291
Qəzvin, Həmadan, Ərak və digər şəhərlərdə məskunlaşmışlar. Fars
və türkdilli xalqlardan başqa İranda ərəblər, ermənilər, assuriyalılar,
brahuilər və başqa xalqların nümayəndələri yaşayır.
İranın dövlət dili fars dilidir. Bəzi əlavələrlə fars əlifbası ərəb
qrafikasına əsaslanır. Farsların danışıq dilində ərəb, türk, ingilis
dillərindən götürülmüş sözlər çoxdur. Ölkədə hakim din islamdır.
İran müsəlmanlarının (ölkə əhalisinin 98,8 faizi) 90 faizindən çoxu
şiədir. Məşhəd və Qum şəhərlərinin məscidləri dünya
müsəlmanlarının ən çox ziyarət etdikləri dini mərkəzlərdir. Ölkə
əhalisinin 80 mini xristiandır.
Təbii artımın yüksək olması ölkədə şəhərlərin böyüməsinə və
urbanizasiyanın genişlənməsinə səbəb olmuşdur. Tehran, Esfahan,
Təbriz, Məşhəd, Şiraz, Əhvaz İranın böyük şəhərlərindəndir. Bütün
göstəricilərə görə, ölkənin ən böyük şəhəri olan
Tehranın adı fars
dilində «təmiz», «gözəl» mənasını bildirir. Əhalisinin sayına görə (12
mln. nəfər) o, nəinki İranın, eləcə də İslam dövlətlərinin iri
şəhərlərindən biridir. Tehran Elbursun ön dağlıq hissəsində 1100-
1300 metr yüksəklikdədir. Şəhərdən 80 km aralı Dəmavənd vulkanı
ucalır.
Tehran IX əsrdə İranın qədim paytaxtı Rey şəhərinin yax-
ınlığında salınmışdır. Qacarlar sülaləsini hakimiyyətə gətirmiş Ağa
Məhəmməd şah Tehranı 1796-cı ildə dövlətin paytaxtı elan edir. XX
əsrin ikinci yarısından Tehran sürətlə böyüməyə başlayır. Ölkənin
sənaye istehsalının 30 faizi Tehran müəssisələrinin payına düşür. Te-
hran həm də İranın mühüm nəqliyyat qovşağı, siyasi, maliyyə və
mədəni mərkəzidir.
Təbriz Cənubi Azərbaycanın tarixi, siyasi, mədəni və iqtisadi
mərkəzidir. Acıçayın vadisində 1300-1400 metr hündürlükdə
yerləşmiş şəhər 852, 1721,1780, 1884 və 1936-cı illərdə güclü
zəlzələlərə məruz qalmışdır. Təbriz hələ eramızdan əvvəl şəhər-qala
olmuşdur. Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz
Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət
mərkəzlərindən biri olmuşdur. Əhalisinin sayı 2 mln. nəfərdən artıq
olan Təbriz İranın mühüm sənaye və nəqliyyat mərkəzidir. Təbriz
qədim memarlıq abidələri ilə zəngindir. Təbriz bazarı Şərqin qədim,
iri və gözəl bazarlarından biridir. Şəhərdə 200-dən artıq məscid
vardır. Şəhərin yaxınlığında məşhur memarlıq komplekslərinin
qalıqları (Əlişah məscidi, Ərk qalası, Göy məscid və s.) mühafizə ol-
292
unur. XX əsr tikililərindən Bələdiyyə idarəsinin binası, Təbriz Uni-
versiteti kompleksi, Gülüstan bağı və s. fərqlənir. Təbriz şərq
miniatür məktəbinin mərkəzi kimi də məşhurdur.
Esfahan İranın iri sənaye və mədəni mərkəzlərindən biridir.
Qədim fars dilində «hərbi düşərgə» mənasını bildirən bu şəhər
dağlararası dərədə Zayəndərud çayı sahilində yerləşir. Əhalisinin sayı
2,6 mln. nəfərdir. Tehrandan sonra İranın ikinci iqtisadi mərkəzidir.
Toxuculuq sənayesinin inkişafına görə Esfahanı «İranın Mançestri»
adlandırırlar. Esfahan İranın qədim şəhərlərindən biridir. Hələ
Sasanilər dövründə o, inzibati və iqtisadi mərkəz kimi seçilirdi.
Şəhərin inkişaf dövrü Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir.
Şəhərdə onlarca möhtəşəm məscid, mədrəsə qorunub saxlanılır.
Dostları ilə paylaş: