Midterm hidratın öyrənilmə tarixi


** 1.Qazların qurudulmasında hidrat əmələgəlmənin qarşısının alınması



Yüklə 482 Kb.
səhifə12/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
hidrat mid

**

1.Qazların qurudulmasında hidrat əmələgəlmənin qarşısının alınması

Təbii və xam qazların qurudulmasının iki üsulla aparılır: bərk uducularla (adsorbsiya) və maye uducularla (absorbsiya).

Maye absorbentlərin bərk adsorbentlərlə müqayisədə üstünlükləri aşağıdakılardır: təmizləmə sistemdə aşağı təzyiqlər fərqi; tərkibində zəhərlli maddələr olan qazları bərk adsorbentlərlə təmizlənməsinin mümkünlüyü; aşağı kapital qoyuluşu və istismar xərcləri. Lakin, maye uduculardan istifadə edildikdə qazın qurudulma dərəcəsi bərk sorbentlərdən istifadəsindən daha azdır və qurudulmuş qazın temperaturu 0°C-dən yuxarı olmalıdır, əlavə olaraq qurudulmuş qazda bəzi ağır karbohidrogenlərin olması zamanı, uducuların köpüklənməsi baş verir.

Sənaye qurğularında qazın qurudulması üçün silikagel (ən çox yayılmış quruducu), alümogel, aktivləşdirilmiş boksit (florid) və molekulyar ələklərdən istifadə olunur.

Adsorbsiya qurutma qurğuları 2-4 adsorberdən ibarətdir. Bərk uducularla qurutma prosesinin tam dövrü ardıcıl üç mərhələdən ibarətdir: 12-20 saat davam edən adsorbsiya; adsorbsiyanın 4-6 saat ərzində bərpası və adsorbentin 1-2 saat soyudulması.

Qazın 1.Separatorda-mexaniki qatışıqlardan, nəmlikdən, maye karbohidrogenlərdən təmizləndikdən sonra, bərpa olunmuş quruducu adsorbera daxil olur. Adsorbent qazın tərkibində qalan nəmliyi udur və bundan sonra adsorberdən qurudulmuş qaz magistral qaz kəmərinə yönəldilir. Separasiya olunmuş xam qazın bir hissəsi əvvəlcə qızdırıcıya, sonra isə bərpası üçün adsorberə verilir. Quruducunun bərpasından sonra isti qaz soyudulur. Qazın soyudulması zamanı quruducudan çıxarılan və ayrılan qaz separatorun nəmsizləşdirmə bölümünə yönəldilir.



Şəkil 1. Qatı uducularla qazın qurudulmasının texnoloji sxemi:

1 - ayırıcı; 2 və 7 - su axını; 3 - qızdırıcı; 4 və 5 - adsorberlar; 6 - ayırıcı; 8 - istilik dəyişdiricisi; I - nəm qaz; II - qurudulmuş qaz; III – dairəvi xətti

Adsorbsiya prosesi baş verən qurğularda şeh nöqtəsi çox aşağı (–40°C və daha aşağı) əldə edilir.

Qazın qurudulması üçün tələb olunan adsorbentin miqdarı

(1)

burada


Vn - qurudulma üçün verilən qazın miqdarı, standart şəraitə gətirilmiş 20°C-yə və 0.1013 MPa-ya, m/gün;

mн, mk - müvafiq olaraq nəm və qurudulmuş qazda nəmlik, kq/m; τ - udulma müddəti, h; a = 0,04- 0,05 adsorbentin aktivliyi.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin