Midterm hidratın öyrənilmə tarixi


Şəkil 1. Müxtəlif sıxlıqlı qazların hidratyaranma şəraiti



Yüklə 482 Kb.
səhifə6/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   2   3   4   5   6   7   8   9   ...   18
hidrat mid

Şəkil 1. Müxtəlif sıxlıqlı qazların hidratyaranma şəraiti

Həmin qrafiklərdən sağ və yuxarı tərəfindəki sahə hid­rat­yaranmayan həddi göstərir. Təcrübə yolu ilə qurulmuş bu qrafiklərdən məlum olur ki, "qaz-su" sistemində təzyiqin art­ması ilə hidratyaranma prosesinin temperaturu artır. Nəzərə almaq lazımdır ki, göstərilən qrafiklər su buxarları ilə tam doymuş qazlara aiddir. Belə ki, hidratların mövcud olması üçün qaz qarışığında su buxarlarının parsial təzyiqi hidrat­ların buxar elastiqiyyəti qabiliyyətindən (təzyiqindən) artıq olm­a­lıdır. Qaz qarışığının nəmliyini azaltmaqla onun tərkibindəki su buxarlarının təzyiqi kiçilir və hidratyaranma temperaturu aşağı enir. Hidratyaranmanın təzyiq və temperatur kimi əsas göstəricilərindən əlavə olaraq qaz və qaz-kondensat yataq­la­rı­na məxsus qaz qarışığında müxtəlif qazların (N2, CO2 və H2S) olması bu prosesin termodinamiki şəratini dəyişdirir. Belə ki, CO2 və H2S qazlarının qaz qarışığında iştirakı hidratyaranma prosesini asanlaşdırır. Azot qazının isə qaz qarışığında iştirakı hidratyaranma prosesinin tarazlıq təzyiqini artırır.

Fərdi qazların və ya qaz qarışığının molekulyar kütləsi artdıqca hidartyaranma prosesi eyni sabit temperaturda daha aşağı təzyiqlərdə baş verir.

Karbohidrogen qazlarından: metan, etan, propan, izo­bu­tan və n-butan hidratyaradıcı komponentlər sayılır. Lakin hər qaz növü üzrə müəyyən maksimal temperatura mövcuddur ki, bu temperaturdan yüksək temperaturlarda təzyiqin heç bir yük­sək qiymətində hidratyaranma prosesi baş verməyir. Bu temperatur hidratyaranmanın kritik temperaturu adlanır. Hə­min temperatura metan qazı üçün 21,5C, etan qazı üçün 14,5C, propan qazı üçün 5,5C, i-butan qaz üçün 2,5S və n-bu­tan 1C-yə bərabərdir. Aparılmış tədqiqat işləri göstərir ki, qaz sənayesində əsa­sən qarışıq struktur tipli hidratlara rast gəlinir. Bu halda II struktur tipli hidratların böyük boşluqları propan və izobutan molekulaları ilə, kiçik boşluqları isə təbii qazın kiçik ölçülü molekulaları ilə dolmuş olur.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin