Mikroorqanizmlərin maddələr dövranında iştirakı



Yüklə 29,43 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü29,43 Kb.
#35514
1   2   3   4   5   6   7   8
Azot

Azot dövranı. Təbiətdə azot ehtiyatı tükənməzdir.Yalnız bizi əhatə edən atmosferin 4/5 hissəsini (79 %) molekulyar azot təşkil edir.Hesablamalar göstərir ki, (fyodorov, Mişustin, Yemsov və s.) hər hektar yer sahəsində 80 milyon ton molekulyar azot olan hava sütunu yüksəlir. Bu miqdar azot torpaqda olan azotdan 13000 dəfə çoxdur

Azot ən vacib biogen elementlərdən biridir. Bu heyvan və bitki zülalının əsasını və daimi hissəsini təşkil edir. Bunun əsas mənbəyi atmosferin molekulyar azotu və torpaqdır. Məlumdur ki, təbiətdəki azot biogen dövrana 2 yolla daxil olur: 1-ci elektirik və fotokimyəvi yolla atmosfer azotunun oksidləşməsi ilə NO2 və NO3 əmələ gəlir, bu da yağış suyunda həll olub torpağa və sulara tökülür. 2-cisi bioloji yolla azotun fiksə olunmasıdır ki, burada əsəsən bir çox azot fiksə edən bakteriyalar iştirak edir.

Birinci yolla 1 m2 torpaq səthinə 30 mq NO3 , ikinci yolla bir qədər çox -1m2 torpaq səthinə 100mq NO3 daxil olur. Sərbəst azotdan başqa təbiətdə birləşmələr halında olan azotu da bitki və heyvanlar mənimsıyə bilmir. Bu birləşmələr yararlı şəkilə düşmək üçün mikroorqanizmlər tərəfindən minerallaşmalıdır. Bitkilərin qidalanması üçün torpaqda olan azot ammonium-nitrat və nitrat turşusu duzları şəkilində olmalıdır. Bitkilər bu birləşmələrdən üzvi azotlu birləşmələr əmələ gətirir. Torpaqda həmin duzların miqdarı az olduqda torpağın məhsuldarlığı da aşağı düşür. Bunu nəzərə alaraq torpağa əkindən qabaq peyin və ya müxtəlif azotlu gübrələr verilir, beləliklə də yüksək məhsul əldə etmək olur.

Orqanizmlərin maddələr mübadiləsində azotun rolu olduqca böyükdür. Bu, zülalların və digər birləşmələrin tərkibinə daxildir.



Torpaqda azotlu birləşmələr:

  1. Ammonyaklaşma ,

  2. Nitritləşmə,

  3. Azotun immobilizasiyası,

  4. Denitritləşmə,

  5. Atmosferin sərbəst azotunu fiksə etmə kimi proseslərə məruz qalır.

Yer üzərində olan üzvi qalıqlar mikroorqanizmlərin iştirakı ilə parçalanır və üzvi azot müxtəlif çevrilmələrə məruz qalır. Denitritləşmə prosesi nəticəsində elementar azota çevrilir. Zülallar parçalandıqda ammonyaklaşma nəticəsində ammonyak və onun törəmələri əmələ gəlir ki, bu da sonradan atmosferə və okean sularına daxil olur. Nitritləşmə prosesində amonyak və digər azotlu üzvi maddələr mikroorqanizmlərin köməyi ilə oksidləşərək N2O, NO, N2O3, və N2O5 əmələ gətirir.

Yer kürəsinin insan həyatı üçün yaradıldığının başqa bir göstəricisi də yer üzündəki azot dövranıdır. Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir.

Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır). Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər.

İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir. Bunlardan bitkilər faydalanır və dövran beləcə davam edir.




Yüklə 29,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin