MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   2   3   4   5   6   7   8   9   ...   24

yazıb  yaradır,  Ģerləri  dillərdə  əzbər  olurdu,  mədrəsələrdə,  kitab 

emalatxanalarında  köçürülüb  yayılırdı.  Azərbaycan  əlyazma  kitabı  tarixinin 

araĢdırılması  [bax:  28,  s.5-19;  29,  s.5-12;  65,  s.5-17]  göstərir  ki,  əlyazma 

kitabı  mədəniyyəti  məhz  XIX  əsrə  qədər  –  Azərbaycanın  iĢğalına  qədər 

yüksəliĢdə  olmuĢ,  XIX  əsrdən  isə,  bir  yandan  da,  tədricən  çapçılığın 

Azərbaycana  yol  tapması  ilə  tənəzzülə  doğru  getmiĢdir.  Çarizmin 

Azərbaycanda  xanlıq-bəylik  statusunu  ləğvetmə  siyasəti  nəticəsində  kitab 

sənətkarları 

sifariĢ 

mənbəyindən 

yavaĢ-yavaĢ 

məhrum 


olmuĢ, 

mədəniyyətimizin bu qolu tənəzzülə uğramıĢdar. XIX əsrdən artıq kitabçılıq 

xətti ilə Ģairlik əl vermirdi. Mədrəsələrdə Qur’anın, Hafizin, Sədinin əsərləri 

köçürülürdü. Yeni meydana çıxan satiriklərin əsərlərini heç kəs köçürmürdü. 

Məsələn,  Seyid  Əzim  kimi  Ģəxsiyyətin  əsərlərinin  cəmi  7  nüsxəsi 

(Azərbaycanca  divanın  3  nüsxəsi,  fars  divanının,  təzkirəsinin  bir  nüsxəsi  və 

iki Ģerilər toplusu nüsxəsi) məlumdur [bax:76]. 

Belə  bir  Ģəraitdə  əsərlərinin  əlyazma  kitabı  Ģəklində  yayılmadığını  və 

hətta  çap  etdirmək  imkanlarının  olmadığını  görən  XIX  əsr  Ģairləri  özlərinin 

ayrı-ayrı  regional  birliklərini  yaradıb,  ədəbi  məclislərdə  toplaĢmağı  qərara 

aldılar. Yalnız bu yolla məĢhurlaĢıb tanınmaq, Ģerlərinə əbədilik qazandırmaq 

olardı.  Bu məclislərdə isə  Ģairlərin bir-birinə təsiri  olduqca  güclü idi. Lakin 

məclis  Ģairlərinin  Ģerləri  heç  də  məhdud  dairədə  qapanıb  qalmır,  xalq 

kütlələrinin  dilində  əzbər  olurdu.  Məsələn,  Mirzə  Ġsmayıl  Qasirin  özünün 

Ģerlərinin böyük bir qismi onun vəfatından çox-çox sonralar, XX əsrin hətta 

II  yarısında  Lənkəran  ziyalılarının  dilindən  toplanıb,  təzədən  yazıya 

köçürülmüĢdür. 

Deməli,  XIX  əsrin  ədəbi  məclislərinə,  həmin  məclis  üzvlərinin  fərdi 

yaradıcılıqlarına  qarĢı  daha  obyektiv  fikir  söyləmək  və  bu  mühiti  lazımınca 

qiymətləndirmək vaxtıdır. 

Ümumiyyətlə,  XIX  əsr  ədəbiyyatı  özünün  məclisləri  ilə  məĢhurdur. 

Düzdür, hələ orta əsrlərdə də Azərbaycan ərazisində ədəbi məclislərin olduğu 

bəllidir.  Məsələn,  XII  əsrdə  Təbrizdə  Eldəgizlər  və  ġamaxıda  ġirvanĢahlar 

saraylarında  ədəbi  məclislər  fəaliyət  göstərmiĢ,  Xaqani,  Fələki,  Beyləqani 



MİRZƏ İSMAYIL QASİR  - 210

17 


kimi  Ģairlər  bu  məclislərdə  ĢerləĢmiĢlər  [3,  s.67].  Xətai  sarayında 

MəliküĢĢüəra  Həbibinin  baĢçılıq  etdiyi  və  Süruri,  ġahi,  Matəmi,  Tüfeyli, 

Qasımi kimi Ģairlərin iĢtirak etdiyi ədəbi məclisin fəaliyyəti tarixə düĢmüĢdür 

[bax:3,s.308-341].  Lakin  “saray  ədəbi  məclisləri  nəzərə  alınmasa, 

Azərbaycanda XIX əsrə qədər Ģairlərin müstəqil bir məclisi olmamıĢdır” [24, 

s.2].  Bu  dövrün  ədəbi  məclislərinin  əsas  əlamətdar  cəhəti  onda  idi  ki,

“mənsub olduğu sinifdən, varlı və ya kasıb olmasından asılı olmayaraq, hər 

bir  Ģair,  Ģer-sənət  həvəskarı  rəğbət  bəslədiyi,  yığıncaqlarında  iĢtirak  etmək 

istədiyi məclisin üzvü ola bilərdi. Buna görə də XIX əsr ədəbi məclisləri bir 

növ demokratik kütləvi yaradıcılıq ittifaqları səciyyəsi daĢıyırdı” [24, s.2-3]. 

Bütün  Azərbaycanda  məclisçilik  sayəsində  ədəbi  dirçəliĢ,  yenilik 

sezilirdi.  Yeni  Azərbaycan  ədəbiyyatının  formalaĢmasında  XIX  əsr  ədəbi 

məclislərinin xüsusi rolu mütləq qeyd olunmalıdır. Bir yerə toplaĢan Ģairlərin 

bir-birinə  təsirinin  artacağı  təqdirdə  ədəbiyyatda  yeknəsəqlik  meydana  çıxa 

bilərdi. Bunu nəzərə alan məclis üzvləri öz yaradıcıqlarında həm forma, həm 

də məzmun yeniliyi axtarır və daim ədəbi axtarıĢda bulunurdular. Bir məclis 

üzvlərinin  öz  aralarında  ĢerləĢməklə  yanaĢı,  ölkənin  baĢqa  məclislərindəki 

yenilikləri  əxz  etmək səyləri bununla əlaqədar  idi.  Həmid  Araslı  göstərir  ki, 

belə  məclislərdə  ən  çox  müəmmalara,  yəni  Ģerin  forma  və  məzmununda 

qeyri-adilik yaratmağa fikir verilirdi [7, s.95]. ġairlərin bir yerə toplaĢması ilə 

orta  əsr  Ģerinə  məxsus  tərkdünyalıq  hissləri,  sufilik  motivləri  sıradan  çıxır, 

“ələmdən nəĢəyə”, daha ciddi desək, real gerçəkliklərin tərən - nümünə keçid 

üstün  gəlirdi.  Burada  dinib-danıĢma,  müĢairə  əsas  idi.  Klassik  üslub 

müĢairəyə  bir  o  qədər  də  geniĢ  imkan  vermədiyi  üçün  bu  cür  məclislər 

mühitində istər-istəməz sıradan çıxmağa meyl edirdi. Ədəbi məclislərin əsas 

məziyyətlərindən  biri  də  onların  son  nəticədə  Azərbaycan  Ģerindən  sufilik 

ruhunun uzaqlaĢdırılmasında, ədəbiyyatın həyata dönüĢündə rolu ilə Ģərtlənə 

bilər.  Digər  tərəfdən,  “bu  məclislər  təkcə  yaradıcılıq  iĢləri  ilə  deyil,  elmi-

nəzəri  məsələlərlə  də  məĢğul  olur,  ədəbiyyat  tarixini,  xüsusən  görkəmli 

sənətkarları  müntəzəm  surətdə  öyrənirdilər”  [10,  s.4].  Məsələn,  Seyid  Əzim 

təzkirəsinin  yaranmasında  ġamaxıdakı  “Beytüs-səfa”nın  fəaliyyətinin 

müəyyən  rol  oynadığını  söyləmək  olar.  Üçüncü  tərəfdən,  bu  məclislər 

anadilli  Ģerimizin  inkiĢafında,  deməli,  müasir  Azərbaycan  dilinin  ədəbi 

üslubunun  təĢəkkülündə  mühüm  xidmət  göstərmiĢ,  onun  leksik  və  üslubi 

həcminin  xəlqiləĢməsinə  güclü  təkan  vermiĢdir.  N.Qarayev  XIX  əsr 


MİRZƏ İSMAYIL QASİR  - 210

18 


məclislərinin  fəaliyyətini  dərindən öyrənərək,  belə  nəticəyə  gəlmiĢdi  ki,  “bu 

dövrdə  Azərbaycan  dilində  yazmaq  meyli  çox  qüvvətlənmiĢdi.  Məclis 

Ģairlərinin,  demək  olar  ki,  hamısı  öz  Ģerlərini  əsasən  Azərbaycan  dilində 

yazırdılar” [24, s.5-6]. Bu isə o demək idi ki, ədəbi məclislər rus iĢğalı altında 

olan  Azərbaycanda  vətənpərvərlik,  milli  dilimizi  və  mədəniyyətimizi 

qorumaq  ideyalarının  baĢlanğıcını  qoyurdu.  Artıq  məclis  üzvü  olan  Ģairlər 

ana  dilinin  imkanlarından  milli  mədəniyyətin  yaĢadılmasının  rəhni  kimi 

faydalanır, təhsil aldıqları fars və ərəb dillərindən uzaqlaĢırdılar. Bu Ģairlərin 

əksəriyyətinin yaradıcılığındakı fars-ərəbdilli Ģer nümunələri əsas etibarilə ya 

məclisdən qabaqkı dövrün məhsulu kimi qiymətləndirilə bilər, ya da onlar bu 

Ģeirlərini məclisdən kənardakı mühitdə yazırdılar. Məclis dili-ana dili idi.  

XIX  əsrdə  Azərbaycan  ədəbiyyatının  xoĢbəxtliyi  onda  oldu  ki, 

Azərbaycanın  bütün  bölgələrində  belə  ədəbi  məclislər  yaradılıb  fəaliyyət 

göstərdi  və  bu  məclislər,  bir  tərəfdən,  ədəbiyyatın  özünü  köhnəlməyə 

qoymadı,  ikinci  tərəfdən,  özünün  minillik  qüdrəti  ilə  çarizmin  Azərbaycanı 

axıradək məhv etmək siyasətinə qarĢı sinə gərən ədəbiyyat amilinin gücü ilə 

özünəməxsus müqavimət hərəkatına çevrildi.  

Ədəbi  məclis  hərəkatının  baĢlanğıcı  böyük  mütəfəkkir-pedaqoq  Mirzə 

ġəfi  Vazeh  tərəfindən  1820-ci  ildə  Gəncədə  qoyulmuĢdu.  Onun  yaratdığı, 

sonralar Tiflisdə fəaliyyətini davam etdirdiyi “Divani-hikmət” məclisi 1852-

ci ilədək yaĢamıĢ və digər məclislərin ortaya çıxmasında əsas rol oynamıĢdı. 

A.  Bakıxanovun  1825-ci  ildə  Qubada  yaratdığı  “Gülüstan”  məclisi  əsrin 

sonuna  qədər  iĢini  davam  etdirmiĢdi.  30-cu  illərdə  Ordubadda  ġıxəli  Naibin 

baĢçılığı  ilə  daha  bir  “ƏncümanüĢ-Ģüəra”  məclisi  yaradılmıĢdı.  Nəhayət, 

Mirzə  Ġsmayıl  Qasir  Lənkəranda  yaĢayarkən  buradakı  Ģairləri  baĢına 

toplayaraq,  məclis  hərəkatının  bu  bölgəyə  gəlib  çıxmasına  nail  olmuĢ, 

“Fövcül-füsəha”  ədəbi  məclisini  yaratmıĢdı.  “Fövcül-füsəha”nın  sonralar 

ġamaxıda  və  Bakıda  “Beytüs-səfa”  (1867)  və  “MəcməüĢ-Ģüəra”  (1880) 

məclislərinin  yaradılmasına  müsbət  təsiri  olmuĢdur.  Belə  ki,  həmin  məclis 

üzvləri Lənkəran məclisi ilə tez-tez əlaqə saxlayır, onun üzvləri ilə mənzum 

məktublaĢırdılar.  Hətta  Qasirin  “MəcməüĢ-Ģüəra”nın  məclislərinə  dəvət 

olunduğu  da  məlumdur.  Əsrin  60-70-ci  illərində  ġuĢada  Mirzə  Rəhim  Fəna 

və Mir Möhsün Nəvvab tərəfindən əsası qoyulan “Məclisi-üns” və “Məclisi-

fəramuĢan”ın 

da  XIX  əsr  Azərbaycan  ədəbi-mədəni  mühitinin 

yeniləĢməsində,  ədəbiyyatın  müasirləĢməsində  xüsusi  rolu  olmuĢdur  [47a, 



MİRZƏ İSMAYIL QASİR  - 210

19 


s.8, 32, 50, 72, 110, 166, 238, 346]. Həmin məclislərin təsiri altında ġəkidə,

Qazaxda,  AğdaĢda,  Dərbənddə,  Ġrəvanda,  Təbrizdə,  Ərdəbildə  ədəbi 

dərnəklər  meydana  çıxmıĢdı  [47a,  s.430].  N.Qarayev  qeyd  edir  ki,  Qasir 

“Fövcül-füsəha”nı  “Divani-hikmət”,  “Gülüstan”  və  “ƏncümanüĢ-Ģüəra” 

ədəbi məclislərinin zəiflədiyi bir vaxtda təĢkil etmiĢdi [24, s.60], bu isə onu 

göstərir  ki,  Lənkərana  qədər  Azərbaycanın  çox  yerlərini  dolaĢmıĢ  Ģair  belə 

məclislərin  hər  cəhətdən  əhəmiyyətini  baĢa  düĢürdü  və  məclis  hərəkatının 

sönməməsi  üçün  əlindən  gələni  edirdi.  Tarixən  “Fövcül-füsəha”dan  sonra 

yaranmıĢ məclislərlə və ədəbi dərnəklərlə əlaqə saxlamaqla onların XIX əsr 

ictimai-siyasi  zəminində  yeganə  milli  qüvvə  kimi  yaĢamasına  dərin  maraq 

göstərmiĢdi.  “Qasir  ġamaxı,  Bakı,  Ərdəbil,  Dərbənd,  ġuĢa  Ģairləri  ilə 

yaxından  əlaqə  saxlamıĢ”  [24,  s.60],  onları  daim  ĢerləĢməyə,  ədəbi 

mübarizədən  əl  çəkməməyə  ruhlandırmıĢdır.  Mücrimə  “ġuĢidə  idim,  namə-

pəyamın mənə gəldi / Ol əmrə dedim mən də cəvabın sənə, gəldi”, - beytilə 

baĢlanan məktubdan Qasirin ġuĢada olması, orada çox qalması [24, s.57] və 

deməli, ġuĢa ədəbi məclislərində iĢtirak etməsi bəlli olur. 

Ümümiyyətlə,  Qasir  və  ədəbi-mədəni  mühitini  öyrənərkən  Ģairin  istər 

“Fövcül-füsəha”dakı fəaliyyətini, istərsə də Azərbaycanın digər yerlərindəki 

ədəbi  məclislərlə  əlaqələrini,  onların  iĢləməsində  öz  köməyini 

əsirgəməməsini ayrıca araĢdırmaq lazımdır. Bu  onun XIX  əsr  ədəbi-mədəni 

mühitindəki rolunu baĢa düĢməkdən ötrü vacib məsələdir. 

Dövrün  mühitini  müəyyənləĢdirən  komponentlərdən  biri  kimi  ölkədə 

maarifçiliyin, təhsil sisteminin vəziyyəti də nəzərdən keçirilməlidir. 

ĠĢğaldan sonra Rusiyanın Azərbaycanı minillik tarixi olan ġərq inkiĢaf 

təmayülündən  çıxarmaq  siyasəti  nəticəsində  ənənəvi  təhsil,  təlim-tərbiyə 

sistemi  bərbad  hala  düĢməkdə  idi.  Nizamilər,  vaqiflər,  qövsilər  yetirmiĢ 

köhnə mədrəsə təhsil sistemi artıq öz rolunu baĢa vurmaqda idi. Əsrin birinci 

yarısında hələ köhnə elm və maarif inersiya üzrə yaĢamaqda davam etsə də, 

artıq Avropada və Rusiyada təhsil modern vəziyyətə keçməyə baĢlamıĢdı, bu 

isə yeni imperiya ilə tanıĢ olmağa baĢlamıĢ qabaqcıl ziyalıları düĢündürməyə 

bilməzdi. XIX əsrdəki ictimai-siyasi dəyiĢiklərin əsas müsbət cəhətini bunda 

görmək  olar  ki,  Azərbaycan  ziyalıları  Qərb  inkiĢaf  xətti  ilə  təmasa 

qovuĢdular.  Bu  elə  bir  dövr  idi  ki,  bir  qəbil  dindarların  fitvası  ilə 

Azərbaycanda  hətta  kartof  və  pomidor  əkilməsi  belə  “Ģeytan  əməli”  elan 

olunmuĢdu.  “Əkinçi”nin  və  ayrı-ayrı  ziyalıların  tövsiyələrinə  baxmayaraq, 


MİRZƏ İSMAYIL QASİR  - 210

20 


əhali  fanat  ruhanilərin  təbliğatına  uyub  bu  mədəni  bitkilərin  əkilməsinə  və 

yeyilməsinə  tərəddüd  göstərirdi.  Hətta  Qasirin  də  baĢına  bununla  bağlı  bir 

əhvalat  gəlmiĢdi.  “Qasir  və  Mirzə  Sadıq  Mehmandarov  (A.R.)  pomidor  və 

kartofun  əhəmiyyətindən  danıĢırmıĢlar...  Bu  bitki  ancaq  Ģəhərin  müsəlman 

olmayan  əhalisi  tərəfindən  “FəriĢtad”  məhəlləsində  əkilər  və  həmin  bitkini 

“haramdır”,  “murdardır”  –  deyə  yeməzmiĢlər.  ġəhərin  cahil  ruhaniləri  hətta 

həmin  bitkiləri  maĢa  ilə  götürüb  atarmıĢlar.  Qasirin  və  Mirzə  Sadığın 

təklifləri  ruhani  dairələrinin  böyük  narazılığına  səbəb  olur.  Onların  hər 

ikisinin  Lənkərandan  qovulması  üçün  qərar  çıxarılır.  Hər  iki  ziyalı 

əlacsızlıqdan o dövrün müctəhidinə məktub yazaraq ondan kömək istəyirlər. 

Alınan  cavabda  deyilir  ki,  bu  bitkiləri  məsləhət  görənləri  Lənkərandan 

qovmamalı,  bəlkə,  əksinə,  onlara  hörmətlə  yanaĢmalı,  dediklərinə  riayət 

etməli, çünki müctəhidin özü də bu bitkilərdən istifadə edir” [57]. Bu kiçicik 

fakt o zamankı Azərbaycan mühitinin necə rəzil vəziyyətə düĢdüyünü, xalqı 

belə  vəziyyətdən  çıxarmaq  üçün  zəmanə  ziyalılarının  maarifçilik  sahəsində 

necə böyük çətinliklərlə qarĢılaĢmalı olduğunu göstərir. 

Ġmperiya  strukturlarında  məmurluğa  yol  tapmıĢ  M.F.Axundov, 

A.Bakıxanov,  H.Zərdabi  kimi  qabaqcılların  səyi  ilə  Azərbaycanın  bütün 

bölgələrində  yeni  təhsil  sisteminin  yaradılması  uğrunda  mübarizə  gedirdi. 

Əsrin sonlarına doğru ölkənin hər yerində mollaxana və mədrəsələrlə yanaĢı, 

artıq “üsuli-cədid” məktəbləri (“uĢkollar”) fəaliyyət göstərməyə baĢlayırdı. 

1861-ci  ildə  rus  çarı  təhkimçilik  hüququnu  ləğv  etdikdən  sonra 

imperiyanın  hər  yerində,  o  cümlədən  Azərbaycanda  yeni  kapitalist 

münasibətləri  yaranmağa  baĢladı.  Bacarıqlı  ziyalılarımızın  səyi  ilə  Qori 

seminariyasında  Azərbaycan  (türk)  Ģöbəsinin  açılması  vətənimizin 

maariflənməsi,  yeni  təhsil  sisteminin  sonrakı  qələbəsi  yolunda  mühüm 

hadisəyə  çevrildi.  Bununla  bərabər,  qəflət  yuxusunda  olan  geniĢ  xalq 

kütlələri  uzun  müddət  yeniliyi  qəbul  etmir,  “üsuli-  cədid”də  bir  “küfr” 

görürdülər.  Hətta  Bakının  özündə  də  yeni  məktəblərə  qarĢı  müqavimət 

buzunu    sındırmaq  lazım  gəlirdi.  Əlabbas  Müznib  xatiratında  yazırdı:  “Bu 

zamanlarda Mirzə Məcid Qənizadə ilə Həbiblinin 1887-də hökümətdən icazə 

alıb üsuli-cədid üzrə təsis etdikləri məktəb davam edirdisə, forma cəhətindən 

ruslara təqlid edildiyi üçün xalq arasında sevilməyirdi” [92]. 


MİRZƏ İSMAYIL QASİR  - 210

21 


Ġstər  yeniliyin  ab-havasını  duyan  zamanın

*

  nəbzini  tutan  yerli



ziyalıların,  istərsə  də  Qori  seminariyası  məzunlarının  Ģəhərlərdə  üsuli-cədid 

məktəbləri yaratmaq cəhdləri çox böyük çətinliklərlə rastlaĢırdı.

**

1881-ci ildə Qoridən qayıdan Teymur bəy Bayraməlibəyov “tərcumeyi-



hal”ında  yazırdı:  “Mən  bu  məktəbə  gələndə  cəmi  4  Ģagird  oxuyurdu.  O 

zaman azərbaycanlılar öz uĢaqlarını rus məktəblərinə (yəni dövlət tərəfindən 

açılmıĢ məktəblərə – A.R.) qoymaq istəmirdilər. Belə hesab edirdilər ki, rus 

məktəbində  oxumaq  günah  və  dini  cinayətdir.  Avam  valideynlərin, 

dindarların ciddi təsiri olduğunu görüb, mən müsəlman qardaĢlarıma kömək 

etməyi  mənəvi  borc  bilib,  qapı-qapı  gəzərək  uĢaqları  məktəbə  toplamaq 

məqsədilə  təbliğata  baĢladım.  Təəssüf  ki,  çox  vaxt  təhqir  və  təqibə  məruz 

qalırdım.  Dindar  valideynlər  məni  danlayaraq  deyirdilər:  “Özün  kafir  və 

allahsız  olduğun  bəs  deyil,  bizim  uĢaqları  da  yoldan  çıxartmağa  çalıĢırsan. 

Rədd  ol,  kafir!”  Belə  qəti  etiraz  cavabı  məni  ruhdan  salmadı”  [50,  s.115-

116]. 

Beləliklə,  “oxutmuram,  əl  çəkin”  zamanında  maarifçilik  hərəkatı 



kütləviləĢməsə  də,  ayrı-ayrı  yerlərdə  məhəlli  ziyalıların  iĢə  qarıĢması  ilə 

müəyyən 


irəliləyiĢlərə 

nail 


olmaq 

mümkün 


idi. 

Məsələn, 

T.Bayraməlibəyovun  tərəfini  saxlayan  “Fövcül-füsəha”  üzvlərinin,  ilk 

növbədə  Qasirin  yaxından  iĢtirakı  ilə  Lənkərandakı  təhsil  sisteminə  “əl 

gəzdirilir” və “Lənkəran məktəbi 5 sinifli olub geniĢlənir” [6, s.40; həmçinin 

bax: 55, s.8-26 və s.]. 

Ümümiyyətlə,  istər  bundan  qabaqkı  illərdə,  istərsə  də  həmin  illərdə 

Mirzə  Ġsmayıl  Qasirin  Lənkəran  əhalisi  arasında  maarif  və  mədəniyyətin 

yayılması  sahəsində  xidmətləri,  onun  pedaqoji  fəaliyyəti  ayrıca  qeyd 

olunmalıdır. 

Qasir  dövrünün  təhlilindən  aydın  olur  ki,  XIX  əsr  ziyalıları  özləri 

köhnə mədərəsə təhsili almalarına baxmayaraq, “üsuli-cədid” sisteminin daha 

mütərəqqiliyini  baĢa  düĢür,  ölkənin  maariflənməsi  üçün  onun  daha 

perspektivli  olduğunu  hiss  edirdilər  və  beləliklə,  köhnə  təhsilli  ziyalıların 

dünyagörüĢlərində yeniləĢmə baĢ verir, onlar cəmiyyətin də qabaqcıl inkiĢaf 

*

Şamaxıda  S.Ə.Şirvani,  Şuşada  M.M.Nəvvab,  İrəvanda  M.K.Əsgərzadə,Naxçıvanda 



M.T.Sidqi “Üsuli-cədic” məktəbi açmışlar [47,s.104].

 

**



Həmin vəziyyət XX əsrin 10-cu illərində də müşahidə olunurdu [bax.52]

 


MİRZƏ İSMAYIL QASİR  - 210

22 


yoluna qədəm qoyması uğrunda mübarizə aparırdılar. Belə mütərəqqi fikirli, 

müasirləĢməkdə  olan  ziyalı  təbəqəsinin  nəzərəçarpacaq  nümayəndələrindən 

biri də Mirzə Ġsmayıl Qasir idi. 

MĠRZƏ ĠSMAYIL QASĠRĠN HƏYATI 

ġairin  həyatı  haqqında  indiyədək  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən 

müxtəlif  səpkili  məlumatlar  toplanmıĢdır.  Lakin  onların  hamısının  biryerdə 

xronoloji  düzümünün  verilməsi,  ayrı-ayrı  məqam  və  tarixlərə  qarĢı  tənqidi 

münasibət,  müxtəlif  əlyazma  mətnlərindəki  faktların  təhlili  və  öz 

yaradıcılığındakı faktlara əsasən bir sıra dəqiqləĢdirmələr aparılması yolu ilə 

Qasirin  həyatı  bəhsinin  yenidən  və  mükəmməl  iĢlənməsi  hələ  də  aktual 

olaraq  qalır.  Çünki  “ədəbiyyat  klassiklərinin  çoxunu  Ģəxsi  həyatı,  məiĢəti, 

zövqü, rəftarı, insanlara münasibəti, ünsiyyəti həmiĢə böyük maraq doğurur” 

[37,  s.57]  və  buna  görə  də  bütün  bunlar  haqqında  məlumatlar  dəqiq  və  ya 

həqiqətə maksimum dərəcədə yaxın olmalıdır. 

Əlyazma  qeydlərində  və  mətbu  ədəbiyyatda  Mirzə  Ġsmayıl  Qasirin 

anadan olma və vəfatı tarixləri haqqında bəzən fərqli məlumatlar verilmiĢdir. 

Bu barədə hətta indinin özündə də fikir müxtəlifliyi ilə rastlaĢırıq. 

Qasirin adı ilk dəfə müxtəlif təzkirələrdə [23 (mündəricatda) 80, 81, 83, 

84  və  s.]  və  ayrı-ayrı  Ģairlərin  mənzum  məktublarında  çəkilir,  lakin  təzkirə 

müəllifləri (görünür, məlumatsızlıqdan) onun həyatı haqqında, demək olar ki, 

heç nə göstərmir, Ģerlərindən bəzi nümunələr verməklə keçinirlər. 

Qasirin həyatı haqqında ilk, həm də bir-birinə zidd məlumatlara yalnız 

XX  əsr  ədəğiyyatĢünaslarının  (M.S.Ordubadinin,  S.Mümtazın,  Ə.Müznibin) 

Ģəxsi  arxiv  materiallarında  rast  gəlirik.  Bu  qeydlərdən  məlum  olur  ki, 

tədqiqatçılar  onun  həyat  və  yaradıcılığı  ilə  əsasən  bu  dövrdə  maraqlanmağa 

baĢlamıĢ, kimliyi, həyatının ayrı-ayrı ictimai maraq doğuran səhifələri barədə 

məlumatları  vaxtilə  Ģairi  Ģəxsən  tanıyan  qocaman  müsahiblərdən  onların 

xatirələri  əsasında  yığmıĢlar.  Təbiidir ki,  Ģifahi yolla  toplanmıĢ  faktlarda bir 

sıra qüsurlar və sual doğuran məqamlar özünü göstərir. 

Əlabbas Müznibin arxivində saxlanan qeyddən məlum olur ki, “Mirzə 

Ġsmayıl Qasir ġirvan sahili Araz kənarında 1824-cü ildə təvəllüd etmiĢdir” və 

“1897-ci  ildə  ürək  ağrısından  ölmüĢdür”  [91].  Görünür,  bu  məlumat  bir  ara 



MİRZƏ İSMAYIL QASİR  - 210

23 


məĢhur olduğundan F. Qasımzadə də Qasirin 1824-1897-ci illərdə yaĢadığını 

göstərmiĢdir [26, s.501].  

M.S.Ordubadinin  arxivində  olan  daha  geniĢ  məlumatda  isə  Qasirin 

1241-ci hicri (1825-ci miladi) tarixində Cənubi Azərbaycanda Əhər Ģəhərinin 

Hüran  qəsəbəsində  anadan  olduğu  və  1317-ci  (1900-cü  miladi)  ildə  vəfat 

etdiyi  göstərilir  [97].  Göründüyü  kimi,  geniĢ  məzmunundan  Qasiri  Ģəxsən 

tanımıĢ  olduğu  duyulan  anonim  müəllif  Ģairin  ölüm  tarixi  haqqında  dəqiq 

məlumat verir (ola bilsin ki, o, Qasirin vəfatının və dəfninin Ģahidi olmuĢdur 

A.R). lakin təvəllüd ili digər faktlarla tutuĢdurulduğu irəliyə çəkilmiĢdir. Yazı 

müəllifinin  Qasirin  nəsli  haqqında  müfəssəl  məlumat  verməsi  onun  Ģairin 

yaxın adamlarından və ya qohumlarından biri olması ehtimalına  əsas verir.

*

Həmin  məlumatın  qasirĢünaslıqdakı    ənənəviləĢmiĢ  standartdan  kənara 



çıxdığını və Ģairin həyatı üçün əlavə faktlar verdiyini nəzərə alaraq, onun əsas 

tezislərini ayrıca qeyd etmək maraqlıdır. Burada göstərilir ki, “Mirzə Ġsmayıl 

Qasir Axund Hacı Molla Səlim ġirvaninin oğludur. Hacı Molla Səlim Ģirvanlı 

olmağı  məĢhurdur.  Lakin  əsli  Ləki  əhlindən  Kərbəlayı  Dövlətxan,  o  da 

Mülkünxan, o da Əlixan, o da Əzim ağanın oğludur. Hacı Molla Səlim təhsil 

edib,  fəzilət  və  kəmalat  sahibi  olub,  Nəcib  paĢa  Kərbəlanı  qarət  edəndən 

sonra  Kərbəlada  təhsil  etdiyi  zaman  öz  vətəni–mərufuna  qayıdıb,  fəsiləsinə 

nisbət Ləkidə qalmayıb, ġirvan Ģəhərinə ixtiyar edibdir... Rus dövləti Qafqaz 

cəbhəsinə  qələbə  edəndə  Hacı  Molla  Səlim  öz  əqvam  və  əĢirəsi  ilə  Mustafa 

xan  xidmətində  Ġrana  mühacirət  edibdir.  Mustafa  Hacı  Mirzə  Ağasinin 

kəcrəftarına və pis xasiyyətindən rəncidə olub, dübarə ġirvana övdət edibdir 

(Bu fakta diqqət yetirək, çünki tarixlərin dəqiqləĢdirilməsi üçün istinad etmək 

olar  –  A.R.).  Amma  Hacı  Molla  Səlim  Əhər  Ģəhərində  qalmağı  özü  üçün 

qərar verib... Hacı xan ġükuyi Səlim xan oğlu ki, Məhəmməd Ģah tərəfindən 

sahibi-ixtiyar  ləqəbi  ilə  müfəxxər  idi,  Hacı  xanın  xidmətinə  cəmi 

məsləkisilkində  müntəzəm  olublar.  Bu  halda  Hacı  xan  səltənət  tərəfindən 

Kərnit  Ģəhərinə  hökumətə  təyin  olub.  Hacı  Molla  Səlim  ziyarət  qəsdi  ilə... 

Kərnitdən  gedən  vaxtı  Hacı  xan–mərhum  həmvətəninin  mühafizəsi  və  Hacı 

Molla Səlim qardaĢı MəĢədi Əzim bəy Hacı xan hüzurunda piĢxidmətə xass 

olub və sair əmioğlanları qulluğunda olmaq üçün Hacı Molla Səlimin xahiĢi 

ilə  neçə  gün  Kərnidə  təvəqqəf  etməyə  vadar  edir.  Bu  vaxta  Kərnid  camaatı 

*

Qeydlərin müəllifini müəyyənləşdirmək mümkün olmamışdır.

 


MİRZƏ İSMAYIL QASİR  - 210

24 


Hacı xana ĢuriĢ edib, Hacı xanı və cəmi onun əqvam və ənsarını qətl edirlər. 

Hacı Molla Səlim də orada Ģəhid olur. Ġcmalən bu əhvalat lazım olduğu üçün 

yazmağı  münasib  gördüm.  Mirzə  Ġsmayıl  təvəllüd  edibdir  Hüranda  –  Əhər 

Ģəhərinin qəsəbəsidir. Tarixi-1248 hicridə (1832/33) atası Hacı Molla Səlim 

Kərnidə  Ģəhid  olandan  sonra  7  yaĢında  ikən  anası  Əhərdə  olan  ev  və  bağı 

satıb, Təbrizdə Ģirvanlıların çox artıq olmaq münasibətilə oraya, yəni Təbrizə 

hərəkət və orada bir nəhv ilə dirilik ediblər. Mirzə 16 sinninə yetiĢərkən (? – 

Qasirin, müəllifin göstərdiyi kimi, 1824/25-ci illərdə anadan olduğunu qəbul 

etsək,  16  yaĢı  1840-cı  ildə  tamamlanmalı  idi.  Halbuki  dəqiqləĢdirilmiĢ 

faktlara əsasən, Qasir 40-cı illərdə artıq ġimali Azərbaycanda idi – A.R.) nə 

olduğu  və  kimin  oğlu  oldugünü  biləndən  sonra  Ģövqlənib  Xacə  Ələsgər 

mədrəsəsində  təhsilə  məĢğul  olubdur.  4  il  təhsil  aldıqdan  sonra  nəsx,  təliq 

xəttini bir qədər gözəl yazdığına görə, bir də xətti yaxĢı yazıb, qəĢəng və əcib 

bədii nəqĢlər tərtib etdiyi üçün Ģöhrət edib, tainki Hacı Seyid Hüseyn Ġsfahani 

Tabatabani  nazimi-tüccar  Mirzə  Ġsmayılı  öz  oğlanları  üçün  müəllimliyə 

istəyib. MüĢar əleyh də çox artıq fəlakət və yoxsulluğa davam etmədiyi halda 

müəllimliyi  qəbul  edibdir...  Sonra  nədən  isə  öz  vətəni-əslisini  arzu  edib, 

ġirvan tərəfinə nazil olubdur. ġirvan xanzadələri Araz kənarında sakin olmaq 

münasibəti  ilə  öz  əmioğlanları  orada  sakin  olduqları  üçün  həmin  məqamda 

bir  az  müddət  qalıb.  Allahqulu  xan  ki,  Mustafa  xanın  oğludur,  onun 

oğlanlarına təlim və tərbiyə edibdir. Allahqulu xanın böyük oğlu Ġbrahim xan 

idi.  Bu  arada  Abbas  bəy  Qarabağlı  ki,  onlara  “para  uĢaqları”  deyiblər. 

Muğana  morğu  olub,  əhli-hal  və  sahibi-mərifət  olduğu  üçün  Mirzə Ġsmayılı 

özünə  yoldaĢ  və  katib  veribdir.  Mirzə  Ġsmayıl  də  əmmaməni  papağa  təbdil, 

Abbas  bəylə  həmsöhbət  və  bəzi  ümuratda  iĢtirak  edibdir.  Knyaz  Tarxanov 

zamanında ġamaxı quberniya olub, hamı morğular orada cəm olduğu üçün... 

(Mirzə  Ġsayıl  da  oraya  köçübdür)...  Morğuluq  dəsgahı  münqəriz  və  sud 

idarəsi  açılandan  sonra  Mirzə  Ġsmayıl  ziyarət  etməkdən  ötəri  Lənkərana 

gəlib.  Qəzayi-ittifaqiyyədən  ortancıl  dayısı  Molla  Əli  Məhəmməd  – 

mərhumun səbiyyəsini ixtiyar edibdir. MaaĢı təng keçdiyi üçün Mirzə Sadıq 

bəy  Mehmandarov  Qarabaği  Mirzə  Ġsmayılın  irəlidəki  yaxĢılıqlarını  görüb 

Lənkəranda  pristav  (?-A.R.)  olduğu  üçün  Mirzə  Ġsmayıla  artıq  dərəcədə 

hörmət  edibdir.  Bir  mərtəbədəki  öz  iĢ  otağını  Mirzə  Ġsmayıla  verib,  o  da 

orada  həmən  Mirzə  Sadıq  bəyin  oğlanlarına  təlim  və  tərbiyə  edibdir  və  sair 

ətfallardan orada cəm olub, həqiqətdə bir məktəbxana bina olubdur. Necə ki, 


MİRZƏ İSMAYIL QASİR  - 210

25 


mərhum  özü  buna  Ģerlə  təsir  edibdir.  Bu  qərar  ilə  Lənkəranda  sakin  olub, 

əvaxiri-ömründə 17 il Ģəhərdə rus məktəbxanasında Ģəriət müəllimi olubdur... 

Zira ki, artıq yazmağa çox sözlər xatirimdən məhv olubdur” [97]. 

Göründüyü  kimi,  təqdim  olunan  parça  qocaman  bir  Ģəxsin  yadında 

qalanlardır.  Bununla  belə,  söylənilənlər  Qasirin  həyatının  müxtəlif  çağları 

haqqında fakt verir və tədqiqatçıya yalnız bu faktların dəqiqləĢdirilməsi qalır. 

Qeyd edək ki, Qasirin həyatının burada xatırlanan məqamlarının doğruluğuna 

əsaslı Ģübhə qalmır: onlardan bir çoxu, Ģairin həyatının, məsələn, təhsil illəri 

və Cənubi Azərbaycanla, eyni zamanda Lənkərana gəlib çıxmazdan qabaqkı 

illərlə  bağlı  səhifələri  barədə  məlumatların  geniĢləndirilməsi  baxımından  bu 

yazı  olduqca  maraqlıdır.  Bununla  bərabər,  Qasirin  anadanolma  yeri  və  ili 

haqqında  dəqiqləĢdirmə  aparmağa  ehtiyac  vardır,  çünki  bunlar  digər 

tədqiqatçıların göstərdikləri ilə üst-üstə düĢmür.  

Yazının müəllifi Qasirin atası Hacı Molla Səlimin tarixçəsini yazarkən 

göstərir  ki,  Kərbəla  təhsilindən  ġirvana  qayıdandan  sonra  rusların  gəliĢi  ilə 

yenidən  vətəni  tərk  edib,  ona  hörmətlə  yanaĢan  ġirvan  xanı  Mustafa  xanla 

birgə  Ġrana  mühacirət  edir.  Sonradan  Mustafa  xan  ġirvana  qayıtsa  da,  Hacı 

Molla Səlim Əhərdə qalır. Bu fakta diqqət yetirək. Məlumdur ki, 1791-ci ildə 

ġamaxıda  hakimiyyəti  ələ  almıĢ  Mustafa  xan  “1796-cı ildə Azərbaycandakı 

rus  qoĢunlarının  komandanı  general  V.Zubovla  aralarında  ixtilaf  baĢ 

verdiyinə  görə  hakimiyyətdən  salınıb,  əmisi  oğlu  Qasım  bəylə  əvəz 

olunmuĢdu.  Rus  qoĢunları  Azərbaycandan  çəkildikdən  sonra  yenidən 

hakimiyyəti  ələ  almıĢdı.  1805-ci  il  dekabrın  25-də  ġamaxı  xanlığı  Rusiyaya 

birləĢdirildikdən  sonra  Mustafa  xana  general-leytenant  rütbəsi  verilmiĢ, 

1820-ci ildə xanlığın ləğvindən sonra hakimiyyətdən salınmıĢdı” [74]. 

Beləliklə,  Hacı  Molla  Səlimin  Mustafa  xanla  Ġrana  mühacirəti  dəqiq 

olaraq  1796-cı  ilə  düĢür.  Bu  vaxt  hələ  Ġsmayıl  anadan  olmamıĢdı  və  həmin 

mühacirət faktı onun həyat tarixçəsinə düĢə bilməz. 

Eyni  zamanda  Qasir  haqqında  toplanmıĢ  baĢqa  məlumatlardan  aydın 

olur  ki,  “o,  təhsilini  baĢa  vurduqdan  sonra  ġamaxıda  sakin  olan  anasının 

yanına gəlir” [6, s.37]. Məlum olur ki, Qasirin anası heç də həmin   naməlum 

müəllifin  göstərdiyi  kimi  Təbrizdə  Ģirvanlılar  məhəlləsində  birdəfəlik 

məskünlaĢıb “dirilik etməyib”, ġirvana qayıdıb. Ümumiyyətlə, ailəsi ilə bağlı 

göstərilənlərin  hamısının  Qasirdən  qabaq  baĢ  verdiyini  güman  etməyə  əsas 

var. Yuxarıdakı tarixi fakta qayıtsaq, məlum olur ki, Mustafa xan ġamaxıya 


MİRZƏ İSMAYIL QASİR  - 210

26 


dönəndən  sonra  yenidən  taxtına  əyləĢmiĢdi.  Belə  ehtimal  daha  inandırıcı 

görünür  ki,  Mustafa  xan  vətənə  qayıdanda,  yəqin  ki,  Hacı  Molla  Səlim 

ġamaxıda onu nə gözlədiyinin qaranlıq olması səbəbindən xana qoĢulmayıb 

bir müddət Əhərdə və Kərnitdə qalmıĢsa da, sonradan öz dostunun yenə taxta 

sahib  olduğunu  görüb,  ġirvana  qayıtmağa  macal  tapmıĢ,  heç  də  Kərnit 

iğtiĢaĢında  qətlə  yetirilməmiĢdir.  Çünki  məlum  fakta  görə,  “Qasirin  atası 

Molla  Səlim  Cavad  mahalında  (indiki  Sabirabad,  Saatlı  rayonlarını  əhatə 

edir)  mədrəsə  açaraq  1812-ci  ilədək  müdərrislik  etmiĢdir”  [39,  s.5].  ġairin 

nəvəsi Ġshaq Axundovun öz əli ilə yazdığı və bizdə olan bir səhifəlik qeyddən 

məlum  olur  ki,  onun  böyük  bibisi,  yəni  Qasirin  böyük  qızı  Humra  xanım 

həmin  faktı  təsdiqləmiĢ  və  hətta  əlavə  etmiĢdir  ki,  1812-ci  ildə  babası  Hacı 

Molla  Səlim  “yatdığı  yerdə  səhvən  baĢqasının  yerinə  onu  toppuzla  vurub 

öldürmüĢlər”.  Bütün  bunlar  naməlum  xatirə  sahibinin  Molla  Səlimin 

Kərnitdə ölümü və Qasirin Əhərdə anadan olması haqqında verdiyi məlumatı 

təkzib edir. Belə çıxır ki, 1805-ci ildə Mustafa xana ruslar tərəfindən general-

leytenant  rütbəsi  verilərkən  Hacı  Molla  Səlimin  ailəsi  artıq  ġirvanda 

yaĢayırdı.  Bu  halda  isə  Mirzə  Ġsmayıl  Qasirin  digər  tədqiqatçıların 

əksəriyyətinin  qəbul  etdikləri  təvəllüd  tarixi  həqiqətə  daha  uyğun  gəlir. 

Həmin  xatirə  müəllifi  də  daxil  olmaqla  əksər  qasirĢünaslar  belə  bir  faktdan 

çıxıĢ edirlər ki, atası qətlə yetiriləndə Mirzə Ġsmayıl 7 yaĢında olmuĢdur [6, 

s.37;  39,  s.5]  Deməli,  Mirzə  Ġsmayıl  Qasir  “1805-ci  ildə  ġamaxı  qəzasının

(indiki AğdaĢ rayonunun) Ləki kəndində ruhani ailəsində anadan olmuĢdur” 

[6,  s.37].  Tədqiqatçı  M.TalıĢlının  “Ģair  1900-cü  il  mayın  10-da,  anadan 

olduğu  tarixdə  Lənkəran  Ģəhərində  vəfat  etmiĢdir”  [56]  deyərək,  Qasirin 

təvəllüd  gününü  də  dəqiqləĢdirməyə  can  atması  baĢqa  heç  bir  mənbədə 

müdafiə edilmədiyindən əsassız görünür. 

M.S.Ordubadi  arxivindəki  qeydlərin  müəllifi  bizə  Qasirin  təhsil  illəri 

və  Lənkərana  qədər  keçdiyi  həyat  yolu  haqqında  söz  deməyə  imkan  yaradır 

və  bu  baxımdan  daha  artıq  qiymətlidir.  Məsələn,  Qasirin  Ģairliyə  təhsil 

illərində baĢlaması fikri təsdiq olunur. Əlyazmalar Ġnstitutunda saxlanılan və 

1802-ci  ildə  yazılmıĢ  M-264  Ģifrəli  çüngdə  Qasir  Ġsfahani  adlı  bir  Ģəxsin 

Ģerlərindən  parçalar  verilmiĢdir  [82,  vər.13b,  53a].  Qasir  Ġsfahaninin  Mirzə 

Ġsmaylın atası Hacı Molla Səlim ola biləcəyini də ehtimal etmək olar, çünki o 

da  öz  zəmanəsinin  yaxĢı  təhsil  görmüĢ  ziyalılarından  biri  olmuĢ,  Ģer 

yazmıĢdır.  Yuxarıdakı  xatirat  sahibi  göstərir  ki,  Qasir  “özü  deyərdi  ki 


MİRZƏ İSMAYIL QASİR  - 210

27 


(Qasirlə  Ģəxsi  yaxınlığına  ən  yaxĢı  sübüt-A.R.),  mənim  təxəllüsüm  əvvəl 

Məcnun  idi.  Lakin  bəzi  yazılarda  amın  ərəbi,  farsi,  türki  əĢarını  mülahizə 

edib,  o  mərhumun  təxəllüsünü  Qasir  görüb,  mən  də  özümü  Qasir 

adlandırdım.  Deməli,  Qasir  əsildə  Hacı  Molla  Səlimin  təxəllüsüdür.  Mirzə 

Ġsmayıl özü üçün o təxəllüsü əxz edibdir” [97]. 

Beləliklə, bir tərəfdən, “nazimi-tüccar” Hacı Seyid Hüseyn Ġsfahaninin 

“Qasir  Ġsfahani”  təxəllüslü  Ģair  tanıĢının  yadigarı  Mirzə  Ġsmayılı  təhsildən 

sonra  axtarıb-tapması  faktı  təsdiq  oluna  bilər,  ikinci  tərəfdən,  Qasirin 

“Məcnun”  təxəllüsü  ilə  tələbəlik  dövründən  Ģairliyə  baĢlaması,  “Qasir” 

təxəllüsünü  Ģair  kimi  yetiĢəndən  sonra  götürməsinin  “sirləri”  aĢkar  olur. 

Doğrudan  da,  zakiranə-sabiranə  satirikin  XIX  əsrin  II  yarısında  “Allah 

taalanın  yanında  qüsurlu,  nöqsanlı”  mənasını  verən  “Qasir”  kimi  təxəllüsə 

üstünlük verməsi kimisə düĢündürə bilərdi: bu təxəllüsün ənənəviliyi heç bir 

Ģəkk-Ģübhə  yeri  qoymur,  sufizmin  ədəbiyyatımızı  tərk  etməyə  baĢladığı 

çağlarda bu təxəllüsün seçilməsinin əsaslı olduğu üzə çxır.  

Qasirin  təvəllüd  tarixi  haqqında  ən  maraqlı  faktı  Ģairin    nəĢr  edilən 

“ġərhi-hal”ından  əldə  edirik.  Farsca  yazdığı  bu  əsərdə  Qasirin  belə  qeydi 

diqqəti cəlb edir: 

ﺎﺗﻧﻣ هك ترجه زا خيراتو خير رد دوب

 

(Ömür tapdım hicrətin   



و خيرات

  tarixində ki, mən. 

Bu misradakı   

 خيرات


 - müəmmasına ilk dəfə diqqət verən tədqiqatçı

X.Mehdiyev qeyd edir ki, burada “sənətkar özünün hicri 1217-ci (1802) ildə 

doğulduğunu aydın Ģəkildə göstərmiĢdir” [31, s.95]. Təəssüf ki, bu fakt uzun 

müddət  qasirĢünaslığın  diqqətindən  kənarda  qalmıĢ,  ədəbiyyat  tarixinə 

düĢməmiĢdir. Hazırda, demək olar, bütün mənbələrdə – ədəbiyyat tarixində, 

ensiklopedik  mənbədə,  Qasirə  həsr  olunmuĢ  elmi  və  elmi-kütləvi 

məqalələrdə və s. onun təvəllüd ili 1805-ci miladi ilindən hesablanmıĢ və bu, 

artıq  ümumməqbullaĢmıĢdır.  Digər  tərəfdən,  X.Mehdiyevin  üzə  çıxardığı 

müəmma  hər  nə  qədər  qiymətli  olsa  da,  XIX  əsrin  əvvəllərindəki  Ģəraitdə 

hansı  məqamdasa  Ģərtilikdən  uzaq  olmaya  da  bilərdi  və  ümumiyyətlə 

ədəbiyyat  tarixində  klassiklərin  ayrı-ayrı  tarix  göstəricilərində  müəyyən 

Ģərtiliyə yol verilməsinin labüdlüyünü yada salmaq olar. Məsələn, Nizaminin, 

Füzulinin,  Nəsiminin  anadan  olma  və  ya  vəfat  tarixləri  uzun  müddət  Ģərti 


MİRZƏ İSMAYIL QASİR  - 210

28 


olaraq  göstərilmiĢdi.  Həyat  yoldaĢı  Hənifə  xanımın  öz  əli  ilə  Həsən  bəy 

Zərdabinin  tərcümeyi-halında  onun  1837-ci  il  noyabrın  12-də  anadan 

olduğunu  [98]  göstərməsinə  baxmayaraq,  Azərbaycan  ədəbiyyatı  tarixində 

1842-ci  il  kimi  təsbit  olunmuĢdur.  Belə  faktlar  çoxdur.  Bütün  bunlar 

ədəbiyyat  tarixində  analoji  faktların  cüzi tərəddüdünə  yol  verir,  baĢqa  sözlə 

rəsmi pasportun olmadığı bir Ģəraitdə tarixi rəqəmlərin “yuxarı-aĢağı” olması 

təbii idi. 

Yeri  gəlmiĢkən,  mətnĢünaslıqda  da  etiraf  olunur  ki,  “müəllifin 

göstərdiyi  tarix  mətnĢünas  tərəfindən  qeyd-Ģərtsiz  qəbul  oluna  bilməz.  Bu 

yoxlanılmalıdır.  Çoxdan  yazılmıĢ  əsəri  çap  etdirərkən  (bizim  məsələdə: 

çoxdan  baĢ  vermiĢ  hadisəni  xatırlayarkən  –  A.R.)  müəllif  tarixdə  səhv  edə 

bilər [70, s.203]. 

Buna  baxmayaq,  Qasirin  atası  Hacı  Molla  Səlimin  vəfatı  ilində  7 

yaĢında olması və onun 1812-ci ildə vəfat faktından çıxıĢ edərək, 1805-ci ildə 

anadan  olması  haqqında  toplanmıĢ  məlumatları  qəbul  etsək  də, 

X.Mehdiyevin  tapıntısına  diqqəti  xüsusi  cəlb  etməli  oluruq.  Yəqin  ki, 

Azərbaycan  ədəbiyyatı  tarixinin  Mirzə  Ġsmayl  Qasirə  həsr  olunmuĢ 

hissəsində gələcəkdə Ģairin təvəllüd tarixinə bir daha nəzər yetirələcəkdir. 

ġairin  anadan  olma  yeri  haqqında  da  müxtəlif  fikirlər  mövcüd 

olmuĢdur.  Haqqında  yuxarıda  qeyd  etdiyimiz  anonim  xatirəsinin  Qasirin 

Əhərdə doğulması haqqında məlumatı dəqiq sayıla bilməz. Qasir Ģerlərindən 

nümunələri  ilk  dəfə  “El  Ģairləri”  kitabında  nəĢr  etdirmiĢ  Salman  Mümtaz 

“burada  qeyd  edilən  el  Ģairləri  barəsində  məlumatı  olan  Ģəxslərdən  rica 

edirəm  ki,  qəzetə  və  məcmuələr  vasitəsi  ilə  öz  məlumatlarını  tənqid  və  ya 

məqalə  tərzində  yazmaqdan  çəkinməsinlər.  Bu  kibi  yoldaĢlara  indidən 

təĢəkkür  edirəm”  [43,  s.7],  -  deyə  səmimi  müraciət  etmiĢ,  bu  yolla 

Ģerlərindən  əlinə  keçənləri  ilk  dəfə  nəĢr  etdirdiyi  və  haqqında  məlumatı 

olmayan  klassiklər  haqqında  məlumat  toplamağa  çalıĢmıĢdısa  da,  bir  qədər 

sonra  çox  kobud  tərzdə  hücümlara  məruz  qalmıĢdı.  Onun  arxivindən 

tapdığımız  və  çap  üçün  nəzərdə  tutulmuĢ  bu  yazının  nə  yolla  Mümtaz 

arxivinə  düĢdüyünü  müəyyənləĢdirə  bilmədiyimiz  latın  qrafikası  ilə  makina 

çapında  oxuyuruq:  “Birinci  dəfə  olaraq  Qasirin  haqqında  az-çox  təlimat 

verənlərdən  birisi  Salman  Mümtaz  olmuĢdur.  “Azərbaycan  ədəbiyyatı.  El 

Ģairləri”  adlı  Mümtazın  əsərlərindən  verilən  məlumat  tamamilə  yanlıĢdır. 

Mümtaz Qasiri Ģirvanlı hesab edir. Bu qətiyyən düzgün deyildir. Qeyd etmək 


MİRZƏ İSMAYIL QASİR  - 210

29 


lazımdır  ki,  Mümtaz  tərəfindən  dərc  edilmiĢ  ...  Ģerləri  Ģairin  lənkəranlı 

olduğunu  isbat  edərək  Salman  Mümtaz  məzkurun  Ģirvanlı  olmasını  isbat 

etmək  istəyir  ...  S.Mümtaz  tərəfindən  Azərbaycan  ədəbiyyatı  tarixini  təhrif 

etmək  heç  kəsə  gizlin  olmasa  gərəkdir.  Ucuz  xaltura,  yeni  kəĢf  etmək, 

təzələrə səthi yanaĢmaq, bu yaxud digər bir Ģairin əsərlərini öyrənməmək və 

onları  ictimai,  siyasi  və  ədəbi  cəhətdən  qiymətləndirməmək  Salman 

Mümtazın xasiyyətlərindən birisidir. Qasiri Lənkərandan ġirvana köçürməklə 

Mümtaz isbat etmiĢdir ki, o, Azərbaycan ədəbiyyatına bir gəlir mənbəi kimi 

yanaĢır... Qasirin haralı olub-olmaması xırda bir məsələ deyildir... Görünür, 

bu  məsələ  Mümtaz  üçün  o  qədər  də  əhəmiyyətli  deyildir”  [Arx.  38,  q.17 

(358)]. 

Düzdür,  Qasir  kimi  bir  sənətkarın  uğrunda  ədəbi  “vuruĢmağa”  dəyər, 

lakin  yazının  baĢqa  bir  yerində  “ġairin  tərcümeyi-halını  yazmağa  müvəffəq 

olmadıq... Onun anadan olduğu və vəfat etdiyi il (?! – A.R.) məlum deyildir. 

Onu qeyd etmək kifayətdir ki, Qasir XIX əsrin sonuncu illərindən baĢlayaraq 

(?!  –  A.R.)  ədəbi  fəaliyyətdə  bulunmuĢ,  XX  əsrin  əvvəllərində  vəfat 

etmiĢdir”, - deyə öz profanlığını etiraf edən 37-ci il qoxulu

*

 yazı müəllifinin



görkəmli  ədəbiyyatĢünasa  hücumuna  Qasir  haqqında  yalnız  50-ci  illərin 

sonları – 60-cı illərdən geniĢlənməyə baĢlayan araĢdırmalar cavab verdi. 

Digər repressiya qurbanı, istedadlı  ədəbiyyatĢünas Əlabbas Münzib də 

Qasir  haqqında  bioqrafik  məlumat  toplamağa  giriĢmiĢ,  onun  Ģerlərini 

toplayaraq,  yəqin  ki,  özünün  ayrı-ayrı  Ģairlərin  müfəssəl  Ģerlər  toplusunu 

buraxmaq  ənənəsinə  müvafiq  tərzdə  Qasir  yaradıcılığını  nəĢrə  hazırlamağa 

baĢlamıĢdı. Qasirin nəsli və haralı olması haqqında o da məlumat toplayırdı. 

ġairin öz əcdadları və anadan olma yeri haqqında “ġərhi-hal”ında getmiĢ 

لس بلص زا ليعامسا ناخ تلود هلسن 

 متشنم


نلايگ

 

ناوريش كاخ ز ميلصا نيمز



 

misrasına ilk dəfə məhz Müznib diqqət yetirmiĢdir [91]. 

Bu  beyt  həmçinin  Qasirin  birinci  (birbaĢa)  babasının  Mülküm  xan 

olması haqqında məlumatı [6,s.37; həmçinin onun əlimizdə olan qeydi və s.] 

*

Eyni yazını əski əlifbadada variantı var [Arx.38,q.-35]. 


MİRZƏ İSMAYIL QASİR  - 210

30 


inkar  edir  və  M.S.Ordubadi  arxivindəki  xatirə  müəllifinin  Qasirin  Ģəcərəsi 

haqqında  göstərdiklərini  təsdiqləyir:  Əzim  ağa  –  Əli  xan  –  Mülküm  xan  – 

Dövlət  xan  –  Hacı  Molla  Səlim  –  Mirzə  Ġsmayıl  Qasir.  Qasir  Dövlət  xanın 

nəslindən  Səlimin  oğlu  olmasını,  əslinin  Ġrandan  köçməsini  və  ġirvanda 

anadan olmasını “ġəhri-hal”ın həmin hissəsində yazmıĢdır.  

Beləliklə,  indiyədək  aparılmıĢ  tədqiqatları  və  dəqiqləĢdirilmiĢ 

məlumatları bir yerdə götürərək Ģairin tərcümeyi-halını aĢağıdakı kimi təsvir 

etmək olar.  

Mirzə Ġsmayıl Hacı Molla Səlim oğlu Qasir 1802-1805-ci illər arasında 

ġirvan xanlığının Ləki kəndində ruhani-ziyalı ailəsində anadan olmuĢdur. 

Qasirin  ulu  babası  Molla  Mülküm  xan  öz  ailəsi  və  oğlu  Dövlət  xanla 

birlikdə 1750-60-cı illər arasında Ġrandan (ola bilsin ki, Ġsfahan və ya Əhrəm 

Ģəhərindən) Araz çayı kənarındakı Ləki kəndinə köçmüĢ və həmiĢəlik burada 

sakin  olmuĢdur  [6,  s.37;  həmçinin  onun  əlimizdə  olan  qeydi  və  s.].  Ġranda 

onların qohum- əqrabaları qalmıĢ və sonralar Qasir onlarla əlaqə saxlamıĢdır. 

Qasirin  bacılarından  birinin  Əhrəmdə,  ikisinin  isə  Təbrizdə  ərdə  olmaları 

haqqında  məlumat  vardır  [Ġ.Axundovun  öz  bibisi  Humra  xanımın  dedikləri 

əsasında yazdığı və əlimizdə olan qeydi]. 

Dövlətxanın  oğlu,  Qasirin  atası  Molla  Səlim  dövrünün  mükəmməl 

təhsil görmüĢ, Kərbəlada oxumuĢ ziyalılarından biri olmuĢdur. Onun “Qasir” 

təxəllüsü ilə türk, ərəb və fars dillərində Ģerlər yazdığı məlumdur. Kərbəlada 

təhsilini baĢa vurandan sonra Hacı Molla Səlim vətəni ġirvana dönmüĢ, sonra 

ailəsi ilə bir müddət Ġrana köçüb, Əhrəm xanlığında qarĢıdurma səngiyəndən 

sonra  Hacı  Molla  Səlim  yenidən  Ģimala  qayıtmıĢ,  Cavadxan  mahalında 

mədrəsə açaraq Ģagirdlərə dərs demiĢdir.  

“M.Ġ.Qasirin  nəvələrinin  və  böyük  qızı  MəĢədi  Hümranın  vermiĢ 

olduğu  məlumata  əsasən,  Molla  Səlimin  yeddi  qızı,  bir  oğlu  olmuĢdur”  [6, 

s.37].


Ġsmayıl  hələ  balaca  ikən  atası  1812-ci  ildə  vəfat  etmiĢdir.  “Atasının 

ölümündən  sonra  12-13  yaĢlarında  Cənubi  Azərbaycanın  Əhər  qəsəbəsində 

yaĢayan  bacısıgilə  getmiĢ  və  təhsilini  davam  etdirmiĢdir.  4  il  burada 

oxuduqdan sonra Təbrizə getmiĢ, ərəb və fars dillərini, ġərq ədəbiyyatını və 

fəlsəfəsini mənimsəmiĢdir”.[6, s.37].  


MİRZƏ İSMAYIL QASİR  - 210

31 


Qasirin ilk təhsilini Əhərdə alması fikri [34, s.38] dəqiq deyildir, ən azı 

ona görə ki, ruhani-ziyalı ailəsində böyümüĢ Mirzə Ġsmayıl 12-13 yaĢlarında 

Ġrana gedənə qədər yazıb-oxumağı bacarmaya bilməzdi. 

Ə.  Məmmədovun  göstərdiyi  kimi,  “Qasirin  Ģer  yazmağa  nə  zaman 

baĢladığı dürüst məlum deyildir. Lakin hələ cavan yaĢlarında Təbrizdə təhsil 

alarkən  Balaxanım  adlı  bir  qızı  sevməsi  və  nakam  məhəbbətini  Ģerlə  ifadə 

etməsi  çox  gənc  yaĢlarından  yaradıcılığa  baĢlamasına  sübüt  ola  bilər”  [34, 

s.40].  Həmin  ehtimalı  inkiĢaf  etdirən  türk  ədəbiyyatĢünası  Xəlil  Açıqgöz

göstərir  ki,  Təbrizdə  təhsil  alarkən  “Hafizi,  Füzuliyi,  Cığatay  Ģairlərini 

oxuyan Qasir bir tərəfdən Ģerlər də yazmağa baĢlar” [59, s.36].  

Beləliklə,  Qasirin  təhsil  illərini  səmərəli  keçirməsi,  təhsillə  yanaĢı, 

“Məcnun” təxəllüsü ilə bədii yaradıcılığa baĢlaması məlum olur. 

“Qasir Təbrizdə təhsil alarkən bəzi vaxtlarda Ordubada (dayısı Hüseyn 

Sultangilə), bəzən də Lənkəranın Sütəmürdov kəndində yaĢayan ikinci dayısı 

Molla Əliməmmədgilə gedər” [39, s.5-6] və tətil vaxtını buralarda keçirərdi. 

Qasirin  haqqında  samballı  məlumat  toplamıĢ  tədqiqatçılardan  biri  qeyd  edir 

ki,  “Təbrizdə  yaĢadığı  illərdə  Qasir  yaxın  dostu  Əsgərxan  bəylə  birgə  rus 

dilini  öyrənməyə  səy  göstərir”  [56].  Bu  fikri  dəqiqləĢdirmək  lazımdır. 

Təbirdən  elə  çıxır  ki,  Qasir  və  Əsgərxan  bəy  rus  dilini  Təbrizdə  öyrənməyə 

baĢlamıĢlar. Halbuki Təbrizdə belə bir imkanın ola biləcəyi Ģübhəlidir. Belə 

demək daha doğru sayıla bilər ki, Qasir Təbrizdə təhsil illərində tətil zamanı 

qohumlarının yanına qayıdarkən “Ordubadda yaĢayan dayısı Hüseyn Sultanın 

təkidi  ilə rus dilini  öyrənmiĢ,  rus  ədəbiyyatı  ilə tanıĢ  olmuĢdur”  [6, s.37] və 

ola  bilsin  ki  Ordubada  öz  dostu  Əsgərxan  bəylə  birgə  getmiĢdir.  Rus  dilini 

öyrənməyə  giriĢməsi  Qasirin  sonrakı  həyat  yolunda  öz  izini  buraxmıĢ,  o, 

tərcümanlıq etmiĢ, hətta rus ədəbiyyatından tərcümələr də etmiĢdir. 

Beləliklə, Mirzə Ġsmayıl Qasirin 1815-1818-ci illərdə təhsil almaq üçün 

Əhərə,  dörd  il  sonra  Təbrizə  köçməsi,  burada  təhsilini  kamilləĢdirməsi 

məlum olur. Təxmin etmək olar ki, Qasir cənubda 8-10 il müddətində təhsil 

almıĢdır. 

Təhsili  baĢa  vuran  Mirzə  Ġsmayılın  xəttatlıq  sənətinə  dərindən 

yiyələndiyi  və  geniĢ  məlumatı  Ģəxs  olduğu  üçün  Ġsfahanlı  Seyid  Hüseyn 

Təbətəbai  Ġsfahana  dəvət  etmiĢ,  ömrünün  müəyyən  hissəsini  onun 

oğlanlarının  təlim-tərbiyəsinə,  təhsilinə  həsr  etmiĢdir.  Beləliklə,  Mirzə 

Ġsmayıl  Qasirin  pedaqoji  fəaliyyətinin  baĢlanğıcı  qoyulmuĢdur.  “Nazimi-


MİRZƏ İSMAYIL QASİR  - 210

32 


tüccar”  Seyid  Hüseynin  evində  müəllimmliyə  baĢlaması  Qasirin  sonrakı 

pedaqoji  müvəffəqiyyətlərində,  Ģagirdlərə  fərdi  yanaĢma  metoduna 

yiyələnməsində müsbət rol oynamıĢdır. Mirzə Ġsmayıl Qasir öz ana vətəninə 

Ģair və müəllim kimi qayıtmıĢdır. 

QasirĢünasların  hamısı  bundan  sonra  onun  həyatının  40-cı  illərinə 

diqqət  yetirmiĢlər.  Mərhum  alimimiz  Əzizağa  Məmmədov  Qasirin  1840-cı 

ildə  (artıq  35-38  yaĢlrında)  rus  təbəəsi  sayıldığı  üçün  Qaradonlu  sərhəd 

idarəsinə tərcüməçi təyin olunması faktının sabiq Azərbaycan Neft və Kimya 

Ġnstitutunun  müəllimi  Əli  Muxtar  Qasımovun  “Jüngi-mən”indən 

götürüldüyünü  qeyd  edir  [34,  s.38].  Halbuki  Mirzə  Ġsmayıl,  Ġsfahanda  da 

müəyyən  müddət  yaĢadığını  nəzərə  alsaq,  1830-cu  illərin  ortalarında  artıq 

ġirvana  qayıtmıĢdı.  Məlum  faktdır  ki,  təhsildən  sonra  o,  bir  müddət 

ġamaxıda, anasının yanında yaĢamıĢ [6, s.37; 41 və s.], sözsüz ki, ġamaxının 

yenilikçi  ziyalıları  ilə  ünsiyyət  saxlamıĢ,  ədəbi  yaradıcılığını  davam 

etdirmiĢdir.  Naməlum  müəllifin  onun  həyatının  bu  illəri  haqqında  verdiyi 

məlumat da maraq doğurur [97]. Bu dövrdə Qasirin əmioğluları və ġirvanın 

bir  sıra  xanzadələri  Araz  kənarında  sakin  olmuĢdular  və  artıq 

möhkəmləndirilməyə  baĢlamıĢ  Rus-Ġran  sərhədindəki  gömrükxanalarda 

morğuluq  edirdilər.  Müəyyən  vaxt  anasının  yanında  qaldıqdan  sonra  Qasir 

də,  görünür,  əmioğlularının  dəvəti  ilə  sərhəd  rayonlarına  gəlir.  Burada 

axırıncı  ġirvan  xanı  Mustafa  xanın  oğlu  Allahqulu  Qasiri  öz  oğlu  Ġbrahimə 

dərs  deməyə,  onun  təlim-tərbiyəsi  ilə  məĢğul  olmağa  dəvət  edir.  Maddi 

ehtiyac Ģairi bu dəvəti qəbul etməyə məcbur edir. Beləliklə, Qasirin pedaqoji 

təcrübəsi artmaqda davam edir.  

Bu illərdə Azərbaycanın ictimai-siyasi həyatında bir sıra yeniliklər baĢ 

verir.  1840-cı  il  aprelin  10-da  Peterburq  Zaqafqaziyada  inzibati  islahat 

haqqında    qanun  verir  [75,  s.662].  ġamaxı  Xəzər  vilayətinin  mərkəzi  elan 

olunur  [72,  s.257].  Vilayətin  divanxanası  ġamaxıda  yerləĢdiyi  üçü  ndövlət 

qulluğunda olan məmurların çoxu oraya axıĢır. Gömrükxanadakı morğularda 

ġamaxıya  köçdüklərindən  sərhəd  idarəsində  boĢ  vəzifələr  ortaya  çıxır  və 

gömrükxananın  rəisi  “əhli-hal  və  sahibimərifət”  Abbasbəy  Qarabağlı  Mirzə 

Ġsmayılı  özünə  katib  və  dilmanc  götürür.  Zəmanəsinin  yaxĢı  təhsil  görmüĢ 

ziyalılarından biri olan “parauĢaqları”ndan Abbas bəylə “əmmaməni papaqla 

dəyiĢmiĢ”  Qasir  arasında  səmimi  dostluq  münasibətləri  yaranır  və  təxminən 

on ilə yaxın müddətdə Ģair burada rəsmi dövlət qulluğunda məmurluq edir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

33 


Qasir Qaradonluda olarkən Həcər adlı qızla evlənir. 

Qasirin  Qaradonluda  keçən  həyatı  ilə  bağlı  ayrı-ayrı  müəlliflərin 

topladığı  faktlar  maraq  doğurur.  Ə.Məmmədov  göstərir  ki,  Qasir 

Qaradonluya gələrkən “Muğan səhrasında uzun yolu piyada getməli olur. O, 

sərhəddə yığılmıĢ Ġran qoĢununa rast gəlir. Həmin vaxt Ġran tərəfi ilə Rusiya 

arasında  mübahisəli  sərhəd  məsələsinin  həlli  üçün  danıĢıqlar  aparılırmıĢ. 

Qasir  Ġran  qoĢunları  düĢərgəsində  vəzirin  çadırı  qarĢısından  keçərkən  onun 

münĢisi tərəfindən Ģahmat qutusunun çadıra aparmağını görür. Qasir münĢiyə 

Ģahmat taxtasının bir xanasında vəzirə çatdırmaq üçün Ģer yazmaq istədiyini 

söyləyir.  MünĢi  əvvəl  etiraz  etsə  də,  Ģairin  təkidindən  sonra  razılıq  verir”. 

Qasir farsca yazır ki, “əgər məni mat eləsən, sənə fil nəslindən əmələ gələn 

bir at bağıĢlaram, əks halda vətənə piyada getməlisən”. Sonra məlum olur ki, 

“Qasir  oyun  əsnasında  vəziri  bir  neçə  dəfə  mat  edir.  Kəsilən  Ģərtə  görə 

vəzirdən bir yaxĢı at alıb Qaradonluya gəlir” [34,s.38-39]. 

Əlbəttə,  bu  nağılvari  rəvayətdə  hansısa  məqam  ĢiĢirdilmiĢ  ola  bilər. 

Ancaq  bizim  üçün  hadisənin  özü  maraq  doğurur.  Çünki,  bir  tərəfdən,  bu, 

Qasirin  yaxĢı  Ģahmat  oynadığı,  ikinci  tərəfdən,  vəzirlə  görüĢü,  onun 

tərəfindən  hörmətlə  qəbul  olunması  haqqında  fakt  verir.  QasirĢünas 

M.TalıĢlının fərziyyəsinə görə isə, Qasir Muğan səhrasındakı çadırda vəzirlə 

deyil,  onunla  danıĢıqlar  aparmağa  gəlmiĢ  Mirzə  Fətəli  Axundovla  Ģahmat 

oynamıĢdı.  Doğrudan  da,  Qasirin  Mirzə  Fətəli  ilə  yaxın  tanıĢlığı  olmuĢ, 

MəĢədi  Hümranın  söylədiyinə  görə,  dəfələrlə  o,  Lənkəranda  Qasirin  qonağı 

olmuĢdur.  Nəhayət,  Qasirin  Lənkərana  gəlib  çıxması  tarixçəsində  bir-iki 

məsələyə  diqqət  yetirmək  lazımdır.  Qasir  haqqında  tədqiqat  aparmıĢ 

müəlliflər  göstərirlər  ki,  Qaradonluda  məmurluq  vəzifəsi  Mirzə  Ġsmayılın 

ürəyincə  deyildi.  “ġair  daha  çox  ictimai  xeyir  verən  iĢlə  və  bədii-elmi 

yaradıcılıqla  maraqlandığından  rəsmi  dövlət  qulluğu  mənəvi  cəhətdən  onu 

təmin  etmirdi”  [41].  Görünür,  Qasiri  uzun  müddət  Qaradonluda  saxlayan 

onun Abbas bəy Qarabağlı ilə dostluğu və Həcər xanım olmuĢdur. Təxminən 

50-ci  illərin  baĢlanğıcında  tale  onu  XIX  əsrin  digər  tanınmıĢ  ziyalısı  Sadıq 

bəy Mehmandarovla görüĢdürür və bu, Ģairin həyatında dönüĢə səbəb olur. 

Bəzi  tədqiqatçıların  fikrincə,  60-70-ci  illərdə,  bəzilərinin  yazdığına 

görə  isə,  50-ci  illərin  əvvəllərində  Sadıq  bəy  Mehmandarov  Lənkəran 

qəzasında məhkəmə katibi təyin olunduğu üçün ġuĢadan Lənkərana gedərkən 



MİRZƏ İSMAYIL QASİR  - 210

34 


yolüstü Qaradonluda Mirzə Ġsmayıl Qasirlə tanıĢ olub, onu müəllimlik etmək 

üçün Lənkərana dəvət edir. Bu məsələ bir qədər dəqiqləĢdirilməlidir. 

M. TalıĢlı və V. Fərzəliyev göstərirlər “keçən (XIX- A.R.) əsrin 60-70-

ci  illərində  Qaradonluda  sərhəd  idarəsində  tərcüməçi  iĢləyən  Qasir  Mirzə 

Sadıq bəy Mehmandarovun dəvəti ilə Lənkərana müəllimliyə gəlir”[57]. 

Halbuki  M.TalıĢlı  bundan  əvvəlki  məqaləsində  Qasirin  1840-cı  ildə 

Qaradonluda  tərcüməçilik  vəzifəsinə  dəvət  olunmasını,  on  ilə  yaxın  bir 

müddətdə orada iĢlədiyini göstərmiĢdi [56].  

Yuxarıdakı  iki  sitatda  verilmiĢ  bəzi  faktlara  razılaĢmaq  çətindir.  Belə 

ki,  Sadıq  bəy  Mehmandarov  Lənkərana  məhz  50-ci  illərin  ibtidasında 

köçmüĢdür.  Ensiklopediyada  onun  oğulları  Ġbrahim  bəyin  1852-ci,  Səməd 

bəyin  1857-ci,  Ġsaq  bəyin  1858-ci  ildə  məhz  Lənkəranda  anadan  olmaları 

qeyd olunmuĢdur [73, s.469-470]. Deməli, Sadıq bəy Qasirlə də məhz 50-51-

ci illərdə tanıĢ ola bilərdi. Ġkincisi, Sadıq bəy Qasiri məhz müəllimliyə dəvət 

etmiĢdisə,  onun  üçün  münasib  bir  Ģərait  də  yaratmalı  idi.  Halbuki  öz 

məktəbini  yaradana  qədər  Qasirin  məktəbdarlıqda  nə  qədər  əzab-əziyyət 

çəkməsi onun öz Ģerlərindən məlumdur. 

Bütün bunlar Sadıq bəy Mehmandarovun Qasiri Lənkərana müəllimliyə 

dəvət etməsi fikrini Ģübhə altına alır. Görünür, Ģairi Lənkərana dəvət edərkən 

Sadıq  bəy  onun  ərəb,  fars  və  rus  dillərini  bilməsini,  gözəl  xəttat  olduğunu 

görüb  yüksək  qiymətləndirmiĢ,  Lənkəran  qəza  məhkəməsinin  katibliyində 

iĢləməsini  istəmiĢdi.  Sözsüz  ki,  Qasir  kimi  mirzələr  praktiki  iĢdə  məhkəmə 

katibinə, dövlət qulluğuna çox lazımlı idilər. 

Anonim  yazı  müəllifi  Qasirin  yaxĢı  Ģahmat  oynaması  məsələsinə 

toxunaraq  yazır:  “Qasir  Ģətrənci  çox  yaxĢı  bilərmiĢ.  Hətta  Peterburqdan 

Lənkərana hər il bir nəfər komissar gəlib, Ġran və rus sərhəddi məsələsini həll 

edərmiĢ və həman komissar Qasiri tələb edib, onunla Ģətrənc oynarmıĢ” [91]. 

Güman  etmək  olar  ki,  imperiyanın  paytaxtından  durub  gələn  səlahiyyətli 

“komissar”  dövlət  qulluğunda  olmayan,  hansısa  baĢqa  bir  iĢlə  məĢğul  olan 

rəiyyət adamı ilə Ģahmat oynamağı Ģəninə sığıĢdırmazdı. 

Belə  faktların  təhlili  göstərir  ki,  50-ci  illərin  əvvəllərində 

Mehmandarovun  təklifi  ilə  Lənkərana  köçən  Qasir  müəyyən  vaxt  ərzində 

qəza  məhkəməsinin  katibliyində,  dəftərxanada  iĢləmiĢdir.  Lakin  hələ 

Qaradonluda buna bənzər iĢdə iĢləmiĢ müəllim və Ģairin “daha çox ictimai 



MİRZƏ İSMAYIL QASİR  - 210

35 


faydalı  iĢlə və  bədii-elmi  yaradıcılıqla”  maraqlanması  və  dövlət  qulluğunun 

onu  təmin  etməməsi  məsələsini  yada  saldıqda,  belə  qənaətə  gələ  bilərik  ki, 

məhkəmədəki  vəzifəsi  də  Qasirə  mənəvi  zövq  verməmiĢ,  o,  ya  dövlət 

qulluğunda ola-ola, ya da bu vəzifədən imtina edərək, tezliklə məktəbdarlığa 

üz  tutmuĢdur.  Ancaq  bir  Ģey  faktdır  ki,  Mehmandarov  Qasiri  Lənkərana 

müəllimliyə dəvət etməmiĢdir və həqiqətən də, məhkəmə katibinin yenicə iĢə 

təyin  olduğu  bir  Ģəhərə  öz  tanıĢını  məhkəmə  iĢinə  deyil,  müəllimliyə  dəvət 

etməsi heç məntiqi cəhətdən də ağlabatan sayıla bilməz. 

Beləliklə,  Mirzə  Ġsmayıl  Qasir  Lənkəranda  fəaliyyətini  mirzəliklə 

baĢlamıĢ,  bir  necə  ildən  sonra  Lənkərandakı  köhnə  üsullu  məktəblərdən 

birində  dərs  deməyə  üstünlük  vermiĢdir.  Lakin  mütərəqqi  fikirli  pedaqoqu 

buradakı tədris üsulu təmin etmədiyindən özü yeni bir “üsuli-cədid” məktəbi 

açmaq fikrinə düĢür. 

Ġki-üç  il  sonra  Qasirin  həyat  yoldaĢı  vəfat  edir  və  o,  Sütəmürdov 

kəndində yaĢayan dayısı Əliməmmədin qızı Bibixanımla evlənir. 

Sonrakı  illərdə  Qasir  Lənkəran  məktəbinin  formalaĢmasında  yaxından 

iĢtirak  etmiĢ,  pedaqoq  kimi  fəaliyyət  göstərmiĢdir.  O,  vaxtının  böyük  bir 

hissəsini özünün təsis etdiyi ədəbi məclisin fəaliyyətinə həsr etmiĢdir.  

Beləliklə, Qasirin həyatının bu sahələri haqqında ayrıca danıĢmaq lazım 

gəlir. 


“Ġrandan  təhsildən  qayıtdıqdan  sonra  (?  –  A.R.)  bütün  həyatı  boyu 

Lənkəranda yaĢamıĢdır” [35, s.122] fikri yerli-dibli səhvdir. Əvvəla, ona görə 

ki,  Qasir  Ġrandan  öz  ana  vətəni  ġamaxıya  qayıtmıĢdı.  Ġkincisi,  ona  görə  ki, 

Lənkəranda  yaĢadığı  illərdə  də  Azərbaycanın  müxtəlif  Ģəhər  və  kəndlərini 

gəzmiĢ,  ġamaxıda,  ġuĢada  uzun  müddət  qalmıĢ,  hətta  qocalıq  illərində 

Bakıya da köçmüĢdü. 

Mirzə  Ġsmayıl  Qasir  XIX  əsr  Lənkəran  ziyalıları  mühitinin  sayqılı 

nümayəndələrindən  biri  olmuĢ,  mərifət  dünyasında  xətri  əziz  tutulmuĢdur. 

ġəhərin  seçilmiĢ  qonaqları  Lənkərana  gələndə  Qasirlə  də  görüĢər,  onunla 

yaradıcı  ünsiyyətdə  olardılar.  Məsələn,  akademik  B.V.  Miller  akademik 

B.A.Dornun Lənkərana tez-tez gəlməsindən, burada Mir Ġbrahim bəy, Mirzə 

Ələkbər və Molla Ġsmayıl Qasirlə

*

 əlaqə saxlamasından danıĢır [68, s.16-17].



*

S.Mumtaz da onu “Molla İsmayıl Qasir” kimi təqdim etmişdi [43,s.174]. 

MİRZƏ İSMAYIL QASİR  - 210

36 


Ġkinci  tərəfindən,  Lənkəranın  xurafat  qüvvələri  Ģairi  həmiĢə  ələ  salır, 

onun maarifçilik sahəsində canfəĢanlıq göstərməsini lağa qoyurdular. Ruhani 

və  fanatiklər  Qasiri  “babi”  adlandırıb  addımbaĢı  təhqir  edir,  onunla  əl  verib 

görüĢməkdən  qaçırdılar.  Ġ.Axundov  qeyd  edir  ki,  Qasirin  həcv  yazmağa 

baĢlamasında  Lənkəran  ruhanilərinin  ona  pis  münasibəti  də  rol  oynamıĢdır 

[6,  s.42].  Belə  haqsız  hücumlardan  zinhara  gəlmiĢ  qoca  Ģair  dostlarının 

köməyi  ilə  Bakıya  köçmüĢ  və  bir  müddət  orada  yaĢamalı  olmuĢdur. 

Yaradıcılığını  izlədikdə  Qasirin  Bakıda  “MəcməüĢ-Ģüəra”nın  iĢində  iĢtirak 

etdiyinin  Ģahidi  oluruq.  Bakı  Ģairlərinin  təhriki  ilə  Qasir  Seyid  Əzim 

ġirvanini  həcvlə  mənzum  məktublar  yazır.  Seyid  Əzim  onun  bir 

mənzuməsini  cavabsız  qoyur,  ikincisinə  cavab  verir  və  “Bakı  əhlinə  əgər 

dəymiĢ idi əĢarım  /Özləri qoy eləsin dərdinə dərman, Qasir/ ġükr lillah Bakı 

əhlində neçə Ģair var”, - deyə Qasiri “MəcməüĢ-Ģüəra”nın təsirinə düĢüb həcv 

yazdığı  üçün  tənələyir.  Qasir  ona  cavab  yazır.  Beləliklə,  bu  yazıĢmanın 

tarixçəsi də Qasirin Bakıda nisbətən çox qaldığı haqqında məlumat verir. Bir 

qədər  sonra  isə  Seyid  Əzimin  onu  Lənkərandakı  evinin  viran  qalması, 

maarifçilikdən əl çəkməsi üstündə səmimi tənqidi və Bakı Ģəraiti öz təsirini 

göstərir.  “O  zaman  cəhənnəmi  xatırladan  Bakıda  Ģairin  iĢi  düz  gətirmir. 

Buraya  gəlməsinə  peĢiman  olur”  [42].  Nəhayət,  XIX  əsrin  son  illərində 

“Qasir yenidən Lənkərana gəlib, müəllimlik fəaliyyətini davam etdirmiĢdir” 

[6, s.43]. 

Mirzə  Ġsmayıl  Qasir  1900-cü  ildə  mayın  10-da  Lənkəranda  vəfat 

etmiĢdir.  “ġair  Lənkəranın  cənub-Ģərqindəki  Sütəmürdov  qabiristanlığında 

dəfn  olunmuĢdur...  Ədəbiyyatımızın  müqtədir  klassiki  olduğundan  1983-cü 

ildə məzarı səliqəyə salınmıĢ və üzərində Ģairin heykəli ucalmaqdadır” [42]. 

MĠRZƏ ĠSMAYIL QASĠR VƏ “FÖVCÜL-FÜSƏHA” 

Mirzə  Ġsmayıl  Qasirin  müqtədir  bir  Ģair  kimi  tanınması  baĢlıca  olaraq 

onun  Lənkəran  həyatı  ilə  bağlıdır.  Məhz  Lənkərana  gələndən  sonra  Qasir 

yaradıcılığı  yeni  keyfiyyətlər  qazanır.  Yaratdığı  “Fövcül-füsəha”  ədəbi 

məclisinin təsiri ilə Qasir poeziyası yeni mərhələyə qədəm qoyur, o getdikcə 

daha artıq satirik Ģair kimi məĢhurlaĢmağa baĢlayır. MüĢairə məclisləri onun 

və “Fövcül-füsəha”nın digər üzvlərinin yaradıcılığında mühüm rol oynayır. 



MİRZƏ İSMAYIL QASİR  - 210

37 


Qeyd  edək  ki,  Lənkəran  ədəbi  məclisində  iĢtirakı  məsələsini  ayrıca 

nəzərdən keçirməklə, bir yandan, Qasirin həyatının ən əhəmiyyətli parçasını 

araĢdırmalı  oluruqsa,  ikinci  tərəfdən,  bununla  Qasirin  öz  müasirləri  olmuĢ 

tanınmıĢ  ziyalılarla  münasibətinə  toxunulur.  Məsələ  burasındadır  ki, 

qasirĢünaslıq  üçün  onun  öz  müasirləri  ilə  əlaqələrinin  daha  çox  ictimai 

motivləri maraq doğurur və belə motivlər daha artıq Ģəkildə Qasirin “Fövcül-

füsəha”da  fəaliyyəti  ilə  əlaqəli  götürüldükdə  üzə  çıxır.  Yada  salaq  ki, 

“Fövcül-füsəha”nın  baĢqa  Ģəhərlərdəki  ədəbi  məclislərə  müntəzəm  əlaqəsi 

olmuĢdur. Bu əlaqədə Mirzə Ġsmayıl Qasir xüsusilə fərqlənirdi” [24, s.57]. 

“Fövcül-füsəha”  məclisinin  yaranma  tarixi  haqqında  tədqiqatçılar 

arasında  fikir  müxtəlifliyi  vardır:  onların  bir  qismi  məclisin  ümumiyyətlə 

1850-ci illərdə, bəziləri isə konkret olaraq 1855-1860-cı illərdə yaradıldığını 

göstərirlər [14]. N.Qarayev dissertasiyasında 1850-1855-ci illərdə yarandığını 

qeyd  etsə  də,

*

  biz  onun  sonradan  nəĢr  olunmuĢ  kitabındakı  tarixə  istinad



etməyi  üstün  tuturuq:  “Fövcül-füsəha”  (“Natiqlər  yığıncağı”)  ədəbi  məclisi 

təxminən 1850-ci ildə Mirzə Ġsmayıl Qasirin təĢəbbüsü ilə Lənkəranda təĢkil 

edilmiĢdir”  [47,  s.72].  Tədqiqatçıların  hamısı  “Fövcül-füsəha”nın  Qasirin 

təĢəbbüsü və iĢtirakı ilə yaradıldığı faktını qəbul edirlər. 

“Fövcül-füsəha”nın  digər  məclislərdən  fərqli  cəhətləri  onun  strukturu 

və fərdi tərkibi ilə bağlı idi: məclisin iĢində Ģer ədəbiyyatından baĢı çıxan hər 

bir  sənət  sahibi  iĢtirak  edə  bilərdi.  Burada  varlı  və  yoxsula  fərq  qoyulmur, 

əsas  meyar  məclis  üzvünün  ədəbi  qabiliyyəti,  ĢerləĢmə  bacarığı,  fərdi 

poeziyası və elmi müzakirlərdə iĢtirak etmək səviyyəsi sayılırdı. Ömründə Ģer 

yazmayan  müxtəlif  peĢə  sahibləri  də  mənəviyyatca  zənginləĢmək,  milli 

ədəbiyyatı öyrənmək, həmçinin ictimai-tarixi vəziyyətdən baĢ çıxarmaq üçün 

məclisin iĢində iĢtirak edə bilərdi. Güman etmək olar ki, “Fövcül-füsəha”nın 

belə  demokratikliyi  onun  yaradıcısı  Mirzə  Ġsmayıl  Qasirin  sayəsində  təmin 

olunmuĢdu. Məlumdur ki, Lənkərana köçəndən sonra Qasir heç də “yağ-balın 

içərisində” dolanmamıĢ, demək olar ki, həmiĢə maddi ehtiyac hiss etmiĢdir. 

Nümunə üçün Qasirin “Odun” Ģerinə diqqət yetirmək olar: 

Vay, mən Qasiri-Ġsmailin əhvalına vay 

Ki, odunsuz çıxarır baĢa qıĢı Hacər ilən... 

*

Görünür, belə tərəddüdlər Qasirin Lənkərana gəlişi tarixinin dəqiqləşməsi ilə baglı idi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

38 


Lənkəranda neçə ildir edirəm nəĢvü nüma 

Burda mən anlamadım, doğrusu, xeyri Ģər ilən. 

Təbiidir  ki,  özü  kasıbçılıqla  dolanan  bir  ziyalı  Ģair  təsis  etdiyi  ədəbi 

məclisin fərdi tərkibində, onun iĢtirakçıları arasında ictimai-sinfi ayrı seçkilik 

salınmasını  istəməzdi.  Özündən  qabaq  “Fövcül-füsəha”  haqqında  aparılmıĢ 

araĢdırmaların nəticələrini də nəzərə alan məclisĢünas N.Qarayev göstərir ki, 

Lənkəran ədəbi məclisi iki bölümdən ibarət olmuĢ, birinci bölümü ancaq Ģer 

yazan, məclisdəki ĢerləĢmələrdə iĢtirak edən Ģəxslər, ikinci bölümü isə məclis 

üzvlərinin  Ģerlərini  dinləyən,  ədəbi-elmi  müzakirələrə  qoĢulan,  öz  bilik  və 

təsəvvürlərini geniĢləndirməyə toplaĢan Ģəxslər təĢkil etmiĢlər.  

Beləliklə,  o,  “Fövcül-füsəha”  məclisinin  35  üzvünün  dəqiqləĢdirir: 

Mirzə  Ġsmayıl  Qasir,  Molla  Fəttah  Səhban,  Ağababa  Bixud,  Usta 

Məhəmmədhəsən Nəccar, Mirzə Ġsa Xəyali, Usta Hüseynqulu (Dubəndiduz) 

ġuri,  Mirzə  Mütalib  Ərcivani,  Molla  Ələkbər  Aciz,  Molla  Məhəmməd 

Mücrim, Mirzə Əziz Əliyev, Kəblə BaxĢəli Axundov, Mirzə Əhməd Kəmin 

(Taib),  Mirzə  Ġsrafil  Həmid  oğlu  Mahir,  Sərvi,  Pünhan,  Tahirli,  Mühibb, 

Mirzə  Ələkbər  Mühəqqir,  Mirhəsən  Səyyad  Seyidzadə,  Ġbrahim  bəy  TalıĢ, 

Mirəli  bəy  TalıĢinski,  Mirsadıq  TalıĢınski,  Mirzə  Ġsmayıl  Süruri,  Mirzə 

Əbdüləhəd  Növrəs,  Sadıq  bəy  Mehmandarov,  Mirzə  Səidəli  Kazımbəyov, 

Mirzə  Əhməd  Xudaverdi  oğlu,  Mirzə  Ələkbər  Axundov,  ġirəli  bəy 

Nəsirbəyov,  Molla  Məhəmməd  Həkim,  Çarıqçı  Məmmədqulu,  Mirqasım 

TalıĢınski,  Teymur  bəy  Bayraməlibəyov,  Molla  Məhəmməd  Əczaçı,  Hacı 

Möhsün  və  b.  [24,  s.53-54]  Bu  Ģəxslərin  hamısı  heç  də  həmiĢə  bir  vaxtda 

toplaĢmamıĢlar,  məsələn,  T.  Bayraməlibəyov,  yəqin  ki,  1881-ci  ildən  sonra 

məclisə  qoĢulmĢdu.  Təxminən  50  illik  bir  dövrdə  fəaliyyət  göstərmiĢ 

məclisin  üzvlərinin  yaĢ  tərkibi  müxtəlif  olmalı  idi.  Lakin  onların  hamısı  ilə 

Mirzə  Ġsmayıl  Qasirin  bu  və  ya  digər  dərəcədə  ünsiyyət  saxlaması  danıla 

bilməz.  Bu,  Qasirin  Lənkərandakı  əsas  əhatəsi  idi.  ġair  onlara  qarĢı 

münasibətini öz Ģerlərində də bildirmiĢ, bir çoxuna (məsələn, Molla Fəttaha, 

Əbdüləhədə,  Pünhana,  Növrəsə,  ġirəli  bəyə  və  b.)  mənzum  məktublar  həsr 

etmiĢdir.  Qeyd  etmək  lazımdır  ki,  eyni  məclisin  üzvləri  olsalar  da,  Qasir 

onlarla “poetik zarafatlaĢmıĢ” və çox vaxt mənfi bir cəhət tapıb, ya satirik, ya 

yumoristik  tərzdə  onları  tənqid  etmiĢdir.  Məsələn,  Molla  Fəttaha  ərklə 

müraciətində əslində ictimai motivlər axtarmaq da olar: 



MİRZƏ İSMAYIL QASİR  - 210

39 


Molla Fəttah, ey matan molla,  

Mollalar içrə Ģarlatan molla.  

Gah olan Ģeyx, gah mərsiyəxan,  

Gah qamıĢ, gah odun satan molla. 

-  misraları  təkcə  Molla  Fəttah  Səhbana  deyil,  zəmanəyə,  onun  tənqidinə 

yönəlmiĢdi.  Çünki  Qasir  Azərbaycanda  da  formalaĢmaqda  olan  kapitalist 

münasibətlərinin  zəmanə  adamlarının  stereotipləĢmiĢ  dünyagörüĢləri  ilə 

uyuĢmadığını,  hamının  özü  kimi  maddi  ehtiyac  üçün  dəridən-qabıqdan 

çıxdığını və birtəhər dolanacaq yolu axtarmalı olduğunu yaxĢı baĢa düĢürdü. 

Qasir:  


Mollaya bəzi iĢ deyil layiq, 

Olma hərcayi çün natan, molla... 

Sən də cəhd et, mürid yığ baĢıva, 

Onlara söylə dastan, molla 

desə  də,  bütün  bunların  XIX  əsrin  ikinci  yarısında  mümkün  olmadığını 

bilirdi.  Odur  ki,  göstərilən  Ģerin  məzmunu  artıq  konkretlikdən  çıxır, 

ümumiləĢir,  ictimai  mahiyyət  qazanırdı.  BaĢqa  bir  məclis  üzvü  –  ġirəli  bəy 

Nəsirbəyov  Qasiri  özü  ilə  bir  kef  məclisinə  aparır.  Lakin  məclisdəki 

bəyzadələr-xanzadələrin baĢı qumar oynamağa qarıĢır, Ģair yaddan çıxır. Hər 

nə qədər israr eləsə də, onu çıxıb evə getməyə qoymur, yemək də vermirlər. 

ġirəli bəyə məktubunda Qasir onu tənələyir:  

Doğrudu, olmaz imiĢ heç toxun acdan xəbəri,  

Mən yazıq acü susuz, gözlərim oldu nigəran. 

Diksinirdim açılanda qapı mən biçarə

Eylə bildim gətirir əlsuyu güya Qurban. 

Elə billəm ki, Nəsirbəy məni dustaq eləyib, 

Az qalıb ölüm acından, nə pilov verdi, nə nan. 

Əlqərəz, bu gecə üç dəstə olubdur həzərat, 

Çəkibasnası, tökübpulu, qızıĢdımeydan... 

Hamı etmiĢ özünə asnası məĢğuliyyət, 

Yoxdu məndən xəbəri kim, üzülüb tabü təvan. 


MİRZƏ İSMAYIL QASİR  - 210

40 


Mən həqiqət nə nahar eyləmiĢəm, nə çaĢtı, 

Ürəyim getdi acından, aman allah, aman. 

Ümumiyyətlə,  “Fövcül-füsəha”nın  digər  üzvlərinin  adları  çəkilmiĢ 

Ģerlərində  də  Qasir  ya  yüngül  yumoristik  tənələrə  əl  atır,  ya  da  məsələnin 

ictimai cəhətlərinə  daha artıq diqqət yetirir,  onların vasitəsi ilə  cəmiyyəti və 

zəmanənin özünü tənqid edir. 

Bununla yanaĢı, Qasirin Ģerlərində çox kəskin ifadələr də iĢlədilir, Ģair 

ayrı-ayrı konkret lənkəranlını açıqca söyüb qaralayır. Hər Ģeydən görünür ki, 

bu adamlar Qasirin həmiĢə ünsiyyət saxladığı əhatə dairəsindən deyil, əksinə, 

bəlkə  də,  ona  “babi”  deyən  ruhanilər  və  ya  cahil,  kütbeyin,  qoluzorlu-

ağlıkəmlərdir: 

Gər səmavər kömürü olsa mühəyya, göndər, 

EĢĢək Əliverdi, sıpa Mehdi, qoduq Jə’fər ilən... 

Təəssüf, adıdır onun Məhəmməd

Sanki eĢĢəkdə var bəzəkli zinət... 

“Fövcül-füsəha”  üzvləri  ilə  Qasir  həmiĢə  səmimi  davranmıĢ,  onun 

yığıncaqlarının  maraqlı  və  səmərəli  keçməsi  üçün  əlindən  gələni  etmiĢdir. 

Mirzə  Ġsa  Xəyaliyə,  ġirəli  bəyə,  Hacı  Rza  Pünhana  və  baĢqa  “füsəha”  ya 

mənzum    məktublarında  Qasirin    onlara    necə    həssaslıqla    yanaĢdığının 

Ģahidi oluruq: 

Əbdüləhəda! Təbi-süxəndan varındır, 

ĠnĢallah, gənci-firavan varındır... 

Ey dost, nəzər qıl, oxu zövq ilə bu fərdi, 

Ta ayinəi-xatiruvun pak ola kərdi... 

Ey bəzmi-iradətdə sözü doğru, ozü pak və s. 

“Fövcül-füsəha”da  müxtəlif  sənət    adamları  –  molla,  mirzə,  usta, 

həkim,  əczaçı,  çarıqçı  və  b.  toplaĢdıqları  üçün  məclisi  həftənin  hər  hansı 

istənilən  bir  günündə  və  ya  hər  gün  yığmaq  mümkün  deyildi  –  məclis 

Ģairlərinin  qazancı  öz  peĢələri  ilə  əlaqədar  idi  və  onlar  peĢəkar  deyil, 

həvəskar  Ģair  idilər.  “Fövcül-füsəha”  yalnız  cümə  (istirahət)  günü  axĢam 

yığıĢardı. Bu, elə Qasirin “Cümə günü” Ģerinin özündə də qeyd olunmuĢdur: 


MİRZƏ İSMAYIL QASİR  - 210

41 


Ürəfa söhbətə amadə olur cüm’ə günü, 

Sübhədək xatiri bükĢadə olur cüm’ə günü [24, s.56]. 

Məlumdur ki, təĢəbbüskarı və baĢçısı Qasir olsa da, onun evində heç bir 

Ģərait  olmadığından  “Fövcül-füsəha”  ayaqqabı  tikən  Usta  Hüseynqulu 

ġurinin,  sonralar  isə  bəzən  müdərris  Molla  Möhsünün  evində  yığıĢardı  [6, 

s.39;  24,  s.56].  Ola  bilsin  ki,  ayrı-ayrı  vaxtlarda  məclisin  toplantı  yerləri

müxtəlif olmuĢdur, çünki təxminən yarım əsrlik fəaliyyəti dövründə eyni bir-

iki adamın evində yığıĢmaq çətin məsələ olardı. 

Mirzə  Ġsmayıl  Qasir  ömrünün  Lənkəran  çağlarını  baĢlıca  olaraq 

“Fövcül-füsəha”ya  həsr  etmiĢ,  onun  dağılmaması,  əksinə,  bu  məclisin  təsiri 

ilə  ölkənin  baĢqa  ərazilərində  məclisçilik  hərəkatının  geniĢlənməsinə 

çalıĢmıĢdır.  

“Qasirin  Xəyaliyə,  Acizə  məktubları  göstərir  ki,  o,  Lənkərandan  bir 

yana getdikdə belə “Fövcül-füsəha” ilə əlaqəsini kəsməmiĢ, məktub yazaraq 

onların  hal-əhvalından,  məclisdən  xəbər  tutmuĢdur.  Aciz  Bakıya  gəldikdən 

sonra  Qasir  onun  ardınca  məktub  yazaraq,  Lənkərana  qayıtmasını 

tapĢırmıĢdı” [24, s.58]. 

Çox da Bakudə yubanma, Lənkəranə qıl səfər, 

Müddəi söylər yığıb sərraf milyan altına... 

Qasir  yalnız  Lənkəranda  yaĢayan  müasirləri  ilə  deyil,  ġamaxı,  Bakı, 

Qarabağ,  Naxçıvan,  Təbriz  Ģairləri  ilə  də  ünsiyyətdə  olmuĢ,  onlarla 

məktublaĢmıĢdır.  O,  Seyid  Əzim  ġirvani,  qaradonlu  Məhəmmədəli  bəy 

Məcruh Muğani, ġirvanĢahi, Mirzə Məhəmməd Katib Qarabaği, Abdulla bəy 

Asi,  Qafil  ġirvani,  Molla  Abbas  Məhzun,  bakılılardan  AğadadaĢ  Müniri, 

Əbdülxaliq  Cənnəti  və  baĢqaları  ilə  daim  yaradıcılıq  əlaqələri  saxlamıĢdır 

[31, s. 94-95; 34, s.40]. Anonim müəllifin yazdığına görə, Qasirin həmçinin 

Ģamaxılı  Əli  Abbas  Məta  ilə  dostluğu  olmuĢ,  “Təbrizdə  Raci-mərhum  və 

Dilsuz-mərhum  ilə  həmsöhbət  olmuĢdur”  [97].  Qasirin  bu  çoxĢahəli  ədəbi 

əlaqələri “Fövcül-füsəha”nın fonunda həyata keçmiĢ, bunun isə, bir tərəfdən, 

XIX  əsr  Azərbaycan  ədəbiyyatının  zənginləĢdirilməsi,  digər  tərəfdən, 

Azərbaycanda ədəbi məclis quruculuğunda müəyyən rolu olmuĢdur.  


MİRZƏ İSMAYIL QASİR  - 210

42 


Beləliklə,  Qasirin  öz  müasirləri  ilə  yazıĢmaları  ictimai  dəyər  kəsb 

etmiĢdir. 

Bununla  bərabər,  tədqiqatçıların  göstərdikləri  bəzi  məqamları 

dəqiqləĢdirmək  mümkün  deyildir.  Məsələn,  F.Qasımzadə  yazır  ki,  “Əkinçi” 

qəzeti  Qasirinyaradıcılığına  böyük  təsir  etmiĢdir  [26,  s.536].  Halbuki  bunu 

ancaq  güman  etmək  olar,  çünki  Qasirin  “Əkinçi”ni  alıb-almaması  haqqında 

əlimizdə faktik məlumat yoxdur. Bəlkə də, “Əkinçi”dən xəbər tutsaydı ömrü 

boyu  əsərlərinin  çapına  çalıĢan  Ģair  Həsən  bəyə  öz  Ģerlərindən  seçmələr 

göndərib onların çapını xahiĢ edərdi. 

Yaxud  ayrı-ayrı  tədqiqatçılar  Qasirlə  Seyid  Əzim  ġirvaninin  yaxın 

dostluğunu qeyd edirlər. Anonim müəllif göstərir ki, ġamaxı quberniya olub 

(əslində 1846-cı ildə ġirvan quberniya olub), bu zaman Qaradonluda iĢləyən 

morğular  oraya  axıĢıblar.  “Mirzə  Ġsmayıl  Hacı  Seyid  Əzim-mərhum  və  Əli 

Abbas  Məta  və  s.  ġirvan  Ģairləri  ilə  gecə-gündüz  yoldaĢ  olubdur”  [97].  Ə. 

Məmmədov göstərir ki, “Qasir öz mənzum məktublarında Seyid Əzimi yaxın 

bir  dost  kimi  xatırlayaraq,  onu  “əmioğlu”  adlandırırdı”  [34,  s.40]. 

M.Mustafaev  Qasirin  Seyid  Əzimlə  məktublaĢmasına  əsasən  (“Sən  mənim 

köhnə  rəfiqimsən,  əya,  Qasir”)  yazır  ki,  Mirzə  Ġsmayıl  Qasir  Seyid  Əzim 

ġirvaninin  müasiri  və  yaxın  dostu  idi  [42].  Beləliklə,  araĢdırıcıların,  demək 

olar  ki,  heç  birisi  Qasirlə  Seyid  Əzimin  aralarındakı  30-33  illik  yaĢ  fərqinə 

fikir  vermir. Əvvəla, Qasirin  Qaradonluda  iĢlədiyi  illərdə Seyid  hələ yenicə 

anadan olmuĢdu (1835), hərgah sonralar Qasirlə Seyid  Əzim görüĢmüĢlərsə 

də,  onların  bir-biri  ilə  sözün  həqiqi  mənasında  “yaxın  dost”,  “əmioğlu” 

olması  bir  qədər  Ģübhəli  görünür.  Belə  demək,  daha  dəqiq  olardı  ki,  Mirzə 

Ġsmayıl  Qasirlə  Seyid  Əzim  ġirvani  əqidə  dostu,ədəbi  yaradıcılıq  dostu 

olmuĢlar.  Qasirin  bir  həcvin  Seyid  Əzimin  cavabsız  qoyması,  bundan 

qeyzlənən Qasirin onu ikinci dəfə daha kəskin həcv etməsi, Seyid Əzim ona 

cavab  verəndən  sonra  Qasirin  ona  cavabına  yenə  susmaqla  cavab  verməsi 

faktdır və onların dostluğu barədə çox Ģey deyir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

43 


MĠRZƏ ĠSMAYIL QASĠRĠN PEDAQOJĠ FƏALĠYYƏTĠ 

Ġndiyədək  Qasirin  pedaqoji  fəaliyyətini  araĢdıran  tədqiqatçılar  onun 

yalnız  Lənkərana  köçəndən  sonrakı  müəllimlik  illərini  iĢıqlandırmıĢlar. 

Halbuki  ayrı-ayrı  varlı  ailələrdəki  uĢaqlara  dərs  deməsi,  onların  təlim-

tərbiyəsi  ilə  məĢğul  olması  faktı  nəzər-diqqətdən  kənarda  qalmıĢdır.  Mirzə 

Ġsmayıl  Qasir  pedaqoji  fəaliyyətinə  Təbrizdə  təhsilini  baĢa  vuran  illərdə  – 

təxminən  1825-1828-ci  illərdə  Ġsfahanda  baĢlamıĢ,  varlı  tacir,  atasının 

tanıĢlarından  Seyid  Hüseyn  Təbətəbainin  evində  onun  övladlarına  dərs 

demiĢdir.  Güman  etmək  olar  ki,  müəllim  Qasir  Seyid  Hüseynin  uĢaqlarına 

Ģəriətdən,  hüsnxətdən,  ədəbiyyatdan  və  s.  dərs  keçmiĢ,  onların 

savadlanmasında müəyyən rol oynamıĢdır. 

Sonralar  vətəninə  dönən  Ģair  az  bir  müddətdə  anasının  yanında 

yaĢamıĢ,  sonra  yenə  səyahətə  çıxaraq  Muğana  gəlmiĢ,  sərhəd  rayonlarında 

yenə  bir  müddət  müəllimlik  etməli  olmuĢdur.  ġirvanlı  Mustafa  xanın  oğlu 

Allahqulu  xan  Mirzə  Ġsmayıl  Qasiri  özünün  böyük  oğlu  Ġbqahim  xana  dərs 

deməyə, onun təlim- tərbiyəsi ilə məĢğul olmağa dəvət etmiĢdir. 1840-cı ildə 

Qaradonlu kömrükxanasına iĢə düzələnə qədər Qasirin  müəllimliklə məĢğul 

olduğunu  zənn  etmək  olar.  Həmin  illərdəki  müəllimlik  Ģairin  pedaqoji 

təcrübəsinin  meydana  gəlməsinə  səbəb  olmuĢ,  gənc  Qasirin  müəllim  kimi 

püxtələĢməsində mühüm rol oynamıĢdır. Ayrı-ayrı aristokratik ailələrdə tək-

tək  uĢaqlarla  iĢ  aparması  Qasirin  müəllim  üçün  vacib  olan  fərdi  yanaĢma 

metoduna dərindən yiyələnməsinə köməklik göstərmiĢdir. 

Lakin, bir yandan, müəllimliklə dolanmağın çətinliklərini görən, ikinci 

tərəfdən  də,  bu  “üsuli-qədim”  tədrisinin  çatıĢmazlıqlarını  hiss  edən  Ģair  bir 

müddət sonra dostu Abbas bəy Qarabağlının dəvəti ilə pedaqoji fəaliyyətini 

dayandırıb, kömrükxanada iĢə düzəlir. 

1850-ci  ildə  Lənkərana  köçərkən  Qasir  artıq  yaxĢı  təcrübəyə  malik 

pedaqoq idi. Hətta ola bilsin ki, Sadıq bəy Mehmandarov da onu Lənkərana 

çağırmamıĢdan əvvəl müəllim kimi tanımıĢ və qəbul etmiĢdi. 

Qasirin  “ġərhi-hal”  Ģerindəki  “defad”  müəmmasından  çıxıĢ  edərək, 

onun  Lənkəranda  1872-ci  ildən  müəllimlik  fəaliyyətinə  baĢlaması  fikrinin 

məĢhurlaĢması  haqqında  yuxarıda  danıĢmıĢdık.  Lakin  bu  məsələnin  üzündə 

də  dəqiqləĢdirmə  aparmalıyıq.  Belə  ki,  bir  tərəfdən,  1850-ci  ildən  1872-ci 

ilədək  Mirzə  Ġsmayıl  Qasirin  Lənkəranda  müəllimlik  sənətindən  tam  uzaq 



MİRZƏ İSMAYIL QASİR  - 210

44 


düĢməsi  Ģübhə  doğurursa,  ikinci  tərəfdən,  onun  “Odun”  Ģerinin  nəzərdən 

keçirilməsi  həmin  Ģübhənin  yerinə  düĢdüyünü  təsdiq  edir.  Məlumdur  ki, 

Qasir  Lənkərana  köçəndən  iki-üç  il  sonra  (sonradan  xatirələr  əsasında 

söylənilmiĢ bu say “dörd-beĢ il”, “beĢ-altı il”, lap “altı-yeddi il” kimi də baĢa 

düĢülə bilər) arvadı Həcər xanım vəfat etmiĢdir. “Odun” Ģerində oxuyuruq: 

Vay, mən Qasiri-Ġsmailin əhvalına vay 

Ki, odunsuz çıxarır baĢa qıĢı Hacər ilən... 

KiĢi məktəbdar olunca bu vilayətlərdə, 

Yeydir ondan dolana əsbü xərü əstər ilən. 

Buradan Qasiri hələ Həcərin sağlığında da Lənkəranda “məktəbdarlıq” 

etdiyi məlum olur. Bəs onda Ģair öz pedaqoji fəaliyyətini niyə 1872-ci ildən 

hesablayır? 1850-ci illərdə Qasir hansı məktəbdə müdərrislik edirmiĢ? 

Lənkəranda  məktəblər  tarixini  araĢdıran  müəlliflər  “müsəlman 

məktəbini  1850-ci  ildə  meydana  gəldiyini”  söyləyirlər  [55,  s.13].  Digər 

tərəfdən məlumdur ki, Qasir müəllim Mirzə Səidəli Kazımbəyovla yaxın dost 

olub, ona avtoqraflı kitablar bağıĢlamıĢdır. Kazımbəyovun məktəbdə 1872-ci 

ilədək iĢlədiyini nəzərə alsaq [55, s.15-17], onda Qasirin də həmin ilə qədər 

artıq  müəllimlik  etdiyini  qət  edə  bilərik.  Görünür,  sadəcə  olaraq,  Mirzə 

Ġsmayıl 1872-ci ilədək dərs dediyi məktəbin və ya məktəblərin köhnə üsullu 

tədrisini  nəzərə  alaraq,  sonralar  qələmə  aldığı  “ġərhi-hal”da  onları  “əsil 

məktəb”  hesab  etməmiĢ,  məhz  1872-ci  ildə  dövlət  tərəfindən  açılmıĢ  yeni 

üsullu  rəsmi  məktəbdə  fəaliyyətə  baĢlamasını  özünün  müəllimlik  sənətinin 

baĢlanğıcı  kimi  qəbul  etmiĢdir.  1872-ci  ilə  qədər  dərsdediyi  məktəblər  isə 

rəsmi  səviyyədə  deyil,  ayrı-ayrı  ziyalıların  və  imkanlıların  təĢəbbüsü  ilə 

yaradılmıĢ köhnə mədrəsə tipli müəssisələr idi və dövrünün mütərəqqi fikirli 

Ģəxsiyyətlərindən olan Qasirin öz “tərcümeyi-halında” belə məktəblərdə dərs 

deməsinin  (ümumiyyətlə,  fərdi  müəllimlik  fəaliyyətinin  də)  üstünü 

vurmaması  baĢa  düĢülə  bilər.  Tədqiqatçı  isə,  Qasirin  özünün  təvazösünə 

baxmayaraq, onun bütövlükdə pedaqoji zəhmətini ortaya çıxarıb, ona qiymət 

verməyə borcludur. 

Müxtəlif  tədqiqatçılar  Qasirin  Lənkəranda  ayrı-ayrı  illərdə  müəllimliyə 

baĢladığını qeyd edirlər. Prof. A. Abdullayev onun 1892-ci ildən dərs deməyə 

baĢladığını göstərir [1, s.10]. T. Nurəliyevanın fikrincə, bu tarix 1887-ci  ilə 


MİRZƏ İSMAYIL QASİR  - 210

45 


təsadüf  edir  [47,  s.105].  Naməlum  müəllif  isə  yazır  ki,  Qasir  “əvaxiri-

ömründə  17  il  Ģəhərdə  rus  məktəbxanasında  Ģəriət  müəllimi  olubdur”  [97]. 

Qasirin  nəvəsi  Ġ.  Axundovun  əlimizdəki  qeydində  oxuyuruq:  “M.Ġ.  Qasir 

Lənkəran  realnı  məktəbində  1886-1896-cı  ilə  kimi  (закон  божий)  Ģəriət 

dərsini  verir.  Sovet  ministirin  arxivindən  aylıq  maaĢ  vedomostindən 

götürülmüĢdür”. 

Əlbəttə,  bu  qənaətlər  maraq  doğurur,  lakin  göstərilən  tarixlər  Qasirin 

Lənkəranda  pedaqoji  fəaliyyətə  baĢlaması  vaxtını  göstərə  bilməz.  Yəqin  ki, 

tədqiqatçılar  hansısa  konkret  bir  məktəbdə  müəllimliyə  baĢlama  tarixini  bu 

məsələ ilə qarıĢıq salmıĢlar. Çünki, məlumdur ki, Lənkəranda xüsusi evlərdə 

fəaliyyət  göstərən  “müsəlman  məktəbləri”  hələ  heç  Qasir  Lənkərana  gəlib 

çıxmamıĢdan qabaq da, 1850-ci ildə və ondan əvvəllər də mövcüd olmuĢdur 

[55, s.10-11]. Lənkəranda “realnı məktəb” hələ 1856-cı ildə yaradılmıĢdı [55, 

s.14] və Qasirin “defad” tarixindən məlum olur ki, o bu məktəbdə düz 16 il 

sonra  dərs  deməyə  baĢlamıĢdı.Deməli,  Qasirin  1883-1892-ci  illər  arasında, 

70-80 yaĢlarında hansı məktəbdəsə yenicə müəllimlik fəaliyyətinə baĢlaması 

fakt kimi qəbul oluna bilməz. O, Lənkəranda müəllimliyə bu tarixlərdən çox-

çox əvvəllər baĢlamıĢdır. 

Ə.  Müznibin  arxivindəki  qeyddən  məlum  olur  ki,  “Qasir  əvvəllər  çox 

çalıĢır  Lənkəranda  bir  məktəb  aça,  binasızlıq  və  qüvvəsinin  çatmamasından 

mümkün edə bilməyir. Bu iĢdən xəbər tutan Mehmandarov Mirzə Sadıq bəy 

Qasiri  öz  yanına  çağırır və  ona  xüsusi  məktəb  açmaqdan  ötəri  kömək  edir” 

[91].  BaĢqa  müəllif  göstərir  ki,  “bir  mərtəbədə  ki,  öz  iĢ  otağını  Mirzə 

Ġsmayıla  verib,  o  da  orada  həmən  Mirzə  Sadıq  bəyin  oğlanlarına  təlim  və 

tərbiyə edibdir və sair ətfallardan orada cəm olub, həqiqətdə bir məktəbxana 

bina  olubdur”  [97].  Digər  tədqiqatçılar  qeyd  edirlər  ki,  “Qasir  əvvəl 

Lənkərandakı öz evində məktəb açır, sonra Mirzə Sadıq bəy Mehmandarovun 

sarayında onun öhdəsinə 50-yə qədər uĢaq verilir” [57]. 

Bütün bu məlumatların xronologiyasını tərtib edərək, Qasirin pedoqoji 

fəaliyyətinin  tarixçəsini  Mirzə  Ġsmayıl  Qasir  Lənkərana  köçəndən  sonra  bir 

müddət  buradakı  köhnə  “müsəlman  məktəblərində”  məktəbdarlıq  edir.  ġer 

yaradıcılığından  da  görünür  ki,  həmin  illərdə  çox  yoxsul  vəziyyətə  düĢür, 

günü  “ah-vayla”,  “qıĢı  odunsuz”  keçir.  Bir  tərəfdən,  mədrəsənin  gətirdiyi 

kasıbçılıq  onu,  yəqin  ki,  öz  maddi  vəziyyətini  sahmana  salmaq  üçün  yollar 

aramağa  məcbur  edirsə,  ikinci  tərəfdən,  buradakı  tədris  üsulunun  geriliyi 


MİRZƏ İSMAYIL QASİR  - 210

46 


artıq kamillik yaĢına dolmuĢ və öz fərdi müəllimlik təcrübəsi olan mütərəqqi 

fikirli ziyalını yeni məktəb yaratmaq fikrinə salır: artıq köhnə mədrəsə onu nə 

maddi, nə də mənəvi cəhətdən qane etmir. 

Mirzə  Ġsmayıl  əvvəlcə  öz  evində  dərs  deməyə  cəhd  göstərir.  Lakin 

Ģəraitin  olmaması  səbəbindən,  bu  məsələdən  xəbər  tutan  himayədarı  Mirzə 

Sadıq bəy Mehmandarovun təklifini qəbul edərək, onun imarətində oğlanları 

Ġbrahim  bəy,  Ġsaq  bəy  və  Səməd  bəyə  dərs  deməyə  razılaĢır.  Lakin 

Mehmandarov  qardaĢlarının  təvəllüd  tarixləri  1852-1858-ci  illərə  aiddir  və 

deməli, Qasirin yeni məktəb yaratmaq cəhdləri ən azı 60-cı illərin əvvələrinə 

təsadüf  edir.  Görünür,  hər  halda  Qasir  öz  istəyini  Mehmandarovun 

təklifindən  bir  neçə  il  əvvəl  həyata  keçirə  bilmiĢ,  lakin  maddi  imkansızlıq 

onun  açdığı  məktəbin  köməksiz  inkiĢaf  etməsinə  mane  olmuĢdur.  Mirzə 

Sadıq  bəy  iĢə  qarıĢandan  sonra  isə  Qisir  məktəbi  artıq  möhkəmlənmiĢ, 

Lənkəran mühitində maarifçiliyin yeni ocaqlarından birinə çevrilə bilmiĢdir. 

Tədqiqatçılar  haqlı  olaraq  Qasirin  pedaqoji  fəaliyyətinə  çox  yüksək 

qiymət  vermiĢlər.  A.Abdullayev  onu  Lənkəranda  yeni  məktəblərin  ilk 

yaradıcısı  hesab  edir  [1,  s.76].  Faktlar  göstərir  ki,  Qasirin  yaratdığı  “bu 

məktəb  öz  tədris  üsuluna  görə  Seyid  Əzimin  ġamaxıda  açdığı  məktəbə  çox 

oxĢayır.  Burada  dünyəvi  elmlər  də  tədris  olunurdu.  Azərbaycanda  xalq 

maarifinin  inkiĢafında  və  pedaqoji  tariximizdə  S.Əzim  hansı  mövqedədirsə, 

cəsarətlə demək olar ki, Qasir də bir maarif xadimi kimi ondan geri qalmır” 

[14]. 


Qasir  məktəbinin  “üsuli-cədid”  üzrə  iĢlədiyini  [34,  s.39],  onun  həmin 

məktəbdə  bir  sıra  tədris  yenilikləri  tətbiq  etdiyini  ayrı-ayrı  axtarıĢ  və 

tədqiqatlar  aĢkarlamıĢdır.  Təbiidir  ki,  “Fövcül-füsəha”  kimi  qüdrətli  bir 

məclis  yaratmıĢ  Ģair  və  müəyyən  pedaqoji  təcrübə  toplamıĢ  müəllim  kimi, 

özünün  minbir  əzabla  təsis  etdiyi  məktəbin  iĢində  də  Qasir  öz  dövrünün 

mütərəqqi  metodlarına  müraciət  etmiĢ,  Ģagirdlərində  Ģeirə-sənətə,  oxuyub-

öyrənməyə dərin həvəs aĢılamıĢdır. Salman Mümtazın arxivindəki qeydlərdə 

göstərilir ki, hətta Qasir “Ģeir, mədrəsədarlıq etməklə bərabər, öz mədrəsəsini 

yeni  Ģair  qüvvələri  hazırlamağa”  [93]  da  həsr  etmiĢdir.  Bu  maraqlı  və 

inandırıcı  faktdır,  çünki  “Fövcül-füsəha”  baĢçısının  yeni-yeni  ədəbiyyat 

həvəskarları,  Ģairlər  yetirməyə  mənəvi  ehtiyacı  vardı.  “Qasir  dərs  zamanı 

bəzən bədahətən gözəl Ģerlər söylər və Ģagirdlərə 

yazdırardı” [57]. 


MİRZƏ İSMAYIL QASİR  - 210

47 


Mirzə  Ġsmayıl  Qasirin  Lənkəranda  pedaqoji  fəaliyyəti  haqqında 

məlumatlar əsasən ölümündən çox-çox sonralar toplanmıĢdır. Onun Ģagirdləri 

arasında aparılmıĢ axtarıĢlar göstərmiĢdir ki, Qasir XIX əsrin ən diqqətəlayiq 

və  mütərəqqi  fikirli  ziyalı  müəllimlərindən  biri  olmuĢ,  tələbələrinin 

yaddaĢında  “çox  arif  bir  Ģəxs,  hazırcavab  və  ustad  bir  müəllim”  [14]  kimi 

qalmıĢdır.  “60-cı  illərdə  80  yaĢlı  Ġmamverdi  ġahbaz  oğlu  Kələntərlidən 

(Qasirin  Ģagirdi  olmuĢdur)  onun  haqqında  maraqlı  söhbətlər  eĢitmiĢdik: 

“Mirzə Ġsmayıl müəllim Ġrandan gələn çərəkələri bəyənməzdi. Hətta özünün 

tərtib  etdiyi  çərəkəyə  də  yenidən  tənqidi  yanaĢar  və  ona  düzəliĢlər  verərdi” 

[57].  Qasir  “üsuli-cədid”  məktəbinin  müəllimi  kimi  yaxĢı  baĢa  düĢürdü  ki, 

imperiyada  əski  əlifba  ilə  kitab  və  dərslik  çapı  müĢkül  məsələ  olduğu 

səbəbindən  Ġrandan  gətirilən  dərs  vəsaiti  baĢlıca  olaraq  “üsuli-qədim” 

mədrəsələri  üçün  nəzərdə  tutulurdu,  bu  isə  müəllim-Ģairin  pedaqoji 

prinsiplərinə uyğun gəlmədiyindən təshih olunmalı idi. Məlumdur ki, “üsuli-

qədim”  təhsil  sistemində  yalnız  Qur’ani-kərimin  öyrədilməsi  və  müxtəlif 

(əsasən  Ġran-fars)  ġərq  Ģairlərinin  Ģerlərinin  əzbərlədilməsi  kifayət  edirdi. 

Qasir  isə  yalnız  bunlarla  keçinə  bilməzdi.  Məsələn,  o,  ənənəvi  təhsil 

haqqında görüĢləri sarsıdaraq, öz məktəbində bir sıra yeniliklər tətbiq etməyə 

cəhd  göstərirdi:  “Mərhumun  üsuli-tədrisi-ətfalda  baĢqa  səng  və  səliqəsi  var 

idi. Məsələn, məktəbə Qur’an gətirmək tamam zidd olub, uĢaqlara bir növ ilə 

təlim  edərdi  ki,  uĢaq  öz-özünə  Qur’an  oxuya  bilirdi.  Necə  ki,  öz  uĢaqları 

əbədən Qur’an dərsi oxumayıb və hamısı Qur’an oxuyandırlar” [97]. Bundan 

baĢqa,  məlum  olmuĢdur  ki,  Qasir  özünün  məktəbində  dərsdən  tənəffüsə 

çıxarkən dua verilməsi kimi ənənəni ləğv etmiĢ, Lənkəran məktəblərində ilk 

dəfə zəng vurulması qaydasını tətbiq etmiĢdir (bu, etiraz doğursa da, tədricən 

öz yerini qoruya bilmiĢdi). 

Mirzə  Ġsmayılın  yenilik  uğrunda  apardığı  mübarizə,  həmçinin  qeyd 

etməmək  olmaz  ki,  Mehmandarov  kimi  Ģəxsiyyətin  himayəçiliyi  tezliklə 

onun  nüfuzunun  yüksəlməsinə  və  Qasir  məktəbinin  məĢhurlaĢıb  xalq 

tərəfindən  qəbul  edilməsinə  səbəb  olmuĢdur.  Artıq  “Odun”  Ģerindəki 

məktəbdarlıqdan  Ģikayət  motivləri  öz  yerini  ruh  yüksəkliyinə  verir  və  biz 

onun farsca “ġərhi-hal”ında oxuyuruq: 

Fars dilindən, Ģəriətdən, bir də Ģe’r-sənətdən, 

Dərs deyərdim bülbül gülü səsləyərkən astadan. 



MİRZƏ İSMAYIL QASİR  - 210

48 


Burda gözəl məktəb açdım tez yığıldı baĢıma 

Elmin əlli pərvanəsi-oxumağa can atan. 

“ġeirdən  aydın  olur  ki,  onun  məktəbində  50  nəfər  Ģagird  oxuyurmuĢ. 

Doğrudan da, bu Ģagirdlərdən çoxu gələcəkdə Azərbaycanın ictimai-siyasi və 

mədəni həyatında fəal iĢtirak edən qabaqcıl ziyalılar oldular” [39, s.6]. 

Nəhayət, 

Mirzə 

Ġsmayıl  Qasirin  Azərbaycanın  ilk  “cədid” 



dərsliklərindən  birini  yazması  faktı  da  pedaqogika  tariximiz  baxımından 

maraq doğurur. 

ġərqĢünas  B.V.Millerin  məlumatına  görə,  hələ  1860-cı  illərdə  Mirzə 

Əsədulla,  Mir  Ġbrahim  bəy  və  Mirzə  Ġsmayıl  Qasir  talıĢ  dilinin 

qrammatikasına  aid  bir  kitab  tərtib  edir  və  onu  çap  etdirmək  üçün  Mirzə 

Fətəli  Axundovla  birgə  Lənkərana  gəlmiĢ  akademik  B.A.Dorna  verirlər. 

Lakin  naməlum  səbəblər  üzündən  həmin  dərslik  çap  olunmamıĢ  qalır  və 

hazırda 


əlyazma 

halında 


Sankt-Peterburq 

Universitetinin 

əsaslı 

kitabxanasında  Orientalia  №  932  Ģifrəsi  altında  mühafizə  edilir  [68,  s.17]. 



Güman  etmək  olar  ki,  məhz  bu  dərsliyin  tərtibində  iĢtirak  etməsi  də  Qasirə 

Lənkəranın  “üsuli-cədid”  məktəbləri  üçün  yeni  tipli  dərslik  hazırlamaq 

ideyasını  verir.  Nəhayət,  1894-cü  ildə  Mirzə  Ġsmayıl  Qasir  (artıq  bu  dəfə 

müĢtərək müəllifsiz) fars dilinin qrammatikasına aid “Qanuni-Mirzə Ġsmayıl 

Qasir”  adlı  bir  dərslik  yazır.  Əlyazma  halında  olan  bu  kitab  tezliklə 

məĢhurlaĢmıĢ,  “Qasirin  dövründə  də,  ondan  sonra  da  uzun  müddət 

Lənkəranda  və  onun  ətrafında  olan  məktəblərdə  ən  çox  iĢlənən  bir  dərslik 

olmuĢdur.  Dərslikdə  yenilik  ondan  ibarətdir  ki,  höccələmə  üsulu  islah 

olunmuĢ,  hərflər  nisbətən  köhnə  adları  ilə  deyil,  söz  daxilində  verdiyi  səslə 

göstərilmiĢdir”  [57].  Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  Lənkəran 

məktəblərinin dərslikləri arasında kiçicik bir “inqilab” kimi qarĢılanıb, qəbul 

edilmiĢ  bu  dərslik,  yəqin  ki,  ayrı-ayrı  mirzələr  və  Ģagirdlər  tərəfindən 

köçürülməsinə baxmayaraq, bir kitab halında bizə gəlib çatmamıĢdır. Hazırda 

Qasirin  irsi  içərisində  “Qanun”un  ayrı-ayrı  vərəqləri  qalmıĢdır:  Əlyazmalar 

Ġnstitutunda  Fr-1266  Ģifrəsi  altında  saxlanılan  Qasir  fondunda  (II  dəftərdə) 

32b,  38b  və  (VII  dəftərdə)  1b-3a  vərəqləri,  həmçinin  B-1546/3183  Ģifrəsi 

altında  saxlanılan  Ģerləri  içərisində  daha  3  pərakəndə  vərəq  “Qanuni-Mirzə 

Ġsmayıl Qasir”dən qalmadır.  



MİRZƏ İSMAYIL QASİR  - 210

49 


Beləliklə, Qasir fərdi üsulla varlı evlərdə dərs demiĢ, Lənkəran mədrəsə 

və məktəblərində müəllimlik etmiĢ, özü böyük müvəffəqiyyətlərə nail olmuĢ 

məktəb  açmıĢ,  dərsliklər  yazmaq  sahəsində  fəal  mövqe  tutmuĢdur.  Bütün 

bunlar,  Mirzə  Ġsmayıl  Qasirin  təkcə  Ģair,  yeni  dövr  ədəbiyyatımızın 

təĢəkkülündə mühüm rol oynamıĢ Ģəxsiyyət deyil, həm də kamil bir pedaqoq 

olduğunu  əyani  nümayiĢ  etdirir,  Azərbaycanın  mədəni-maarif  mühitinin 

tərəqqisində onun iĢtirakını yüksək qiymətləndirməyə imkan verir. 


Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin