Denitritləşmə prosesi – denitrifikasiya. Əmələ gəlmiş nitratların müəyyən hissəsi bir tərəfdən ali bitkilər tərəfindən istifadə olunur, bir hissəsi su ilə yuyulr və bir qədəri də bakteriyaların özlərinin qurluşuna sərf olunur.
Torpaqda yaşayan mikroorqanizmlərin bəziləri anaerob şəraitdə nitritləşmə nəticəsində əmələ gəlmiş nitrat turşusunu nitritə, nitriti ammonyaka və ammonyakı isə hətta sərbəst azota da parçalaya bilir. Beləliklə bitkilər üçün qiymətli azotlu birləşmələr parçalanır və torpaqda çox az miqdarda olan azot ehtiyatı daha da azalır. Buna denitritləşmə prosesi və burada iştirak edən mikroorqanizmlərə isə denitritləşdiricilər adi verilir. Denitritləşmə zamanı çıxan azot qaz halında atmosferə qalxır.
M.Korsakovaya görə denitritləşmə prosesi aşağıdakı qayda üzrə gedir:
KNO3 KNO2 KNO N2
Nitratların reduksiyasında mikroorqanizmlərin iştirakıni nəzərə alaraq bu prosesin iki cür getdiyi göstərilir
Düzgün və ya müstəqil denitratlaşmadır ki,orada Pseudomonas, Achomobacter, Micrococcus və s. cinslərin növləri iştirak edir.
Dolayı yolla gedən bu proses turş mühitdə kimyəvi yolla amin turşuları ilə nitrat turşularının qarşılıqlı təsir nəticəsində meydana gəlir.Burada mikroorqanizmlərə dolayı yol verilir. Belə ki, birləşmələr bir-biri ilə reaksiyaya girərək öz azotunu molekulyar azota qədər reduksiya edirlər.
Dostları ilə paylaş: |