Sərbəst iş № 9. Sahibkarlıq fəaliyyətində menecment sistemi
Müəssisə, şirkət - iqtisadiyyatın ilkin özəyini təşkil edir. Müəssisə mülkiyyət formasından asılı olmayaraq, ictimai və şəxsi təlabatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədi ilə məhsul istehsal edən və salan, xidmətlər göstərən hüquqi şəxs olub müstəqil təsərrüfat subyektdir.
İqtisadiyyatda idaroctmonin forma və metodlan, konkret müəssisənin idarəetmə orqanın strukturu müəssisənin miqyasından ve onun istiqamətindən əhəmiyyətli dərəcədə asılıdır. Hər hansı müəssisədə idarəetmənin ümumi cəhətləri də mövcuddur. Məhsul istehsal edən hər bir müəssisədə təsərrüfat fəaliyyətinin əsasını istehsal proseslərinin idarə edilməsi təşkil edir.
Məhsul istehsal etmək üçün istehsal faktorlarından, iqtisadi resurslardan - işçi qüvvəsi, xammal, material və pul vəsaitlərindən istifadə olunur. Ona görə də istehsal prosesini xarakterinə uyğun olaraq müəssisənin iadər edilməsinin tərkib hissələri kimi işçi qüvvəsinin, istehsal vasitələrinin, istehsal resurslarının, maliyə texnologiyasının idarə edilməsi fərqləndirilir.
İstehsal proseslərinin formalaşdırılması üçün təchizat və satış mühüm əhəmiyyət kəsb edir. Müasir idarəetmə praktikasında bu xidmət loqistika adlanır. Müəssisədə istehsal olunan məhsul müəyyən standartlara, normalara malik olur. Bu da məhsulun keyfiyyətini xarakterizə edir. Müəssisənin idarə edilməsinin tərkib hissəsi kimi buraxılan məhsulun keyfiyyətinin idarə edilməsi mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin idarə edilməsinin bütün növ vo formalarının məcmusu iqtisadi ədəbiyyatlarda menecment adlanır. Müəssisənin idarə edilməsinin inzibati heyəti menecer adlandınlır. Müəssisənin idarə edilməsində apancı yeri inzibati heyət, personal vo kadrlar tutur. Müəssisənin idarə edilməsinin müxtəlif struktur variantlan və növ müxtəliflikləri mövcuddur. Müəssisə, firma və şirkətlər adətən direktorlar və prezidentlər səviyyəsində təmsil edilirlər. İri müəssisələrin əksəriyyətində müəssisənin fəaliyyətinə strateji rəhbərliyi prezident, operativ rəhbərliyi isə baş ficraçı) direktor yerinə yetirir. Bəzən direktorun ayrı-ayrı fəaliyyət sahələri ilə bağlı müavinləri olur (texnika, texnologiya üzrə, istehsal üzrə, iqtisadiyyat, maliyyə məsələləri üzrə, maddi-texniki təchizat üzrə).
Xətti idarəetmə - şaquli idarəetmə olub müəssisənin aşağı bölməsinin yuxan bölmələrə birbaşa və ciddi tabeçiliyini nəzərdə tutur.
Müəssisənin idarəetmə aparatı inzibati-idarəetmo personalı adlanır və ən müxtəİif xidmət funksiyalarını yerinə yetirir. Müəssisənin idarə edilməsində adətən istehsal (istehsalın idarə edilməsi) və funksional (maliyyə, təchizat, satış, kadr, layihə, konstruktor, xarici iqtisadi əlaqələr) idarəetmə bölmələri fərqləndirilir.
Funksional idarəetmə - ayn-ayn funksiyaların yerinə yetirilməsini nəzərdə tutur. Menecment fəaliyyətində texnokratik və humanist yanaşmalar fərqləndirilir,
Texnokratik yanaşmanın mahiyyəti son illər avtomatlaşdırma, kompüterloşdirmənin inkişafı ilə səciyyələnir. Humanist yanaşmanın mahiyyəti idarəetmədə sosial qrupların formalaşmasını, intellektin və zehni qabiliyyətin inkişafını əhatə edir. Buna bəzən koqnitariat da deyilir. Bu da insanın zehni qabiliyyəti deməkdir. Menecment termini çox geniş yayılmışdır. Ona göro də bu vo ya digər anlayış onu tam əhatə etmir. Menecment bu və ya digər dərəcələri cari və perspektiv planlaşdıramın, proqnozlaşdıramın, mənfəət əldə edilməsi ilə istehsalın və məhsulun satışının təşkilini əhatə edir. Müasir menecment idarəetmə qərarlarının mümkün variantlarını özündə birləşdirir.
Dostları ilə paylaş: |