MİRZƏ İSMAYIL QASİRİN SƏNƏTKARLIQ
XÜSUSİYYƏTLƏRİ
Hər hansı bir ədəbi simanın sənətkarlıq xüsusiyyətlərindən danıĢmaq
üçün onun təqdim etdiyi bədii qəhrəmanlar pleyadasını səciyyələndirmək,
bədii söz ustasının nəsihətamiz-didaktik aforistikası ilə tanıĢ olmaq, onun
iĢlətdiyi bədii ifadə vasitələrini, faydalandığı qaynaqları aĢkara çıxarmaq və
nəhayət, dil və üslub xüsusiyyətlərini təhlil etmək lazımdır.
Mirzə Ġsmayıl Qasir yaradıcılığının çoxsahəli olduğunu əldə əsas
tutaraq, onun təkcə lirik qəhrəmanlarının deyil, satirik qəhrəmanlarının da
kim olduğu ilə maraqlanmalı, Qasir qəhrəmanlarının ümumiyyətlə
Azərbaycan ədəbiyyatında mövqeyini açıqlamalı oluruq.
QASĠRĠN SATĠRĠK QƏHRƏMANLARI
Adətən, ədəbiyyatĢünaslar poeziyada “qəhrəman” anlayıĢı altında
poeziyada lirik qəhrəmanı tanıyırlar. Kifayət qədər lirik Ģerlər yazmıĢ Qasirin
də lirik qəhrəmanını ön plana çəkmək olardı. Lakin o, baĢlıca olaraq, satirik
MİRZƏ İSMAYIL QASİR - 210
81
Ģair kimi məĢhur olduğundan birinci növbədə satirik qəhrəmanlarına diqqət
yetirməli oluruq, çünki satirik qəhrəmanları Qasir yardıcılığında da, satirik
Ģair kimi qəbul olunmuĢ Mirzə Ələkbər Sabir yaradıcılığında olduğu kimi,
aparıcı roldadır.
Ümumiyyətlə, müqayisə etdikdə də aydın olur ki, Qasirin satirik
qəhrəmanları lirik qəhrəmanlarından sayca çoxdur. Qasir lirikasının hər bir
qəhrəmanı daha çox bir-birini təkrarlayırsa, onun satirik tipləri, əksinə, daha
çox cürbəcürlüyüilə, növbənövlüyü ilə fərqlənirlər. Əgər Qasir satirik olmasa
idi, yəqin ki, öz yaradıcılığında yalnız klassikanı təkrarlayan “epiqonçu
Ģairlər” dövründə bir o qədər də nəzər-diqqəti cəlb edə bilməzdi və əslində
Qasirin ədiblik qüdrətinin meyarı məhz elə onun satirasıdır, satirik
qəhrəmanlarıdır.
Ġkinci tərəfdən, Mirzə Ġsmayıl Qasir satiralarının, demək olar ki, hamısı
ana dilində yazılmıĢdır. Onun farsca əsərləri böyük əksəriyyət etibarilə
lirikadır. Azərbaycan dilinin tarixi inkiĢaf mərhələlərinə həm elmi, həm də
kütləvi maraq göstərilən müasir dövrdə isə tədqiqatçı istər- istəməz anadilli
ədəbiyyata daha həvəslə üz tutur: farsdilli nümunələr ancaq
ədəbiyyatĢünaslıq üçün cazibədar olduğu halda, anadilli Ģerimiz bütövlükdə
milli-filoloji əhəmiyyət kəsb edir. Qasir özü də, “Fövcül-füsəha”nın baĢqa
üzvləri də yaxĢı baĢa düĢürdülər və öz təcrübələrində də əmin olmuĢdular ki,
“türk dilində yazılan həcviyyatın misli və bərabəri nəinki fars lisanında,
bəlkə, heç bir lisanda tapılmaz” [23,s.82]. Məhz buna görə də Mirzə Ġsmayıl
Qasir ara-sıra fars dilində lirik Ģerlər yazırdısa, satirik əsərlərini yalnız ana
dilində yaratmağa üstünlük verirdi. Bu gün bizim üçün də Qasirin anadilli
satiralarının qəhrəmanları daha öncə maraqlıdır.
Qasirin satirik qəhrəmanları müxtəlif cür səciyyələndirilə bilər. Bu
Ģairin satirik mövzularının rəngarəngliyi ilə bağlıdır. Belə ki, Qasir ayrı-ayrı
Ģəxslərə yazdığı həcvlərdə və ya mənzum məktublarda, konkret hadisələrlə
əlaqədar satiralarda, zəmanənin, o dövrkü Azərbaycan mühitinin,
yaranmaqda olan yeni ictimai-iqtisadi münasibətlərin qamçılanmasına və
ifĢasına həsr olunmuĢ əsərlərində bir-birindən həm zahirən, həm daxilən
seçilən satirik tiplər təqdim edir. Qasir öz qəhrəmanlarının “cildinə girmir”,
heç bir tipin dli ilə danıĢmır, sadəcə olaraq, kənardan bir müəllif kimi onları
təqdim, təsvir edir, ələ salır, söyür – bu yolla ifĢa edir və yaramaz cəhətləri
qamçılayır. O ancaq üçüncü Ģəxsi təqdim edir ki, bu da XIX əsr satiralarının
MİRZƏ İSMAYIL QASİR - 210
82
ənənəvi məzmun strukturuna müvafiq gəlir – bu struktura ilk yeniliyi sonralar
Sabir gətirir.
Qasir satiralarında əsas yer konkret olaraq öz dövrünün ayrı-ayrı
Ģəxsiyyətlərinə məxsusdur. ġairin mənzum satirik məktubları (həcvləri) istər
Ģəxsən tanıdığı və hətta bir müddət dostluq etdiyi adamların, istərsə də Ģəxsən
görüĢmədiyi, ancaq dövrünün məĢhur Ģəxsiyyətlərinin ya bütövlükdə, ya da
ayrı-ayrı naqis əlamətlərinin tənqidinə və ifĢasına həsr olunmuĢdur.
Ümumiyyətlə, qeyd edək ki, Qasirin bu cür Ģerlərini iki qismə ayırmaq olar:
onların əksəriyyəti satirik, bir neçəsi isə xəfif zarafatla yazılmıĢ yumoristik
əsərdir. Buradan da Mirzə Ġsmayıl Qasiri Azərbaycan poeziyasında
yumoristik əsərlərin ilk yaradıcısı hesab etmək olar.
Qasir satiralarında (eləcə də yumoristik Ģerlərində) Molla Fəttaha,
ġirvanĢaha, Qafil ġirvaniyə, Mir Əhməd xana, ġirəli bəyə və b. müraciət edir,
Tağıyev, Nağıyev, Hacı Hacağa kimi milyon sahiblərinin adlarını
“hallandırır”. “XIX əsrdən etibarən ədəbiyyatımızda yeni ədəbi forma və
janrların, cərəyan və üslubların meydana gəlməsi ilə əlaqədar yeni-yeni bədii
şərtilik (kursiv-A.R.) elementləri meydana gəlməyə baĢlamıĢdır” [15, s.11].
Belə bədii Ģərtilik baxımından yanaĢsaq, onda Seyid Əzim ġirvani kimi
Ģəxsiyyətin də Qasirin satirik qəhrəmanları sırasında (və əlbəttə ki, Qasiri də
Seyid Əzimin satirik qəhrəmanları arasında) görmüĢ olarıq. Yazdığı həcvlər
və mənzum məktublar Seyid Əzim ġirvani, Mirzə Ġsa, Mirzə Əbdüləhəd
Növrəs, AğadadaĢ Müniri, Məhəmmədəli bəy Məcruh kimi Ģəxsiyyətləri,
ġirəli bəy, Nəsir bəy, Hacı Əli, Rəhim bəy, Molla Fəttah, Molla Əli, Usta
Qasım kimi müasirlərini Qasir poeziyasının mənfi və ya müsbət bədii-Ģərti
qəhrəmanlarına çevirmiĢdir.
Məlumdur ki, Qasir daha çox konkret əhvalat və ya hadisələrlə bağlı
satirik və ya yumoristik Ģerlər yazmıĢdır. Seyid Əzim ġirvani ilə bağlı
həcvinin tarixçəsi artıq geniĢ məĢhurdur. Ömrünün ahıl çağlarında
Lənkəranda incik düĢmüĢ Ģair dostlarının köməyiilə Bakıya köçür. Burada
Ģəhərin ədəbi mühiti ilə yaxınlaĢmağa çalıĢan Qasir “MəcməüĢ-Ģüəra”nın
yığıncaqlarında iĢtirak etməyə baĢlayır. Hələ Lənkəranda olarkən özünündə
Bakıdakı pul sahiblərinə “sataĢmsına” baxmayaraq, buraya gələndən sonra
neft sənayesinin yüksəliĢi və məhz milyonçuların himayədarlığı sayəsində
Bakının gün-gündən inkiĢaf edib çiçəklənməyə doğru getdiyini görüb, Seyid
Əzim ġirvaninin Bakı Ģairlərini həcv etməsi xəbərini eĢitdikdə bakılı Ģair
MİRZƏ İSMAYIL QASİR - 210
83
tanıĢlarının təhriki ilə ona mənzum məktub göndərmiĢ və həmin məktubda
Bakını “guĢeyi-cənnətə döndüyünü”, Ģəhərdə mədəniyyətin yüksəldiyini,
məiĢətin yaxĢılaĢdığını öz gözləri ilə gördüyünü bildirmiĢ və Seyiddən öz
mövqeyini dəyiĢməyi rica etmiĢdi:
ġəhrü-Bakü nə demək, mədəni simü zəridir,
Filhəqiqət, görünür, gənci-kohərpərvəridir.
KaĢ hər fənnü hünər, məĢəl hər cövhəridir,
Rübi-məskunda nəziri bu yerin kəmtəridir,
Gündə zahir olu bir ayəti-sən’ət görünür…
Qasir and-amanla Seyidə Bakını tərifləyir ki,
Ġndi Baküdə əcəb nəqlü hekayətlər var,
Yetməz itmamə yazılmaqla rəvayətlər var.
YaxĢı övza pəsəndidə imarətlər var,
Baxısan, dayireyi-Ģəhrə, əlamətlər var,
Qəsri-Bilqeys məqamı Bibiheybət görünür.
Lakin Qasirin Seyid Əzimə bu ilk məktubu “nəsihətamiz tövsiyə”
səciyyəsi daĢıyır və Seyid Əzim burada Qasirin nə lirik, nə də satirik
qəhrəmanı deyil. Görünür, məktubu alan Seyid bunu gözləmədiyindən və
Qasirin “Bakı əhvalatı”na dəxli olmadığını qət etdiyindən və ya hansı baĢqa
səbəbdənsə, ona cavab vermir. Buna dözə bilməyən Qasir “taci-səri,
qibləgahi, sərdari” adlandırdığı Seyidə ikinci məktub – bu dəfə kəskin həcv
yazır. Sonuncu məktubunun bir yerində Qasir həmin məktubların Bakı
Ģairlərinin təhriki ilə yazıldığına iĢarə edir:
Bakı Ģairləri bu nüktədən olcaq hali,
Oldu əhvalları bəs mütəğəyyər, Seyyid.
Ġstədilər yazalar Ģerinə bir özgə cəvab,
Vuralar xırmanuva xiĢmlə azər, Seyyid.
Qoymadım, mən oların əzminə oldum mane,
Behəqi-zövqü səfa, zəmsəvü müĢ’ər, Seyyid.
MİRZƏ İSMAYIL QASİR - 210
84
Çox təəssüflə qeyd etməliyik ki, Qasirin Seyid Əzimə ikinci
məktubunun izləri itmiĢdir. Belə bir məktubun isə yazıldığı Seyid Əzimin
ona cavabından məlum olur. Seyid yazır:
Ġki məktubi-Ģərifin mənə vasil oldu,
Hər birindən yetiĢib çeĢmimə bir can, Qasir…
Qasirin ikinci məktubunun məhz həcv olduğu da bəlli olur:
Təprədib özgəsini, həcvimə tqdam elədin,
Niyə oldun bizə nahəq yerə üdvan, Qasir…
Beləliklə, Seyid Əzim Qasirin ikinci (naməlum) və üçüncü
məktublarının satirik qəhrəmanı yerini tutur. Üçüncü məktubunda Qasir artıq
Seyid Əzimin naməsini aldığını göstəir və həm epitetlərini sadalayır, həm də
onun məktubunda qoyulmuĢ məsələlərə cavab verir. ġerin əvvəlində Qasir
Seyidin “fələki-izzətə əxtər”, “fələk və kəlamı ilə təmas etsə, ali rütbə ola
biləcək bir insan”, “ağayi-süxənvər” olduğunu etiraf edir. Ümumiyyətlə bir-
birinə hörmət edən Ģəxslərin hətta həcvləĢməsində də bir-birini tərifləməsi
halları təəccüb doğurmamalıdır. Belə hallardan Ģer müəlliflərinin
obyektivliyə can atması, tərəf-müqabili bütövlükdə deyil,onun ayrı-ayrı
xüsusiyyətlərini tənqid etməsi aĢkar olur. Təsadüfi deyil ki, tədqiqatçılar
Seyid Əzimin Qasirə yeganə həcvindəki “nadir kəlamlı Ģair”, “Ģer ölkəsinin
Süleymanı” adlandırmasını, onun təvazökarlıqla Qasirə “sən mənim
hökmdarımsan, mən sənin xidmətçinəm” deməsini öz böyük müasirinin
Mirzə Ġsmayıl Qasir Ģəxsiyyətinə ən yüksək qiyməti hesab edirlər.
Seyid Əzimə məktubunda Qasir Lənkəranı tərk edib getməsinin
səbəblərini sadalayır və ona qarĢı düĢmənçilik etmiĢ Lənkəran Ģairlərinin də
bunda günahkar olduğunu söyləyir:
ġüərada yox imiĢ qeyrətü namusü ədəb,
Ġtkimibir-birininənginiçeynər, Seyyid…
Seyid Əzim öz həcvində Qasirin bakılı Ģairlərin təsiri altına düĢüb,onu
tənqid etdiyini və Lənkəran kimi bir yeri qoyub,ev-eĢiyini buraxıb, Bakıya
MİRZƏ İSMAYIL QASİR - 210
85
köçməsini qınayır, onun tezliklə Lənkərana qayıtmasını tövsiyə edir. Qasir
Seyidə cavabında yazır:
Bakü Ģəhri atamın, ya babamın yurdu deyil
Ki, təssüblə deyəm cənnətə bənzər, Seyyid.
Leyk insaf məqamında bəsi dayirdir,
Olmaz aləmdə belə xüttəvü bəndər, Seyyid…
Beləliklə, Ģair Bakıya nisbətdə insaflı olmağı və “Bakı əhlinə hamı xər”
yazmamağı məsləhət görür. Bununla yanaĢı, Qasir bu Ģerində Seyid Əzim
ġirvaniyə qarĢı öz dostluq hisslərini də açıqlayır və ona yazdığı həcvin ürək
dostluğuna heç bir dəxli olmadığını boynuna alır:
Seyyida, qəlbdə hər kim sənə düĢmən olsa,
DüĢmən olsun o kəsə saqiyi-kövsər, Seyyid.
Beləliklə, Qasirin Seyid Əzimə əlimizdə olan məktubunda Seyid
Əzimin əsasən Bakıya və bakılı Ģairlərə olan münasibəti pislənmiĢ olsa da,
Seyid Əzim burada bütövlükdə satirik tip səviyyəsinə qaldırılmır (və ya bu
səviyyəyə qədər alçaldılmır). Halbuki Qasir Qafil ġirvaniyə yazdığı həcvdə
Seyid Əzim ġirvanini ən mənfi tip kimi səciyyələndirir və hətta dolayısı ilə
Qafillə yanaĢı Seyidi də təhqir edir.ġerin məzmunundan məlum olur ki, Qasir
Seyid Əzimə ilk iki məktubunu yazandan sonra Qafil ġirvani öz həmyerlisi
və dostu Seyidi müdafiə etmək üçün Qasirə tənə dolu məktub göndərmiĢdir.
Görünür, Seyid ağsaqqal Qasirə müəyyən vaxt həcv-cavab yazmaq
istəməmiĢ, onun dostları bu iĢi öz üzərlərinə götürmüĢlər. Lakin Seyid Əzim
ġirvani kimi daha məĢhur bir “novcəvan” Ģəxsiyyətin ona Ģer yazmasını
səbirsizliklə gözləyən Qasir Qafil ġirvaninin ortaya düĢməsindən hirslənmiĢ,
“Qafili Seyidə, Seyidi Qafilə qataraq” hər ikisini həcvlə damğalamıĢdır.Artıq
bu həcvdə Seyid satirik tipdir:
Guyiya Seyyid Əzimə eybi yazmaq eybidir,
Onda var sadatlığından çox Ģəmail, bihəya!
Biz nə bürhanla ona övladi-peyğəmbər deyək,
Mürtəzadan onda var hansı xəsail, bihəya?!
MİRZƏ İSMAYIL QASİR - 210
86
Ləğvi söylər, xümr içər, ruzə yeyər, qılmaz namaz
Nəqqidən iğmaz edüb, eylər təcahül, bihəya!
Siz məgər Seyyid bilib, görcək edərsiz e’tiqad,
Olsa hər bir kimsənin qurĢağı yaĢıl, bihəya!
Göstərilən həcvin əsas satirik obrazı Qafil ġirvani özü olsa da, Qasir
burada onunla birgə Seyid Əzimdən baĢqa, ona ġamaxıdan Ģer göndərmiĢ
Bixud və Məzlum təxəllüslü Ģairləri də açıq-aĢkar təhqir edir:
EyolanġirvanaraməĢhurQafilbihəya,
Həqqiinkareyliyənməl’unucahilbihəya!..
Qəflətindənəhli-qəflətQafilolmazmütləqa,
BixudolBixudkimigah-gahayıl, bihəya!..
Mərhəba, Məzlumabax, elmöyrənib, Ģair çıxıb,
OlmuĢimiĢbuneçəmüddətdəfazilbihəya!..
AdınıMəzlumqoymuĢ, leykçoxzalimdürür,
Həcvəyetərsibqətedibhardanbukahil bihəya!..
Beləliklə, Ģerin əsəbi tonundan duyulur ki, Qasir Seyidə yazdığı
məktubların cavabını Seyiddən gözləmiĢ, Qafil, Məzlum, Bixud təxəllüslü
“iqtidarsız” ġirvan Ģairlərinin məsələyə müdaxilə etməsindən narazı qalaraq,
Seyid Əzim qarıĢıq onların hamısını çox kəskin satira atəĢinə tutmuĢdur.
ġairin konkret hadisələrlə bağlı satirik əsərlər yazması onun özünün
əlyazmalarda etdiyi kiçicik qeydlərdən də aydın olur. Məsələn,bir dəfə
Bakıda Münirinin mənzilindəki Ģer məclisində Ģirvanlı bir Ģair öyünərək
özünü ġirvanĢahi adlandırmıĢ və bu, Qasirin xoĢuna gəlməmĢdi. Həmin
əslində zəif Ģairi həcv edən Qasir Ģerinin əvvəlində farsca göstərir ki: “Bakıda
əhli-ürfanlardan AğadadaĢ bəyin otağında ġirvan əhlindən bizimlə müsahib
olan bir qoca özünü ġirvanĢahi adlandırdı. Zərafət və dostların vaxtının xoĢ
keçməsi cəhətincə müĢar əleyhlə ĢerləĢdik. Buraya yazılan bu dörd parça o
cümlədəndir” [24, s.57].
Qasir burada yekəxanalıq edib, özünü bir belə cah-cəlallı təxəllüsə
layiq görmüĢ Ģairin lovğalığını ələ salır:
MİRZƏ İSMAYIL QASİR - 210
87
Nə ki bir qeyrisi adını qoyub ġirvanĢah,
Götürüb bir təbəqə kağıza ġahnamə yazıb…
Məlum olur ki, əslində bu, aĢağı savada malik, “əfsanəsüxən” yazanın
biri imiĢ:
Sözləri ləng tamamən hamısı ləğv cəfəng,
Bilmirəm kimdi bu,hardan gəlib əyyamə, yazıb…
Gözü görmüb, yazıb imla ilə inĢani qələt,
Görəsən ya ki yazanda düĢüb axĢamə,yazıb…
Burada Mirzə Ġsmayıl Qasirin savadsızlığa, kəmsavadlığa və buradan
meydana gələn təkəbbür və lovğalıq kimi naqis hərəkətlərə münasibəti özünü
büruzə verir, Ģairi və pedaqoqu belə səciyyələrə nifrət edən bir insan kimi
gözümüz önündə canlandırır.
Qasirin “Fövcül-füsəha” Ģairlərindən olmuĢ Molla Fəttaha aid həcvləri
də konkret bir əhvalatla bağlıdır.ġair Ģerlərindən birində göstərir ki, Molla
Fəttah onun “pulunu yemiĢdir” və bu Qasirə o qədər təsir edir ki, hətta
baĢqalarını söyüb həcv etdiyi Ģerlərində belə, birdən-birə Molla Fəttahı yada
salıb, satirik qəhrəmanını ona bənzədir:
Sənə nifrin edir, pulun yemisən,
Qüdə Seyyid qalıb lütan, molla…
Molla Fəttahi tanır hər kimi dindirsən əgər,
Neçə illərdi lotu hər ili bir rəngə düĢüb…
Molla Fəttah məni aldatdı qamıĢdan ötrü,
Ġki-üç ildə onunla iĢimiz cəngə düĢüb…
Molla Fəttahı tapın, CamuĢaban kəndi ara,
Neçə müddətdi salıb özünü anbarə birə…
“Fövcül –füsəha” üzvlərindən ġirəli bəyə yazdığı yumorisik bir Ģeri də
konkret hadisə ilə bağlıdır. Burada bir qumar məclisi təsvir olunur. Qasir,
ġirəli bəyin dəvəti ilə Nəsir bəyin evinə “qonaqlığa” gedib çıxıbmıĢ. Sonra
məlum olur ki, burada qonaqlıq deyil, bəylər yığıĢıb qumar oynayırmıĢ.
Qərəz, məclis qızıĢır, səhərəcən bəylər oynayır, Qasir acqarına oturub qalır.
MİRZƏ İSMAYIL QASİR - 210
88
Ona getməyə icazə vermirlər. Özü isə “indicə yemək gələcək” ümidi ilə
təsəlli tapır: sübhədək nə yemək, nə içmək gəlir.
Həmin Ģerində Qasir çox orijinal bir üsula əl atmıĢ, gözəl bir səhnə
yaratmıĢdır. Qasirin təsvir etdiyi bu səhnəni ölməz Üzeyir bəyin “O olmasın,
bu olsun” komediyasındakı məĢhur qonaqlıq səhnəsi ilə müqayisə etmək
olar:
Qasir, birisi ġirəli bəy, Hacı Əli, Rəhim bəy,
Mirbağır xau, Mir Musa xan, Kəbəlayi Əsədulla,
Ağahacı Əli, Mirzə Ġbadulla bəy, ev sahibi Nəsir bəy
və baĢqaları, cəmi on dörd nəfər.
Çay olub sərf ki, insafən əcayib çay idi…
Sonra “ortalığa ehsan gəlməsini” gözləyən Qasirin gözləri nigaran
qalır:
Diksinirdim açılanda qapı, mən biçarə,
Eylə bildim gətirir əlsuyu guya Qurban…
“Toxun acdan xəbəri olmazmıĢ”. Ac olduğu üçün durub getmək istəyən
Qasiri ev sahibi, “eyib” sayıb, qoymur ki, “məclisi” tərk eləsin:
Əlqərəz, bu gecə üç dəstə olubdur həzərat,
Çəkib asnası, töküb pulu, qızıĢdı meydan…
QızıĢıb xəlq qumarə gecə keçdi yarıdan,
Az qalıb sübh ola, çəkdi xoruzlar hamı ban…
Bu səhnədə Lənkəran və ümumiyyətlə Azərbaycan varlılarının eyĢ-iĢrət
və qumar məclisləri ilk dəfə kənar, “ac” adamın gözləri ilə təsvir olunur və
bütövlükdə Azərbaycan poeziyası tarixində ilk dəfə bu qədər çox surətin
iĢtirak etdiyi mənzərə təqdim olunur. Qasirdən baĢqa (Sabirə qədər) heç bir
Ģair eyni bir otaqda bu qədər Ģəxsin cəmlənməsini və bundan irəli gələn
səhnəni canlandırmamıĢdır. Qasir burada bir məclisin kiçicik ssenarisini
yazmağa, hər kəsin rolunu və hərəkətlərini aydın təsvir etməyə müvəffəq
olmuĢdur. Lakin, görünür, həm hər gün durub-oturduğu tanıĢları olduğu
MİRZƏ İSMAYIL QASİR - 210
89
üçün, həm də hər halda Lənkəranda mötəbər varlılardan olduqları üçün Qasir
onları satira atəĢinə tutmağa cürət etməmiĢ, sadəcə olaraq, emosiyasız
yanaĢaraq, maraqlı bir yumoristik Ģer yaratmıĢdır. Qasir yalnız bir yerdə “bir
verməzdi o məclisdə bir abbası Ģətəl” deyə, acından gözü qaralan bir adamın
mızıltısı ilə Ģikayətlənir, ancaq Ģerin sonunda ona zülm etdikləri üçün
bəylərdən cərimə haqqı istəyir:
Pəs gərək oynayan əĢxas cərimə çəkələr,
Hərəsi bircə manat, olmaya hərgiz nöqsan.
Beləliklə, Ģairin özü qarıĢıq obrazlar sistemi yaradılır ki, bu da milli
ədəbiyyatımızda diqqəti çəkən yenilik sayılmalıdır.
Qasirin satirik qəhrəmanlarının bir hissəsini də konkret Ģəxslər deyil,
ümumiyyətlə, mollalar, saysızhesabsız mal-dövlət sahibləri, bahalıq yaradan
tacirlər, cəhalətpərəst qüvvələr, alayarımçıq Ģairlər, Ģəhər qazıları, ona “babi”
adı verən “kiĢilər” və b. təĢkil edirlər.
Qasir öz Ģerlərindən bəzilərində hər Ģeyi açıq yazmır, alleqoriya
ünsürlərindən istifadə edir. Misal üçün, ilk baxıĢda yumoristik Ģer təsiri
bağıĢlayan “Birə” satirasında həqiqətdə öz Ģəxsi düĢmənlərinin səciyyəsini
verir:
Ey haramzadeyi-bədfel, üzü qarə birə,
Bədkəhər, xuni-siyah, zülmilə xunxarə birə!
Mar ilə əqrəbi dəf eyləməyə vardır əlac,
Hərçi tədbir edirəm, yoxdu sizə çarə, birə!..
De görüm, mənlə nədir bir belə Ģəxsiqərəzün,
Nə edibdir sizə bu Qasiri-biçarə, birə?!
Bu Ģerin ruhu və müraciət forması Ģairin “kiĢilərə” müraciətdə dediyi
Lənkəranda görəsən mən kimə naxoĢ demiĢəm,
Ya kimin kasəsinə, kisəsinə boĢ demiĢəm?!
MİRZƏ İSMAYIL QASİR - 210
90
misralarını bir daha yada salır. Burada satirik qəhrəman sadəcə dırnağın ucu
ilə əziləcək birə deyil, əslində vaxtı gələndə “hər biri əqrəbü Ģahmarə dönən”,
üzdə özünü dostgöstərib, arxada Qasirə düĢmən olanlardır.
Kapitalist münasibətlərinin yavaĢ-yavaĢ Azərbaycana yol tapması
burada yüzillər boyu təĢəkkül tapmıĢ ictimai münasibətləri aradan çıxarmağa
və varlı ilə yoxsul arasında ziddiyyətli uçurumun peyda olmasına təkan
vermiĢdi. Belə bir vəziyyətdə Qasir də pul yığmaq ehtirasına mübtəla olmuĢ,
lakin camaatı yaddan çıxarmıĢ dünənki bəyləri, dövlət adamlarını tənqid edir,
onları rəiyyətin də halına yanmağa dəvət edir:
Dövlət əhli özünə cəm qılıb rahi-məaĢ,
Tökülüb kasibi-biçarələrin baĢına daĢ…
Dövlət əhli, girəvə vəqtidi, dövlət qazanır,
Molla biçarə zəkat istəsə, töhmət qazanır…
Bu təəccübdü ki, bir dəstə gəlibdir əmələ,
Hacı filan, filan nəstə gəlibdir əmələ…
Qasir yaradıcılığında pula və kapitala münasibətin formalaĢmasmı onun
satiralarının cansız qəhrəmanlarından birini də pulda axtarmağa sövq edir.
QASĠRĠN LĠRĠK QƏHRƏMANLARI
“Bizim klassik poeziyamızda bir qayda olaraq həmiĢə mütəfəkkir, bir
aĢiq kimi danıĢmıĢdır” [12, s.98]. Buna görə də hər hansı klassik Ģairin
təfəkkür dünyasını araĢdırmaq üçün onun aĢiqanə lirik poeziyasını
araĢdırmaq vacibdir. Lirik poeziyanın əsasında isə lirik qəhrəman durur.
Qasir lirikasında və həmçinin lirik qəhrəmanının timsalında orta əsrlər
Azərbaycan lirikası ənənələrinin davamı özünü bariz göstərsə də, digər
tərəfdən, bu lirikada və qəhrəmanların səciyyəsində biz X1X əsrin ictimai-
siyasi mühitindən irəli gələn bir sıra məziyyətləri də tapmıĢ oluruq.
''XV11-XV111 əsrlərdə olduğu kimi, X1X əsrdə də dünyəvi Ģerlərlə
yanaĢı, dini Ģerlər: növhə, sinəzən, Kərbəla hadisələrinə aid mənzum
epopeya, mərsiyə, fərd və s. romantik-lirik Ģerlər yazılmaqda idi. Dövrün və
islam dininin təsirindən irəli gələn bu ziddiyyətli [? - A.R.] cəhətə, demək
MİRZƏ İSMAYIL QASİR - 210
91
olar ki, X1X əsr Ģairlərinin hamısının yaradıcılığında az da olsa təsadüf
olunur'' [46, s.49]. Qasir isə bu barədə istisna təĢkil edir. Onun bizə gəlib
çıxmıĢ ədəbi irsi içərisində nəinki forma və məzmununa görə baĢdan-baĢa
dini sayıla biləcək Ģeirə, heç sırf dini misraya belə rast gəlmirik. Bu fakt
Mirzə Ġsmayıl Qasirin tamamilə dünyəvi Ģair olduğunu və onun realizmini
sübut edir.
Beləliklə, Qasir poeziyasının müasirlik səviyyəsini xüsusi qeyd etməli
oluruq.
Qasir lirikasını X1X əsrin epiqonçu lirikasından köklü Ģəkildə
fərqləndirən əlamət onun məhz dünyəviliyidir. Təbiidir ki, Füzuli, Hafiz,
Nəvai kimi sələflərinin poetik təsiri onun da yaradıcılığında öz izini
buraxmıĢdır. Qasir lirikası yüzillər ərzində səbatlaĢmıĢ klassik ənənələrdən
yan keçə bilməzdi. Lakin Füzuli və onun məktəbində həmiĢə ilahiyə
məhəbbət motivləri axtarılıb tapıldığı halda, Qasirin əsərlərində belə bir Ģey
yoxdur: Qasir Füzulidən yalnız Ģeiriyyatı, lirik ricətləri, söz sənətkarlığını əxz
etmiĢdir. Qasir lirikasında “Kərbəla zülmü” axtarmaq əbəsdir. Onun Ģerinin
ənənəviliyini təmin edən formallıqları nəzərdə tutsaq, Qasir Füzuli
məktəbinin davamçılarından sayıla bilər, məzmun cəhətindən isə Qasir
lirikasının Füzuli məktəbinə heç bir dəxli yoxdur və bu həmin lirikanın XIX
əsr üçün tamamilə yeni bir mahiyyət kəsb etdiyinə iĢarədir.
Qasir lirikasının həmiĢəki kimi üç qəhrəmanı var: aĢiq-məĢuqə-əğyar.
ġerlərində dil açan aĢiqdir. AĢiq qəhrəmanın poetik ixtilatı onun özünün
dünyagörüĢlərini, ətrafındakılara, birinci növbədə sevgilisinə və əğyara
münasibətlərini, humanizmini aĢkarlayır, aparıcı qəhrəmanı səciyyələndirir
və eyni zamanda həmin triadanın yaratdığı üçbucağın yuxarı küncündə,
əlçatmaz bir nöqtədə məĢuqəni, iki aĢağı künclərdə isə özü ilə rəqibini
yerləĢdirdiyini açıqlayır. Bu iki alt küncdəki qəhrəmanlar arasında aĢiqin
cəfakeĢliyit, məĢuqə uğrunda zülmə qatlaĢmaq həvəsi üzə çıxır. Əğyarda bu
keyfiyyətlər yoxdur deyə, o, poetik alçaldılır, sayılmazlıq səviyyəsinə
endirilir, lirik mənfiləĢdirilir:
Hər laf vuran kimsənə aĢiq ola bilməz,
AĢiq odu kim, can verə meydan arasında.
MİRZƏ İSMAYIL QASİR - 210
92
Eynilə Füzuli kimi, Qasirin qəhrəmanı da “aĢiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var” deyə bilər və bəlli olur ki,belə aĢiqlik özü də incə
bir sənətdir, məharətdir, istedaddır – hər kimsənədə bu qabiliyyət yoxdur.
Qasir bir cinayət iĢlədib günahkar olmaq, yarın çənəsindəki çuxurda məhbus
olmaq arzusundadır:
Ey kaĢ ola bu Qasiri-biçarə müqəssir,
Məhbus ola ol çahi-zənəxdan arasında.
Bu cür təmənnasız cəfakeĢlik, məĢuqəsi uğrunda meydanda can
verməyə hazır olması Qasirin lirik qəhrəmanının yerləĢdiyi bucağı bir qədər
yuxarı qaldırır və həndəsi fiqurun forması dəyiĢir: əğyarın küncü aĢağıda
qalır, beləliklə, aĢiq öz yarının zirvəsinə daha yaxın bir nöqtəyə çəkilib, kor
bucaqda dayanır:
Ey kaĢ ola cananımın canına bu canım fəda,
Ya rəbb, bu canan haqqına eylə duamı müstəcab
deyən aĢiqin üçlük içində belə mövqeyə çıxması üçün mənəvi haqqı var.
Əğyarın isə əsl yeri məhz aĢağı iti bucaqdır:
Dilbər, məni yandırdı bu nakəs rəqibin tənəsi,
Bir bərqəi çək, ruyidan düĢsün iĢıqdan afitab.
Çünki onun cəfakeĢ aĢiqlik istedadı olmadığı halda, məzlumluq etmək
arzusunda olan aĢiqə hələ bir tənə də edir. Ey yar, ona hirslən və çöhrəndən
elə bir ildırım çək ki, iĢığından günəĢ də sönsün.
Bu məzmunda Ģerlərində Qasir klassik, lakin dünyəvi məzmunlu bədii
ifadələr sistemindən istfadə edir və bu onun romantik cəfakeĢ qəhrəmanını
real həyata daha artıq bağlayır, aĢiqi real insan obrazı kimi təqdim edir.
Qasirin lirik Ģerlərini qəhrəmanların bir-birinə münasibəti baxımından
iki hissəyə bölmək olar: Ģerlərin bir qismində aĢiq Ģair əlçatmaz bir gözəlin
oduna yanır, lakin məĢuqənin aĢiqin sevgisindən xəbəri yoxdur. O, gözəli
vəsf edir, Azərbaycan gözəlinin oduna yanıb yaxılır və bundan daha artıq bir
eĢq zülmü çəkməyi arzulayır. Saf tərənnümünə həsr olunmuĢ bu cür
MİRZƏ İSMAYIL QASİR - 210
93
Ģerlərində Ģair öz sevgilisinə müraciət edir, rəqibi ilə özünü müqĢayisə edir,
lakin burada gözəlin aĢiqə münasibəti bəlli deyil. Belə məqamlarda əsas
qəhrəman aĢiqdir, məĢuqə yalnız onun dili ilə təsvir edilir. Əğyar isə həmiĢə
pislənilən, sayılmayan qüvvədir, lakin aĢiqlə gözəlin münasibətləri
aĢkarlanmadığından dediyimiz üçbucaqda aĢiq də, onun rəqibi – epizodik
obraz da eyni dərəcəli bucaqlarda dayanırlar. Gözəlin onlara reaksiyası
neytraldır. Belə halda isə aĢiqə yalnız öz məhəbbətini izhar etmək və
məftunəsini vəsf etmək, oxĢamaq qalır:
Ġçdim məhəbbət badəsin, düĢdüm bəla girdabına,
Ya rəbb, məni bu qüssədən eylə xilas, oldum xərab…
Xəcalətdən bənövĢə baĢ aĢağa rusiyah olmuĢ,
Baxıbdır gülĢəni-hüsnündəki müĢkin xəttü-xalə…
Görə hər kəs cəmalın mahi-aləmtabə meyl etməz,
Ləbin müĢtaqi hərgiz bu cahanda ayə meyl etməz…
Bununla belə, Ģerlərinin çoxunda gözəlin aĢiqə (etinasız) münasibəti
bəllidir və bu vəziyyət Qasirin qəhrəmanını pərvanə tək məhəbbət oduna
yanmağa, sevgilisinin onu özündən uzaq tutmasının səbəblərini əğyarda
axtarmağa sövq edir. Sevdiyi nazənin tərəfindən ovudulmayan Ģairin qəlbinə
qaranlıq çökür. Təbiətin oyandığı bahar gəlsə də, bu fəsil həsrətli yar
gözlərindən axan yağıĢlarla keçir:
Hər dəm fəraqi-yardan, ya rəbb, bu həsrət gözlərim,
Guya bahar əyyamıdır, ağlar fəğan ilə səhab.
Qasir qəhrəmanının qəlbində lirik qısqanclıq hissləri baĢ qaldırsa da, o,
sevgilisindən küsmür, incimir, onu vəfasızlıqda günahlandırmır, əğyarı
kobudluqla tənələmir və özünə güclü rəqib kimi təqdim etmir. AĢiq sadəcə
olaraq bütün günahların əğyarda olduğunu öz sevgilisinə baĢa salmaq, özünü
ona sevdirmək istəyir:
Əğyarlar sözünə baxıb çıxma rahidən,
Gər doğru yarsan, belə küftarə tab eylə…
MİRZƏ İSMAYIL QASİR - 210
94
Ümumiyyətlə, Qasir Ģerlərinin ruhunda küsgünlük, yarı vəfasız təqdim
etmə motivlərinin olmaması onun lirik qəhrəmanını tamamilə yeni aspektdə
səciyyələndirir. Hətta XIX əsr Azərbaycan nəsrinə də yol tapmıĢ faciəvilik,
bəzən tərki-dünyalıq Qasir lirikasından kənardır.
Akad. M.C.Cəfərov göstərirdi: ''Məhəbbətin dili ilə böyük həqiqətlərin
Ģərh edilməsi nadir və təəccüblü bir hadisə deyildir. Biz buna bütün xalqlarda
rast gəlirik. Fəqət, nədənsə, yüksək məfkurələrin aĢiq dili ilə Ģərhi,
ümumiyyətlə, ġərq və xüsusən Azərbaycan üçün daha çox səciyyəvi bir hal
olmuĢdur'' [12, s.98]. Həqiqətən də yüzillər ərzində Azərbaycan poeziyasında
qoca ġərqin bütün müdrik dini və etik-fəlsəfi baxıĢları cəmlənmiĢdir və
müəyyən dini-fəlsəfi hazırlığı olmayan müasir oxucunun həmin poeziyanı
tam baĢa düĢmək və mənimsəmək imkanları aĢağıdır. Qasir poeziyası və
Qasir qəhrəmanları isə artıq yeni ədəbiyyatın məhsulu kimi tamamilə yeni
ideyaları və yeni dünyagörüĢlərini əks elətdirir. Qasir öz poeziyasının dili ilə
yeni həqiqətləri açıqlayır. Onun qəhrəmanı hətta sevgisi nakam qaldıqda
belə, ruhdan düĢmür, məĢuqəsinin vüsalına çatmaq ümidi ilə yaĢayır:
Yoxdur hərası zərrəcən, aləm hamı düĢmən ola,
Vardır ümidi Qasirin hər dücahanda Heydərə…
Qasirin tərki-dünyalıq hisslərinə qapılmaqla, həyatdan ayrılıb zahidlik
azarına mübtəla olmağa həfəsi yoxdur:
Qoygilən bir guĢeyi-meyxanədə rahət olum,
Bu qədər incitmə sən, ey Ģuxi-bipərva məni…
Beləliklə, Ģair öz qəhrəmanının dili ilə insanları yüzillər nəticəsində
təĢəkkül tapmıĢ stereotipik xülyalar dünyasından əl çəkməyə, qəflətə
uymamağa və cənnəti də, eĢqi-məhəbbəti də yalnız bu dünyada axtarmağa
çağırır. Qasir bir ziyalı kimi baĢa düĢürdü ki, XIX əsr daha orta əsrlər
deyildir və bu əsrin Ģimallı ağaları azərbaycanlının ənənəvi “alın yazısı” və
gerçək həyatın eybəcərliklərinə boyun əyib tərki-dünyalığa uyuma
ideyalarından istifadə edə bilər və məhz buna ümid bəsləyir. Odur ki, Qasir
də öz poeziyasının lirik dili ilə insanların “qılığına girir” və onlara yeni
fikirlər, yeni dünya duyumları aĢılamağa can atırdı: “Məhəbbətin dili ilə”
MİRZƏ İSMAYIL QASİR - 210
95
xalqa çatdırmaq istədiyi “böyük həqiqətləri” də məhz bunda görmək
lazımdır.
Ġstər satirik Ģerləri, istərsə də lirika yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatına gətirmək istədiyi və müəyyən qədər məqsədinə nail olduğu bu
yeniliklər Mirzə Ġsmayıl Qasiri XIX əsr ictimai fikrinin ən bariz
daĢıyıcılarından biri hesab etməyə haqq verir. Həqiqətən də, Azərbaycana da
neft sənayesi vasitəsi ilə sirayət etməkdə olan kapitalist münasibətləri əsrində
artıq gül-bülbül, Leyli-Məcnun poeziyasının vaxtı keçməkdə idi. Ənənəvi
poeziyadan irəli gələn köhnə ideyaların təlqin edilməsi xalq kütlələrini yeni
zamanlar içində kor qoymağa bərabər idi. Lakin, digər tərəfdən, poeziyada
klassik ənənələr məhdud dairədə də olsa, davam etdirilməsə idi, bu Qasir
Ģerlərini X1X əsr oxucusunun gözündən sala bilərdi. Bunu bütün dolğunluğu
ilə dərk edən Ģair öz qəhrəmanını Məcnunsifət (diqqət edək ki, hər cəhətdən
Məcnun yox, yalnız Məcnunsifət). “Məcnun kimi”, Vamiqü Əzra, Fərhad
(digər tərəfdən, Fərhad qoçaqlıq rəmzidir), hətta Rüstəm simasında təqdim
edir:
OlmuĢam Məcnunsifət, bir Leylinin avarəsi,
QalmıĢam tənha biyabandə, təni-üryanə bax!..
Qasiri-biçarəni saldın səməndər tək oda,
Səhlidir bu, eyləyibsənVamiqü Əzra məni…
Gəradım Qasiridi, leyk hərifim yox idi,
Dilimin xəncəri dəstimdə qəvi Rüstəm idim…
ġair öz qəhrəmanının dili ilə, nəhayət ki, məcnunluğunun,
fərhadlığının, vamiqü əzralığının sirrini açır və etiraf edir:
Mənim ki yoxdu baĢımda cünunluq asarı,
Qərəz o Leylini görməkliyin bəhanəsidir.
Bu misralar Mirzə Ġsmayıl Qasir lirikasının həyat gerçəkliklərinə
gətirib çıxardığını, onun qəhrəmanının real insan olduğunu və bu insanın
baĢqalarını da təmiz eĢqə, humanizmə dəvət etdiyini, lakin behiĢti yalnız bu
həyatda yaĢayan gözəlin üzündə axtarmağın vacib olduğunu öyrətdiyini
MİRZƏ İSMAYIL QASİR - 210
96
görürük. Buna görə də Qasirin lirik qəhrəmanı adidir, həyatidir, Ģair özü isə
baĢdan-baĢa realist sənətkardır.
ġerlərinin ikinci lirik qəhrəmanı kimi gözəl zirvədə dayanır. O bəzən
sadəcə olaraq vəsf olunur, bəzən hərəkətə gəlir, lakin hər iki halda əsas
qəhrəman üçün əlçatmazdır; Qasirin bütün lirik hissləri onun ətrafında
cərəyan edir:
Mənada ona cilvə edib eĢqi-Züleyxa,
Qoydu neçə il Yusifi zindan arasında…
Qasirin gözəli onun ağlını-huĢunu əlindən almıĢ, indi can almaq
həvəsindədir:
Əqlü huĢi əldən almıĢ, indi can fikrindədir,
Sən nə söylərsən, könül, dildarının bu fikrinə?..
Qasir Ģerində gözəlin vəsfi də, onun yara münasibəti də klassik
poeziyada olduğundan heç nə ilə fərqlənmir. Bununla belə, aĢiqin ona
münasibətində yeni motiv özünü göstərir. Leylini vəfasızlıqda günahlandıran
Məcnundan fərqli olaraq, Qasirin aĢiq qəhrəmanı həmiĢə öz nigarına
xoĢbəxtlik arzulayır:
Nigara, dövləti-hökmün çiyad olsun, rəvan olsun,
HəmiĢə xatirin bəxtində Ģad olsun, cəvan olsun…
Düzdür, Qasir rəqibi həmiĢə mənəvi zənginlik cəhətindən, aĢiqlik
bacarığı nəzərindən özündən aĢağı tutur, lakin məftunu olduğu gözəlin əğyara
meyl etdiyini görəndə bunun səbəbini yalnız özündən soruĢur:
Nədir, ya rəbb, səbəb – dilbər məni daim qılıb məhzun,
Rəqibin naz birlə xatirin peysətə Ģad eylər?
Lakin öz eĢq qibləgahını qınamağa, onu tənələməyə artıq dili gəlmir və
çox lirik bir həzinliklə öz bəxtini və taleyini günahlandırır:
MİRZƏ İSMAYIL QASİR - 210
97
Qasir, bu qədri etmə Ģikayət nigardan,
Öz taleyim, yəqin elə, bəd vurdu falımı…
Gözəli poetik ilahiləĢdirməyə qədər gəlib çatan Qasir öz əlçatmazına
müraciətlə
Görəndə qamətin yansam, mənə eyb etmə, adətdir,
Görəndə Ģəmi-Ģövqindən yanar pərvanə, dildarım! –
deyir və bu yolla onu özünün əğyara münasibətindən ayırır.
Qasir Ģerlərində üçüncü – epizodik surət əğyardır. Lakin əğyar adı
altında burada həm aĢiqin rəqibi, həm də onu qınamaq meyli olan baĢqaları
nəzərdə tutulur. Rəqib digər əğyara nisbətən lirik səhnədə bir neçə addım
irəlidə durur və aĢiqlə məĢuqəsinin münasibətlərinə müdaxilə edir, onları bir-
birindən uzaqlaĢdıran mənfi qüvvə kimi çıxıĢ edir:
Rəqibi-bihəyaya söylə bizdən çəksin əl, bilsin,
Xəndəki-ahımızda var Ģərər, xünxarsız olmaz…
Səni məndə görübdür həmniĢin əğyari-bədgirdar,
Məazalah, yenə ortalığa büğzü həsəd düĢdü…
MĠRZƏ ĠSMAYIL QASĠRĠN DĠL VƏ ÜSLUB
XÜSUSĠYYƏTLƏRĠ
Qasirin mühəssənatından söz açarkən əvvəlcə Ģerlərinin linqvistik
araĢdırılmasını, onun leksik və qrammatik tərkibinin iĢıqlandırılmasını həyata
keçirməliyik.
Mirzə Ġsmayıl Qasir anadilli ədəbiyyatımızın inkiĢafında özünəməxsus
mühüm xidmətləri olan Ģairdir. Azərbaycan dilində qələmə aldığı Ģerlərinin
çoxluğu, bir tərəfdən, onun vətənpərvərlik mövqeyi ilə bağlıdırsa, iknci
tərəfdən, bu, Qasirin anadilli Ģerimizin yenidən qurulması, ana dilimizin
müqəddəratının ön plana çəkilməsi istəklərini əks etdirir.
MİRZƏ İSMAYIL QASİR - 210
98
Mirzə Ġsmayıl Qasirin lirikasının dili klassik ənənə- lərə daha yaxındır.
Burada Ģair Azərbaycan dilinin, geniĢ imkanlarından bəhrələnməklə yanaĢı,
qəzəlçilikdə geniĢ mövqeyə malik ərəb və fars izafətlərindən də istifadə
etmiĢdir. Satirik Ģerlərinin dili isə XIX əsr Azəraycan xalq dili materialları
üzərində qurulmuĢdur və ərəb-fars təsirindən daha çox azaddır. Bütövlükdə
götürdükdə isə, “aĢiqa, gəl bir nəzər eylə bu türki Ģerimə” deyən Qasir
yaradıcılığında dövrünün Ģer sənətkarlığına Ģamil edilən bütün dil
xüsusiyyətləri özünü göstərir.
Qasirin Ģerləri rəvan və əsl axıcı poetik bir dillə qələmə alınmıĢdır.
Bütün ömrü boyu xalq arasında yaĢayıb yaratmıĢ və bir sıra sələfləri kimi xan
saraylarına və ya hansısa aristokratik təbəqə ətrafına çəkilib el-obadan
ayrılmamıĢ Qasir öz yaradıcılığını da xalq dili əsasında qurmuĢ, xalq
ədəbiyyatından gen-bol faydalanmıĢdır. Onun əsərlərinin ərəb-fars leksik qatı
da əslində yalnız bugünkü oxucular üçün qəliz sayıla bilər: XIX əsrdə az-çox
təhsil görmüĢ Ģer-sənət həvəskarları Qasirin bütün kəlmələrini, iĢlətdiyi izafət
tərkiblərini asanlıqla baĢa düĢürdülər. Yada salaq ki, bu tərkiblər ana
dilimizdən əsasən XX əsrin birinci onilliklərində (bir küll halında isə purizm
dövründə) çıxarılmıĢ, lakin Vahid kimi klassik qəzəl ustalarının dilində hələ
uzun müddət iĢlənmiĢdir və hətta bu gün də qəzəlxanlar həmin izafətlər
sistemi olmadan keçinə bilmirlər. Deməli, XIX əsr Ģairinin dilində ərəb və
fars birləĢmələrinin iĢlənməsi hələ onun dilinin ''nöqsanı'' hesab edilə bilməz.
Qasirin müasirləri onun
Fərağında gözümdən çeĢmələr oldu rəvan sənsiz
Əyildi qamətim, ey sərv qədd, oldu kəman sənsiz…
VermiĢdi vəsl və’dəsi, çün yar gəlmədi,
Çox çəkdim intizarı, o dildar gəlmədi…
Bugün kuçə ara nagah keçirdim, yarımı gördüm,
Məni yüz min bəlayə tuĢ edən dildarımı gördüm
misralarını necə baĢa düĢüb əzbərləyirdilərsə,
Əla, ey mahrüxsarım, olan bu dəhridə mümtaz,
O zülfi-ənbərafĢanın edib can almağa ağaz…
RiĢteyi-zülfün olub xəm-xəm, əcəb zəncirdir,
MİRZƏ İSMAYIL QASİR - 210
99
QaĢların tiği-bəla, çeĢmin nə pür tədbirdir?..
Gəldi göftarə məni-zarilə, gördüm dəhənin,
Deyəsən, həqqeyi-yaqut dolu lö’lödür
sözlərini də həmin cür əxz edirdilər.
Beləliklə, Qasir poeziyasında ana dili materialı ilə yanaĢı, o dövr üçün
dilimizdə bədii ədəbiyyatda geniĢ iĢlək olan ərəb və fars söz birləĢmələri çox
iĢlədilmiĢ, lakin bunlar bir-birindən təcrid olunmamıĢ, əksinə, bir-birini
tamamlayaraq bir küll halında söz-məzmun vəhdətinin təĢkilinə cəlb
olunmuĢdur. Qasirin dili XIX əsr Azərbaycan dilinin bədii üslubunu özündə
dolğun əks etdirir.
Rus sözlərinin XIX əsr Azərbaycan dilində görünməyə baĢlaması
Mirzə Ġsmayıl Qasirin satiralarında da təsdiqlənir. Ancaq buruda rus sözləri o
qədər azdır ki, onların Qasir satirasında mövqeyi barəsində geniĢ
danıĢmmağa dəyməz. ġair istər məiĢət əĢyalarının adları, istərsə də çar üsul-
idarəsi ilə bağlı alınmaları götürərək, ana dili mövqeyindən assimilyasiya
olunmuĢ Ģəkildə, azərbaycanlı tələffüzündə iĢlədir:
Hər istəkaniçay ilə ləbrizü ləbaləb,
Hər ləhzə edibdir peyapey dəmadəm…
Burada “peyapey” farsca “dalbadal” mənasını versə də, Qasir ondan
kalambur yaratmaq və rusca “pey ha, pey”, yəni “içhaiç” mənasını əxz etmək
üçün istifadə etmiĢdir.
Bir yanda yetib güĢəmizə cüĢü səmavər…
Birisi Mehdi Hüseynqulu, biri Məmmədağa,
Hər ikisi deputat, biri çinin, biri çinan…
Çəkib asnası, töküb pulu, qızıĢdı meydan…
Çün sudyə onu Lənkərana eylədi azım,
Qalsın qazamatda bir-iki ay da mülazım…
Qasir Lənkəranda yaĢayan erməni keĢiĢinin xahiĢi ilə qəssab Abramla
çəkməçi Qriqorun dava-dalaĢını nəzmə çəkmiĢ və Ģerinin sonunda onların
barıĢma səhnəsini və rusca danıĢığını vermiĢdi:
MİRZƏ İSMAYIL QASİR - 210
100
Bir-birininüz-gözünü etdi maç,
Dost olaraq hər ikisi çəkdi xaç.
Abram dedi Qriqora: ''Ya vinovat,
Posli eto ne budim Ģalit, brat.
Ya praĢu ot vas izvineniya,
Teper budiĢ tı umenya dyadya.
Abram yalan deyir və gözlənilmədən dəmirlə Qriqorun Qulağının dibinə
iliĢdirir, Qriqor kar olur
.
Beləliklə məlum olur ki, Mirzə Ġsmayıl Qasir Ģerlərinin leksik tərkibi
XIX əsr Ģairlərinin dilindən fərqlənmir və yüzilliyin qabaqcıl Ģer dilinin
səbatlaĢmasında, müasir Azərbaycan dilinin bədii üslubunun təĢəkkülündə
onun da özünəməxsus xidmətləri olmuĢdur.
Qasir sənətində mühəssənat kateqoriyalarına gəldikdə isə, burada onun
Ģerində sözdən istifadə etmək bacarığı, söz və ifadələrinin məna gözəllikləri,
Ģerlərinin obrazlılığı və bu obrazlılığın təmin olunması üçün faydalandığı
bədii ifadə vasitələri, həmçinin Ģerlərinin xalq ədəbiyyatı nümunələri ilə
əlaqəsi kimi məsələlər Ģərh olunmalıdır. Mahir bir sənətkar olan Qasirin öz
əsərlərində ana dilinin bütün incəliklərindən səmərəli istifadə etməsi diqqəti
cəlb edir. Ġstər lirik və istərsə də satirik əsərlərində səs düzümü, qafiyə və
ritm məqsədilə iĢlətdiyi sözlərin xarici qiĢasından süzülən Ģeriyyat Ģairin
əsərlərinin oxunaqlıq səviyyəsini yüksəyə qaldırır, onların asanlıqla
əzbərlənməsi imkanlarını artırır.
Qasir Ģerlərində ifadə gözəlliyini təmin edən xüsusiyyətlərdən biri kimi
müəllifin dilimizin alliterasiya (təcnis) imkanlarından bacarıqla istifadə
etməsi qeyd olunmalıdır. ġerlərin böyük əksəriyətində onun rəngarəng çeĢidli
alliterasiya nümunələri yaratması diqqəti cəlb edir:
Ey kaĢ ola cananımın canına bu canım fəda,
Ya rəbb, bu canan haqqına eylə duamı müstəcab.
Hələ dahi Füzuli tərəfindən “can” və “canan” kəlmələrinin poetik
eyniləĢdirilməsi nəticəsində onların müxtəlif variasiyaları və söz formaları
halında alliterasiyaya cəlb olunması sonrakı yüzillərin, demək olar ki, bütün
müqtədir Ģairləri tərəfindən sınaqdan keçirilmiĢdir. Hər bir Ģair sanki öz
MİRZƏ İSMAYIL QASİR - 210
101
məharətini nümayiĢ etdirmək üçün bu iki kəlmənin gücündən faydalanmağa,
özünün fərdi “can-canan” modelini verməyə cəhd göstərmiĢdir. Qasir də bu
ənənəni davam etdirir və ''can-canan'' leksik duetinin morfem alliterasiyasına
“c” cingiltili səsinin doğurduğu (müstəcab) digər – səs alliterasiyasını əlavə
edir. Əslində burada təəccüb və ya hansısa bir nida doğuracaq heç nə yoxdur;
sadəcə olaraq, bütün ustad Ģairlər bundan istifadə etmiĢlər və Qasir də burada
geri qalmadığını nümayiĢ etdirir. Təbiidir ki, “özlüyündə səs təkrarı
bilavasitə bu və ya digər anlayıĢı ifadə edə bilməz” [63, s.170], lakin bu növ
cinas Ģerə ritm və cazibədarlıq gətirən əlavə amillərdən biri kimi qeyd
olunmalıdır. Digər tərəfdən,bu hal hər bir Ģairin öz əsərinin formal
cəhətlərinə, oynaqlığına, axıcılığına və fonetik cazibədarlığına nə dərəcədə
diqqət yetirdiyinə, baĢqa sözlə, onun sözə münasibətinə, sənətkarlığına da
iĢarə edir. Bu cür alliterasiyalardan geniĢ faydalanması Qasirin həqiqətən söz
ustadı olduğunu göstərir:
Girib gülzari-iĢrətdə xuraman, ey gözəl, gəzmə,
Xəbərdar ol, gəlir nagəh kənari-dəĢtidən Ģəhbaz
Burada g və k səslərinin, həmçinin gəz / göz, gə kə və morfem
alliterasiyası hər iki misranın musiqililik tonunu bir-birinə bağlayır, ayrı-ayrı
sözlərin səs tərkibini eyni fonetik cinsə salmağa, yəni təcnisə gətirməyə
xidmət edir ki, bütün bunlar da beytin mühəssənliyini təmin edir.
Bütövlükdə beytdə alliterasiya yaradılması hər bir Ģairin sənətkarlıq
səviyyəsini nümayiĢ etdirir. Qasir lirikasında daha geniĢ yayılmıĢ hal isə
misradaxili alliterasiyadır:
Vəli bir rəhgüzarda bu güli-gülzarımı gördüm
Lütfə gəlib bir dəm edə bəlkə bu dərdimə dava
Mənim bu dərdi-bidərmanıma heç bir dəva olmaz
DüĢdü Ģurun baĢıma, məst oldum, ey Ģirinsifət
Xak olub izzət xəyalilə dolansan, xaki tar…
Əlimd ənəqdi-canım cüstü cusində idim ol mahin
DüĢənd əyadıma çeĢmin açar min çeĢmə çeĢmimdən
Bu qəsdilə yüzündən dənləsinlər danə, dildarım
MİRZƏ İSMAYIL QASİR - 210
102
ġairin satirik yaradıcılığında lirik Ģerin formal əlamətləri, o cümlədən
də alliterasiya məsələsi öz yerini saxlamıĢdır.
“ġirəli bəyə” yazdığı Ģerində qonaqlıqda iĢtirak edənlərin adları orijinal
bir Ģəkildə ayrı-ayrı misralarda qruplaĢdırılmıĢdır ki, bu da adların baĢlanğıc
səslərinin alliterasiyasını təmin edir:
Mirbağır xanü digər Mir Musa xan, Mehdi xan...
Ağahacı Əli və bir də bizim Ağa Bağır…
Birisi Mehdi Hüseynqulu, biri Məmmədağa…
Satirik Ģerlərində də əsas təcnis gücü tək-tək misralarda cəmlənmiĢdir:
Dostları ilə paylaş: |