Ammonyaklaşma- Ammonifikasiya. Müxtəlif yollarla torpağa daxil olan, azotufiksəetmədən alınan, bitki və heyvani qalıqlarda olan, kübrələrlə verilən və humusun tərkibindəki azot üzvi azotlu birləşmələr şəklində olur. Lakin bu qədər miqdarda olan azot bitkilər tərəfindən mənimsənilə bilmir, çünki onların mineral formalı azota ehtiyaçları vardır. Mikroorqnizmlərdən bakteriyalar, aktinomisetlər, göbələklər və s. fəaliyyəti nətiçəsində üzvi azotlu birləşmələr nisbətən sadə birləşmələrə parçalanır və nəticədə müəyyən qədər ammonyak sərbəstləşir ki, buna da ammonyaklaşma və ya ammonifikasiya prosesi deyilir.
Azotlu maddələrin ammonyaklaşmaya uğraması prosesinin təbiətdə və kənd təsərrüfatı təcrübəsində böyük əhəmiyyəti vardır.Çünki bitkilər ammonyum duzlarını digərlərinə nisbətən daha asan mənimsəyə bilir.
Tədqiqatlar göstərmişdir ki, ammonyak əsasən ammonyaklaşdırıcı bakteriyaların ifraz etdikləri hidrolitik fermentlərlə hidroliz yolu ilə alınır.
Dostları ilə paylaş: |