Mənə iki şeyi tutdular nöqsan,
Qarabəxt dedilər bir də ki, nadan.
Sən məni həbs etsən, haqdır, yeri var,
Əfv etsən cəzadan daha xoş olar.
Şah dedi: – İndiki halda, öldürüləcəyini bildikdən sonra tövbənin
faydası yoxdur, hətta bu barədə belə bir ayə də vardır: «Cinayətdən
sonra tövbənin xeyri yoxdur».
183
Şer
O oğrunun tövbəsindən nə fayda,
Ki, kəməndi ata bilmir saraya.
Ucaboya «meyvə dərmə» deməli,
Gödəklərin onsuz da çatmır əli
.
Belə bir iyrənc iş tutduqdan sonra bağışlanmağın qeyri-müm-
kündür.
Şah bunu decək, çəza müvəkkilləri tökülüb qazının əl-ayağını bağladılar.
Qazı dedi: – Şaha deyəcək mənim daha bir sözüm qalmışdır. Şah
eşitdi və dedi: – O nə sözdür?
Qazı dedi:
Şer
Ətəyindən məlamət yağdıranda mənə sən.
Zənn etmə ki, əlimi üzərəm ətəyindən.
Bu günah ki, mənim var, xilas olmaq çətindir,
Bircə ümid qalıbdır, o da kəramətindir.
Şah dedi: – Bu şeri çox gözəl dedin, sözü qəribə bir məharətlə
yerində işlətdin. Lakin əqlə müvafiq, şərə mütabiq olmaz ki, sənin bu
günkü hazırcavablığın canını mənim əlimdən xilas etsin. Əmr
edəcəyəm səni saray qülləsindən atsınlar ki, başqaları da görüb ibrət
alsınlar.
Dedi: –Ey yer üzünün allahı, mən sənin xanədanının yetişdirmə-
siyəm, özü də bu günahı tək mən etməmişəm, çoxları etmişlər,
başqaların at ki, mən ibrət alım.
Şahı gülmək tutdu, təqsirindən keçdi, qətlini tələb edənə isə belə
dedi:
Beyt
Sənin öz canında varikən nöqsan,
Neçin başqasında eyb axtarırsan?