6.Hidrat əmələgəlməyə qarşı istifadə olunan inhibitorlar
Nəm qaz axınına hidratyaranmaya qarşı ingibitorların (spirtlərin, elektrolitlərin) daxil edilməsi üsulu, bu üsul, digər üsulların tətbiqi mümkün olmayan hallarda (quyudibi və quyu lüləsi zonalarında), hidratyaranmanın qarşısının alınmasında və ya hidrat tıxaclarının ləğv edilməsində istifadə edilir. Qaz axınlarında ingibitorların hidratyaranma prosesinə təsiri onların su buxarları elastiqiyyətini azaltması və bununla da hidratyaranma temperaturunun aşağı salınması ilə əlaqədardır. Məlumdur ki, hidratyaranma prosesinin əsas şərti su buxarları elastiqiyyətinin hidrat üzərində artmasıdır. Bu göstərici yüksəldikcə, hidratyaranma temperaturu və buna müvafiq olaraq hidratyaranma ehtimalı da artır. Sülb məhlullar nəzəriyyəsi üzrə maddələrin təmiz halda buxar elastiqiyyəti onların məhlul qarışıqlarındakı elastiqiyyətindən artıq olur. Odur ki, təmiz suda hidratyaranma temperaturu da suyun ingibitorlu məhluluna nisbətən yüksək olur. Nəm qaz axınında ingibitorların iştirakı qazların suda həll olmasını azaldır, su-ingibitor sisteminin donma temperaturunu və müvafiq olaraq hidratyaranma temperaturunu aşağı salır.
Təcrübədə hidratyaranmaya qarşı ingibitor kimi elektrolitlərdən, spirtlərdən və qliqollardan istifadə edilir. Elektrolitlərin su məhlulları bir sıra xassələrinə görə digər məhlullardan xeyli fərqlənirlər. Yüksək dielektrik sabitinə malik olan su güclü ionlaşdırıcı məhluldur. İon quruluşlu sülb duz (kalsi-xlor) suda həll olduqda dissosiasiya nəticəsində məhlulda eyni zamanda müxtəlif işarəli ion hissəcikləri yaranır və bu hissəciklərin elektrik sahəsinin gərginliyi 106 v/sm-ə çatır. Su molekulalarının arasında belə elektrik yüklü hissəciklərin meydana çıxması suda struktur və energetik dəyişikliklər yaradır. Nəticədə boşluqlu kristallik su strukturu (yəni hidratyaranma şəraiti) pozulur. Hazırda hidratyaranmaya qarşı ən universal və etibarlı ingibitor – metil spirti (metanol) sayılır. Fiziki-kimyəvi göstəricilərinə, böyük miqdarda istehsalına, eləcə də hidratyaranmaya qarşı mübarizədə yüksək effektliyinə görə metanol ən səmərəli ingibitor sayılır. 1 və 2-ci şəkillərdə metanolun digər ingibitorlarla müqayisəsi göstərilir.
Dostları ilə paylaş: |