Mikroorqanizmlərin maddələr dövranında iştirakı


Zülalların ammonyaklaşma prosesi – ammonifikasiyası



Yüklə 29,43 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü29,43 Kb.
#35514
1   2   3   4   5   6   7   8
Azot

Zülalların ammonyaklaşma prosesi – ammonifikasiyası. Zülallı maddələr heyvani orqanizmlərin əsas tərkibinə daxil olub, torpağa çoxlu miqdarda bitki və heyvani qalıqlarla düşür. Zülallar çox mürəkkəb üzvi birləşmələr olub, müxtəlif kimyəvi quruluş və xüsusiyyətə malikdir.

Bitki qalıqları, heyvan və insan meyidləri və ifrazatlar (peyin, sidik və s.) torpağa düşərək müyyən temperatur və rütubətdə mikroorqanizmlərin köməyilə parçalanır. Parçalanma mexanizminə gəldikdə zülalların parçalanması onların hidrolizindən başlanır. Zülallar proteolitik ferment ifraz edən mikroorqanizmlərin köməyi ilə hidroliz olunur. Parçalanma nəticəsində peptonlar, peptidlər və amin turşuları əmələ gəlir.

Zülalların kimyəvi tərkibindən asılı olaraq onların parçalanmaları da müxtəlif olur. Məsələn, süddə olan kazein və qanda olan hemoqlabin yumurta ağına nisbətən çətin parçalanır.

Mikroorqanizmlər zülallı maddələrin parçalanmasında əmələ gələn sadə zülallardan qida və enerji mənbəyi kimi istifadə edir.



Zülalların amonyaklaşmasında istirak edən bakteriyalar

Bacterium protensvulgaie

Kiçik peritrixial, sporsuz, ölçüsü 1.6-4.6 mkm, fakultativ aneorobdur.

Zülalları parçaladıqda qələvi mühit yaradır. H2 və indolkimi birləşmələr əmələ gəlir.



Bacterium putidun

Çöpşəkilli, hərəkətli, lofotrixial, aerobdur. Ölçüsü 2.5 mkm zəncir əmələ gətirir

Pseud fluorecesis

Hərəkətli, sporsuz, zəncir əmələ gətirmir, qram-mənfi boyanır.

Eseh. Coli

Hərəkətli, sporsuz, çöpşəkilli, ölçüsü 2.4 mkm-dır.

Bacterium neycoides

Oval formalı, sporəmələgətirən, kirpiklərlə hərəkət edən, ölçüsü 1.6-3.6 mkm olan çöpşəkilli bakteriyalardır. Qidalı mühitdə koloniya əmələ gətirir.

Bacterium mesentericus

Bacterium subtilis

Bacterium megaterium


0.4-3.5 mkm

1.0-2.1 mkm dairəvi formaya malik,

2.5-9 mkm spora malik

çöpşəkilli bakteriyalardır

Zülalları parçaladıqda H2S əmələ gətirir. Aerob olurlar.



Yüklə 29,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin