Şəkil 1. və əmsallarının qazın nisbi sıxlığından asılılığı
Texniki ədəbiyyatda hidratların davamlılığı olaraq sıfır dərəcə temperaturda (t0) hidratların dissosiasiya (parçalanma) təzyiqi qəbul edilmişdir. Hidratyaranma prosesinin tarazlıq göstəricilərinin təhlili ilə K.L.Unarokov tərəfindən müxtəlif hidratyaradıcı qruplar üzrə qaynama temperaturundan asılı olaraq hidratların davamlılığı aşağıda göstərilən tənliklə müəyyən edilmişdir:
( 4 )
burada:
Po- hidratların davamlılığıdır;
Tq- hidrat yaradıçısının normal təzyiqdə qaynama temperaturudur;
a və b- empirik əmsallardır.
Hidratyaranma prosesinin yaranma şəraitinin müəyyən edilməsi üzrə D.Kats tərəfindən, buxar-maye tarazlıq sisteminə analoji olaraq, qaz-su-hidrat sistemindən tarazlıq sabitindən istifadə olunmaqla sadələşdirilmiş hesablama üsulu təklif edilmişdir. Bu üsulun əsas tənliyi aşağıdakı bərabərliklərlə ifadə edilir:
; ( 5 )
Burada:
yi- başlanğıc qazda i komponentinin molyar payıdır;
xi- i komponentinin hidratın tərkibindəki molyar payıdır;
ki- i komponentinin tarazlıq sabitidir.
Təbii qazın tərkbində H2S qazının payı az olduğu halda bu üsulun hesablama nəticələri eksperiment nəticələrinə yaxın olur. Tarazlıq sabitinin qiymətləri 7,0 MPa təzyiqinə qədər aparılan təcrübələrin nəticələri əsasında müəyyən edilmiş və bu qiymətlər 14,0- 28,0 MPa təzyiqlərə qədər ekstrapolyasiya edilmişdir. Hesablamalarda nisbəti vahiddən kiçik olarsa , bu nisbətə müvafiq olan termodinamiki şəraitdə hidrat yaradıcı komponentlərin qatılığı hidratyaranma üçün kifayət olmadığına görə hidrat yaranmayır. Hidratyaranma şəraiti bərabərliyi ilə müəyyən edilir. Hidratyaranmanın göstərilən tarazlıq tənliyi ardıcıl seçmə üsulu ilə həll edilir. Bu üsulun izahı yuxarıda göstərilən texniki ədəbiyyatdan götürülmüş məsələnin həlli ilə aydınlaşdırılır.
Dostları ilə paylaş: |