MiNGƏÇEVİr turizm kolleci Tələbə: Məmmədova Gülnar Fakültə: Turizm və onun təşkili Fənn: Sahibkarlıq fəaliyyəti


Sərbəst iş № 8. Kreditin sahibkarlıq fəaliyyətinin formallaşdırılması



Yüklə 51,98 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü51,98 Kb.
#40957
1   ...   4   5   6   7   8   9   10   11   12
Sərbəst iş № 8. Kreditin sahibkarlıq fəaliyyətinin formallaşdırılması

Öz sahibkarlıq fəaliyyətinizi qurmaq və ya genişləndirmək üçün maliyyə probleminiz varsa sahibkarlıq kreditləri elə məhz sizin üçündür. Bu kreditlər Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşir və müvəkkil kredit təşkilatları vasitəsilə verilir. Üstün cəhətləri isə bankların verdikləri biznes kreditlərindən 3-4 dəfə daha aşağı faizlə olması və güzəşt müddətinin daha uzun olmasıdır.

Müvəkkil kredit təşkilatları (bank, bokt və kredit ittifaqları) Fond tərəfindən ayrılmış limitə əsasən maliyyə vəsaiti alır və kredit verirlər. Sahibkarlıq subyekti müvəkkil kredit təşkilatına müraciət etdikdən sonra, kredit təşkilatı da öz növbəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi minimal tələblərə əsaslanaraq investisiya layihələrini təhlil edir.

Mənfi qiymətləndirilmiş layihələr 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu ilə sahibkarlıq subyektlərinə təqdim olunur.

Müsbət qiymətləndirilmiş layihələr isə Fonda təqdim olunur. Fond 10 bank günü müddətində layihələri ekspertizadan keçirir və monitorinq edir. Daha sonra müraciətin təmin olunması və imtinası barədə müvəkkil kredit təşkilatına məlumat verir. Müraciətin təmin olunması halında sahibkarlıq subyekti ilə kredit təşkilatı arasında müqavilə bağlanır və bu barədə Fonda sifariş göndərilir. 3 bank günündə Fond vəsaiti müvəkkil kredit təşkilatına, kredit təşkilatı isə 2 bank günü ərzində sahibkarlıq subyektinin hesabına köçürür və Fonda məlumat verir.

Güzəşt müddəti sahibkarlıq subyektinin fəaliyyətinin xarakterindən asılıdır və kreditin istifadə müddətinin 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində ancaq faiz məbləği ödənilir.

Kreditin qaytarılması prinsipi- bu prinsip krediti digər iqtisadi kateqoriyalardan fərqləndirir. Qaytarılmadan kredit ola bilməz, bu onun ayrılmaz cəhətidir. Bu o deməkdir ki, borc alan müvəqqəti istifadəyə götürdüyü vəsaitləri istifadə etdikdən sonra vaxtında kreditora qaytarır.

Kreditin müddətliliyi- onu qaytarmağın zəruriliyini göstərir. Bu o deməkdir ki, kredit istənilən vaxt deyil, müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarılmalıdır. Bu prinsipin pozulması kreditora kifayət qədər əsas verir ki, borc alana qarşı % dərəcələrini artrmaq yolu ilə borc alana maliyyə sanksiyası tətbiq etsin, növbəti gecikdirmə zamanı isə məhkəmə qaydasında maliyyə tələbləri irəli sürsün. Kredit vaxtında qaytarılmadıqda onun əsl mahiyyəti itir, nəticədə bu məsələ pul tədavülünün vəziyyətinə pis təsir göstərir.

Kapitalın sürətləndirilməsi kapitalın təmərküzləşdirilməsi sosial-iqtisadi inkişafın sabitliyinin zəruri şərti və hər bir təsərrüfat subyektlərinin isə başlıca məqsədidir. Bu məsələnin həllində borc alınmış vəsaitlər təkrar istehsalı genişləndirmək və bununla da əlavə mənfəət kütləsini əldə etməyə imkan verir. Əldə olunan mənfəətin bir hissəsi borc verənlərlə hesablaşmalara yönəldilməsi zərurəti nəzərə alınarsa, belə müəssisələrin xüsusi vəsaitlərindən istifadə olunması ilə müqayisədə kreditdən istifadə olunması özünü daha çox doğruldur.

Tədavül xərclərinə qənaət – bu funksiyanın praktiki olaraq reallaşması, bilavasitə kreditin iqtisadi mahiyyətindən irəli gəlir və onun mənbəyi kimi sərbəstləşən maliyyə resursları çıxış edir. Təsərrüfat subyektlərinin pul gəlirlərinin daxil olması ilə xərclənməsi arasındakı zaman fərqi nəinki bu resursların artıqlığını, həm də onun çatışmazlığını müəyyən edə bilir. Buna görə də borc alanların bütün kateqoriyalar tərəfindən istifadə olunan kapitalın dövriyyəsinin sürətləndirilməsinə kömək edən, bununla da tədavül xərclərinə qənaət edilməsinə imkan yaradan borclardan istifadə olunması geniş yayılmışdır.




Yüklə 51,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin