MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 2.32 Mb.
PDF просмотр
səhifə6/24
tarix31.01.2017
ölçüsü2.32 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

zər etdik sizin ol kuçeyi-kənanə bu n… 

Molla Fəttah, ey matan molla… 

Dəstgahü müsəmmada o müzəmərdi, bu mədm… 

Heç zmidə olmaz belə ehsan behəqiqət… 

Burada da heca və morfem (“qəlpəsi”) alliterasiyası təsadüf edir: 



h-h, nə ziyat, nə am, nə darük… 

Çayi necə çayı deyəsən rəngi də yaqut… 

Qasir  Ģerinin  zahiri  əlamətlərindən  biri  kimi  onun  zəngin  təkrarlar 

sistemindən  faydalanma  bacarığını  göstərmək  olar.  Azərbaycan  sovet 

ədəbiyyatĢünaslığında  Ģairin  zəifliyindən  irəli  gələn  təkrar  söziĢlətmə 

hadisəsindən  fərqləndirmək  üçün  haqqında  danıĢdığımız  təkrarlar  sistemini 

“təkrir”  termini  ilə  əvəz  etmiĢlər  (halbuki  “təkrir”  elə  “təkrarlama” 

deməkdir):  “Müəllifin  istedadının  zəifliyinə,  bədii  təfəkkürünün  və  söz 

ehtiyatının  kasıblığına  dəlalət  edən,  ona  görə  də  mənfi  keyfiyyət  sayılan 

lüzumsuz  təkrardan  fərqli  olaraq,  təkrir  bədii  əsəri  mənaca  daha  da 

dərinləĢdirir,  onun  dilini  və  üslubunu  daha  da  qüvvətləndirir”  [14a,  s.224]. 

Lakin,  digər  tərəfdən,  hətta  ən  böyük  söz  ustalarının  əsərlərində  də  belə 

“lüzumsuz  təkrarlara”  rast  gəlmək  mümkündür.  Məsələn,  Füzulidə,  Səməd 

Vurğunda  belə  hallara  təsadüf  olunduqda,  heç  bir  haqla  demək  olmaz  ki,bu 

dahi  sənətkarların  hansısa  misrası  zəifdir,  qüsurludur,  çünki  burada  təkrar 



MİRZƏ İSMAYIL QASİR  - 210

103 


iĢlənmiĢdir.  Elə  isə,  tədqiqatçının  ikili  standarta  aludə  olmaması  üçün 

terminoloci yekdilliyə nail olmaq lazımdır: necə deyərlər, təkrar elə təkrardır 

və bu təkrara görə Ģairin istedadı haqqında söz söyləmək düzgün deyil: 

Çəkər biçarə Qasir firqətindən daima dilbər

Aman sənsiz, aman sənsiz, aman sənsiz, aman sənsiz 

deyən  Ģairin  ikinci  misrasında  dörd  dəfə  “lazımsız  yerə”  təkrar  verilir, 

halbuki  Qasir  bu  misranı  baĢqa  Ģəkildə  də  verə  bilərdi.  Sadəcə  olaraq,  bu 

Ģəkildə təkrara yol verib və bu, Qasirin Ģairlik səlahiyyətidir. “Belə təkrarlar, 

bu  yeknəsəqlik  qətiyyən  müəllifin  qüdrətsizliyini,  söz  tapmaqda  acizliyini 

göstərmir,  bəlkə,  müəllifin  sənətkarlıq  qabiliyyətini,  detallaĢdırma  və 

konkretləĢdirmə iĢində hansı vasitələrə daha çox müra- ciət etdiyini göstərir” 

[2, s.106] və hər bir Ģairin Ģəxsi iĢidir.  

Beləliklə, “təkrir” termini öz əhəmiyyətini itirir. 

“ġərhi-hal  və  bəyani-vaqeə”sində  də  Qasir  bütöv  bir  misrada  belə 

orijinallıq edir: 

Dedim, Aciza, olmasın qissə tul, 

Fə'ulun, fə'ulo, fə'ulun, fə'ul. 

Yaxud  “QardaĢ”  Ģerində  yuxarıda  dediyimiz  tərzdə  eyni  misrada  eyni 

nidanı təkrarlayır: 

Çəkər hicrin əlindən Qasiri-biçarə hər dəmdə, 

Aman qardaĢ, aman qardaĢ, aman qardaĢ, aman qardaĢ! 

ġerin  ruhuna  diqqətli  yanaĢsaq,  bu  cür  təkrarların  lüzumsuz  deyil, 

xüsusi məqsədlə iĢləndiyinə əmin olarıq. Qasir belə bədii priyoma əl atmaqla, 

oxucu  diqqətini  qəhrəmanının  daxili  aləminə,  onun  kükrəyən  hisslərinə, 

tüğyan edən qəlbinə yönəltməyə çalıĢır. Eyni misrada dalbadal düzülən eyni 

sözlər poetikliyi artırır, Ģairin deyil, onun qəhrəmanının daxili aləminə, onun 

kükrəyən  hisslərinə,  tüğyan  edən  qəlbinə  yönəltməyə  çalıĢır.  Eyni  misrada 

dalbadal  düzülən  eyni  sözlər  poetikliyi  artırır,  Ģairin  deyil,  onun 

qəhrəmanının  hiss  və  həyəcan,  emosional  çılğınlıq  anında  söz  tapa 


MİRZƏ İSMAYIL QASİR  - 210

104 


bilmədiyini,  daha  doğrusu,  məhz  həmin  məqamda,  həmin  məqtədə  sözünün 

ancaq  bundan  ibarət  olduğunu  çatdırır.  Qəhrəman  tıncıxır,  onun  emosional 

vəziyyəti zirvəyə çatır, daha ondan o yana yol yoxdur. Təsadüfi deyil ki, bu 

təkrarlar  əsasən  nida  dolu  müraciətdən  ibarətdir  və  elə  buna  görə  də  Ģerin 

təkrarlı  sonluğu  ən  yüksək  tonla,  ən  yüksək  pafosla  səslənir:  onu  sakit  və 

aram  oxumaqla  Qasirin  məqsədini  və  misranın  məğzini  baĢa  düĢməmək  də 

olar.  Qasirin  məqsədi  isə  bütün  Ģerin  mahiyyətini  ancaq  bu  sözlərdə 

cəmləməkdən ibarətdir: 

Aman sənsiz, aman sənsiz, aman sənsiz, aman sənsiz!.. 

Aman qardaĢ, aman qardaĢ, aman qardaĢ, aman qardaĢ!.. 

Əlçatmaz  nöqtədə  dayanan  məĢuqənin  hicrinə,  qardaĢa  “aman!” 

nidasının  təkrarlanması  Qasir  Ģerlərinə  yüksək  poetiklik  ruhu  verir, 

“müəllifin  sənətkarlıq  qabiliyyətini,  detallaĢdırma  iĢində  məhz  bu  cür 

vasitəyə  –  poetik  təkrara  müraciət  etdiyini  göstərir”.  Ona  görə  də  burada 

təkrar Qasirin sənətkarlıq xüsusiyyətlərindən biri kimi qəbul edilməlidir.  

Qasirdə  “Ah,  səd  ah,  həzar  ah,  rəfiqa,  səd  ah!”  misrası  da  təkrarın  bir 

növü  kimi  diqqəti  cəlb  edir.  Lakin  burada,  əvvəlkindən  fərqli  olaraq,  məhz 

nitq  hissəsi  olan  “ah”  nidası  təkrarlanır.  Yuxparıdakı  misallarda  misra 

bütövlükdə Ģerin pafosunu qaldırırsa, burada dörd dəfə təkrarlanan nidanı hər 

dəfə bir söz müĢaiyət edir: birinci “ah”-da emosianallıq yenicə start götürür, 

sonrakı  “ah”a  köməkçi  söz  artırmaqla  bu  emosianallıq  yuxarı  qaldırılır, 

“həzar  ah”  nidası  artıq  daha  yüksəkdə  durur  və  son  nida  özü  ilə  birlikdə 

bütov  misranın  pafosunun  zirvəyə  qaldırır,  beləliklə,  bir  misranın  daxilində 

pafosun yüksələn xətt üzrə inkiĢafı müĢahidə olunur. Burada pafosun dəyəri, 

əvvəlkindən  fərqli  olaraq,  bütün  Ģer  üçün  deyil,  misranın  özü  üçün 

maraqlıdır.  Bununla  yanaĢı,  misrada  zirvəyə  qalxmıĢ  pafos  Ģerin  sonrakı 

bəndlərinə  də  təsir  edir,  əsər  bütövlükdə  emosianallıq  yükü  daĢımağa  hazır 

olur. 


Qasirdə  təkrarın  digər  variantı  ilə  də  rastlaĢırıq

:

  eyni  beytin  hər  iki 



misrasının  eyni  sözlərlə  baĢlanmasından  irəli  gələn  təkrar  növü  maraq 

doğurur: 



MİRZƏ İSMAYIL QASİR  - 210

105 


Çox kimsəyə ar oldu gedib qeyrəti əldən

Çox kimsə olub xeyli mükərrəm bahalıqdan… 

Yaxud: 

Ol Ģuxi cadu gözlərin aldı əlimdən səbrimi, 



Ol ĢirĢəkkər ləblərin qoymub dəxi qəlbimdə tab… 

Yaxud: 


Ey olan hər iki aləmdə mənə yari-əziz, 

Eyvuranfirqətibusinəməbirxəncəri-tiz… 

BaĢqa bir variantda iki yanaĢı beyt eyni sözlərlə baĢlanır: 

Əla, ey bivəfa yarım, gözəllərdə vəfa olmaz 

Sənin tək rəhmsiz namehribanü purcəfa olmaz. 

Əla, ey dilbəri-Ģirinzəbanü mah rüxsarım, 

Mənim bu dərdi-bidərianıma heç bir dəva olmaz… 

Hər iki halda təkrar məqsədli və yerli-yerindədir. 

Birinci  halda  təkrar  Ģerin  pafosunun  məhz  həmin  iki  misrada,  yəni 

bütov  bir  beytin  əvvəlində,  ikinci  halda  isə  iki  bütöv  beytin  əvvəlində 

yerləĢməsinə  iĢarədir  və  burada  cəmlənmiĢ  emosianallıq  yükü  birinci  halda 

bir  beytin  daxilinə,  ikinci  halda  isə  iki  beyt  içərisində  yayılır.  “Çox  kimsə  / 

/çox  kimsə”,  “ol  /  /  ol”,  “ey  (olan)  /  /  ey  (vuran)”,  “əla,  ey  /  /  əla,  ey” 

təkrarları oxucunun görmə üzvlərini cəlb edir və Ģerin cazibədarlığını artırır. 

Bundan  baĢqa,  Qasir  öz  poeziyasında  zahiri  mühəssənat 

kateqoriyalarından olan qafiyənin ən rəngarəng növlərindən istifadə etmiĢdir. 

Bunlardan  ən  maraqlısı  daxili  qafiyədir  ki,  Ģairin  Ģerlərində  təkcə  rədif 

bolluğundan irəli gəlmir. Misal üçün, “Bahalıq” Ģerində Qasir bəzi bəndlərdə 

qafiyəni sondan ikinci, bəzilərində hətta üçüncü yerdə verir: 

Bu təəccübdü ki, bir dəstə gəlibdir əmələ, 

Hacı filan, filan nəstə gəlibdir əmələ, 

Xeyli ahəstəvü ahəstə gəlibdir əmələ, 

Nə bu il, çoxdan edib hamıs ıniyyət bahalıq… 


MİRZƏ İSMAYIL QASİR  - 210

106 


Həmin Ģerdə uğurlu qulaq qafiyəsi diqqəti çəkir: 

Ərdəbildə necə ənvatı edibdir ehya, 

Adı tək qurbanıyam Mirzə Ələkbər ağa

ya 


Ki, olub əhli-sualın hamısı əhli-dua, 

Öylə tə’sir eləməz onlara nisbət bahalıq. 

Yaxud: 

Ey bu sözü eyləyən inĢa mənə, 



Hər eybimi qılan hüveyda mənə… 

Qasir  yaradıcılığında  daxili  mühəssənat  məsələləri  Ģerlərində 

emosionallıq-  ekspressivliyin,  baĢqa  sözlə,  hiss-həyəcanda  qovuĢuq 

obrazlılığın  təzahürünə  xidmət  edir.  Azərbaycan  dilinin  ifadə  zənginliyi 

yüksək  dərəcədə  bədiiliyi  təmin  etməyə  qadirdir  və  ana  dilində  yazıb-

yaratmıĢ  bütün  klassiklərimiz  onun  bu  imkanlarından  müvəffəqiyyətlə 

istifadə etmiĢlər. 

“Obrazlılıq  ən  azı  beĢ  keyfiyyətin  –  söz  və  ifadələrdə  Ģəkilliliyin,  bu 

zəmində  müqayisənin  və  məcazi  mənalığın,  daimi  bədiilik  və  müdriklik 

keyfiyyətlərinin  vəhdətindən,  harmoniyasından,  sintezindən  ibarətdir”  [9, 

s.21].  Qasirin  Ģerlərində  söz  və  ifadələrin  Ģəkilliliyi,  baĢqa  sözlə,  zahiri

mühəssənat  məsələsini  araĢdırmaqla  kifayətlənmək  olmaz.  Onun 

poeziyasının əsas məziyyətlərindən bir hissəsi də daxili mühəssənatda, məna 

və  məzmun  gözəlləyində  qərarlaĢmıĢdır.  Bu  daxili  bədiilik  və  mənalılıq 

haqqında  danıĢmaq  üçün  isə  Ģairin  iĢlətdiyi  bədii  ifadə  vasitələri 

araĢdırılmalıdır. 

Mirzə  Ġsmayıl  Qasirin  Ģerlərində  bədii  ifadə  vasitələrinin  zənginliyi 

onların poetik obpazlılığını təĢkil edir. “Bədii ədəbiyyatda poetik obrazlılığı 

yaradan  məhz  poetik  fiqurlar  və  məcazlar  sistemidir”  [9,  s.40].  Qasir 

yaradıcılığı  da  bu  sistemi  tam  əhatə  edir.  Onun  lirikasında  və  satirasında 

təĢbeh  və  epitetlər,  istiarə,  kinayə,  mübaliğə  və  s.  kimi  sadə  və  mürəkkəb 

məcazlar sistemi vardır. 



MİRZƏ İSMAYIL QASİR  - 210

107 


Qasirin istər lirik, istərsə satirik əsərlərində ən çox təsadüf edən məcaz 

növü təĢbehdir. Burada təĢbeh ənənəvi bənzətmə sintaktik cütləri vasitəsi ilə, 

ya da Ģairin öz dəst-xəttindən irəli gələn təsviri yolla təqdim olunur: 

Ox tək qəddi-dilcuyi olub canıma peyvənd, 

Ney-ney bir əlifdir, yazılıb can arasında 

beytində  Qasir,  bir  tərəfdən,  klassik  ədəbiyyatdan  bəlli  olan  hürufilik 

elementlərindən istifadə edib, yarın qamətinin düzlüyünə görə “əlif”ə bərabər 

tutur.  Digər  tərəfdən  isə,  burada  təĢbehin  təsviri  yolla  verilməsi  göz 

qabağındadır:  Ģair  “ney  kimi”,  “əlif  kimi”  təĢbeh  modelindən  deyil, 

bütövlükdə  beytin  semantikasından  faydalanır:  beləliklə,  birinci  misrada 

məhz  model  («ox  tək»)  verildiyi  halda,  beytin  tam  məzmun  tutumu 

özlüyündə  çox  güclü  bənzətmə  yaradır:  “Can  alan  qəddi  ox  kimi  mənim 

canıma sancılıb, neyə oxĢayan bir əlif kimi canımın arasında yazılıb”. 

Gördüm gözünü zülfi-siyah ilə dedim bəs, 

Nərgiz açılıb sünbüli-rəyhan arasında… 

Burada  isə  heç  bir  misrada  sintaktik  təĢbeh  fiquru  yoxdur.  Beyt  nəqli 

yolla  danıĢıq  dilinin  nəzmə  çəkilmiĢ  variantıdır:  “Gördüm  ki,  qara  saçları 

gözünün üstünə tökülüb (elə bildim ki) reyhan sünbülləri arasında nərgiz gülü 

açılıb”. Beyt strukturunda ifadə edilmiĢ təĢbehin maraqlı formasıdır. 

Beləliklə,  Qasir  obrazlılıq  yaratmaq  üçün  adi  sintaktik  modellərdən 

deyil, kontekstdən istifadə edir. Məlumdur ki, “poetik obrazlılıq cümlə və ya 

mətn  Ģəkilli  obrazlılıqdır,  fikir  bitkinliyinə  malik  obrazlılıqdır”  [9,  s.40]  və 

müəllif  də  daha  çox  belə  poetik  obrazlılığa  əl  atır.  Hətta  sintaktik  birləĢmə 

tərzində  məcazları  da  Qasir  beytlərinin  mətn  Ģəklində,  bütövlükdə  poetik 

obrazlılığını təmin etməyə xidmət göstərir: 

Necə bülbül, əli güldən üzülsə, ahi-zar eylər

Onun tək mən də qıllam naləvü ahü fəğan sənsiz 

beytindəki  söz  düzümü  əslində  Azərbaycan  dilinin  obyektiv  sintaktik 

qanunlarına  cavab  vermir  və  burada  Ģerin  tələbi  ilə  ərəb  və  ya  fars  dilinin 


MİRZƏ İSMAYIL QASİR  - 210

108 


qrammatik strukturuna müvafiq konversiya edilmiĢdir. Lakin bu yolla həm də 

Ģair  poetk  obrazlılığa  nail  olur,  yenə  də  bəsit  sintaktik  modelə  uymadan 

orijinal  bir təĢbeh  forması  təqdim edir. Burada  təĢbeh  “bülbül”ə  deyil, onun 

“ah-zar”ına,  baĢqa  sözlə,  hərəkətinə  uyğunlaĢdırılır:  “Əli  güldən  üzülən 

bülbülün ahi-zarına bənzər nalə çəkərəm, ahü fəğan edərəm”. 

Yüzün cənnət,  qəddin tuba, ləbin  kövsər,  özün huri misrasındakı  sadə 

təĢbeh  formaları  klassik  məcazlardan  az  fərqlənir.  Bunu  hiss  edən  Ģair  fikri 

tamamlamaq  üçün  sonrakı  misradan  istifadə  edərək,  belə  sadə  bənzətmələri 

mənalandırır və  

YetiĢmək çox çətindir bu təmənnayə, bu amalə 

deyərək  gözəlini  ilahiləĢdirir;  Ģerdə  isə  sadə  təĢbehləri  də  içərisində  əridən 

mürəkkəb təĢbeh, yəni beytlə ifadə olunan mətn Ģəkilli təĢbeh qurulur. Qasir, 

demək  olar  ki,  bütün  Ģerlərində  təĢbehin  gücündən  bu  yolla  ymumi  poetik 

obrazlılıq yaratmağa çalıĢmıĢ və istəyinə nail olmuĢdur. 

Qasirin  lirikasında  diqqəti  cəlb  edən  təĢbeh  nümunələrindən  biri  də 

ondan ibarətdir ki, Ģair qəsdən bənzətməni tərsinə aparır və beləliklə, gözəln 

mübaliğəsini verməklə, real obyektin bədii litotasına nail olur: 

Tutubdu zülfi-syahın tək aləmi zülmət, 

Götür niqabı yüzündən, cahan münəvvər ola… 

Bu beytdə ekspressivlik cəhətdən neytral yanaĢılsa, “zülmət aləmi tutan 

kimi  sənin  də  zülfi-  siyahın  üzünü  tutub”  fikri  verilə  bilərdi.  Ancaq  Qasirin 

orijinallığı orasındadır ki, əksinə, o, gözəlin qara saçları kimi zülmətin aləmi 

bürüdüyünü  göstərir.  Bununla  Ģerin  ikinci  lirik  qəhrəmanı  yüksəklərə 

qaldırılır: o, bənzəyən deyil, bənzədiləndir və məhz zülmət onun qara saçları 

ilə müqayisə edilir. 

Hətta  sadə  təĢbeh  yaratdığı  hallarda  da  Qasir  çox  vaxt  müqəyyəd 

modellərin  əksinə  olaraq,  sadəcə  bənzətməyə  əl  atmır,  o,  gözəldəki  təĢbeh 

əlamətlərinin təsdiqini verir və cümlədə təsdiq hökmü yaranır: 

Qəddü əndamına diqqətlə tamaĢa qıldım, 

Qaməti-sərv idi, əndamı hamı pərqudur… 



MİRZƏ İSMAYIL QASİR  - 210

109 


Qaməti sərv kimi..deyil məhz elə sərvdir, əndamı 

zəriflikdə qu tükünə bənzəmir, pərqu özüdür. 

Qasirin  satirik  Ģerlərində  də  müxtəlif  təĢbeh  formaları  öz  yerini 

tutmuĢdur: 

ġurə gəlibdir qoca bülbül kimi, 

Olubdu xəndan qızıl gül kimi… 

Çayı Ģirin gər içəm, Xosrova bənzər eyĢim, 

Ġndi ağzım acı, oxĢar sifətim guhgənə… 

Çayı necə çayi, deyəsən, rəngi də yaqut, 

Həm tamidə guya ki, gülabilə çəkib dəm… 

Ümumiyyətlə,  “söz  birləĢmələrinin  və  cümlələrin  metaforikləĢməsi 

Azərbaycan dilinin poetik obrazlılıq imkanları sırasında ən mühüm yer tutur” 

[9,  s.34]  və  Mirzə  Ġsmayıl  Qasir  də  həm  lirikasında,  həm  də  satirik- 

yumoristik  əsərlərində  ana  dilinin  bu  imkanlarından  qüdrətli  sənətkar  kimi 

istifadə etmiĢ, zəngin təĢbeh konstruksiyaları yaratmıĢdır. 

Bundan baĢqa, həm müqəyyəd (klassikadan, ümumi danıĢıq dilindən və 

Ģifahi  xalq  ədəbiyyatından  gələn),  həm  də  orijinal  epitetlər  Qasir 

yaradıcılığında aparıcı yerlərdən birini tutur: 

Bilmisənmi sənə mən aĢiqəm, ey gül çöhrə, 

Ey diləfruz, cigərsuz, həya nəsrinxiz… 

Görüb o Leyli cəmalını əl çəkin məndən

Qoyun düĢəm çölə məcnunsifət, sizi tarı… 

Hər tərəfdən tökmiĢdilə zülfi-siyahı yüzə, 

Qara bəxtim açılıb, cilvələnib, biqəm idim… 

Təqdim  olunan  misralardakı  epitetlərin  hamısı  müqəyyəddir:  ''Gül  çöhrə'', 

“diləfruz”,  “cigərsuz”,  “Leyli  cəmalı”,  “məcnunsifət”,  “zülfi-siyah”,  “qara 

bəxt”  epitetləri  Qasirə  qədər  də  Azərbaycan  poeziyasında  geniĢ  yayılmıĢ  və 

adiləĢmiĢ  birləĢmələrdir.  Qasirin  ustalığı  yalnız  onların  düzgün  və  yerində 

iĢlədilməsi ilə bağlana bilər. Onun özünün təqdim etdiyi orijinal epitetlər isə 

daha  çox  satirik  Ģerlərində  rast  gəlir:  “matan  molla”,  “balıqudan  molla”, 

“babilərin  yoldaĢı”,  “minbərdəki  külbaĢ”,  “hacı  filani”  və  s.  Epitetləri 


MİRZƏ İSMAYIL QASİR  - 210

110 


bugünkü  dilimiz  üçün  artıq  adiləĢmiĢ  olsa  da,  Qasirdən  əvvəlki  bədii 

ədəbiyyatımızda  iĢlənməmiĢdir  və  onlardan  çoxunun  məhz  Qasir  qələminin 

məhsulu olduğu faktlardan bəllidir. 

ġairin  yaradıcılığında  maraq  doğuran  məcaz  növlərindən  biri  də 

istiarədir.  Müəllif  ayrı-ayrı  predmetlərin  ən  müxtəlif  əlamətlərini, 

hərəkətlərini və baĢqa xüsusiyyətlərini metaforik intiqal edərək, özünəməxsus 

istiarələr sistemi yaradır: 

Xəcalətdən bənövĢə baĢ aĢağa rusiyah olmuĢ, 

Baxıbdır gülĢəni-hüsnündəki müĢkin xəttü xalə… 

Ġnsana  xas  olan  “xəcalət  çəkmək”  xüsusiyyəti  bənövĢəyə  Ģamil  edilir: 

“Sənin  gülĢəni-hüsnündəki  xəttü  xalın  bənövĢənin  xalından  da  gözəldir  və 

bunu  görən  bənövĢə  xəcalət  çəkdiyindən  üzüqara  olub  baĢını  aĢağı 

salmıĢdır”. Füzuliyə istiarədir. 

Yaxud: Ġlahi, hicri sal bir dərdə, görsün ləzzəti-hicri… 

Ġnsana xas olan “dərdə düĢmək” xüsusiyyəti poetik bir tərzdə mücərrəd 

hicrana aid edlir: “Ġlahi, o hicr ki, məni hicran dərdinə salıb, onun özünü bu 

dərdə sal ki, hicran dərdinin “ləzzətini” görsün''. 

EĢq odunda yanıb əriyən cəfakeĢ aĢiqin səmimi dlldə dediyi 

Görəndə qamətin yansam, mənə eyb etmə, adətdir, 

Görəndə Ģəmi Ģövqindən yanar pərvanə, dildarım!.. 

beyti  ən  böyük  klassiklərimizin  ruhunu  xatırladır.  Ġstiarələrin  iĢlədilməsi 

Qasir  poeziyasının  zinətidir  və  onun  daxili  aləminin  açılmasına,  digər 

tərəfdən, bir Ģair kimi poetik nüfuzunun qalxmasına səbəb olur. 

Nəzakətlə qoyur hərdəm ayağın, yer çəkər nazın… 

“Nazını  çəkmək”  cəfakeĢ  yar  adətidir  və  bu  yar  öz  məhbubəsinin 

“ayaqlarının nazını çəkən” yeri bədii canlandırır, ona qısqanır. 

Qasir satiralarında da istiarəyə geniĢ yer verilmiĢdir: 


MİRZƏ İSMAYIL QASİR  - 210

111 


Təb’imiz etdi kömək, Ģit sözü duzlu elədik, 

Duz sözünü sizə bu növ ilə fərz oldu, demək… 

“ġit xörəyi duzlu eləmək”olar. Burada həmin əlamət adicə sözə intiqal 

edilmiĢdir. Məlumdur ki, dilimizdə “Ģirin söz”, “Ģit söz”, “duzlu söz” məcaz 

epitetləri iĢləkdir və Ģair həmin imkanqdan uğurla istifadə etmiĢdir. 

Ġstiarələrin  məna  tərtibində  də  Qasirin  orijinallığı  özünü  göstərir.  O, 

burada da tərsinə korelyatdan istifadə edir: 

Görən deyir zahirdə çarpayıdır, 

Laxlaxda Molla Fəttahın tayıdır… 

Məlumdur  ki,  “laxlax” səsi  sınıq çarpayıdan çıxar. Qasir  də  elə həmin 

sınıq çarpayısını təsvir edərkən birdən yadına bir-iki ay “gözünün düĢməni” 

olmuĢ dostu Molla Fəttah düĢür və bu səsin məhz ondan çıxdığına iĢarə edir. 

Qasir  Ģerində  “laxlax”  səs  çıxarıb  “laxlayan”  çarpayı  deyil,  Molla  Fəttahdır 

ki, çarpayı da ona bənzədilir. 

Yaxud: 

Qatıq demin, bir məhi-tabın deyin, 



Səbahətdə Yusifi-Kənan deyin… 

Burada  da  Ģair  orijinallıq  edir.  Adətən,  bir  Ģeyi  ağlıqda  qatığa 

bənzədirlər.  Qasir  isə  ona  gətirilmiĢ  qatığın  ağlığınıYusifi-Kənanın  sifətinin 

ağlığına bənzədir. 

ġairlik  təxəyyülünün  ən  bariz  göstəricilərindən  biri  sayılan  mübaliğə 

Qasirin  Ģerlərində  sıx-sıx  təsadüf  edir.  Bu  məcaz  növündən  Ģair  əsasən 

lirikada istifadə etmiĢdir: 

Xəyali-badən ilə Qasir elə məst olmuĢdur, 

Əgər yüz min Ərəstu gəlsə, bil, gəlməz dəxi halə 

beytində  Ərəstu  reminissentik-tarixi  adı  bir  qədər  özünəxas  təhriflə  “hər 

dərdin  dərmanı  loğman”  kimi  nəzərdə  tutulur  və  sevgilisinin  xəyal  badəsini 


MİRZƏ İSMAYIL QASİR  - 210

112 


içib  məst  olmuĢ  Qasiri  heç  yüz  min  belə  loğmanın  da  ayılda  bilməyəcəyi 

göstərilir. Mübaliğə “yarın xəyal badəsini içib məst olmaq” və bu məstliyin 

necə möhkəm olmasıilə əlaqədardır. 

Gətirrəm Ģurə vəhĢü teyrü əflakü səmavati, 

Əgər lütf ilə baxsa ruyimə ol dilbəri-tənnaz… 

ġair  göstərir  ki,  nazlı  dilbər  onun  üzünə  lütf  ilə  baxsa,  aĢiqə  o  qədər 

taqət  verər  ki,  o,  heyvanlar  və  quĢlar  arasına,  fələklərə  və  göylərə  qalmaqal 

salar. Qasirin müəllif mübaliğəsi kimi qiymətlidir.  

Niyə səndən ola bəs əksi-muradım zahir,  

Həm kəbab eyləyəsən, həm çəkəsən ĢiĢə məni… 

AĢiqin  bir  muradı  var:  ĢiĢə  çəkilmiĢ  kabab  olub  yarının  uğrunda 

qovrulmaq. AĢiq arzusunun çox mübaliğəli tərzdə izharıdır. 

Qasirdə kinayə əsasən satiralarda təsadüf edir və məcazın digər növləri 

ilə müqayisədə çox azdır. 

Hələlik çap olunmamıĢ və üzərində “Qasirin bibisi oğlu Qaçaya yazdığı 

Ģer”  qeydi  olan  əlyazmada  rast  gəldiyimiz  üç  bəndlik  əsəri  baĢdan-baĢa 

kinayədir.  ġerin  adından  sonra  mötərizədə  (“Küçələrə  su  səpmiĢəm”  havası 

ilə)  sözləri  yazılmıĢdır  ki,  bu  da  Ģerin  mətndənkənar  kinayəsini  daha  da 

artırır.  ġerdə  bibisinin  oğlu  Qaçayın  rəĢidliyi  və  bütün  Qarabağda 

məĢhurluğu  vurğulanır,  lakin  sonra  məlum  olur  ki,  bu  rəĢadət  və  Ģöhrəti 

talançılıqla məĢğul olduğu üçün qazanmıĢdır: 

Bibimizin rəĢid oğlu 

Filan Qaçay, bəhman Qaçay 

MəĢhurdur: Qarabağı 

Eyləyibdir talan Qaçay… 

ġerin  sonrakı  bəndlərində  “qəhrəman”ın  rəzilliyi  tam  açıqlanır  və 

birinci üç misrada söylənilənlərin yalnız kinayə olduğu məlum olur. 


MİRZƏ İSMAYIL QASİR  - 210

113 


ġerlərin birində Qasir Muğan camaatının  əjdaha kimi qoçaq olduğunu 

qeyd edir, lakin məlum olur ki, bu “qoçaqlıq” ġamaxını “kamə çəkmək” üçün 

imiĢ: 

Muğanda əjdahalar var qəribə, 



ġamaxıni çəkər bir dəmdə kamə… 

Qasirin ġirvanĢahi adlı Ģairə mənzum məktublarından biri belə baĢlanır: 

Ey mənə namə yazan Ģəxs, rəfiüd-dərəcat, 

Payeyi-fəhmüni nəzmün əcəb eylibdi sübat… 

Bütün  Ģer  boyu  həcv  edib  ələ  saldığı  ġirvanĢahiyə  “rəfiüd-dərəcat” 

(“uca”, “ali dərəcəli Ģəxs”) deməsini Ģairin kinayəsi hesab etmək olar. 

Mirzə Ġsmayıl Qasirin bütün yaradıcılığı məcazın müxtəlif formaları ilə 

zəngindir.  Bu  faktlar  onun  qüdrətli  söz  ustası  və  mahir  sənətkar  olduğunu 

sübut edir. Qasir poeziyası həm daxili, həm xarici mühəssənat mənbəyidir. 

Mirzə  Ġsmayıl  Qasirin  Ģerləri  Ģifahi  xalq  yaradıcılığı  nümunələri  ilə 

doludur. O, yeri  gəldikcə  böyük məharətlə  atalar  sözü  və  zərbi-məsəllərdən, 

qarğıĢlardan  və  s.  paremioloji  vahidlərdən  istifadə  etmiĢ,  onları  ayrı-ayrı 

misralara  ya  hazır  Ģəkildə,  ya  da  konversiya  tətbiq  edərək,  nizamlanmıĢ 

tərzdə daxil etmiĢdir. Məsələn: 

Əla, ey bivəfa yarım, gözəllərdə vəfa olmaz… 

MüĢəxxəsdir, deyərlər ki, xəzinə marsız olmaz… 

Dilim sınsın, xüda nakərdə, bəlkə,çeĢmi-bəd düĢdü... 

Sənə hər kimsə yalan söyləsə, versin kəfənə… 

Ana südü kimi olsun sənə həlal, ey dust!.. 

Ġt-qurd ağzına düĢmüĢ necə gör Ģairlik… 

Mərd özündən bilü, namərd də yoldaĢından və s. 

Bu nümunələr göstərir ki, Qasir öz bədiiyyatının cövhərini ana dlindən, 

Azərbaycan xalqının yüzillər ərzində yaratdığı Ģifahi  ədəbiyyatdan almıĢ, öz 

xalqının  və  zəmanəsinin  oğlu  kimi,  milli  Ģerimizin  yeni  zirvələrə  çatması 

üçün əlindən gələni etmiĢdir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

114 


Beləliklə  Ģairin  ədədii  irsinin  təhlili  göstərir  ki,  Mirzə  Ġsmayıl  Qasir 

Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir satirik kimi etiraf olunmalıdır. 

Çünki onun bu ədəbiyyat tarixində baĢlıca rolu ondan ibarətdir ki, Zakirdən 

baĢlanan  yeni  bir  cərəyanı  əks  etdirən  çoxsaylı  çayların  ən  qüdrətlisi  və  ən 

təlatümlüsü  kimi  bütün  uzunömürlü  həyatı  boyu  zənginləĢə-zənginləĢə  axıb 

yeni əsrin baĢlanğıcına çatmıĢ, toplanmıĢ bütün bədii fikir və formaları, bədii 

ideyalar  cəvahiratını  satirik  Ģerin  zirvəsi  Mirzə  Ələkbər  Sabirə  çatdırmıĢdır. 

Qasir  XIX  əsrdən  axa-axa  gələn  qüdrətli  və  kür  çaylardan  biri  idi  və  belə 

çaylardan son nəticədə Sabir kimi bir dərya əmələ gəldi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

115 

1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə