MiNGƏÇEVİr turizm kolleci Tələbə: Məmmədova Gülnar Fakültə: Turizm və onun təşkili Fənn: Sahibkarlıq fəaliyyəti


Sərbəst iş № 7. Müəssisənin idarəedilməsində istifadə olunan amillər və elementlər



Yüklə 51,98 Kb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü51,98 Kb.
#40957
1   ...   4   5   6   7   8   9   10   11   12
Sərbəst iş № 7. Müəssisənin idarəedilməsində istifadə olunan amillər və elementlər

Marketinqin elmi tərifinin sistemləşdirilməsi və ifadə edilməsi ilk cəhdlərindən marketinq konsepsiyası ilə bağlı olmuşdur. Hələ qırx il bundan əvvəl Felton marketinq konsepsiyasını aşağıdakı kimi müəyyənləşdirməyi təklif edirdi:

- Əsas məqsəd olan uzunmüddətli mənfəət əldə etmək üçün korporasiyanın digər funksiyaları ilə qarışan, bütün marketinq funksiyalarının inteqrasiyasına və koordinasiyasına əsaslanan korporativ dünyagörüşü,‖. Daha sonra Kotler və b. müəyyənedici xüsusiyyətin aşağıdakı kimi olduğunu bildirdilər:

- Marketinq konsepsiyasına görə, təşkilatın öz məqsədlərinə çatması, onun, rəqiblərinə nisbətən daha səmərəli və məhsuldar şəkildə məqsədli bazarların arzu və ehtiyaclarının müəyyənləşdirməsindən və onların təmin edilməsindən asılıdır.

Sadə variantda onu belə başa düşmək olar. Marketinq konsepsiyasına görə, getdikcə daha çox rəqabətli və dinamik olan bazarlarda, müştərilərin tələbatlarını, arzularını və gözləntilərini nəzərə alan və onları rəqiblərinə nisbətən daha yaxşı ödəyən kompaniya və ya təşkilat daha əlverişli mövqelər qazanacaq. Marketinq konsepsiyasına görə, müştərinin hər hansı təşkilatın məhsulunun almasının yeganə səbəbi təklif olunan məhsulun rəqib təşkilatın təklifinə nisbətən onun arzu və tələbatları üçün daha yararlı olmasıdır.

Marketinqin mahiyyəti və tərifi məsələsi hələ də mübahisəlidir. 1985-ci ildə Amerika marketinq assosiasiyası bu və ya digər dərəcədə hamı tərəfindən qəbul edilən tərifini verməzdən öncə 25-dən çox marketinqə verilən tərifi öyrənmişdir.

Marketinq-bu, fərdlərin və təşkilatların məqsədlərinə cavab verən mübadilənin təşkil edilməsi üçün konsepsiyaların planlaşdırılması və reallaşdırılması, qiymətəmələgəlmə, ideya, əmtəə və xidmətlərin planlaşdırılması və yayılması prosesidir. Belə tərif marketinqi təşkilatdaxili həyata keçirilən proses kimi təqdim edir. Bu proses marketinq xidməti və ya istiqaməti tərəfindən idarə edilə və ya edilməyə bilər.

Lakin marketinqin elmi tərifindən onun real, praktiki əhəmiyyətinə keçmək elə də asan deyil. Vebster qeyd edir ki, təşkilatda marketinqin mövqeyinin müəyyənləşdirilməsi idarəetmənin digər funksiyalarına nisbətən daha çətindir, çünki marketinq - eyni zamanda həm mədəniyyət(kültür), həm strategiya, həm də taktikadır. Vebster sübut edir ki, marketinqə aşağıdakılar xasdır:

Təşkilati mədəniyyət. Marketinqi, təşkilatın dayanıqlı rentabelliliyinə istiqamətlənmiş dəyərlərin, inancların məcmusu şəklində marketinq konsepsiyası‖ kimi də nəzərdən keçirmək olar.

Strategiya. Marketinq, strategiya kimi, bazar seqmentlərinin müəyyənləşdirilməsi və bu məqsədli bazarlar üçün məhsul təklifinin hazırlanması və mövqeləşdirilməsi yolu ilə bazar şəraitinin dəyişməsinə cavab olaraq səmərəli tədbirlər hazırlamağa yönəlir.

Taktika. Marketinq, taktika kimi, gündəlik olaraq məhsulun idarəedilməsi, qiymətlərin müəyyənləşdirilməsi, elan, fərdi satış, reklam və satışın stimullaşdırılması kimi bölgü və marketinq kommunikasiyası ilə məşğul olur.

Eyni vaxtda müştərilərin ehtiyaclarının ödənilməsinə təşkilatın yönəlməsi (mədəniyyət), rəqabətli mövqeləşdirmə və dəyərlərin təklifinin yaradılması (strategiya) və marketinqin müfəssəl proqramının işlənməsi(taktika) vəzifələrinin qoyulması geniş və mürəkkəb məsələyə çevrilir. Təşkilatlarda marketinq reallıqlarının bu tələblərə uyğun gəlməməsinə təəccüblənmək lazım deyil.

1990-cı illərdə marketologiya İnstitutunda aparılan tədqiqatlar zamanı marketinq fəlsəfəsinin reallığa, yəni ki, bazara istiqamətlənməyə çevirəcək xüsusi fəaliyyət növlərinin müəyyənləşdirilməsinə cəhd göstərilirdi. Müasir marketinq sahəsində daha tez-tez istinad edilən tədqiqatçılar olan Koli və Yavorski bazara istiqamətlənməni aşağıdakı kimi müəyyən etmişlər: Bazara istiqamətlənmə dedikdə

1) bir və ya bir neçə bölmənin müştərilərin cari və gələcək tələbatlarını və onlara təsir göstərən amilləri aşkara çıxarmaq istiqamətində işlərin aparılması,

2) digər bölmələrin bu mövqeyi anlamasını,

3) müxtəlif bölmələrin seçilmiş müştərilərin tələbatlarını ödəməklə məşğul olması nəzərdə tutulur.



Yüklə 51,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin