Məhsulun həyat tsıklına görə həyat tsıklı. Bu sistem orta sahibkarlıq subyektləri üçün ən ideal hesab edilə bilər. Məhşür rusiyalı marketoloq Andrey Rukavişnikovun fikrinə görə postsovet ölkələrində insanların ən çox dəyər verdikləri amillərdən biridə “yeni məhsul” olmasıdır. Bu baxımdan Azərbaycan bazarında trendlə əlaqəli məhsulların satışında ən düzgün qiymət qoyma metodu bu hesab edilməlidir. Bu metodun əsas məntiqi çox sadədir. Təklif edilən məhsullar müştərilərə təqdim olunma müddətinə görə 4 qrupa bölünür: yeni məhsullar, inkişafda olan məhsullar, durğunluq dövründə olan məhsullar, düşüşdə olan məhsullar, hər bir qrupa görə konkret rentabellik dərəcəsi təyin edilir.
Təcrübəmə əsaslanaraq deyə bilərək ki, Azərbaycan şəraitlərində ən uğurlu qiymətqoyma siyasəti məhz məhsulun həyat tsıklına görə tətbiq edilən qiymətqoyma siyasətidir. Bu üsul aşağıdakı mərhələlərdən ibarətdir:
Yaranma dövrü. Burada olan məhsullara biz ən yüksək rentabellik dərəcəmizi tətbiq edirik. Məsələn geyim malları təklif edən mağazada yeni məhsullara ən üst rentabellik dərəcəsi tətbiq edilir. Məhsul ekskluziv mal kimi bazara çıxarılır. Bunun müştəriləri qiymətdən çox yenilik arxasınca düşən adamlar olur.
İnkişaf dövrü. Bu kateqoriyalı məhsulların qiyməti bazar qiymətlərinə uyğunlaşdırılır və kütləvi satış üçün şərait yaranır. İnkişaf dövründə olan məhsulların rentabellik dərəcəsi ortalama rentabellikdən yuxarı həddə təyin edilir.