MiNGƏÇEVİr turizm kolleci Tələbə: Məmmədova Gülnar Fakültə: Turizm və onun təşkili Fənn: Sahibkarlıq fəaliyyəti


Sərbəst iş № 10. Sahibkarlıq fəaliyyətində marketinq



Yüklə 51,98 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü51,98 Kb.
#40957
1   ...   4   5   6   7   8   9   10   11   12
Sərbəst iş № 10. Sahibkarlıq fəaliyyətində marketinq

Marketinq termini ingilis dilində market sözündən olub, satış bazarı sferasında fəaliyyətiəhatə edir. Ona görə də marketinq geniş anlayış olub hər şeydən əvvəl iqtisadi fəaliyyət sistemidir.

Marketinqi xarakterizə edən ən mühüm cəhətlərdən biri də onun bir tərəfdən istehsala yönəldilməklə buraxılmış məhsulu istiqamətləndirməklə bazarın, tələbatın, alıcının və onun zövqünün diqqətli və hər- tərfli öyrənilməsini əhatə edir. İkinci tərəfdən isə marketinq bazara, mövcud tələbə və istehlakın formalaşdırılmasma fəal təsiri özündəəks etdirir. Sənayecə inkişaf etmiş ölkələrdə alıcılar yaradıcı əməyin ən başlıca məhsuldar qüvvəsi hesab edilir. İşçinin əməyi yüksək ixtisaslı olmaqla, onun hazırladığı məhsul cəmiyyət üçün lazımlı və yüksək keyfiyyətli və aşağı istehsal xərcləri hesabına başa gəlmişsə belə həmin istehsal edilmiş məhsul öz alıcılarını tapmırsa və son istehlaka yönəldilmirsə, qeyri-məhsuldar hesab edilir.

Məhsulun istehsaçısı ilə həmin məhsulun alıcısı arasında əlaqə, daha doğrusu onların bir-birlərini tapması ilk növbədə marketinq fəaliyyəti ilə xarakterizə edilir. Beləliklə, marketinq özlüyündə mübadilə vasitəsi ilə xarakterizə edilir. Beləliklə, marketinq özlüyündə mübadilə vasitəsi ilə ehtiyacların və istehlakın ödənilməsinə yönəldilmiş insan fəaliyyətini əks etdirir. Bu baxımdan marketinq prosesi aşağıdakı əsas anlayışları: ehtiyac, tələbat, əmtəə, mübadilə, alqı-satqı əməliyyatları və bazarları özlüyündə əks etdirir.

Marketinqin əsasını ilk növbədə insanların ehtiyaclarının öyrənilməsi təşkil edir. İnsanların ehtiyacları çoxsahəli və mürəkkəb xarakter daşıyır. İnsanların ehtiyacları çoxsahəli və mürəkkəb xarakter daşıyır. İnsanların ərzaq məhsullarına, geyimə, elektirik və yanacaq,məhsullarına, təhlükəsizliyə oldan fərdi ehtiyacları bu proseslərə daxildir. Bütün adları çəkilən məsəllər isə reklam agentliklərinin gücü ilə formalaşır. İnsan cəmiyyətinin yaranması və iqtisadi təcrübəsi göstərir ki, əgər ehtiyaclar ödənilmirsə, onda insanlar özlərini kimsəsiz və xoşbəxtlikdən uzaq hesab edirlər. Bu və ya digər ehtiyacların mövcudluğu isə istehlak tələbatlarının təmin edilməsi imkanlarının olmamasından irəli gəlir. İnsanların ehtiyaclarının təmin edilməməsini onların tələbatlarını təmin edən obyektlərin axtarılmasında və onların istehsal fəaliyyətində axtarmaq lazımdır.

Araşdırmalar göstərir ki, əmtəəni xarakterizə edən iki xassənin istehlak və mübadilə dəyərinin əmtəənin yaradılmasına sərf kdilən əməyin ikili xarakterə malik olması ilə əlaqədardır. Əmtəə yaradıldıqda konkret və mücərrəd əməkistifadə edilir. Qeyd etmək lazımdır ki, əmtəənin dəyəri məhz mübadilə zamanı reallaşdırılır. Dəyər adlanan əmtəə də madiləşən əməyi xarakterizə edir. Onun kəmiyyəti əmtəə istehsalına çəkilən ictimai-zəruri əmək, daha doğrusu iş vaxtı ilə ölçülür. Deməli, əmtəəyənə qədər çox ictimai-zəruri əmək və ya nə qeder çox iş vaxtı sərf edilirsə, əmtəənin dəyəri də bir o qədər də çox olur. Bundanq əlavə bazarda əmtəə və onun istehsalı istehlakm təmin edilməsi təklif kimi xarakterizə edilir.

Marketinq cəmiyyət üzvlərinin tələbatını mübadilə vasitəsi ile təmin edilməsini xarakterizə edir. Mübadilə dəyər əldə etmək məqsədi ilə əmtəələrin bir-biri ilə dəyişdirilmək və əvəzlənməsi prosesidir.

Mübadilə marketinq əsas anlayışı olub hər iki tərəf (satıcı və alıcı) arasındakı kommersiya əməliyyatlarını xarakterizə edir.



Bazar əmtəə, xidmət və digər obyektlər üzrə alqı-satqı prosesini əks etdirir. Məsələn, əmək bazarı əsas etiban ilə öz işçi qüvvəsini əmək haqqına və ya əmtəəyə mübadilə etmək üçün bazarda təklifi, daha doğrusu işçi qüvvəsi üzrə alqı-satqı prosesini özündə əks etdirir. Əmək bazarındakı gərgin vəziyyətləri və onun formalaşdırılmasmda qeyri-münasiblikləri və uyğunsuzluqları yumşaltmaq üçün müxtəlif konsultasiya firmaları yaradılır və inkişaf etdirilir.


Yüklə 51,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin