MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   2   3   4   5   6   7   8   9   ...   24

         Fr-439  şifrəsi  altında  saxlanan  I  vərəqlik  (20,5  x26,5  sm)  materialda 

Mirzə Ġsmayıl Qasirin iki Ģeri yazılmıĢdır. Vərəq iki yerə qatlanmıĢ olsa da, 

onun ancaq bir üzü yazılıdır. Burada qara mürəkkəblə 

املاغآ راز ردق وب لگ هديدرون یا 

راکفا لد اد نوچ همتيا یرپ ینم

 

املاغآ



 

mətləsi ilə baĢlanan və

 

وزوس قاملاغآ وب یرصاق بابک یدتيا 



املاغآ ران نونوا ودلوا هنوزوک ايند 

beyti ilə bitən 18 beytlik qəzəli, həmçinin 

ريخب تيفاع ناسلوا ميک ودلوا ميديموا 

ريغ و انشآ ميمد راک وا لااق ناريح 

beytilə baĢlanıb,

 

ین هتکن وب تئا ندرصاق



 

راگداي هدنيبلق

 

ريغريخ ريديئي هدرصع وب ند هسميک خوچ 



beytilə  qurtaran  6  beytlik  qəzəli  yazılmıĢdır.  BaĢqa  yazılarla  tutuĢdurulmaq 

yolu  ilə  bunların  Qasirin  özü  tərəfindən  köçürüldüyünü  aĢkar  edirik    - 

fraqment avtoqrafdır [85].

 

Məlumdur ki, Mirzə Ġsmayıl Qasir yaradıcılığının bir hissəsini də onun 



gözəl xəttat kimi katiblik etməsi təĢkil edir. Mütəxəssislər onun nəsx, təliq və 

naxun  xətlərinin  ustası  olduğunu  dəfələrlə  qeyd  etmiĢlər.  Xəttatlıq 



MİRZƏ İSMAYIL QASİR  - 210

62 


fəaliyyətindən bizim günlərimizə nümunə kimi onun 1870-ci ildə köçürdüyü 

ġeyx  Mahmud  ġəbüstərinin  “Kənzül-həqaiq”  məsnəvisinin  gəlib  çıxdığını 

qeyd etməliyik [87]. 

 Əlyazmalar Ġnstitutunda B-335 şifrəsi altında saxlanan bu əsər 13 x 21 

sm  ölçülü  tək  cizgi  ağ  və  saya  çəhrayı  vərəqlərdə  Ģikəstə  elementli  incə 

nəstəliq xətti ilə köçürülmüĢdür. Kitab 68 vərəqdən ibarətdir. Titul vərəğində 

rusca  «Mirza  Ali  Akber  Kulibekov»    adı  yazılmıĢdır.  Cildi  üzərinə  qırmızı 

bəzəkli parça çəkilmiĢ müqəvva-kartondan ibarətdir.  

Qasirin  irsi  və  yaradıcılığından  söhbət  açan  müəlliflər  onun  “Kənzül-

həqaiq”i  köçürdüyünü  qeyd  etmiĢ,  lakin  bu  əlyazma  kitabının  tam 

mündəricatına  diqqət  yetirməmiĢlər.  Halbuki  ġeyx  Mahmud  ġəbüstərinin 

məsnəvisi kitabın yalnız 1

b

-49


b

 vərəqlərini əhatə edir. 50

a

-lakunadır. 50



b

-52


a

vərəqlərində farsca “Dər müsibi-seyyidi-Ģühəda 23” adlı mərsiyə (v. 52

b

-55


a

lakunadır), 55

b

-63


a

  vərəqlərində  Qasirin özünün farsca, 65

a

-64


b

  vərəqlərində

Çakərin  farsca,  65

a

-67



b

  vərəqlərində  isə  həmin  Ģairin  “qəzəli-türki”

ləriyazılmıĢdır.  Göründüyü  kimi,  Qasirin  yazılı  avtoqraf  irsinin  müəyyən 

parçası da burada təsbit olunmuĢdur. 

Bundan baĢqa, Mirzə Ġsmayıl Qasirin xətti ilə bir də Hafiz “Divan”ının 

əlyazma nüsxələrindən birində rastlaĢırıq. 1

b

 vərəğindəki qeyddən görünür ki,



8  x  13  sm  ölçülü  həmin  miniatür  əlyazma  Qasirin  Ģəxsi  kitabxanasında 

olmuĢdur [88]. 

Ümumiyyətlə  xəttatlıq  sənətinin  mahir  bilicisi  olan  Qasir  baĢqa 

xəttatları  da  yaxĢı  tanıyırdı.  Seyid  Əzimin  həcvini  alanda  xəttin  Həmidə 

mənsub olduğunu təyin etmiĢdi: 

Söz sənin, xətt Həmidin, nə’ti-tə’rif mənim, 

Hamıya oldu bu mə’na mütəsəvvər, Seyyid. 

Mirzə  Ġsmayıl  Qasirin  haqqında  və  Ģerlərindən  ən  çox  nümunələr 

verilmiĢ mənbələrdən biri də Əlabbas Müznibin Ģəxsi arxivindəki materiallar 

hesab  oluna  bilər.  Burada  Ģairin  azərbaycanca  və  farsca  Ģerlərinə  21  vərəq 

həsr  edilmiĢdir  [90].  Görünür,  Müznib  onun  ayrıca  kitabını  hazırlamağı 

planlaĢdırmıĢ,  lakin  arzusuna  çatmamıĢdır.  BaĢqa  bir  yerdə  isə  Müznib 

Qasirin tərcümeyi-halı haqqında da məlumat toplamıĢdır [91]. 


MİRZƏ İSMAYIL QASİR  - 210

63 


“El  Ģairləri”  kitabının  müəllifi  Salman  Mümtaz  Qasirlə  ən  çox 

maraqlanan 

ədəbiyyatĢünaslardan 

biri 


olmuĢ, 

onun 


qəzəllərini, 

müxəmməslərini  [94],  Məcruhla  Qasirin  müĢairəsini  [96],  Qasirin  Məcruha 

ithaf  etdiyi  Ģerini,  həcvlərini  [95]  toplamıĢdır.  Əlyazmalar  Ġnstitutunda 

fraqment kimi ayrıca saxlanan 26,5 x 36 sm ölçülü iri kağızda qara qələmlə 

yazılmıĢ materialın da xəttinə görə Salman Mümtaza mənsubluğu bəlli olur: 

həmin  mənbədə  də  “min  kəlami-Üryan”-la  yanaĢı,  “min  kəlami  Qasir”  29 

beytlik [86] “Qarə pul” Ģeri qeydə alınmıĢdır. Katib Ģeri 1331-ci ildə (=1913 

m.) cəmadiyül-axər ayının 20-də köçürdüyünü göstərmiĢdir.

*

Salman  Mümtazın  arxivində  həmçinin  Ə.ġərifov  və  H.Rəhimovun 



“Lənkəran  Ģairləri”  haqqında  makina  yazıları  saxlanılır  ki,  burada  da  Qasir 

haqqında  qeydlərlə  rastlaĢırıq  [93].  “Həmin  məcmuəni  diqqətlə  nəzərdən 

keçirdikdə  belə  anlaĢılır  ki,  onun  tərtibçisi  Lənkəranda  olmuĢ,  oranın  yaĢlı 

sakinləri və məcmuədə  adları çəkilən Ģairlərin bəzisi ilə  görüĢmüĢ,  onlardan 

canlı Ģahid kimi istifadə etmiĢ, “Təzkirei-Ziyai”ni də oxumuĢdur” [25, s.80]. 

Beləliklə,  məlum  olur  ki,  Salman  Mümtaz  “El  Ģairləri”  kitabını  nəĢrə 

hazırlayarkən  çox  ciddi  axtarıĢlarda  olmuĢ,  Mirzə  Ġsmayıl  Qasir  irsi  ilə  də 

əlahiddə maraqlanmıĢdır. Nəticədə Qasirin 7 Ģeri (Əskinas, Ərə verdi, Odun, 

Məcruh  haqda  mürəbbe,  Qarə  pul,  Məhəmmədəli  bəy  Məcruha,  Balaxanım) 

ilk  dəfə  olaraq  1927-ci  ildə  nəĢr  olunmuĢdur  [43,  s.208-220].  Sonralar 

Qasirin  adı  rəsmi  ədəbiyyatda  uzun  müddət  unudulmuĢ,  onun  həyat  və 

yaradıcılığı  haqqında  bir  də  yalnız  50-ci  illərin  sonlarından  maraqlanmağa 

baĢlamıĢlar.  Haqqında  yazılmıĢ  ayrı-ayrı  məqalələrdə  tədricən  Qasir 

Ģerlərindən nümunələr təqdim edilmiĢ, nəhayət, 1983-cü ildə M. Mustafayev 

özünün  tərtib  etdiyi  XIX  əsr  Azərbaycan  Ģeri  nümunələri  kitabına  Qasir 

poeziyasını  da  daxil  etmiĢdir  [40,  s.40-53].  Elə  həmin  il  Əlyazmalar 

Ġnstitutunun  dövri  bülletenində  Əzizağa  Məmmədov  Mirzə  Ġsmayıl  Qasir 

Axundovun“Qara  pul”,  “Pul”,  “Bahalıq”,  “Əskinas”,  “Sən  öləsən”,  “ġairin 

cavabı”, “Ərə verdi” Ģerlərini nəĢr etdirmiĢdir [35, s.122-126]. 

Qasir irsinin elm aləmində “Fövcül-füsəha” məclisi fonunda təbliğində 

və  tanıdılmasında  Əlyazmalar  Ġnstitutunun  əməkdaĢı,  mərhum  alimimiz 

Nəsrəddin  Qarayevin  də  xidmətləri  qeyd  olunmalıdır  [24].  Bundan  baĢqa, 

M.TalıĢlının 1983-cü ildə nəĢr etdirdiyi kitabda Qasirin pedaqoji fəaliyyətinə 

*

Həmin şer şairin yeganə kitabında 30 beytldə verilmişdir.

 


MİRZƏ İSMAYIL QASİR  - 210

64 


də  7  səhifəlik  yer  ayrılmıĢ  [55,  s.20-26],  nəvəsi  Ġ.  Axundov  öz  kitabında 

Qasirin  ictimai  fəaliyyəti  və  bədii  irsi  barədə  qohum-əqrəbasından  topladığı 

məlumatları  çap  etdirmiĢdir  [6,  s.36-44].  Göründüyü  kimi,  60-cı  illərin 

ibtidasında  “seyredici  realizmdən  irəli  gedə  bilməyən”  [3,  s.471]  Qasir 

haqqında  sonralar  getdikcə  daha  geniĢ  faktlar  toplanmıĢ  və  tədricən  onun 

yaradıcılığı  Azərbaycan  ədəbiyyatı  tarixində  özünəlayiq  yerini  tutmağa 

baĢlamıĢdır. 

Nəhayət,  “bir  çox  dəyərli  lirik,  ictimai  məzmunlu  Ģerləri  və  mənzum 

hekayələri”  [31,  s.96]  hansı  səbəbdənsə  kənarda  qalsa  da,  “ġəhri-hal”  adlı 

tərcümeyi-hal  səciyyəli  iri  həcmli  mənzum  əsəri  və  yenə  “Farsca-

azərbaycanca lüğət” adlı çox oricinal və maraqlı Ģeri [58] verilməsə də, 1988-

ci ildə “Yazıçı” nəĢriyyatı tərəfindən ilk dəfə Qasirin 152 Azərbaycan və 21 

fars  dilində  (tərcüməçi  –  M.S.  Sultanov)  Ģerlərini  əhatə  edən  kitabı  nəĢr 

olunmuĢ,  bu  kitab  Mirzə  Ġsmayıl  Qasir  irsinin  daha  geniĢ  oxucu  kütləsinə 

çatdırılmasında  ilk  addım  kimi  qiymətli  olmuĢdur.  Bununla  belə,  Qasir 

irsinin tam nəĢri hələ də gələcəyin iĢi olaraq qalır. 

Burada bir məsələni də yada salmaq və izahını vermək yerinə düĢərdi. 

Məlumdur  ki,  “vaxtilə  məĢhur  ədəbiyyatĢünas  F.  Köçərli  Qasirlə  görüĢmüĢ 

və  yazacağı  əsərində  onun  haqqında  məlumat  vermək  məqsədilə  Ģerlərindən 

nümunələr almıĢ və kitabının mündəricəsində onun adını da çəkmiĢdir”.  

Tədqiqatçılar  təəccüblə  qeyd  edirlər  ki,  “lakin  hansı  səbəbə  görəsə 

Qasirin Ģerləri və tərcümeyi-halı Köçərlinin nəĢr olunmuĢ ədəbiyyat tarixinə 

dair  əsərlərinə  düĢməmiĢdir”  [39,  s.8-9].  Bu  məsələ  ilə  maraqlandıqda 

diqqətimizi  belə  bir  fakt  cəlb  etdi  ki,  Firidun  bəy  Köçərlinin  əsərinin  II 

cildinin II hissəsində Qasirin, eləcə də Sirrinin və Acizin adları “Föhrüst”də 

sonda  verilir,  kitabda  isə  onların  heç  birinə  yer  ayrılmır.  Buradaca  “idarə” 

adından  qeyd  olunur  ki,  həmin  üç  müəllif  haqqında  əsərin  əlyazmasında  da 

heç  nə  yoxdur  [23,  s.  IV].  Ancaq  biz  daha  bir  Ģeyə  diqqət  yetirməliyik: 

Firidun bəy bu  əsəri çox sanballı və  səliqəli bir Ģəkildə  yazmıĢ,  2 cildin  hər 

iki  hissəsində  səhifə  tənasübünü  gözləmiĢdir  –  4  kitabdan  hər  biri  270-280 

səhifəni əhatə edir. II cildin II hissəsi isə (Qasirsiz, Sirrisiz, Acizsiz) artıq 263 

səhifədir. 

Tərtibat  iĢinə  olduqca  yaradıcı  və  dəqiq  yanaĢan  bir  alim  hansısa  bir 

cildin səhifələrinin “ĢiĢməsinə” razı ola bilməzdi. Görünür, Qasirin həmin Ģer 

nümunələri Firidun bəyin əlinin altında olmuĢ və onun adını mündəricata bu 


MİRZƏ İSMAYIL QASİR  - 210

65 


kitab  hələ  tamamlanmamıĢdan  salmıĢdır.  Sonra  isə  tənasübün  pozulacağını 

görüb, həmin üç Ģair haqqında məlumatları II cildin II hissəsindən çıxarmıĢ, 

yəqin  etmək  olar  ki,  nəzərdə  tutduğu  III  cildə  salmaq  istəmiĢdir.  Lakin 

paradoksal  təsadüf  də  olsa,  əsərini  çap  etməyə  “razılıq  vermiĢ”  sovet 

höküməti  müəllifi  özünün  düĢməni  kimi  edam  etmiĢ  və  bu  görkəmli 

Ģəxsiyyətin  arzuları  yarımçıq  qalmıĢdır.  Zənn  etmək  olar  ki,  “Azərbaycan 

ədəbiyyatı  tarixi  materialları”nın  mündəricatına  adı  salınsa  da,  kitabın 

mətnində Qasirin “unudulmasının” əsas səbəbi elə budur. Məsələni baĢqa cür 

izah  etmək  çətindir.  Əlyazma  irsinin  təsviri  və  əsərlərinin  nəĢri  tarixinin 

nəzərdən keçirilməsi bir daha göstərir ki, Qasir yaradıcılığının mühüm hissəsi 

hələ  də  əlyazma  Ģəklində  qalmaqdadır.  Bu  Qasir  əlyazmaları  üzərində 

mətnĢünaslıq  iĢi  aparılmasını  zəruriləĢdirir  və  bəlkə  də,  məhz  belə 

mətnĢünaslıq  tədbirləri  Ģairin  irsinin  qalan  hissəsini  nəĢrə  hazırlamağa 

praktiki  kömək  edə  biləcəkdir.  MətnĢünaslığın  belə  prinsipial  tələbi  ilə 

hesablaĢmamaq çətindir:  “Əvvəlcə mətni öyrənməli, sonra onu nəĢr  etməli” 

[66,  s.550].  Digər  tərəfdən,  Qasir  əlyazmalarını  mətnĢünaslıq  süzgəcindən 

keçirmək  üçün  hazırlıq  mərhələsi  kimi  Ģairin  yaradıcılıq  xüsusiyyətlərini, 

iradə  və  məramını  özündə  əks  etdirən  ideya  tutumunu  və  yaradıcılığında 

klassik ənənələri öyrənmək lazım gəlir. Çünki “mətnĢünaslıq əsərin mətninin 

tarixini  araĢdırır,  mətnin  tarixi  insanlar  tərəfindən  yaradılır...  Bu  halda  isə 

mətnin tarixi cəmiyyətin tarixi ilə bağlı olur” [66, s.57] və cəmiyyətin tarixi 

bədii  ədəbiyyatın  ideya  məzmununun  formalaĢmasına  təsir  göstərir. 

Beləliklə,  mətni  tədqiq  etmək  üçün  sadalanan  məsələləri  iĢıqlandırmıĢ 

köməkçi vasitə kimi praktiki əhəmiyyət kəsb edir. 

QASĠR ĠRSĠNĠN ĠDEYA MƏZMUNU VƏ KLASSĠK 

ƏNƏNƏLƏRĠ 

Mirzə  Ġsmayıl  Qasir  poeziyasının  ideya  xətti  təbii  olaraq,  Ģairin 

yaĢadığı  dövrün  və  ictimai  mühitin  təsiri  altında  formalaĢmıĢ  və  bu  Qasir 

yaradıcılığının ümumi məzmununun zənginliyində öz əksini tapmıĢdır.  

Tarixdən  məlumdur  ki,  1804-1813-cü  illər  rus-Ġran  müharibəsi 

nəticəsində P.S. Kotlyarevskinin baĢçılığı altında rus qoĢunları Lənkəranı ələ 

keçirib,  Ģəhəri  rus  imperiyasının  forpostuna  çevirmiĢ,  bununla  Azərbaycan 



MİRZƏ İSMAYIL QASİR  - 210

66 


tarixində  “ruslaĢdırma”  siyasətinin  ilk  baĢlanğıcı  məhz  Lənkəranda  öz 

təzahürünü  tapmağa  baĢlamıĢdır.  Əsrin  ortasında  Lənkərana  köçüb  gələn 

Mirzə  Ġsmayıl  Qasir  qısa  müddət  içərisində  hakim  rus  üsul-idarəsinin  yerli 

camaatın  problemlərinin  həllinə  heç  bir  maraq  göstərmədiyini,  avtoxton 

islam  mədəniyyətinin  tədricən  özünün  ən  zəruri  mənəvi  keyfiyyətlərini 

itirməyə məhkum olunduğunu baĢa düĢmüĢdü və bütün bunlar Ģairin satiraya 

meyl  etməsində  əsas  rollardan  birini  oynamıĢdır.  Ġranın  Ģəhərlərini  gəzmiĢ, 

ġirvanda  və  Muğanda  yaĢayıb-iĢləmiĢ  Qasir,  yəqin  ki,  Lənkərandakı  kimi 

ziddiyyətlərlə heç bir yerdə qarĢılaĢmamıĢdı.  

Məlumdur ki, Azərbaycan ədəbiyyatında satiranın müəyyən elementləri 

həcviyyat  Ģəklində  çox  qədim  tarixi  köklərə  malik  olmuĢdur,  lakin  “orta 

əsrlərdə  klassik  sənətkarlarımızın  heç  biri  satiranı  ədəbi  cərəyan  halına 

salmaq  üzərində  xüsusi  çalıĢmamıĢ  və  tarixi  Ģəraitlə  bağlı  olaraq  belə  bir 

məqsəd  o  zaman  heç  qarĢıda  durmamıĢdır”  [38,  s.122].  XIX  əsrdə  isə 

Azərbaycanın  yeni  tarixi  Ģəraiti  məhz  konkret  satirik  poeziyanın  meydana 

gəlməsinə təkan vermiĢ, ayrı-ayrı regionlarda yaranan ədəbiyyat nümunələri, 

müxtəlif  Ģairlərin  yaradıcılığı  bir-birinə  güclü  təsir  göstərərək,  milli 

ədəbiyyatımızın bu cərəyan boyu yeniləĢməsinə yol açmıĢdır. Əlbəttə, burada 

Ģairlər  arasında  mənzum  məktublaĢmalar  da  mühüm  rol  oynamıĢdır,  lakin 

güman  etməyə  əsas  var  ki,  Azərbaycan  ədəbiyyatında  satira  zamanın  tələbi 

olmuĢ,  mühitin  ortaya  atdığı  ədəbi  problem  kimi  özünə  yer  qazanmıĢdır: 

ölkənin hər bir yerində məhəlli və bütövlükdə Azərbaycan üçün ümumi olan 

ictimai 

dərd-sər 

var 

idi, 


bu 

da 


ictimai 

təfəkkürün 

inkiĢaf 

qanunauyğunluqlarından  biri  kimi,  satiranın  təbii  Ģəkildə  ortaya  çıxmasına 

səbəb  olmaya  bilməzdi. Sabirin  “yazıb-yaratdığı günlərdə  cəmiyyət  məhəm-

mədhəsənəmilərdən, 

novruzəlilərdən, 

qurbanəlibəylərdən, 

fatma-

tükəzbanların  uğursuz  tale-  yindən,  qırmızısaqqal  kiĢilərdən  uzaqlaĢırdısa” 



[2, s.139], Zakirin və Qasirin dövründə  müsəlmançılıq  anlayıĢının tənəzzülə 

sürüklənməsinin,  dini-əxlaqi-  mənəvi  dəyərlərin  çox  böyük  ustalıqla  siyasi 

təzyiq 

altında 


ünütdurulmasının 

nəticəsində 

elə 

həmin 


məhəmmədhəsənəmilərlə  xudayarbəylər,  pristavlarla qurbanəlibəylər,  fatma-

tükəzbanlar  hələ  meydana  çıxmağa  baĢlayırdı  və  həyatın  özündəki  belə 

yabançılıqlar ədəbiyyatda əksini tapmaya bilməzdi. 

Beləliklə,  Mirzə  Ġsmayıl  Qasir  kimi  sənətkarlar  ancaq  ədəbi  bir 

yenilikdir  deyə  yox,  həyatın  və  ictimai  mühitin  təsiri  altında  satiranın 


MİRZƏ İSMAYIL QASİR  - 210

67 


imkanlarından bəhrələnməyə meyil göstərir, ürəklərində qövr edənləri yalnız 

bu  yeni  janrın  vasitəsi  ilə  kağıza  “boĢaltmağın”  mümkünlüyünü  görürdülər. 

Məhz  belə  oldu  ki,  kifayət  kəmiyyətdə  (və  yəqin  ki,  yalnız  klassik  mövzu 

ənənələrinə  sadiq  qalıb  ancaq  bu  istiqamətdə  iĢləsə  idilər,  bu  kəmiyyət 

göstəricilərini  inkiĢaf  etdirib,  kamil  bir  divan  ortaya  qoyardılar)  və  kifayət 

qədər uğurla lirik poeziya nümunələri yaratmıĢ Zakir də, Qasir də və sonralar 

Mirzə  Ələkbər  də  Azərbaycan  ədəbiyyatı  tarixində  məhz  satirik  Ģairlər  kimi 

tanındılar, klassik Azərbaycan satirasının ən görkəmli nümayəndələri oldular. 

Onların satirik poeziyası “müstəqil ədəbi cərəyana çevrilən Ģerin vuran qəlbi 

və düĢünən beyni olmuĢdur” [36, s.16].  

Mirzə  Ġsmayıl  Qasir  öz  yaradıcılığına  “Məcnun”  təxəllüsü  ilə  yazdığı 

farsca  və  azərbaycanca  qəzəlləri  ilə  baĢlamıĢdır.  Onun  lirik  yaradıcılığının 

böyük  əksəriyyəti  həyatının  Ġran  dövrü  və  Lənkərana  gəlib  çıxmamıĢdan 

qabaqkı  illərə  aid  edilə  bilər.  Lənkəran  mühitində  isə  Qasir  bütün  gücünü-

qüvvəsini  maarifçiliyə,  yaratdığı  ədəbi  məclisə,  məclisçilik  hərəkatının 

Azərbaycanda  yayılıb-möhkəmlənməsinə  yönəltmiĢ  və  bu  yolda  çox  böyük 

maneələrlə qarĢılaĢdığından onun yaradıcılığında mübarizlik, ifĢaçılıq, satira 

əsas mövqeyə keçmiĢdir. 

Mirzə Ġsmayıl Qasir yaradıcılığında əsas ideya istiqaməti “iki dəqiqədə 

min  dərdə  çarə”,  lakin  ikinci  tərəfdən,  “zəminü  zamanı  bir-birinə  vuran”, 

“çox tacir oğlu taciri həmmal eyləyən”, “hər gülüstani, istəsə, bir dəm xərabə 

edən” pulun, əskinasın, kapitalist  münasibətlərinin tənqidi ilə bağlıdır ki,  bu 

da Qasir satirasının ictimai dəyərini çox yüksəkdə saxlayır.  

Salman Mümtaz “Qasım bəy Zakir” məqaləsində Zakirin AĢiq, Zəbih, 

Zuyi,  Didə,  Mirzə  Mehdi,  Asi,  Vəfa,  Lə’li,  Yusifi,  Hacı  Seyid  Əzim  və 

Sabirlə  yanaĢı,  Qasirin  də  müəllimi  olduğunu  qeyd  edir  [45,  s.139]  və  bu 

tamamilə  doğrudur.  Lakin  Qasiri  satira  aləmində  ictimai  cəhətdən  Zakirdən 

və Seyid Əzimdən irəli çəkməyə sövq edən bir obyektiv amil vardır. Qasım 

bəy Zakir 1857-ci ildə artıq vəfat etmiĢ və çari

zmiin 1861-ci ildə təhkimçilik

hüququnu  ləğv  edəndən  sonrakı  dövr  Azərbaycanını  görməmiĢdir.  Odur  ki, 

bu  böyük  sənətkarın  əsərlərində  kapitalist  münasibətlərinin  ifĢası,  pulun 

cəmiyyətdə iyrənc bir mövqe tutması, milli-mənəvi dəyərləri sıxıĢıdırıb məhv 

etməsi  bədii  ifĢa  olunmamıĢ  qalır.  “Tarix  göstərir  ki,  Azərbaycanın  klassik 

sənətkarları öz dövrlərindəki  haqsızlıq  və zülmü tənqid  etməkdə  bir o qədər 

də  sərbəst  olmamıĢlar.  Ġrticanın  çomağı,  yeni  dövrdə  isə  çar  senzurasının 



MİRZƏ İSMAYIL QASİR  - 210

68 


qanlı  qələmi  daim  onların  gözü  qabağında  gəlib  durmuĢdur”  [38,  s.127]. 

Seyid  Əzimin  poeziyasında  da  belə  vəziyyət  özünü  büruzə  verir  –  Ģair  ya 

pulun  cəmiyyətdə  mövqeyini  hiss  etməmiĢ,  ya  da  çar  metropoliyasından 

Azərbaycana  ixrac  edilən  yeni  münasibətlərə  toxunmamağa  üstünlük 

vermiĢdir.  

Qasirdə  isə  vəziyyət  baĢqa  cürdür.  O,  Azərbaycan  Ģerində  kapitalist 

münasibətlərinə toxunan və buna qarĢı etiraz edən ilk Ģairdir. O, baĢa düĢürdü 

ki,    tarixən  heç  bir  təhkimçilik  ziddiyyətləri  olmamıĢ  Azərbaycanda 

Rusiyanın  problemlərindən  irəli  gələn  çar  fərmanının  tətbiqi  əslində  burada 

milli  xanlıq-bəylik  münasibətləri  qalıqlarının  tamamilə  məhv  edilməsinə, 

beləliklə,  millətin  özü  içərisindən  liderlər  müəyyənləĢməsinin  qarĢısının 

alınmasına  və  deməli,  milli-mənəvi  dəyərlərin,  ənənəvi  müsəlmançılıq 

münasibətlərinin  məhv  edilib,  onların  pul-kapitalist  münasibətləri  ilə 

əvəzlənməsinə, bir sözlə, Azərbaycan mədəniyyətinin, azərbaycanlı Ģüurunun 

biryolluq  kölələĢdirilməsinə  yönəldilmiĢdi.  Məhz  bunu  dərindən  duyduğu 

üçündür ki, Qasir Ģerləri “ictimai həyatın mənfiliklərini qəzəblə ittaham edən, 

yaxud  kəskin  surətdə  lağa  qoyan”  [14a,  s.205]  bir  ideya  ilə  silahlanır, 

satirikləĢir, bu Ģerdə etiraz səsi coĢub-daĢır.  

ġair özü türkcə yazdığı pula aid dörd Ģerin mətləsini xatırlayaraq, pul-

kapitalist  münasibətlərinə  qarĢı  mövqeyini  altıncı  dəftərin  (B-1266) 

sonundakı farsca qeydində belə açıqlayır:  

“Pulun  keyfiyyət  və  xasiyyəti  haqqında  mürəbbe,  müxəmməs  və 

sairədən ibarət bu bir neçə parça Ģeri onlara nəzər salanların ibrət alması üçün 

məsxərə (satira) Ģəklinə saldım və camaat arasına atdım. Lakin vaxt olmadığı 

üçün  bəzi  nüsxələr  tapılmadı.  Sözsüz  ki,  istər-istəməz  bu  bir  neçəsindən 

baĢqa  hər  sözün  mətləsi  sona  qədər  yazılmadı.  Zəmanə  adamlarının  çoxu 

pulun xəstəsidir. Əlbəttə, onların zövqünə uyğun olacaqdır”. 

Qasir pulun insanlar arasında zümrə fərqlərini dərinləĢdirdiyini, ictimai 

ziddiyyətləri artırdığını, çərxi-fələyi tamamilə tərsinə fırlatdığını görür: 

 Gəh bir zaman pəĢĢəni manəndi-fil edər, 

 Gəh bir qarıĢqatək eyliyir əcdahanı pul... 

Pulun  çox  ədalətsizliklər  törətdiyini  və  yaramaz  adamlara  qismət 

olduğunu göstərir:  


MİRZƏ İSMAYIL QASİR  - 210

69 


Hər yerdə mümsük olsa, onu axtarıb tapar, 

Eylər onun cibində, evində məkanı pul...  

Ümumiyyətlə,  Qasirin  satira  yaradıcılığında  pula,  qara  pula,  əskinasa, 

kapitala həsr olunmuĢ bir sıra silsilə Ģerlər vardır ki, ideya-məzmun etibarilə 

bunların hamısı bir-birini tamamlayır, Ģairin kapitalist münasibətləri haqqında 

dünyagörüĢünü əks etdirir.  

Qasir yaradıcılığında cəhalətin, geriliyin, hətta o dövr üçün belə köhnə 

fikirliyin tənqidi, yenilik uğrunda mübarizə motivləri, təhsil almağa, maarifə 

qoĢulmağa çağırıĢ əsas yerlərdən birini tutur: 

Uyma, ey dil, qəflətə, bir dəm ayıl sən xabidən, 

Hər zaman ibrət götür girdari-Ģeyxü nabidən 

deyən  Ģair  “tifli-məktəb”in  “əbcədü  dəftərdən  agah”  olmadığından  məyus 

olur,  bütün  bunların  vilayətdə  kizbü-böhtana,  yalançılığa,  insanlar  arasında 

bir-birinə  pis  münasibətlərin  yaranmasına  yol  açdığını  görür,  bütün  hirsini 

“sən öləsən!” nidası ilə kağıza tökür: 

Xasü amm içrə qəribə mütəarif olmuĢ, 

Ġnanır, söyləsə hər kimsə yalan, sən öləsən... 

Cəhalət o qədər baĢ alub gedir ki, mənəviyyatsızlıq o həddə çatır ki, 

Anlasa gər bir-birinə yalan yerə deyib, 

DüĢər ortalığa nahaq yerə qan, sən öləsən... 

“Həqqi-batil  sındı  cəhlilə”  –  deyən  Qasir  insanların  “Ģər’i  - 

peyğəmbərdən” uzaqlaĢdığını və buna görə də “əl kəc, qələm əyri” olduğunu 

görür, bir-sıra Ģerlərində öz zəmanəsindən Ģikayətlənməli olur. 

Bu  mənada  Ģairin  “Anlamadım”  Ģeri  çox  səciyyəvidir.  Qasir  dünyanı 

gəzib-dolaĢdığını, “bəzi ətrafı dolandığını”, lakin “mərifətü əqlü kəmala” rast 

gəlmədiyini,  onu  anlamadığını  yazır.  Nadanlıqdan  camaat  ancaq  var-dövlət, 

cah-cəlal  yığmaqla  məĢğuldur.  “Bəzilər  Məkkəyə  getcək  adını  Hacı  qoyar” 

və  təkəbbürdən  “bir  neçə  kəs  börkünü  qıyqacı  qoyar”  –  bütün  bunlardan 



MİRZƏ İSMAYIL QASİR  - 210

70 


“nədir  mənfəəti-cahü-cəlal,  anlamadım”,  -  deyən  Ģair  əsl  xoĢbəxtliyin, 

tərəqqinin  oxuyub  təhsil  almaqda  olduğunu,  xalqın  öz  mənliyini  qoruya 

bilməsinin açarının maarifçilikdə olduğunu dərk edir. 

Tədqiqatçıların  qənaətlərinə  görə,  Qasirin  satiraya  üz  tutmasının  bir 

səbəbi də Lənkəranda ona “babi” adı qoymuĢ nadanların münasibətindən irəli 

gələn Ģəxsi motivlərlə bağlı olmuĢdur. “Ruhani və cəhalətpərəstlər Qasir kimi 

mütərəqqi fikirli adamla heç vaxt barıĢmır, hər vasitə ilə ona zərbə vurmağa 

çalıĢırdılar.  Məhz  bu  səbəblər  M.Ġ.Qasiri  həcv  və  satirik  Ģerlər  yazmağa 

məcbur edir. Qasir “KiĢilər” adlı bir satirik Ģerində cəhalətpərəstləri “yalançı 

müsəlman” adlandıraraq, bu nadanların əlindən tənqə gəldiyini bildirir: 

EĢidin bu sözü, ey sahibi-iman kiĢilər! 

Məzhəbi pak, özü pak müsəlman kiĢilər! 

Lənkəranda, görəsən, mən kimə naxoĢ demiĢəm, 

Ya kimin kasəsinə, kisəsinə boĢ demiĢəm, 

Ya kimin atına dübrüĢ, eĢĢəyinə hoĢ demiĢəm, 

Ya ki mən hansı görək adəmə sərxoĢ demiĢəm. 

Ta ki, məndən ola bir kimsəyə üsyan, kiĢilər! 

Mənə “babi” deyən heç etməyib əndiĢəsini, 

Ġstəyibdir isbat edə öz piĢəsini. 

Bir baxın anlamaza, daĢla çalıb ĢüĢəsini, 

YetiĢə həcv ilə, bilməyib, qazaram riĢəsini 

Yazaram mən ona bu növ ilə dastan, kiĢilər!” [57] 

Qasirin  bu  Ģeri  də  təəssüf  ki,  kitabına  düĢməmiĢ,  eyni  adlı  baĢqa  Ģeri 

verilmiĢdir.  

Təbiidir  ki,  öz  Ģəxsi  düĢmənlərini  “sahibi-iman”,  “pak  müsəlman”, 

ələlxüsus da “kiĢilər” adlandırmaqla Qasir olduqca dərin və bu cür “kiĢilərin” 

qana  bilməyəcəyi  üslubi  ironiyaya,  kinayəyə  əl  atmıĢ,  onların  əslində  bu 

keyfiyyətlərdən  məhrum  olduqlarını  çox  eyhamlı  Ģəkildə  çatdırmıĢdır. 

Tədqiqatçı-alim  M.Mustafayev  haqlı  olaraq,  göstərir  ki,  “Qasirin  bu  Ģerini 

oxuduqda  istər-istəməz  M.Ə.Sabirin  “A  Ģirvanlılar”,  Mirzəli  Möcüz 

ġəbüstərinin  “A  Ģəbüstərli  dadaĢlar,  sizə  mən  neyləmiĢəm?”  Ģerləri  yada 

düĢür” [41]. Bu isə ona iĢarədir ki, XIX əsrdə də, XX əsrin əvvələrində də, 



MİRZƏ İSMAYIL QASİR  - 210

71 


Ġranda da, Turanda da qabaqcıl ziyalıların qisməti eyni cür, həyatı və mühiti 

eyni cür idi. 

Qasir  Ģerinin  ideya  Ģaxələrindən  birini  qadın  hüquqsuzluğuna  qarĢı 

mübarizə təĢkil edir. 

Ümumiyyətlə,  XIX-XX  əsrin  əvvəllərinin  satirasında  “siğə,  mütə, 

çoxarvadlılıq,  qeyri-bərabər-evlənmək,  qadını  ev  dustağı  edən  Ģəriət 

qanunları  kəskin  satira  atəĢinə  tutulur.  Azərbaycan  qadınının  ismət  və 

ləyaqəti, heysiyyat və mənliyi, mənəvi paklıq və ucalığı müdafiə olunur” [19, 

s.136]. Bu mənada Qasir Ģeri nəinki istisna təĢkil etmir, hətta, əksinə, XIX əsr

Azərbaycan  satirasının  adı  Azərbaycan  ədəbiyyatı  tarixində  özünəməxsus 

sanballı  yer  tuta  biləcək  gözəgəlimli  nümayəndələri  içərisində  Qasir  birinci 

Ģəxsiyyətdir ki, qadın hüquqsuzluğu məsələsinə öz yaradıcılığında geniĢ yer 

verir. Zakir və Seyid Əzim satirasında qadın problemi böyük bir məsələ kimi 

qoyulmamıĢ, sonralar Mirzə Jəlil, Sabir, Yüsif Vəzir kimi bir sıra ədiblərimiz 

tərəfindən  inkiĢaf  etdiriləcək  bu  mövzu  ilk  dəfə  bu  qədər  dolğunluğu  ilə 

Qasir  poeziya-  sında  iĢlənmiĢdir.  XIX  əsrin  məĢədibadlarının,  gülnazlarının 

taleyini  ilk  dəfə  Qasir  görüb-sezmiĢ  və  kəskin  atəĢə  tutmuĢdur.  ġair  öz 

yaradıcılığında  qadın  məsələsinə  ya  birbaĢa  toxunaraq,  bu  mövzuda  Ģerlər 

yazmıĢ, ya da ayrı-ayrı Ģerlərində nadan və cahil xalq kütlələrinin rəzilləĢmiĢ 

dünyagörüĢləri fonunda adiləĢmiĢ belə eybəcər hallara toxunmuĢdur. 

Deyilənə görə və həm də Ģerin özünün məzmunundan göründüyü kimi, 

Qasir cavanlığında Balaxanım adlı bir gözələ vurulmuĢ, lakin atası onu Molla 

Əli adlı bir qocaya satmıĢ, beləliklə, cəhalətdən doğan bir bəlanı öz taleyində 

hiss  edəndən  sonra  o,  qadın  hüquqsuzluğunu  ifĢa  edən  “Balaxanım”  adlı 

satirik Ģerini yazmıĢdır:  

Nə rəvadır qoca kiĢi gəlinin 

Tapsın vüsalından kam, Balaxanım... 

Qasir öz sevgilisinə müraciətlə onu qocaya ərə getməyə razı olmamağa, 

“qoca  hirək  kiĢiləri”  tutmamağa,  ona  ərə  gəlib,  onunla  xoĢbəxt  olmağa 

çağırır.  

“Dəliqanlı”  cavanlıq  dövründə  yarına  yalvarıb,  ondan  vəfa  gözləməsi 

gənc  Qasirin  hələ  o  illərdə  sadəlövhcəsinə  ədalətə,  haqqa  inanmasına,  digər 

tərəfdən, qadının kölə vəziyyətini yaxĢı baĢa düĢmədiyinə dəlalət edir. Amma 


MİRZƏ İSMAYIL QASİR  - 210

72 


heç  bir  Balaxanım  öz  “Hacı  filani”  atasının,  qardaĢlarının,  əmilərinin 

sözündən  çıxa  bilməzdi.  Məlumdur  ki,  Qasirin  ilk  məhəbbəti  daĢa  dəymiĢ, 

Balaxanımı qoca mollaya vermiĢlər.  

Tədricən bu həyatdan baĢ çıxarmağa baĢladıqca, Azərbaycan qadınının 

“malü  əĢya”  kimi  satılıb-alındığını  öz  gözləri  ilə  gördükcə,  Qasirin  hiddəti 

artır, belə ədalətsizlikdən yana-yana “Ərə verdi” Ģerini yazır: 

Öz nökərinə versə idi, gər bu ayaqdan, 

Heç kimsə deməzdi ki, qızı nökərə verdi. 

Halbuki qızı satıb pul qazanmaq eĢqinə 

Ahu bərəni bir yekə nərrə xərə verdi. 

Söyləyüblər qızı ver itə, amma iti aldat, 

Bu səhv eləyib, qoydu iti, əntərə verdi. 

və  gör  bir  nə  zəmanədir  ki,  özləri  də  öz  qızlarını  elə  həmin  cür  satan  Hacı-

Filanilər də “söylür hamı əfsus o qızdan”.  

Elmi-maarifi  təbliğ  edən,  yeni  tədris  üsullu  məktəb  açmağa  çalıĢanları 

“babi”  adlandıran  bir  cəmiyyətdə  “kiĢilər”  kiĢiliyi-atalığı  bu  cür  baĢa 

düĢürdülər.  Qasiri  də  mənən  yandırıb-yaxan  bu  idi  ki,  o,  bütün  bunların 

səbəbinin nadanlıqda olduğunu çox gözəl dərk edirdi. 

Beləliklə,  Qasir  satiralarının  da  XIX-XX  əsrin  əvvəllərinin  bu  yeni 

cərəyanı  içərisindəki  ənənəviləĢmiĢ  ideya  məzmunundan  qida  aldığını,  onu 

zənginləĢdiirdiyini görürük. Qasir yaradıcılığının əsas ana xəttini cəhalətə və 

geriliyə  qarĢı  mübarizə,  maarifçilik  ideyaları  və  bundan  irəli  gələn  qadın 

hüquqsuzluğunun tənqidi təĢkil edir. Qasirin hətta ilk baxıĢda Ģəxsi problemi 

kimi  görünən  mənzum-satirik  məktublaĢmalarında,  həcvlərində  belə,  bu 

prinsipial məsələlərə sıx-sıx toxunulur.  

Mirzə Ġsmayıl Qasir olduqca vətənpərvər Ģair idi. Buna ən bariz dəlillər 

kimi  onu  nümunə  göstərə  bilərik  ki,  “Azərbaycan”  adının  çar  siyasəti 

nəticəsində azərbaycanlılara unutdurulduğu, vətənimizin ümumən Qafqaz adı 

altında  tanıdılması  illərində,  XIX  yüzillikdə  Qasir,  demək  olar  ki,  yeqanə 

satirikdir ki, öz Ģerində “Azərbaycan” kəlməsini iĢlədir: 

Tərk olub indi bizim əsrdə həm qismi-qəsəm, 

Eyləyüb xəlqə hamı cərbi-zəban, sən öləsən. 



MİRZƏ İSMAYIL QASİR  - 210

73 


Nə ki, Azərbaycan, bəlkə, Ġraq əhli, hamı, 

Dəb olub bundan çinin, ondan çinan, sən öləsən... 

Ayrı-ayrı  Ģerlərində  o,  dilinin  türk  dili  olduğunu  dəfələrlə  qeyd  edir, 

hətta farsca yazdığı çoxsaylı Ģerlərindən bir mürəbbedə türk Ģairləri Füzuli və 

Nəvainin “sözunə aĢiq” olduğunu göstərir. Onun bütün həyatı və fəaliyyəti də 

vətəninin  və  xalqının  çiçəklənməsi,  “ikinci  ana  vətəni”  doğma  Lənkəranın 

tərəqqisi, ölkədə elm və maarifin, anadilli ədəbi məclis hərəkatının yayılması 

iĢinə sərf olunmuĢdur. Bütün bunlar Qasirin böyük vətəndaĢ, millət və torpaq 

qeyrəti  çəkən  vətənpərvər  Ģəxsiyyət  olduğunu  təsdiqləyir.  Deməli,  Qasir  öz 

əsərlərində,  ictimai  inkiĢaf  qanunauyğunluqlarını  və  cəmiyyətin  dəyiĢkənlik 

dialektikasını  nəzərə  almayıb,  Azərbaycanda  yetiĢməkdə  olan  kapitalist 

münasibətlərini 

pisləməklə, 

maarifçilik 

xəttini 

tutmaqla, 

qadın 

hüquqsuzluğuna  və  nadanlığa  qarĢı  çıxmaqla  əslində  bir  böyük  ideyaya  – 



vətənpərvərlik ideyasına xidmət etmiĢ, bu ideyanın ədəbiyyat vasitəsi ilə xalq 

kütlələrinə çatdırılmasına çalıĢmıĢdır.  

Mirzə  Ġsmayıl  Qasirin ən mühüm  xidmətlərindən biri  onun Zakir kimi 

görkəmli müasiri tərəfindən binası qoyulmuĢ satiranı və bu cərəyandan irəli 

gələn  mövzu  və  sücetləri  özünün  uzunömürlü  yaradıcılığı  boyu  yaĢadıb 

püxtələĢdirilməsi,  Lənkəran  mühitindən  doğan  orijinal  variantlarla 

zənginləĢdirməsi  və  nəhayət,  “öz  əli  ilə”  XX  əsrin  qovuĢuğuna  gətirib 

çatdırması sayıla bilər.  

Yeni əsrdə isə Mirzə Ələkbər Sabir və onun müasirləri kimi mütərəqqi 

ziyalılarımız  Qasir  poeziyasındakı  ruhu  və  ideyanı  mənimsəyib,  davam  və 

inkiĢaf etdirmiĢ, daha yüksək zirvələrə qaldırmıĢlar.  

Əgər  Qasir  yaradıcılığı  Azərbaycan  ədəbiyyatı  tarixində  satiranın 

təĢəkkülü və inkiĢafını öyrənmək baxımından maraq çəkirsə, ikinci tərəfdən, 

Qasir  Ģerinin  tədqiqi  bütünlükdə  XIX  əsr  boyu  Azərbaycan  ədəbiyyatının 

inkiĢafını,  yeni  ədəbiyyatın  meydana  gəlməsini,  klassik  ənənələrdən  yeni-

yeni  forma  və  məzmun  faktlarının  meydana  çıxması  prosesini  izləməyə 

imkan  verir.  Bütün  bir  əsr  ərzində  çox  maraqlı  həyat  və  yaradıcılıq  yolu 

keçmiĢ  Ģair-pedaqoqun  əsərləri  içərisində,  bir  yandan,  tam  klassik  Ģeriyyatı 

özündə  əks  etdirən,  ikinci  tərəfdən,  yeni  ədəbiyyatda  da  klassik  poeziya 

ənənələrini  bir  element  kimi  yaĢadan  və  nəhayət,  üçüncü  tərəfdən,  yazılı 

ədəbiyatımız  üçün  ancaq  XIX  əsrə  xas  yenilikləri  əhatə  edib,  klassik 


MİRZƏ İSMAYIL QASİR  - 210

74 


elementlərdən məhrum olan çox gözəl Ģerlərə rast gəlirik. Tədqiqatçılar qeyd 

etmiĢlər  ki,  “XIX  əsr  qəzəl  Ģairlərindən  fərqli  olaraq,  Qasir  klassik  Ģer 

formalarından  baĢqa,  heca  vəznində,  aĢıq  ədəbiyyatı  ruhunda  qoĢmalar  da 

yazmıĢdır”  [34,  s.40].  Deməli,  Mirzə  Ġsmayıl  Qasir  yaradıcılığında  yeni 

ədəbiyyata  xas  olan  cəhətləri  onun  Ģerlərinin  yalnız  məzmununda  deyil, 

formasında da görürük. Bu isə Qasir irsinin mətnĢünaslıq təhlili üçün mühüm 

təcrübi əhəmiyyət kəsb edir.  

Bununla yanaĢı, Qasir Ģerlərindən heç biri boĢ fəzada yaranmamıĢdır və 

onun  bütün  yaradıcılığında  bu  və  ya  digər  dərəcədə  klassik  Ģer  ənənələri 

özünü büruzə verir.  

Yəqin ki, Qasirdə klassik ənənələrdən danıĢarkən hr Ģeydən əvvəl onu 

qeyd etmək lazımdır ki, Mirzə Ġsmayıl Qasir satira ədəbiyyatında orta əsrlər 

Azərbaycan Ģerlərində geniĢ yayılmıĢ qəzəlin formal cəhətlərini, yəni satirada 

lirikanın  formal  elementlərini  tətbiq  etmiĢ  ilk  Ģairlərdən  biridir.  Sonralar 

Mirzə  Ələkbər  Sabir  tərəfindən  daha  da  inkiĢaf  etdirilib,  geniĢ  iĢlənmiĢ  bu 

bədii üslubun ilkin əlamətləri Qasir yaradıcılığında özünü göstərir: 

Neçə müddətdi qamıĢ söhbətimz ləngə düĢüb, 

Ġstərəm Ģe’r yazaq, qafiyəmiz tənqə düĢüb 

mətləli 6 beytlik satirası formaca qəzələ bariz nümunə ola bilər. 

Hicri 1301-ci ildə (=1883 m.) öz dostları Hüseynəli, Məhəmmədhəsən 

və Mirəli Nağıya zarafatla yazdığı 

Ey mənim dostlarım, mən kimi əbləh kiĢilər, 

Fikrü amalı uzun, niyyəti kutəh kiĢilər 

mətləli, 

Sizə bu nüqtəni kərrat deyibdür Qasir, 

Olmayın pis adama heç və’də həmrəh kiĢilər 

mətləli 10 beytlik satirası da formaca qəzəlin bütün əlamətlərinə cavab verir. 

Qasir  satiraları  içərisində  bu  cür  məqamlara  çox  rast  gəlirik.  Bütün  bunlar 

göstərir ki, Azərbaycan ədəbiyyatı tarixində hələ XIX əsrdə Qasir köhnə Ģer 

formalarına  yeni  məzmun  vermiĢ,  yeni  ədəbiyyata  tədricən  keçid 

mərhələsində  çox  maraqlı  bir  ədəbi  prosesin  binasını  qoymuĢdur.  Onun 


MİRZƏ İSMAYIL QASİR  - 210

75 


yaradıcılığında  klassik  ənənələrin  qorunması  belə  əsərlərində  özünün 

orijinallığı ilə seçilir: məzmun yeni, forma klassik və ənənəvidir.  

Mirzə  Ġsmayıl  Qasir  yaradıcılığında  klassik  ənənələrdən  daha  geniĢ 

söhbət açmaq üçün isə onun lirikasını öyrənmək lazımdır.  

Məlumdur  ki,  Qasir  əsasən  ikidilli  Ģair  olub,  əsərlərinin  böyük  bir 

qismini  ana  dilində  və  farsca  yazmıĢdır.  Öz  yaradıcılığına  qəzəl  yazmaqla 

baĢlayan Qasir xüsusən cavan yaĢlarında bu janrda fəal olmuĢ, hər iki dildə 

gözəl  lirika  nümunələri  yaratmıĢ,  həyatının  sonrakı  dövründə  isə  “Fövcül-

füsəha”dakı  rolu  və  mühitin  təsiri  altında  əsas  qüvvəsin  baĢlıca  olaraq 

Azərbaycan  dilində  yeni  ədəbiyyat  incilərinin  yaradılması  üzərində 

cəmləmiĢdir.  

Bununla yanaĢı, Qasir ədəbi irsinin araĢdırılması bir daha sübut edir ki, 

Ģair öz yaradıcılığında klassik Ģer ənənələrinin yaĢadılmasına dərindən maraq 

göstərmiĢ,  bütün  ömrü  boyu  qəzəllər,  mürəbbe,  müxəmməs,  müsəddəs, 

müstəzad, rübai və s. poeziya nümunələri yazmaqda davam etmiĢdir.  

Qasir  kifayət  qədər  kamil  təhsil  almıĢ,  fars  və  ümümtürk  ədəbiyyatı 

xadimlərinin  yaradıcılığı  ilə  yaxından  tanıĢ  olmuĢdur.  Belə  olduqda  isə, 

təbiidir ki, klassik ədəbiyyat onun öz yaradıcılığına da güclü təsir göstərməli 

idi.  “Kullandığı  məzmunlar,  dilə  təsəvvüf  tərzi  klassik  ədəbiyyatın 

prinsiplərinə görədir” [59, s.36].  

Qasirin 

ümumiyyətlə 

bütün 

yaradıcılığına 



və 

dini-fəlsəfi 

dünyagörüĢlərinə ġərqin böyük mətəfəkkirlərinin nəzərəçarpacaq təsiri olmuĢ 

və  o  özü  Ģerlərində  bunu  etiraf  edərək,  ayrı-ayrı  Ģəxsiyyətlərin  adlarını 

çəkmiĢdir.  Maraqlı  haldır  ki,  Qasir  ana  dilində  yazdığı  əsərlərdə  fars  Ģairi 

Hafiz ġirazinin, farsca yazdığı Ģerlərində isə türk Ģairləri Füzuli və Nəvainin 

Ģeriyatına  vurğunluğunu  tərənnüm  edir.  “Qəzəllərində  Füzulinin  havasını 

görməmək mümkün deyildir. Farsca Ģerilərində də Hafizin təsiri vardır” [59, 

s.36], bununla belə Qasir Azərbaycan Ģerini fars Ģerindən, fars Ģairlərini türk

Ģairlərindən fərqləndirmir. 

“Mirzə Ġsmayıl Qasir – поэт XIX века, благотворно использовавший 

и  продолжавший  классический  литературные  традиции,  в  стихах 

выражал симпатию к творчеству узбекского поэта: стихи, газел и саида 

мне всегда приятны из слов Физули, их «Хамса» Навои» [69].  

Öz  ustadlarının  yaradıcılığında  olduğu  kimi,  Mirzə  Ġsmayıl  Qasir  də 

bütün  lirikasında  eĢq  və  gözəllik  aĢiqi,  hicrandan  yanan  və  sevgilisinin 



MİRZƏ İSMAYIL QASİR  - 210

76 


vüsalına  çatmağa  can  atan,  onun  baĢına  dolanan  və  gözələ  əli  çatmayanda, 

hətta  təhqir  olunanda  özünü  həqiri-fəqir  tutan  bir  məcnun  kimi  çıxıĢ  edir, 

gözəli ilahiləĢdirməyi bacarır: 

Qasira, dilbər haçan qətlimə durdu turĢru, 

Verməyib mən canımı canana təqsir eylədim... 

Beləliklə, Qasirin lirik qəhramanı altruizm, cəfakeĢlik əlamətlərini orta 

əsrlər  Ģerindən  qətirib  yeni  dövr  ədəbiyyatına  çıxarır,  təmiz  və  təmənnasız 

məhəbbət rəmzi kimi yaĢadaraq, klassik ənənəni qoruyur.  

Eyni hal Qasirin farsdilli Ģerlərində də özünü göstərir. 

ورکوت هشيپ هب تسه ملد هک متفک 

ون ۀصق نوکم زاغآ هدزاب لد 

فلز ۀقلح رهز لد رازه دناشفا

 

دوب رادرب یوجب دوخ لد هتفک



 

“Dedim, ürəyim sənin yanında girov qalmıĢ, o ürəyi geri qaytar, daha 

heç bir nağıl söyləmə. BaĢını silkələdi. Saçının hər telindən min ürək töküldü. 

Dedi, öz qəlbini axtar götür, rədd ol”.

 

Burada  qeyd  etmək  yerinə  düĢər  ki,  Qasir  poeziyasında  orta  əsrlər 



lirikasında  gen-bol  iĢlənmiĢ  ümumiləĢdirilmiĢ  dini-əsatiri  və  ədəbi  adlar 

sisteminin iĢlədilməsi ilə rastlaĢırıq ki, bu da Qasir poeziyasında klassik dil-

üslub  ənənələrinin  saxlanılmasına  iĢarədir  və  yeri  gəldikcə  mətnĢünasın 

karına gəlir.  

BaĢqa  bir  tərəfdən,  Qasirin  yaradıcılığında  lirik  Ģerdə  sətirarxası, 

əslində  daha  dərin  mənalar  verilməsi  ənənəsinin  izlərinə  də  rast  gəlirik.  Bu 

cür mənaları (Füzulidəki kimi) baĢa düĢmək və bütün əhatəsi ilə qəbul etmək 

üçün oxucudan geniĢ məlumata və biliyə sahib olmaq tələb olunur. 

Mistik təfəkkürə əsasən, güya cadugərlər kimisə və ya hansısa ruhu öz 

yanlarına  çağırmaq  üçün  (ehzar  etmək  üçün)  dua  deyib,  od  içinə  nal 

atırmıĢlar.  Qasir  həmin  beytdə  bundan  istifadə  edir  və  gözəlinin  od  kimi 


MİRZƏ İSMAYIL QASİR  - 210

77 


alıĢıb  –  yanan  üzünə  tökülmüĢ  zülfünü  ehzar  nalına  bənzədib,  Allahdan 

sevgilisinin onu ehzar etməsini arzulayır: 

Tərcüməsi: 

Zülf çün həlqələnib, naldır, atəĢdə yanır. 

KaĢ, ya rəbb, məni o, sehrlə ehzar etsin.

*

Qasir  yaradıcılığında  klassik  ənənələrdən  biri  də  onun  nəzirə 



yaradıcılığında  özünü  göstərir.  O,  Nizaminin,  Füzulinin,  Firdovsinin, 

Xəyyamın,  Hafizin,  Sədinin,  Jaminin,  özbək  Ģairlərindən  Lütfinin  və  ƏliĢir 

Nəvainin  Ģerlərindən  ustalıqla  istifadə  etmiĢ,  üslubi  novatorluq  kimi  onlara 

çox maraqlı nəzirələr yazmıĢdır. Məsələn, XIV əsr Ģairi Lütfinin  

Sənsən sevərim, xox inan, xox inanma, 

Kondur ciqarim xox inan, xox inanma [61, s.99]. 

mətləli Ģerinə: 

Ey taci-sərim, xah inan, xah inanma, 

Sənsəngühərim, xahinan, xahinanma. 

Həmçinin Qasirin həmin mətləli qəzəlindəki 

Nərgiz kimi çeĢmindən olub teĢnə qəzalun, 

Yandı cigərim, xah inan, xah ininma. 

beyti istər-istəməz dahi Füzulinin 

Nərgisin fikri, Füzuli, gözəl könlündə gəzər, 

Tutar ahu vətən ol yerdə kin, otlu-suludur.  

misralarını yada salır. 

*

Tərcüməsi Mirhaşım Talışlınındır.

 


MİRZƏ İSMAYIL QASİR  - 210

78 


Qeyd  etmək  lazımdır  ki,  Mirzə  Ġsmayıl  Qasir  hələ  təhsil  illərində  cığatay 

Ģairlərinin  əsərlərini  oxumuĢ və bu dili  öyrənmiĢdir.  Buna görə də ayrı-ayrı 

mənbələrdə  Qasirin  “Cığataysayağı”  baĢlığı  altında  Ģerlərinin  də  mövcüd 

olduğu  göstərilir,  lakin  təəssüf  ki,  Ģairin  yazılı  irsi  arasında  buna  rast 

gəlmirik. Ancaq Lütfiyə yazdığı həmin nəzirə bu gümanın əsassız olmadığını 

göstərir.  

Bütün  bu  klassik  poeziya  əlamətləri  ilə  yanaĢı,  Mirzə  Ġsmayıl  Qasir 

yaradıcılığının  əsasən  yüksək  pafosluğu,  həyatiliyi,  dünyəviliyi  xüsusi  qeyd 

olunmalıdır.  Qasirdə  hətta  ən  çətin  məqamlarda  belə,  nikbinlik,  gələcəyə 

inam, vüsala ümid var. Qasir poeziyasında sufilikdən və ya hansısa bir dini 

təriqətçilikdən  əsər-əlamət  yoxdur.  Obrazlı  desək,  Mirzə  Ġsmayıl  Qasir 

poeziyası  ənənəvi  orta  əsrlər  ədəbiyyatından  “gülə-gülə  ayrılmaqda  olan” 

yeni  Azərbaycan  ədəbiyyatının  aynasıdır.  Qasir  füzuliyanə  səpgidə  yazdığı 

lirik əsərlərində belə, dünyəvi ləzzəti, məhəbbəti tərənnüm edir, cənnətdə vəd 

edilən nisyə eyĢ-iĢrəti rədd edir. 

Deyilənlərlə  yanaĢı,  Mirzə  Ġsmayı  Qasirin  bəzi  ədəbi  priyomların  və 

mövzuların  sonralar  XX  əsrin  əvvəllərinin  Azərbaycan  poeziyasında 

ənənəviləĢməsində rolu da qeyd olunmalıdır. Bu zaman ya Qasirin priyomları 

və  mövzuları  sonrakı  satiriklər  tərəfindən  qəbul  edilərək,  daha  da 

zənginləĢdirilmiĢ,  ya  da  Qasir  öz  müasirlərinin  priyom  və  mövzularını 

mənimsəyərək sonrakı nəslə ötürə bilmiĢdir.  

Belə  ki,  hələ  60-cı  illərdən  Azərbaycan  ədəbiyyatĢünaslığında  qəzəl, 

mərsiyə, müxəmməs, müsəddəs və məsnəvi klassik Ģer formalarının satiraya 

ilk  dəfə  gətirilməsi  Sabirin  novatorluğu  kimi  qələmə  verilirdi  [53,  s.89-96]. 

Qasir yaradıcılığının geniĢ təhlili isə göstərir ki, bu formalarda satirik Ģerlər 

yazmağın  təməlini  məhz  o  qoymuĢdur  və  yalnız  sonralar  milli  satiramızda 

həmin priyom kütləviləĢib, Sabir Ģerində özünün zirvəsinə çatmıĢdır. Belə ki, 

Qasirin  “Bahalıq”,  “Pul”,  həmçinin  qadın  hüquqsuzluğunun  tənqidinə  həsr 

olunmuĢ Ģerləri qəzəl, qəsidə formasındadır. Onun “Əskinas” Ģeri müsəddəs, 

“KiĢilər” Ģeri müxəmməs formasındadır və s. Bütün bunlar, həmçinin Qasirin 

ayrı-ayrı  mövzu  və  misralarının  Sabirdə  də  iĢlənib  məĢhurlaĢdırılması 

ehtimal etməyə  inam yaradır ki;  Mirzə  Ələkbər Mirzə  Ġsmayılın yaradıcılığı 

ilə tanıĢ olmuĢ, ondan müəyyən ideya və fraqmentləri əxz etmiĢdir. Nümunə 

üçün müqayisə etmək olar: 



MİRZƏ İSMAYIL QASİR  - 210

79 


Qasirdə: 

Ah, səd ah, həzar ah, rəfiqa, səd ah! 

Oldu bica yerə ömrüm bu cəhan icrə tabah... 

Sabirdə: 

Əfsus, qocaldım, ağacım düĢdü ədimdən, 

Səd heyf cavanlıq! 

Qasirdə: 

Bilmirəm, mən sənə, ey sahibi-himmət, nə yazım, 

Eyliyim bir neçə əhvalıva diqqət, nə yazım... 

Sabirdə: 

ġairəm, çünkə vəzifəm budur əĢ’ar yazım, 

Gördüyüm nikü bədi eyləyim izhar, yazım... 

Bundan  baĢqa,  Mirzə  Ġsmayıl  Qasir  bir  pedaqoq  kimi  dərs  vəsaiti 

yaradaraq  Azərbaycan  məktəbinin  yeni  tədris  üsuluna  keçməsi  üçün  bir 

yenilikçilik addımı atmıĢsa, ikinci tərəfdən, Ģagirdlərin fars leksikasını yaxĢı 

mənimsəməsi  üçün  ənənəvi  –  orijinal  bir  mənzum  lüğət  yazmıĢ  və  bunu 

farsca Ģərhi-halında qeyd etmiĢdir:  

“Yüz beytlik lüğət yazdım Ģer ilə o zaman”. 

Məlum olduğu kimi, orta  əsr ġərq leksikoloqiyasında xarici dilin daha 

yaxĢı öyrənilməsi üçün ayrı-ayrı Ģairlər, yəqin ki, Qasir kimi – özlərinin dərs 

dedikləri  mədrəsə  Ģagirdləri  üçün  nəzmlə  lüğət  yazırdılar.  Bunun  iki 

üstünlüyü  var  idi:  əvvəla,  Ģagirdlər  Ģeri  daha  yaxĢı  yadda  saxlayır  və 

beləliklə, avtomatik olaraq, əcnəbi dilin leksikasını da mənimsəmiĢ olurdular, 

ikincisi, bu yolla lüğətçilik məktəbi də zənkinləĢirdi.  

Beləliklə, Qasir yaradıcılığında ənənə məsələsini araĢdırarkən, onun bu 

lüğəti haqqında danıĢmamaq olmur.  

Müəllif  lüğətini  “azərbaycanca-farsca”  prinsipi  üzrə  qurmuĢ  və 

adlandırmıĢdır.  Beləliklə,  Qasirin  bu  əsəri  Azərbaycan  leksikoqrafiya 

tarixində ilk “terminoloji lüğət”lərdən biri hesab edilə bilər. 


MİRZƏ İSMAYIL QASİR  - 210

80 


Lüğət baĢlanır:  

  دوﺑ وﺳﯾﮐ چاس فلز کپرب یوک موترسا شب 

نادبوربا اشق انشيپ نيلآ تسا شوگ قالوق مه

Bitir:   

زيبمازيس ممن من هون تسوا

 نآ وب نيا

انبرمه یا دوب اننيا رالوب انشيا دالوا مه

Göründüyü  kimi,  Mirzə  Ġsmayıl  Qasir  Ģer  yaradıcılığında  da, 

müəllimlik  fəaliyyətində  də  öz  əcdadlarının  qoyub  getdikləri  klassik 

ənənələrə  dayaqlanmıĢ,  lakin  dövrün  və  mühitin  artıq  dəyiĢdiyini,  köhnə 

doqmatik  stereotiplərin  inkiĢafa  mane  olduğunu  dərk  edərək,  istər  bir  Ģair 

kimi, istərsə də pedaqoq kimi Azərbaycan mədəniyyətinin müasirləĢdirilməsi 

iĢində fəal iĢtirak etmiĢdir.

 


Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin