MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015


MİRZƏ İSMAYIL QASİRİN YAZILI İRSİ



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   2   3   4   5   6   7   8   9   ...   24
MİRZƏ İSMAYIL QASİRİN YAZILI İRSİ 

Danılmaz həqiqətdir ki, hər bir klassikin bədii yaradıcılığını öyrənmək 

və  əsərlərini  nəĢrə  hazırlamaq  üçün  hər  Ģeydən  əvvəl  onun  yazılı  irsini 

toplamaq, bu irsin vəziyyətini təsvir etmək, onun paleoqrafik və mətnĢünaslıq 

xüsusiyyətlərini  təhlil  etmək,  indiyədək  öyrənilmə,  nəĢr  və  təbliğedilmə 

tarixçəsini nəzərdən keçirmək lazımdır. 

MĠRZƏ ĠSMAYIL QASĠR ĠRSĠNĠN TƏSVĠRĠ VƏ 

NƏġR TARĠXĠ 

Mirzə  Ġsmayıl  Qasirin  yaĢadığı  dövrdə  ümumən  Qafqazda  çapçılıq 

sənəti  məĢhurlaĢıb  geniĢ  yayılmağa  baĢlasa  da,  “Əkinçi”  qəzeti  Azərbaycan 

mətbuat tarixinin özülünü qoymuĢ olsa da, hələ heç də hamı öz yazdıqlarının 

çapına  nail  ola  bilmirdi.  “Qasirin  məktəb  Ģagirdlərindən  Əkbər  xan 

TalıĢinski, Əli  Muxtar Qasımov  və  nəvəsi  Ġshaq  Axundzadənin  söylədikləri 

xatirələrdən məlum olur ki, Ģair öz əsərlərini çap etdirməyə dəfələrlə təĢəbbüs 

göstərmiĢsə də,  nəĢriyyat  orqanlarının  məhdudluğu  üzündən məqsədinə  nail 

ola bilməmiĢdir” [34, s.37].  

Beləliklə, Qasir irsindən danıĢarkən, təbii olaraq, onun əlyazma halında 

bizə gəlib çatmıĢ əsərləri nəzərdə tutulur. 

ġairin  dağınıq  dəftərlər  və  pərakəndə  vərəqlər  halında  olan,  özü 

tərəfəindən  və  ya  baĢqaları  tərəfindən  köçürülmüĢ  əlyazmaları  1942-ci  ildə 

nəvəsi  Ġshaq  Axundov  tərəfindən  indiki  Azərbaycan  MEA  Əlyazmalar 


MİRZƏ İSMAYIL QASİR  - 210

50 


Ġnstitutuna  təhvil  verilmiĢdir.  B-1546,  Fr-1266  və  Fr-1267  Ģifrələri  altında 

saxlanan qovluqlarda toplanmıĢ yazılı irsi texniki vəziyyətinə görə “əlyazma 

kitabı”  adlandırmaq  mümkün  deyildir.  Bu  isə  o  deməkdir  ki,1988-ci  ildə 

Ģerlərinin  ayrıca  nəĢrinə  qədər  Ģair  Qasirin  əsərləri  bir  kitab  kimi  mövcud 

olmamıĢ, olmuĢsa da, əlimizə çatmamıĢdır. 

Nəzərə  almaq  lazımdır  ki,  Qasirin  Ģerlərinin  müəyyən  bir  qismi  onun 

vəfatından 

sonra  ayrı-ayrı  Ģəxslərin  (qohum-əqrəbasının,  keçmiĢ 

Ģagirdlərinin, Lənkəran Ģairlərinin və s.) dilindən yenidən yığılmıĢdır. Hətta, 

deyilənə  görə,  Əlyazmalar  Ġnstitutundakı  materiallar  onun  irsinin  yalnız  bir 

hissəsi  olub,  “Ģairin  əsərlərinin  müəyyən  hissəsi  isə  müasirlərinin  Ģəxsi 

fondlarında,  vaxtı  ilə  onun  Ģagirdi  olmuĢ  Ģəxslərdə,  keçən  əsrdən  qalan 

cünglərdə  mühafizə  edilməkdədir”  [34,  s.37].  BaĢqa  bir  məlumata  görə, 

Qasirin  Azərbaycan  dili  ilə  yanaĢı,  rus  dilində  də  (!?)  çox  gözəl  Ģeirləri 

olmuĢdur [91]. 

Bütün  bunlara  baxmayaraq,  Mirzə  Ġsmayıl  Qasirin  yazılı  bədii  irsi 

dedikdə,  əlimizdə  olan  və  Azərbaycan  MEA  Əlyazmalar  Ġnstitutunda 

mühafizə edilən əlyazmaları əsas götürülür. 

ġairin  yuxarıda  qeyd  etdiyimiz  üç  qovluq  irsi  ilə  yanaĢı,  XX  əsrin 

əvvəllərindən yeni dövr ziyalılarımızın Qasir irsinə oyanan marağı sayəsində 

ayrı-ayrı  Ģəxsi  arxiv  materialları  içərisində  rast  gəldiyimiz  irili-xırdalı 

müxtəlif Ģeirlər və Ģeir parçaları, müxtəlif təzkirə və cünklərdə təsadüf edilən 

Ģerilər  də  Mirzə  Ġsmayıl  Qasirin  bədii  yaradıcılığını  araĢdırmaq  nəzərindən 

elmi əhəmiyyət daĢıyır. Həmçinin onun xəttatlıq dəst-xəttinin izlərini özündə 

nümayiĢ etdirən əlyazmalardan da yan keçmək olmaz. 

Qasir irsinin pərakəndəliyi, formaca kitab halında olmaması səbəbindən 

onun  əlyazmaların  elmi-  paleoqrafik  təsvirini  vermək  olduqca  çətindir.  Hər 

halda  ənənəvi  qəbul  olunmuĢ  suallara  cavab  vermək,  “baĢlanır-bitir” 

baĢlıqlarını müəyyənləĢdirmək bir sıra hallarda yersiz görünür. 

Qeyri-rəsmi  Ģəkildə  “Qasir  fondu”  adlandırıla  biləcək  həmin  üç 

qovluqda  Ģairin  əsasən  azərbaycanca  və  farsca,  qismən  də  ərəbcə  yazıları 

toplanmıĢdır: 



Fr-1266 şifrəli qovluqda yeddi dəftər vardır. 

Birinci  dəftər  32  vərəqdən  ibarətdir.  Vərəqlərin  ölçüsü  17,5  x  22  sm. 

sətirlərin  sayı  müxtəlifdir.  Dəftərin  bəzi  səhifələri  ağ  buraxılmıĢdır.  Müəllif 


MİRZƏ İSMAYIL QASİR  - 210

51 


ayrı-ayrı  ağvərəqləri  ortadan  qatlamaqla,  onları  dəftər  halına  salmıĢdır. 

Avtoqrafdır. 

Burada 36 Ģer, o cümlədən qəzəl, müxəmməs, rübai, türkcə “ġərhi-hal 

və bəyani-vaqeə”, satirik Ģerlər, mənzum məktublar, həmçinin Ġ.A. Krılovun 

“Дуб  и  трость”  təmsilinin  farscaya  tərcüməsi  köçürülmüĢdür.  22

b

vərəqindəki  qeyddə  farsca  yazılmıĢdır:  “Yunan  filosofu  və  alimi  (əslində 



fransız  Ģairi  –  A.R.)  Lafonten  bu  nəsihətnaməni  yazmıĢ  və  Krılov  həmin 

nəsihətnaməni  1806-cı  ildə  rus  dilinə  tərcümə  etmiĢdir.  Mən  dövlət 

məktəbinin  müəllimi  Ġsmayıl  Axundzadə  Yusifbəy  Mehmandarovun  xahiĢi 

ilə  həmin  nəsihətnaməni  1885-ci  ildə  fars  dilinə  tərcümə  etdim  ki,  oxucular 

mənfəət tapsınlar”

*

.



Dəftər baĢlanır:

 

 ربنع نوکنربش ۀرط هدنيا



قيلناشف

 

قيلناشيرپ زوي هناريو رطاخ وب رتي 



Bitir:

ام هعمج ردبوليوس کلم دش لک نوچ

کل

 

 ردراو کلاس ردبولوا رصاق



دنلا

 

ذا



 ىر

 

   



İ k i n c i  d ə f t ə r  46 vərəqdən ibarətdir. Təkcizgili və karton cildli 

Ģagird  dəftəridir.  Vərəqlərin  ölçüsü  17,5  x  22  sm.  Sətirlərin  sayı  müxtəlifdir. 

Dəftərin  cildində  1241  tarixi  yazılmıĢdır  (=1825  m.)  –  səbəbi  məlum  olmur 

(Köçürülmə  ili  olduğunu  güman  etmək  çətindir).  Müxtəlif  vərəqlər  dəftərə 

əlavə  kimi  tikilmiĢdir.  Burada  inĢa  dərsindən  ötrü  hüsnxətt  yazıları,  satirik 

Ģerlər, mənzum məktublar, rübailər və bir qoĢma vardır – cəmisi 16 Ģeri əhatə 

edir.  11-13  vərəqlərdə  ərəbcə  nəsrlə  “Ziyarətnamə”  yazılmıĢdır.  Ayrı-ayrı 

yerlərdə Qasirin oğlu Mirzə Səbihin yazıları vardır. 

Dəftər baĢlanır:         

عناقلا وه 

*

Əgər sonrakı dəftərlərdə rast gələn illəri köçürülmə tarixi və ya hansısa xronoloci əsas kimi 

qəbul etsək, onda qeyd etməliyik ki, dəftərlər düzdün nömrələnməmişdir və bu birinci dəftər 

deyildir.

 


MİRZƏ İSMAYIL QASİR  - 210

52 


ي فرجنش تابثا رد

ڬ

 



..روّدم ۀلايپ لثم هتوب

.

 



Bitir:

زت

 



نايب هليا هزب نس نيباوج

 

ناتساد هنوک هکزوارب قازاي



 

Ü ç ü n c ü  d ə f t ə r 20 vərəqdən ibarətdir. Vərəqlərin ölçüsü 17,5 x 

22  sm.  sətirlərin  sayı  və  ölçüsü  müxtəlifdir.  Burada  22  Ģer  verilmiĢdir: 

Azərbaycan  və  fars  dillərində  qəzəllər,  mənzum  məktublar,  satirik  Ģerlər, 

Ģahmat  haqqında  mənzum  hekayə,  zəmanədən  Ģikayət  və  bir  maddeyi-tarix 

vardır. Dəftərin 6b vərəğində lənkəranlı MəĢədi Mustafa bəy ġahverdiyevin 

vəfatı  münasibətilə  yazdığı  bu  12  beytlik  Ģer  Qasir  yaradıcılığında  yeganə 

maddeyi-tarixdir. Dəftərin üzündə karandaĢla dibçək gülü, onun üzərində isə 

Ģeytan Ģəkli çəkilmiĢdir. 

 

Dəftər baĢlanır: 



    

 تبحصمه هدرصعوب هنمرتسيا ميکره

لوا

       


 

 هلوا تين شوخ و قلاخ شوخ هنسميک لوا کرک 

Bitir:

ندقل مادآ رارو مد مدآ خوچ هدنردنيد



 

 

 هلوا تريغ كي هدنوا ميک یدوا مدآ ینب 



D  ö  r  d  ü  n  c  ü    d  ə  f  t  ə  r    28  vərəqdən  ibarətdir.  Təkcizgili  ağ 

vərəqlərdən düzəldilmiĢdir. Vərəqlərin ölçüsü 17,5 x 22 sm. Sətirlərin sayı və 

mətni  ölçüsü  müxtəlifdir.  Dəftərdə  52  Ģeir  yazılmıĢdır:  azərbaycanca  və 

farsca  qəzəllər,  müxəmməs,  Hafizin  bir  qəzəlinin  təxmisi,  Seyid  Əzim 

ġirvaniyə  mənzum  məktub,  satirik  Ģer  və  bir  mədhiyyəni  əhatə  edir. 

Məzmunundan  aydın  olur  ki,  bu  Qasirin  Seyid  Əzimə  3-cü,  sonuncu 

məktubudur  (Seyid  Qasirin  ilk  həcvini  cavabsız  qoyub,  bundan  “hirslənən” 

Qasir  ona  ikinci  məktub  yazıb  və  yalnız  bu  zaman  Seyid  Əzim  ona  “cəvab 



MİRZƏ İSMAYIL QASİR  - 210

53 


qaytarıb”,  nəhayət,  Qasir  də  həmin  cavaba  daha  bir  məktub  yazıb 

göndərmiĢdir ki, haqqında danıĢılan məhz həmin son mənzumədir:

 

Qoydun adını zərafət, mənə yazdın həcvi, 



Ey olan həcv tərəfində kələntər Seyyid. 

Dəftərin  üzərində  əski  əlifbada  “Lənkəran  qəzasının  müəllimi  Mirzə 

Ġsmayıl Qasirin qəzəliyyatından. Lənkəran Ģəhəri” sözləri yazılmıĢdır. 

        Dəftər baĢlanır:

ديسرتخا هتزع کلفيا ملاسلا

   


 

زكرم


 

ديسروحم هتكوش هرياد

 

Bitir:


 

ندکملک کيمغ یدناي رگج زودنگ هجيگ 

یزمناهنپ مغ وب کيليا راهظا هميک

B e ş i n c i  d ə f t ə r əslində dördüncü dəftərin ardı hesab edilə bilər. 

BaĢqa dəftərlərin ayrı-ayrı vaxtlarda yazıldığı özünü göstərdiyi halda, yazı və 

paleoqrafik  üslubunca,  demək  olar  ki,  bir-birini  tamamladığına  görə,  bu  iki 

dəftərin bir-birinin ardınca yazıldığı məlum olur.

 

Qasirin  avtoqrafıdır.  Həcmi  21  vərəqdir.  Təkcizgili  ağ  kağızlardan 



düzəldilmiĢdir.  Vərəqlərin  ölçüsü  17,5  x22  sm.,  sətirlərin  sayı  və  mətnin 

ölçüsü müxtəlifdir. Dəftərin 6-7 vərəği ağ buraxılmıĢdır. 

Burada  48  Ģer  yazılmıĢdır:  azərbaycanca  və  farsca  qəzəllər, 

müxəmməslər, qoĢma və müsəddəsdən ibarətdir. 

Dəftər baĢlanır:

 

وكردبوب هليا ميمشچ رون یا ینب



نيرش نک ه

  

 



نيرش یمت یلعل بل شملوا کنوا ميدلب نيقي 

Bitir:


 

MİRZƏ İSMAYIL QASİR  - 210

54 


ردقح نيع سبويد ميکرلزوسوا

 

هنماج هک زوارب نيمرديک یلو 



A l t ı n c ı  d ə f t ə r 13 vərəqdən ibarətdir. Ġkicizgili Ģagird dəftəridir. 

Qara mürəkkəblə 22 Ģer yazılmıĢdır: azərbaycanca və farca qəzəllər, dini və 

satirik Ģerlərdən ibarətdir. Vərəqlərin ölçüsü 17,5 x 22 sm., sətirlərin sayı və 

mətnin ölçüsü müxtəlifdir. 

Dəftər baĢlanır: 

دبکن نسحب هارت لامج فصوز یسک 

دبکن نمچو نشلگو لکار یتياکح 

Bitir:


...یانيا رثکا نوچ

          

 

دشدهاوخ ناشيا عبط لوبقم 



Y  e  d  d  i  n  c  i    d  ə  f  t  ə  r  14  vərəqdən  ibarətdir.  Ağ  saya  kağızdan 

düzəldilmiĢdir.  Vərəqlərin  ölçüsü  17,5  x  22  sm.,  sətirlərin  sayı  və  mətnin 

ölçüsü  fərqlənir.  Dəftərin  üzərində  “Kəlimati-müxtəlifə  bi-siğeyi-ismi- 

məfuli-müəddəb”  sözləri  yazılmıĢ,  1248  tarixi  (=1832  m.)  göstərilmiĢdir  ki, 

səbəbi məlum deyil.

*

 Qara mürəkkəblə yazılmıĢdır.



 

Burada  müxtəlif  ərəb  kəlmələrinin  düzgün  yazılıĢına  dair  nümunələr, 

azərbaycanca və farsca 26 Ģer, o cümlədən satirik Ģerlər, mədhiyyələr, dostu 

Ġsaya nəzmlə və nəsrlə məktubu verilmiĢdir. 

Dəftər baĢlanır:

 

*



“Mətnşunasa hər bir əsərin yazılma tarixini bilmək müəllifin əsərləri külliyyatını və ya onun

ayrı-ayrı bölmələrini tərtib etmək, əsərləri düzgün xronoloji qaydada düzmək üçün gərəkdir” 

[70,  s.202].  Qasir  irsindəki  belə  tarix  işarələri  onun  şerlərinin  (hətta  dəftərlərinin  də) 

xronologiyasını  müəyyən  etməyə  əsas  ola  bilməz.  Nəşr  olunmuş  yeganə  kitabında  da 

xronologiyanın  gözlənilməməsi  təsadüf  deyildir.  Təəssüf  ki,  ümumiyyətlə  bütün  Şərq 

əlyazmalarında vəziyyət əsasən bu cürdür. 

MİRZƏ İSMAYIL QASİR  - 210

55 


املک

  ارم یب لوعفم مسا ۀغيصب هفلتخم ت

        Bitir:

 

هنلا ناکما هلوا هک کزوس وب نيباوج زاي



 

Fr-1267 şifrəli qovluqda

 

Qasirin ayrı-ayrı dəftər qalıqları və pərakəndə vərəqlər halında əlyazma 



Ģer  nümunələri  saxlanılır.  Burada  Ģairin  mənzum  məktubları,  mənzum 

hekayələri,  satiraları  və  lirik  Ģerləri  toplanmıĢdır.  Materialların  ardıcıl  və 

səliqəli  paleoqrafik  təsvirini  vermək  çətin  olsa  da,  əsas  sualları  aĢağıdakı 

kimi qruplaĢdırmaq olar: 

Qovluqda irili-xırdalı cəmi 92 vərəq yazı vardır. 

Farsca  əsərlərinin  əksəriyyəti  12  x  34  sm  (1  vərəq),  17,5  x  22  sm  (3 

vərəq),  22  x  34  sm  (1  vərəq),  11  x  17,5  sm  (1  vərəq),  21,5  x  26,5  sm  (4 

vərəq),  13,5  x  21,5  sm  (Ģagird  dəftərindən  2  vərəq)  ölçülü  kağızlarda 

yazılmıĢdır. 

17 x 22 sm ölçülü kağızlardan düzəldilmiĢ 5 vərəqlik dəftər parçasında 

Ģairin azərbaycanca aĢağıdakı Ģerləri köçürülmüĢdür: 

I

a



-da

BaĢlanır:      

ميزاب زوروخ مدمه مينم یا 

ميزارمه قيقش قيفر یا 

Bitir:

رادﺑﺗﮐم ريدبيي هليا یرصقا 



Ib-də heç nə yazılmamıĢdır.

 

2



a

-da:


BaĢlanır:      

داي ريدئا نيتلاح ادهش 

داينب بيي هليا هحون چوا یکيا 

Bitir:


MİRZƏ İSMAYIL QASİR  - 210

56 


راديب رولوا نادباوخ نامز ريب

 

رافغتسا زمريو چيه هدياف 



2

b

 – lakunadır.3



a

-da:


BaĢlanır:      

الله الرحمن الرحیم مسب

Bitir:

رادرک و کين بلاط وبا یا



3

b

-də  baĢqa  bir  xətlə  “Mirzə  MəĢədi  Ələkbər  fəxrül-ətibba”  qeydi



verilmiĢdir.

 

BaĢalanır:



 

شوخ و قلخ کين و زيزع ايآ

Bitir:

تسود یا لاح لها و رايشام و لقاع و بيبل



   

4

a



 lakunadır,

 

4



b

-də farsca kiçicik qeyd yazılmıĢdır.

5

a

-da:



BaĢlanır:      

زيميي هملگ هزيس رودخوي ريدتدم اتسود 

زيميي همليب بيي هليا قيقحت ینيهجو نس هتسيا 

Bitir:        

وادنوک زيميرتشن ميزيب سوسفاو  هآ

 

شوملوا



 

زيميي هملد یرامد یضعب یخد روملوا نکمم 

5

b

-də Qasirin məĢhur



“Ey edən aləmdə çox arifləri dilgir pul / 

Eyləyən piri cəvanü həm cəvani pir pul” 



MİRZƏ İSMAYIL QASİR  - 210

57 


beyti ilə baĢlanan Ģeri yazılmıĢdır.

*

Qovluqda  digər  dəftər  qalığı  16  vərəqdən  ibarətdir.  Vərəqlərin  ölçüsü 



17,5  x  22  sm.  Sətirlərin  sayı  və  mətnin  ölçüsü  müxtəlifdir.  Kimsə,  dəqiq 

məlumdur ki, materiallar Əlyazmalar Ġnstitutuna təhvil verilməmiĢdən qabaq, 

qara  rənglə  yazılmıĢ  Ģerlərin  üstündən  bənövĢəyi  mürəkkəblə  üfüqi  xətlər 

çəkmiĢdir. 

1

ab

 vərəğində farsca Ģerlərdir. 1



a

-nın haĢiyəsində:

یرب ندنديگ اروا ديس اقآ 

ید هملک لاوحا رب چيه هزيب ندنس 

beytilə baĢlanan mənzum məktub yazılmıĢdır. 1

b

-də:



نيدردنوک هناوهم ميک هفحت ريب هنبودلوا لوصو 

نيدردنوک هناهاش تولخ رب ايييوگ نوچ مينب 

beytilə baĢlanan mənzumnamə verilmiĢdir.

 

15



b

-də  qırmızı  mürəkkəblə  “Cəvabi  Məhəmmədəli  bəy  bi-Qasir”

sözləri qeyd olunmuĢ və “Arifi-rindi-xərabət qələndər məslək / Xəlqə məlum 

olan zahiri molla Molla” beytilə baĢlanan Ģer yazılmıĢdır. 

16

a

  lakunadır,  16b-də  isə  Taqirov  familiyalı  naməlum  Ģəxsin  rusca



məsələyə  dəxli  olmayan  qeydi  vardır.  Burada  həmçinin  iri  xətlə  “Bağdad 

1319”  tarixi  (=1902  m.)  yazılmıĢdır.  Vərəqlərə  Bakıdakı  tütün  fabrikini 

reklam edən köhnə kağızdan bir cild yapıĢdırılmıĢdır. 

Qovluqdakı  bütün  baĢqa  materiallar  ayrı-ayrı  pərakəndə,  müxtəlif 

ölçülü, müxtəlif keyfiyyətli vərəqlərdən ibarətdir. 

Vərəqlərdən birində 1314 tarixi (=1897 m.) qeyd olunmuĢ: 

*

Şairin 1988-ci ildə çap olunmuş ilk şerlər kitabına rəydə tədqiqatçı X.Mehdiyev yazır 

“Təəssüf ki,”Ey olan çox adamın əsərdə peyqəmbəri pul” misrası ilə çaşlayan və “puldur, 

pul” rədifli şerləri kitaba düşməmişdir” [31, s.94]. Təəssüf etmək olar ki, 5



–dəki həmin şer 

də həmin kitabda nəzərdən qaçırılmışdır. Halbuki pula həsr etdiyi şerlərin çoxluğu 

dünyagörüşünə işarədir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

58 


یشيک زايروتوگ همان ريب هنم اسيع ازريم 

...یشيک زاب هموزوا تبحم باوبا لاوا 

 

یچنلااي هداينبو قمحا نوزوا یدق یا



    

  

یچنلااي هداومم حاتف یدآ لام هئد



 

beytləri ilə baĢlanan Ģerləri verilmiĢdir. 

Qovluqdakı bir dəftərdə rusca «Географическайа карта принадлеъит 

ученику II класса II-го Отделенийа Мирза Самину Ахундову. В городе 

Лен. 18 сентябрйа 1887 года» sözləri yazılmıĢdır. 

BaĢqa  bir  vərəqdə  dimdiyində  balıq  tutmuĢ  ördək  və  uzun  saqqallı 

çalmalı  molla  rəsmi  çəkilmiĢdir  və  hiss  olunur  ki,  bunu  çəkən  adamın 

müəyyən rəssamlıq qabiliyyəti varmıĢ. 

Vərəqlərdən  birində  Qasirin  Bakıdan  Lənkərana  ailəsinə  və  dostlarına 

müraciətlə məktubu və farsca nəsri yazılmıĢdır. 



B-1546  şifrəli  qovluqda  da  Qasirin  azərbaycanca  və  farsca  mənzum 

məktubları,  rübailəri,  qəzəlləri  və  müxəmməsləri  saxlanılır.  Pərakəndə  ağ 

vərəqlərdə yazılmıĢ bu materiallar cəmisi irili-xırdalı 104 vərəqdən ibarətdir. 

Əksəriyyəti farscadır. Vərəqlərdən birində rusca: «Tetrad uçeniku 1-qo klassa 

1-qo Otdeleniya Abdul Quseynu Axundovu. 8 sent. 1885 q., qor. Lenkoran» 

sözləri  yazılmıĢdır.  Vərəqlər  arasında  baĢqa  dəftərlərdə  rast  gəlinən  səliqəli 

Qasir  xətti  nümunələrinə  təsadüf  olunsa  da,  əksəriyyəti  baĢqaları  tərəfindən 

yazılmıĢdır.  

Qovluqdakı  materiallar  içərisində  “Gördüm  yenə  cananımı  canan 

arasında”  misrası  ilə  baĢlanan  “qəzəli-türki”  və  Məcruha  cavab  məktubu 

azərbaycancadır.  Bir  vərəqdə  rusca  “84  год”  yazılmıĢ  və  Qasirin  Ģəxsi 

möhürü  basılmıĢdır.  BaĢqa  bir  vərəqdə  aydın  oxunan  “Zəbihüllah  Ġsmayıl” 

(“Allaha  qurban  olan  Ġsmayıl”)  möhürü  vurulmuĢdur.  Vərəqlərdən  birinə 

səliqəli  kəsmə  naxıĢ  yapıĢdırılmıĢdır.  Ola  bilsin  ki,  bu  Qasirin  əl  iĢidir  – 

məlumdur  ki,  “Qasir  yağlı  ağ  kağız  üzərində  dırnaqla  gül,  müxtəlif  fiqurlar 

çəkər  və  ya  söz,  Ģer  yazarmıĢ  (buna  xətti-naxuni  deyərmiĢlər)”  [6,  s.44]  və 



MİRZƏ İSMAYIL QASİR  - 210

59 


deməli,  Qasirin  bü  cür  incəsənət  nümunələri  yaratmağa  həvəsi  və  bacarığı 

varmıĢ. 


Vərəqlərdə  “Əz  qəzəliyyati-ağam  Qasir  əst”,  “Əz  rübaiyyati-Mirzə 

Qasir  əst”,  “Dər  zikriyyati-məĢhurat”  sözlərinin  qeyd  olunması  göstərir  ki, 

burada toplanmıĢ Ģerlərin əksəriyyəti Qasirin oğlu və ya Ģagirdləri tərəfindən 

köçürülmüĢdür. 

Beləliklə,  bu  təsvirdən  Qasirin  Əlyazmalar  Ġnstitutunda  mühafizə 

edilən  birbaĢa  əlyazma  irsi  haqqında  ümumi  təsəvvür  yarandığını  güman 

etmək  olar.  Bundan  baĢqa,  Ģairin  irsinin  müəyyən  parçaları  XIX-XX  əsrin 

əvvəllərinin materialları Ģəklində bizə gəlib çatmıĢdır. 

XIX  əsr  mənbələrindən  H.  Qayıbovun  və  Mirzə  Ġsanın  təzkirələrində, 

həmçinin  B-132  Ģifrəli  məcmuədə  və  439  nömrəli  fraqmentdə  (sonuncu 

Qasirin  avtoqrafıdır)  Ģairin  adı  çəkilir  və  Ģerlərindən  nümunələr  təqdim 

olunur. 


Hüseyn əfəndi Qayıbov “Azərbaycanda məĢhur olan Ģüəranın əĢarında 

məcmuə”sinin  sonuncu  cildinin  axırlarında  “Qasir  təxəllüs  Molla  Ġsmayıl 

Təbriziyyül-əsl sakini-Lənkəran”ın adını çəkir və iki Ģerinin mətləsini təqdim 

edir [84, s.1330]. 

Qasirin  müasiri  və  dostu  Mirzə  Ġsa  Ziyai  isə  özünün  “Təzkirei-

Ziyai”sini  yazarkən  bir  mənbə  kimi  istifadə  etdiyi  Lütfəli  bəy  Azərin 

“AtəĢkəda”sındakı məlumatlara Qasirin də adını əlavə etmiĢ və təzkirəni 

haĢiyəsində onun “ĠĢimiz” və “Bəradər” adlı iki Ģerini nümunə vermiĢdir [83, 

vər.83b]. 

ġamaxıda  1898-ci  ildə  gözəl  nəstəliq-Ģikəstə  xətti  ilə  köçürülmüĢ  B-

132  Ģifrəli  cüngdə  isə  “Mirzə  Ġsmayıl  Qasir  təxəllüsün  Badikubədən  Hacı 

Seyid  Əzim  Seyid  təxəllüs  üçün  eylədiyi”  23  bənddən  ibarət  müxəmməs 

Ģəkilli  mənzum  məktubu  yazılmıĢdır  [81,  vər.161b-163a].  Qara  xallı  karton 

cildə tutulmuĢ bu cüng ağ saya kağızlarda qara mürəkkəblə yazılmıĢdır. ġerin 

birinci  və  dördüncü  bəndlərinin  hərəsi  dörd  misradan  ibarətdir  və  buradan 

görünür ki, əlyazmanın naməlum katibi məktubu orijinaldan deyil, baĢqa bir 

mənbədən köçürmüĢdür. 

BaĢlanır:      

هم نوگ وب هدنس ،اييقاس

رونوروگ تدوم ر

Bitir:

رونوروگ هد هسميک لوا ره کاب زم هلييا ...



MİRZƏ İSMAYIL QASİR  - 210

60 


Qasirin  hələlik  yeganə  nəĢr  olunmuĢ  Ģerlər  kitabına  düĢməmiĢ  bu 

müxəmməs,  məzmunundan  göründüyü  kimi,  onun  Seyid  Əzimə  ilk 

məktubdur. Məlumdur ki, Bakıda olarkən Qasir Ģamaxılı Seyid Əzimin Bakı 

Ģairlərinin həcv etdiyini bilib, ona mənzum məktub göndərmiĢdi:

 

Seyyida, bəsdi bu didacə dəxi oldu təmam, 



Ġndi lazımdı gərək zikr ola bir qeyri kəlam. 

Nə səbəbdən bu rövĢ eyləməsin cəhəti-nam

Gəlibən eyləmiĢəm bəndə də Baküdə məqam, 

Baxıram hər tərəfə, dövlətü ne’mət görünür. 

Sən xəyal eylədiyin kimsənələr təkhatəkdir, 

Yoxsa hər kəsdə həya ilə ədəb, eĢĢəkdir. 

Bəndəi-hümbəzmlərim arifü xoĢməsləkdir, 

Gördüyün söyləməyən kimsə məhliĢəkdir, 

Həqqi inkar eyləyən Ģəxsdə illət görünür. 

Göründüyü kimi, Qasir Bakının və bakılıların tərifini verir və bu yolla 

Seyid Əzimi “imana” döndərmək istəyir: 

Olsa hər kimsədə zərrə fərasətlə Ģüur, 

Kirdi-cəhl eyləməsə dideyi-insafını kur, 

Bəli, xaliq eyləyib lütfünü Baküdə zühur, 

Ġndi hər məmləkətə Bakü olub mətlə’i-nur, 

Bir belə Ģəhrə nə irad, nə diqqət görünür. 

Beləliklə, aydın olur ki, Qasir birinci məktubunda Seyid Əzimi heç də 

həcv etməmiĢ, Bakı haqqında ona bəzi mətləbləri çatdırmaq, hələ Lənkəranda 

olarkən Bakı və bakılılar haqqında 

Nəqiyova eylədin gözü qaĢı, 

Ġndi olub Bakıda tacirbaĢı, 

Bizlərə də yavan yedirtdin aĢı... 

Gah BaküdəTəqiyova vermiĢ kürurlən, 

ƏngüĢtnüma edib onu xürdü kübarə pul. 



MİRZƏ İSMAYIL QASİR  - 210

61 


kimi Ģerlər yazmasına baxmayaraq, Bakıya gəlib, bu Ģəhərin müasir və üstün 

cəhətlərini  öz  gözləri  iləgördükdən  sonra  onu  “müdafiə  etmək”  qərarına 

gəlmiĢdi. ġairin əsərlərinin gələcək nəĢrində göstərilən cüngdəki müxəmməs-

məktubun  da  verilməsi  və  onun  Seyid  Əzimlə  məktublaĢmasının  xronoloji 

sıra ilə təqdim edilməsi vacib məsələdir. 


Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin