Qazın maye uducularla qurudulması
Mədənlərin əksəriyyətində qazın qurudulmasını maye uducularla yerinə yetirirlər. Qazın adsorbsiya qurudulması ücün əsasən dietilenqlikol (DEQ) və trietilenqlikol (TEQ) tədbiq edirlər; hidratəmələ qəlməsi inhibitoru kimi vurma ilə qurutma zamanı etilenqlikol (EQ) istifadə edilir.
Maye uducularla qurutma zamanı absorberin aşağı skrubber seksiyasinda damcı rütubətindən azad olmuş qaz qlikol məhlulu ilə qurudulur. Qurudulmuş qaz yuxarı skrubber seksiyasindan kecir ki, orada ondan aparılmış qlikol məhlulunun damcıları ayrılır. Nəmliklə doymuş qlikol məhlulu desorberdə reqenerasiyaya məruz qalır.
Dostları ilə paylaş: |