Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə226/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   221   222   223   224   225   226   227   228   229
Sənayenin aparıcı sahələri. Sənayenin inkişafı üçün müxtəlif 
amillərin (müxtəlif faydalı qazıntılar, bol əmək ehtiyatı  və s. ) ol-
masına baxmayaraq, bu sahənin ixtisaslaşması məhdud çərçivədədir. 
İqtisadiyyatının aparıcı sahəsi neft və qazçıxarma və bunların 
emalıdır. Neft-qaz sektoru ölkənin ümummilli məhsulun 20, valyuta 


 
293 
gəlirinin 85 faizini yaradır. 1973-cü ilə qədər ölkədə neftin 90 faizini 
Beynəlxalq Neft Konsorsiumu (BNK) çıxarırdı. 1973-cü ildə BNK 
ilə  İran Milli Neft Şirkəti (İMNŞ) arasında müqavilə bağlanır. 
Müqaviləyə əsasən neftin çıxarılması, emalı və satışı İMNŞ-nin ixti-
yarına verilir. Lakin BNŞ 1978-ci ilin sonunadək neft satışının 80 
faizinə  nəzarət etmiş,  İran neftinin alıcıları arasında vasitəçi rolunu 
oynamışdır. 30 ilə yaxındır ki, İranda neft sərvətinin yeganə sahibi 
dövlətə məxsus İran Milli Neft Şirkətidir. 
XX  əsrin sonlarına yaxın  İranda neft-qaz çıxarılması  işində 
Rusiyanın «Qazprom», Fransanın «Total» və «Elf Agiten», Malayzi-
yanın «Petronas» və  İtaliyanın «Eni» şirkətləri fəal iştirak etməyə 
başlamışlar. 
İranda 180 mln. ton neft (2007-ci il) çıxarılsa da , neft emalı 
müəssisələrinin istehsal gücü zəif olduğundan neft məhsullarına olan 
tələbat ödənilmir və İran hər il 7,0-8,0 mln. ton neft məhsulları idxal 
edir. Ölkədə böyük həcmdə  təbii qaz da çıxarılır. Mühüm təbii qaz 
yataqları ölkənin cənub-qərbindədir. Təbii qaz yataqlarının ümumi 
ehtiyatı 14 trillion kub metrdir. Hər il orta hesabla 58-60 mlrd. m
3
 
qaz çıxarılır.  İstehsal olunan təbii qazın bir hissəsindən sənaye 
müəssisələri və məişətdə istifadə olunur, digər hissəsi isə ixrac edilir. 
Neft emalı müəssisələri Abadan, qaz emalı müəssisələri isə Bəndər-
Xomeyni şəhərlərindədir. 
İran hökuməti neftdən gələn gəlir hesabına emal sənaye 
sahələrini inkişaf etdirmişdir. Bu sahədə baş verən dəyişikliklər üç 
istiqamətdə olmuşdur: 

 
İdxal olunan hazır sənaye məhsullarının azaldılması; 

 
Yerli istehlak, həm də ixracat əhəmiyyətli mühüm sahələrin 
(maşınqayırma, metallurgiya, neft-kimya, atom energetikası  və s.) 
yaradılması; 
Yüngül və yeyinti sənayesinin texniki cəhətdən 
təkmilləşdirilməsi. 
İranın  ən böyük qara metallurgiya müəssisəsi Esfahan şəhəri 
yaxınlığındadır. Bu müəssisənin tikilməsində sabiq Sovet İttifaqının 
böyük rolu olmuşdur. Bundan başqa  Əhvaz, Buşəhr, Məşhəd 
şəhərlərində  də qara metallurgiya, Tehranda və  Ərakda  əlvan 
metallurgiya müəssisələri vardır. Maşınqayırma sənaye müəssisələri 
Təbriz,  Ərak, Tehran, Qəzvin, Rəşt  şəhərlərindədir və bu müəs-
 
294
sisələrdə avtomobil, elektrotexnika və radiotexnika avadanlıqları 
istehsal edilir. 
Kimya və neft-kimya iqtisadiyyatın aparıcı sahələri olmaqla, 
xüsusilə  əhəmiyyətlidir. Bu sahənin xammalı ölkədə mövcuddur. 
1969-cu ildə Abadan şəhəri və  Hərq adasında neft emal edən iri 
müəssisələr fəaliyyətə başlayır. 
İran iqtisadiyyatının sürətli inkişafına mane olan səbəblərdən 
biri elektrik enerjisi istehsalının kifayət qədər olmamasıdır. Ölkədə 
istehsal olunan elektrik enerjisinin (50 mlrd. kvt.s. 2005) üçdə iki 
hissəsi istilik elektrik stansiyalarının payına düşür. İran hökuməti bu 
problemi aradan qaldırmaq məqsədilə nüvə enerjisindən daha geniş 
miqyasda istifadə etmək iqtidarındadır. Rusiyalı mütəxəssislərin 
köməyilə Buşəhr (Buşir)  şəhərindəki atom elektrik stansiyasının 
istehsal gücü artırılmışdır.  İranda nüvə proqramının reallaşdırılması 
tədbirləri Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın hakim dairələrini 
İrana qarşı hədələyici bəyanatlarla çıxış etməyə vadar etmişdir. İran 
rəsmiləri isə nüvədən dinc məqsədlər üçün istifadə ediləcəyini etiraf 
edirlər. 
 İranda yerli xammala əsaslanan tikinti materialları sənayesi də 
inkişaf etdirilir. Ölkənin  əksər  şəhərlərində  kərpic, sement, şüşə  və 
şüşə məmulatları, mərmər, əhəng daşı və s. istehsal edən müəssisələr 
var. Bu sahənin bəzi məhsulları qonşu ölkələrə də ixrac olunur. 
İranda  ənənəvi milli sənətkarlıq öz əhəmiyyətini saxlamışdır. 
Ölkədə xalçaçılığın tarixi çox qədimdir. Təbriz, Məşhəd, Esfahan 
xalçaları  zərifliyi, bədiiliyi, rənglərinin sabitliyi ilə dünya şöhrəti 
qazanmışdır.  Ən qədim Təbriz xalçaları B. Britaniya, ABŞ, Fransa 
muzeylərində  və  şəxsi kolleksiyalarda saxlanılır.  İranda süni lifdən 
maşınla toxunan xalçalar da bir sıra xarici ölkələrin, o cümlədən 
Azərbaycanın istehlak bazarlarını «bəzəyir». Ölkədə  sənətkarlar 
tərəfindən qızıl, gümüş və mis məmulatlarına mina ilə bəzək vurmaq, 
həmçinin milli tikmələr işi yaxşı inkişaf etdirilir. 
İranda kənd təsərrüfatı xammalı əsasında yeyinti sənayesi ink-
işaf etmişdir. Yeyinti sənayesinin tərkibi mürəkkəb və çox sahəlidir. 
Bu sahənin çox məhsulları həm də ixrac olunur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin