2.Hidrat əmələgəlmənin temperaturu
3.qazın nəmliyinin təyini
4.Kompleksli hidratın əmələgəlməsi
5.hidrat tıxacının ləğv edilməsi
Hidrat tıxaclarının ləğv edilməsində qapalı mühitdə xeyli yüksək qaz təzyiqinin yarana bilməsi və hidrat tıxaclarının mənfi temperaturlarda dağılması zamanı suyun buza çevrilməsi təhlükələri nəzərə alınmalıdır.
Hazırda quyularda hidrat tıxaclarının ləğv edilməsi üzrə bir neçə istilik üsulları işlənilib hazırlanmışdır. Belə üsullardan birisi- sülb reagentlərin su ilə kimyəvi reaksiyasından ayrılan istilikdən istifadə edilmə üsuludur. Kimyəvi reagent olaraq xlorlu fosfor birləşmələrindən ( istifadə edilir. Su ilə ekzotermiki reaksiya zamanı bu reagentlər 3Mcoul/kq istilik yaradır. Bu üsulun faydalı iş əmsalı 0,7-yə çatır. Təcrübə göstərmişdir ki, 1 kq reagentdən ayrılan istilik sayəsində 5 kq hidrat dağıdıla bilir. Bir kapsulda yerləşdirilmiş 5 kq kütləyə malik olan reagent ilə diametri 62 mm və uzunluğu 10 m olan hidrat tıxacı dağıdıla bilir.
Quyudibi zonasında hidrat tıxaclarının ləğv edilməsi üçün müxtəlif güclü qaz odluqlu və kiçik ölçülü termoelektrik qızdırıcıları işlənilib hazırlanmışdır (1-3-cü şəkillər). Quyudibi zonasında qazın yanma prosesinin aparılması üçün quyuya borulararası fəza ilə hava vurulur.
Quyularda iri hidrat tıxaclarının ləğv edilməsi üçün bir neçə kiçik ölçülü elektrik qızdırıcısı konstruksiyaları yaradılmışdır. Bu qızdırıcıların xarici diametri 38-44 mm, uzunluğu 1100 mm, kütləsi 10 kq, gücü 10 kVt, gərginliyi 110 V, elektrik cərəyan qüvvəsi 30A-dir. Bu qızdırıcılar yüksək təzyiq və temperatur şəraitində işləyə bilir. Qızdırıcı spiral elementi diametri 25 mm və uzunluğu 14 m olan nixromdan hazırlanmışdır. Elektrik qızdırıcısının kipliyi rezin kipkəclərlə təmin olunur. Bu qızdırıcını elektrik enerjisi ilə gücü 30 kVt olan dəyişən cərəyanlı elektrogeneratora malik səyyar qürğu təmin edir. Belə elektrik qızdırıcısı ilə uzunluğu 500 m olan hidrat tıxacının ləğv edilməsi mümkün olmuşdur.
Qaz quyularının istismarında hidratsız iş rejimi quyu lüləsində hidratyaranma ehtimalını kəskin halda azaldır. Bununla da hidratlara qarşı istifadə edilən ingibitor sərfi və ya termiki üsulların tətbiq edilməsində enerji sərfi aradan götürülə bilər.
Quyularda hidratyaranma prosesi onların istismarının müvəqqəti saxlanması (konservasiyası) zamanı baş verə bilir. Xüsusi ilə şimal regionlarda yerləşən qaz və qaz-kondensat quyularının təzyiq altında saxlanması hökmən quyu lüləsində hidratların yaranmasına səbəb olur.
Məlumdur ki, quyuların dayandırılmasına baxmayaraq, quyu konstruksiyasında qeyri-kiplik nəticəsində laydan nəm qazın quyu lüləsinə sızması quyu kolonunda hidratyaramasına səbəb olur. Quyuların uzun müddətdə dayandırılması hallarında fontan armaturunun flansları arasına qapalı kipləşdiricilər qoyulması və dayandırılmış quyulara dövrü olaraq 2-3 ay fasilə ilə metanol reagenti vurulması təklif edilir.
Dostları ilə paylaş: |