Midterm hidratın öyrənilmə tarixi



Yüklə 482 Kb.
səhifə16/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   ...   10   11   12   13   14   15   16   17   18
hidrat mid

Şəkil 1 Şəkil 2

Şəkil 2. İngibitorların sulu məhlulunun qatılığından asılı olaraq sıxlıqları

1- kalsium-xlor; 2-üçetilen-qliqol; 3-ikietilen-qliqol;

2-4- etilen-qliqol (20S); 5- metanol (15S).

Şəkil 1. İngibitorların qatılığının hidratyaranma temperaturunun azalmasından (t) və məhlulunun donma temperaturundan asılılığı

1 - CaCl3; 2- metanol CH3OH4; 3- dietilen-qliqol

Mədən şəraitində qazların nəqlə hazırlanması şəraitində me­­tanol-su məhlulunun qatılığından asılı olaraq donma tem­­­­­­­­pe­ra­turunu müəyyən etmək lazım olur.

Hidratyaranmaya qarşı istifadə edilən ingibitorlara aşağı­dakı tələblər göstərilir:

1) Hidratyaranma temperaturunu maksimal dərəcədə aşa­ğıya salmaq;

2) qaz-maye komponentləri ilə reaksiyaya girməmək və sülb çöküntü yaratmamaq;

3) qazların və onların yanma məhsullarının zərərli xassələ­rini artırmamaq;

4) suda tam həll edilmə və asan regenerasiya edilmə;

5) kiçik özlülüyə və buxar elastiqiyyətinə malik olmaq;

6) tez əldə olma və ucuz qiymətə başa gəlmə;

7) aşağı donma temperaturuna malik olmaq.

Hazırda hidratyaranma ilə mübarizədə daha çox istifadə olunan ingibitor metil spirtidir. Metanol hidratyaranma tem­pe­raturunu xeyli aşağı salmaq və artıq yaranmış olan hidrat tıxaclarını tez dağıtmaq qabiliyyətinə malikdir. Bu reagent su­da istənilən nisbətdə həll olmaqla kiçik özlülüyə, eləcə də xeyli aşağı donma temperaturuna malikdir. Metanol məhlulu rege­nerasiya edilərək yenidən istifadə oluna bilər. Bununla bəra­bər metanol güclü zəhərli maddədir və onun istifadəsi və sax­lanması xüsusi ehtiyatla yerinə yetirilməlidir.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin