Midterm hidratın öyrənilmə tarixi



Yüklə 482 Kb.
səhifə1/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
  1   2   3   4   5   6   7   8   9   ...   18
hidrat mid


MIDTERM

*

1.Hidratın öyrənilmə tarixi

Qaz hidratlarına aid olan ilk məlumat 1811-ci ildə ingilis kimyaçısı Hemfri Devi (1778-1829) tərəfindən aparılmış təc­rübələrin nəticələri əsasında yaranmışdır. H.Devi 1811-ci ildə at­mosfer təzyiqində və 0S-yə yaxın temperaturlarda xlor qa­zını sudan keçirərək şüşə qabda yaşıl-sarımtıl rəngli çöküntü – xlor hidratı yaratmışdır. Alınmış birləşmənin qeyri-sabitliyi və o dövrdə tədqiqat imkanlarının məhdud olması bu mad­dənin xassələrinin öyrənilməsinə imkan verməmişdir. 1823-cü ildə Hemfri Devinin laboratoriyasında işləyən və sonralar elektro­maqnetizm, elektroliz, öz-özünə induksiya qanunla­rı­nın yara­dı­cısı olan ingilis fiziki Maykl Faradey (1791-1867) tərəfindən ilk dəfə olaraq xlor hidratının tərkibi təhlil edil­mişdir. Müəl­li­minin kimyəvi təcrübələrini yeni qaydada yox­layan M.Fa­ra­dey ucları kip lehimlənmiş əyri şüşə boruda xlor hidratını qız­dırmışdır (1-ci şəkil). Şüşənin bir ucunda xlor hidratının qız­dırılması zamanı şüşədə qatı yaşıl-sarımtıl qaz və şüşənin so­yuq ucunda yağlı maye əmələ gəlmişdir. Faradey alınmış ma­ye fazasını tədqiq etmək üçün qapalı şüşəni yeyə ilə kəsdikdə xlor hidratının parçalanmasında xlor qazı və su ilə birlikdə mayeləşmiş xlor fazası da əldə etmişdir. Təcrübənin əvvəlini müşahidə edən Devinin dostu doktor Peris gənc labo­rant Fa­ra­deyi məzəmmət edərək: «Siz təc­rü­bədən əvvəl sınaq şü­şə­sini pis yumusunuz, başqa halda şüşəyə yağ haradan düşə bi­lər­di?» – deyib gedir. Ertəsi gün doktor Peris aşağıdakı məz­mun­da qısa məktub alır: «Ser, dünən Sizin gördüyünüz yağlı maye­nin ma­yeləşmiş xlor olduğu məlum oldu. Sizə sadiq M.Fa­radey».

Beləliklə, M.Faradey qaz hidratının dağıdılması təcrü­bə­sində eyni zamanda qazların mayeləşdirilməsi üçün daha əl­verişli üsul tapmışdır. Onun xlor hidratı ilə apardığı təcrü­bədən aşkar edilmişdir ki, bu hidratın dağılması zamanı ay­rı­lan xlor qazı çıxışı olmayan qapalı tutumda sıxılaraq təz­yiqini artırır və şüşənin digər soyuq ucunda aşağı tempe­ra­turda ma­ye fazasına çevrilir.

Daha sonra görkəmli kim­­yaçı D.İ.Mendeleyev və ingilis fiziki Tomas Endryus tərə­findən isbat edilmişdir ki, hər bir qaz növünə görə müəyyən son temperatur həddi mövcuddur və bu temperaturdan yük­sək temperaturda hətta ən yüksək təzyiqin təsiri ilə də qazı ma­ye­ləşdirmək mümkün olmur. Həmin temperatur kritik tem­peratur və ona müvafiq olan təzyiq kritik təzyiq adlan­dı­rıl­mışdır. Ümumiyyətlə kritik hallar qazların faza çevril­məsin­də, qaz axınlarının hərəkət rejimlərində və eləcə də qazların hid­ratyaranma prosesində də mövcuddur.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin