5.Hidratdan istifadə yolları
6.Neft-qaz çıxarmada hidratın əmələgəlmə şəraiti
Qaz hidratlarının yaranma şəraiti tədqiqatçılar tərəfindən yüksək təzyiqə davamlı, müşahidə edilmə imkanı olan şəffaf plastik kütlədən hazırlamış şüşəli hidrat kamerində öyrənilməyə başlanmışdır. Həcmi 1000 sm3 olan altı baxış üzlü "Batiskaf" kamerində 200 kqq/sm2 təzyiqə və 30C-dən kristallaşma temperaturuna qədər həddə qaz və su qarışığı ilə təcrübə işləri aparılır. Təcrübələr "su-qaz" və "su-maye qaz" sistemlərində kino və foto aparatlarından və xüsusi mikrolampalardan istifadə edilməklə yerinə yetirilir.
Təcrübələrdə suyun tədricən soyudulma sürəti 0,5S/saat-dan artıq olmamışdır və bununla da kristallaşma istiliyinin ayrılması hesabına temperatur sıçrayışı tamam aradan götürülmüşdür. Kristalların yaranması və hidrat əmələgəlmə prosesinin sürəti statik şəraitdə, qazın su qatından barbotaj edilməsində və doymuş su buxarları mühitində dispergirlənmiş maye-qaz şəraitində öyrənilmişdir. Aparılmış təcrübələrin nəticələrindən aşkar olmuşdur ki, hidratyaranma prosesi aşağıda göstərilən təmas (kontakt) səthlərində başlayır:
- maye su-qaz və maye su-maye qaz təmas səthlərində;
- qaz həcmində kondensə olmuş damcı-örtük su səthində;
- su həcmindən ayrılan qaz qabarcıqları səthində;
- su buxarları ilə doymuş sərbəst qaz həcmində buxarlanan maye qazın damcı-dispers təmas səthində;
- suda həll olmuş qazın molekulalarının adsorbsiya olunan su-metal təmas səthində.
Müxtəlif fərdi qazlarla və qaz qarışıqları ilə aparılan təcrübələr göstərir ki, hidratyaranmada kristallaşma sürəti əsasən təzyiqdən və prosesin soyudulma dərəcəsindən asılıdır. Kristallaşma mərkəzlərinin əmələ gəlməsindən sonra hidratyaranma prosesi genişlənərək "qaz-su" təmas səthini bütünlüklə əhatə edir.
Qaz hidratlarının yaranma şəraitinin öyrənilməsi qaz hasili, qazın nəqlə hazırlanması, nəqli, emalı və istifadəsi üzrə texnoloji proseslərinin layihələndirilməsi məsələlərinin həllində çox mühüm əhəmiyyət daşıyır. Hazırda hidratyaranmanın başlanma təzyiqi və temperaturunun müəyyən edilməsi üzrə analitik, qrafoanalitik və eksperimental üsullar mövcuddur. Hidratyaranma prosesinin başlanma şəraitinin təxminən müəyyən edilməsində qrafiki üsuldan istifadə edilir. Şəkil 1-də qaz qarışığının nisbi sıxlığından asılı olaraq hidratyaranma prosesinin başlanğıcı üzrə təzyiq və temperatur göstəricilərinin qarşılıqlı asılılıqları göstərilir. Bu qrafiklər H2S qazının iştirak etmədiyi karbohidrogen qaz qarışıqlarına aiddir. Bu qrafiklərdən solda və yuxarı tərəfdə yerləşən sahə hidratyaranmanın mövcudluğuna məxsusdur.
Dostları ilə paylaş: |