximizin 
bir hissəsi olmaqla insanların mənəvi aləminin 
formalaşmasında mühüm əhəmiyyətə malikdir. Odur ki, 
onların bütöv Azərbaycanın ayrı-ayrı bölgələri üzrə  tədqiqi 
həm də  mənəvi irsin qorunub saxlanılması baxımından 
qiymətlidir. 


_______________Milli Kitabxana______________ 
 77
Azərbaycanda,  əsasən də  Gəncə-Qarabağ bölgəsində 
yayılmış qədim xalq oyunları içərisində canbaz (akrobat), şatır 
(qaçışla məşğul olan adam), ipatdı, sədağ (ox), qolça, kaman, 
dozu mərə, beş daş, duvaqtapma, mil oynatmaq, daş qaldırmaq 
və s. geniş yayılmışdır. Xüsusilə, Novruz bayramı günlərində 
Gəncə-Qarabağ bölgəsinin dağ  kəndlərində  cıdır, müxtəlif 
idman oyunları, güləş, nizə tullamaq, oxatma, tonqal üstündən 
hoppanmaq, papaq oyunu və s. yarışlar keçirilir.  
Gəncə-Qarabağ bölgəsində çovkan oyunu da geniş 
yayılmışdır. Çovkan uzunluğu 1 – 1,25 metrə qədər olan, başı 
əyri çömçəvari  əl ağacıdır. Bu oyun zamanı oyunçular iki 
qrupa ayrılıb  əllərinə çomaq götürürlər. Çomaqların ucu qövs 
şəklində  əyilmiş  və nadir ipək torlarla hörülmüş olur. 
Meydanın ortasında top yuxarı atılır, oynayanlar qışqıra-qışqıra 
topun üstünə atılıb, onu ələ keçirməyə  və  rəqibin qapısı 
(çuxuru) tərəfə aparmağa çalışırlar. Bu oyun meydançada ya at 
üstündə, ya da piyada keçirilir. Meydançanın qarşı  tərəfində 
bir-birindən müəyyən məsafədə aralı oyunçuların topu atması 
üçün iki çuxur qazılırdı. Top ağacdan, yaxud içərisinə at tükü 
doldurulmuş materialdan hazırlanırdı. Oyunda atla iştirak 
edənlər bütün oyun ərzində at üstündə olmalı idilər. 
Adətən, yoxsullar, atı olmayanlar piyada oyun keçirirdilər. 
Gəncə-Qarabağ bölgəsində piyada oyun daha geniş 
yayılmışdır.  
Gəncədə yaşayıb yaratmış Nizami Gəncəvinin “çovkan” 
oyununu öz əsərində  təsvir etməsi bu oyunun Azərbaycanda 
geniş yayıldığını təsdiq edir. Bu haqda şair “Xosrov və Şirin” 
poemasında yazır: 
Dişi aslan kimi yetmiş nəfər qız, 
Şirinin yanına gəldi qayğısız. 
… Çovkan oynamaqda çox çevikdilər 
         Göydən qapırdılar topu müxtəsər [30, s.121]. 


_______________Milli Kitabxana______________ 
 78
Nizami Gəncəvi “Şərəfnamə”  əsərində çovkan 
oyununun hələ  qədimlərdən təşəkkül tapdığını,  Əhəmənilər 
dövründə isə daha geniş şöhrət tapdığını yazmışdır. 
   Çovkan  oyunu  haqqında Dədə Qorqud dastanında, 
Əvhədi Marağayi, Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar 
Şirvaninin, eləcə  də  səyyah Övliya Çələbinin, “Siyasətnamə” 
əsərinin müəllifi Xacə Nizamülmülkün, Nəsiminin, 
M.P.Vaqifin, M.V.Vidadinin və başqalarının  əsərlərində geniş 
məlumatlar vardır. 
Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında 
da XII əsrdə Bağdadda “Top və çovkan” oyunu üzrə yarışlar 
təşkil edildiyi göstərilmişdir. Bu yarışda dünyanın bir çox 
ölkələrindən 200-dən artıq atçapan iştirak etdiyi göstərilmişdir. 
Ermitajda saxlanılan və üzərində “çovkan” oyunu təsvir edilən 
vaza bu oyunun Azərbaycanın Qərb bölgəsində geniş 
yayılmasından xəbər verir. A.Yakubovski “Musiqiçilər təsvir 
edilmiş vaza və Polo oyunu” adlı məqaləsində qeyd edir ki, bu 
gözəl abidənin Asiyanın hansı vilayətində yaradılmasını demək 
çətindir. Ancaq bu XII əsrə aid vaza olduğuna görə üzərində 
çomaqla “çovkan” oynayan 6 atlının və oyun zamanı topu 
götürən nökərin piyada fiqurunun təsviri Nizami Gəncəvinin 
təsvir etdiyi çovkan oyununa yaxın olması belə güman etməyə 
əsas verir ki, vaza Gəncə-Qarabağ bölgəsində hazırlanmışdır. 
Gəncə-Qarabağ bölgəsində  də geniş yayılmış çovkan 
oyunu sonradan Azərbaycandan Hindistana və  İngiltərəyə 
keçmişdir. Elə Avropada da bu oyunu sevən ilk ölkə İngiltərə 
olmuşdur. XIX əsrin ortalarında ingilislər Hindistanda çovkan 
oynayan atlıları görmüşdülər. Oyun ingilisləri maraqlandırmış, 
onlar hindlilərdən oyun qaydalarını öyrənmişdilər. Sonralar 
ingilislərin özləri bu oyunla məşğul olmuş  və onu “Polo” 
adlandırmışdılar. Hətta 1908-1920-ci illərdə keçirilən 
olimpiadalarda ingilislər, 1924-1936-cı illərdə keçirilən 
oyunlarda isə argentinalılar qalib gəldilər. 


_______________Milli Kitabxana______________ 
 79
Azərbaycanda  ən geniş yayılmış  qədim oyunlardan biri 
də “Baharbənd” və “Papaq” oyunudur. Baharın  əvvəllərində 
atçapanlar xüsusi çəmənliyə toplaşır və “Baharbənd” oyununa 
hazırlaşırdılar. Gəncə-Qarabağ bölgəsində bu oyun xüsusi 
təmtəraqla keçirilirdi. Şuşada Cıdır düzü adlanan yerin olması 
da buna sübutdur. Oyun zamanı atı çapa-çapa papağını, 
silahını, kəmərini, xəncərini, çuxasını, arxalığını, 
ayaqqabılarını ardıcıllıqla  əynindən çıxarır. Atçapan nəzərdə 
tutulmuş yerdə atı geriyə sürür və sürəti azaltmadan yerə 
atılmış  əşyaları  yığıb dəyişir. Finişə hamıdan tez çatan qalib 
hesab olunur.  
“Baharbənd” oyunu, əsasən, kələ-kötürlü yerlərdə 
keçirilirdi. Əyri-üyrü dar cığırlarla at çapmaq gəncdən yüksək 
məharər və  cəsarət tələb edirdi. Gəncə-Qarabağ zonasında bu 
oyun daha geniş yayılmışdı.  
“Papaq” oyunu maraqlı, zarafatla keçən oyunlardan biri 
idi. Bu oyunda öz papağını saxlayan və oyunun digər 
iştirakçılarının başından iki və daha çox papaq götürən atlı 
qalib hesab edilirdi. 8-12 atlı arasında bir qız olur. O, üzünə 
yaylıq örtür və toxunulmaz hesab edilir, lakin öz yoldaşlarının 
papağını götürmək hüququna malik olur. Papaqsız qalan 
məğlub atlılar atdan düşürlər.  
Xalqımızın mənəvi mədəniyyətində xalq musiqi 
yaradıcılığının xüsusi yeri vardır. Ustad xanəndələr muğam 
musiqisi  əsasında  şöhrət qazanmışlar. Dahi Nizami hələ orta 
əsrlərdə mövcud olan muğam mədəniyyətinə öz münasibətini 
“Xəmsə”sində dəfələrlə bildirmiş və 8 qədim muğam növünün 
adını çəkmişdir. Nizami Gəncəvi ona bəlli olan yüzə qədər xalq 
mahnılarından 30-nun adını  çəkmiş, 32 musiqi alətindən bəhs 
etmişdir. Azərbaycan xalq musiqi alətləri simli, nəfəsli və zərb 
alətləri olmaqla üç qrupa ayrılır.  Ən geniş yayılmış simli 
alətlərdən qopuz, saz, tar, kamança və s. göstərmək olar. 
Azərbaycanda aşıq yaradıcılığı da özünəməxsus yer tutur. 


_______________Milli Kitabxana______________ 
 80
Azərbaycan xalq rəqs sənəti də yüksək dərəcədə inkişaf 
etmişdir. “Ceyranı”, “İnnabı”, “Uzun dərə”, “Bənövşə”, 
“Lalə”, “Mirzeyi”, “Tərəkəmə”, “Vağzalı” kimi oyun havaları 
xalqın ruhunu oxşayır. Kollektiv rəqs növlərindən olan “Yallı” 
Azərbaycanda qədim rəqslərdən biridir. Yalnız kişilərin iştirak 
etdiyi “Cəngi” və “Zorxana” rəqsləri dözümlülük, cəsarət və 
çeviklik tələb edən rəqs növləridir.  



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin