MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

HACI MƏHƏMMƏDƏ 

MüĢfiqa! Hacı Məhəmməd! Eylə bu nəzmə niqah, 

Mail olsan yazaram Ģe’r sənə gahbəgah. 

Sənə əmrim budu məndən elə bu pəndi qəbul

Salik ol sidqilə hər mətləb üçün bulsan rah. 

Daima fəzlü kəmal əhli ilə eylə sülük, 

Ki, məbada tutasan bu əməli sən ikrah. 

Ġndi guĢ eylə, yazım mən sənə öz halətimi, 

Az qalıb ömrüm ola bu iki-üç gündə təbah. 

DəgmiĢəm çox yerə bir börk təpəsindən ötrü, 

Ġddə verdi biri bir il, biri bədəz iki mah. 

Gəlmədi rast iĢim bəxt müxtəlif oldu, 

GəlmiĢəm Ģurə, nəva baĢlayıram, gah segah. 

Gərək ol nöqtə kimi biz dolanaq baĢıaçıq, 

Hər görən fəhm eliyə bu kiĢi neylübdü külah. 

Müxtəsər özgə tərəfdən üzülübdür əlimiz, 

Ki, bu börkün təpəsin sən verəsən xah-nə xah. 

Gər tapılmasa təpə qaldım əcəb baĢı açıq, 

Özgə vəz ilə dolanmaq olacaq mənə günah. 

Diqqətilə elə əxbarütəvarixə nəzər, 

Oların, qovli mənim sözlərimə vardu güvah. 

Yoxudu yazmağa bu sözləri bir dəstaviz, 

Bir papaq guĢəsi əndiĢəmi etdi kütah. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

45



Namünasibdir mənə qırmızıvü ağü sarı, 

Abi və sürməyüyü yaĢıl ola, ya da siyah. 

Mənə bir börk təpəsi səndən əgər olsa vüsal, 

Elə bil baĢıma bir tac qoyub etdin Ģah. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

46



XƏLİLƏ 

Ey özünə bəzmi-ürfanda bilən həmdəm məni, 

Gər bərabər tutmasan bir az hesab et kəm məni. 

Müddəti tə’limü tədrisimə oldun feyziyab, 

Ehtiram ilə bilib ustadi-əl-ə’zəm məni. 

Gər olam naqis bir az cəm’ içrə bə’zidən, 

Bə”zilərdən bilgilən hər barədə ə”ləm məni. 

Zeybü zinətlə deyil fəhmü kəmalü mə’rifət, 

Cürbəcür vəsfilə görmüĢ cani-mən, aləm məni. 

Əvvələn Ģirin xuramız çox mübarəkdür sizin, 

Sanmayın yandırdı bu mətləb misali-sən məni. 

Dostü düĢmən cəm ola Ģirində bir mən olmuyam, 

Bilmiyibsiz siz məgər nov’i-bəni-adəm məni? 

Gər mənimlə dostsən bu növ qəflət bəs nədir? 

Xeyli bu kirdarı nahəncar edib dərhəm məni. 

Müstəid oldu, vücudin etdi təhsili-kəmal, 

Ġndi bə”zini pəsənd eyləməzsən, həm məni. 

Də’vət etdin Ģirniyə xalqı sərasər bəs neçün, 

Bəs neçün bildin bu cəmiyyətdə naməhrəm məni? 

Bir mənimlə həmrah idi, ol büsatə Mircəlal, 

Ey Xəlil, bu həqiqət incidüb möhkəm məni. 

Bə’zi kəslər məndən orda olmamaq vəchin sorub, 

GetmiĢəm fikrü-xiyalətə, basıbdır qəm məni. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

47



Gər təlafisi muradımca bu karın olmasa, 

Onda seyr et, zərbi-dəsti, bilgilən Rüstəm məni. 

Gər məni sərkar hacı yada salmır, eybi yox, 

Çərx pir eylər onu birdəm, edər bir dəm məni. 

Bil ki, indi sən Xəlil ol, mən də Ġsmayıl olum, 

Ol vəfa kuyində sadiq edəsən xürrəm məni. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

48



HÜSEYN YÜZBAŞIYA 

YüzbaĢı, gəlmiĢ idim bəndə, dəyirmanə bu gün, 

Az qalıbdır yetiĢəm, doğrusu, mən canə bu gün. 

Qulaq as, ta sənə əvvəl yazalım Ģərhü bəyan, 

ġad olub eylə nəzər sən belə dəstanə bu gün. 

Bir araba, bir özüm, iki öküz, bir Yusif, 

Güzər etdik sizin ol kuçeyi-kən’ana bu gün. 

Xan verən buğdanı aldım, gecə sizdə qaldım, 

Etdilər xeyli məhəbbət belə mehmanə bu gün. 

Elədik üç gecə sizin evi mehmanxanə, 

Tutduq iman ilə bir-bir neçə meyxanə bu gün. 

Buğdanı un eyləməkdən ötrü filvage’, 

Güzərim düĢmiĢ idi yə’ni bu samanə bu gün. 

Xeyli diltəng oluram bir para əhvala görə, 

Deyərəm mən sənə düĢsün onu pünhanə bu gün. 

Əlqərəz, xanlara məndən yetirin ərzü salam, 

Vacib idi ki, gələm mən görünəm xanə, bu gün. 

Leyk Ģüğlüm çox olub, oldu dəyirman mane, 

Gəlübən yetmədim ol feyzilə ehsanə bu gün. 

Mənə bir çüxa gərəkdir alasan xanlardan, 

Ta geyim əynimə mən xəl’əti-Ģahanə bu gün. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

49



BƏYZADƏYƏ 

Ey bu sözü eyləyən inĢa mənə, 

Hər eybimi qılan hüveyda mənə. 

Sözün hamı əsldən müĢĢəqdir, 

Yə’qin oldu tamamisi həqqdir. 

Qaydadır deyiblər əhli-xirəd, 

Namərdi namərd tapar, mərdi mərd. 

Bir də bu ki, tapar həpəndi həpənd, 

Su çuxuru, kor koru, ləvəndi ləvənd. 

Məni hər kəs qaĢısa, borc qaĢıram, 

Dursa durram, oynaĢsa oynaĢaram. 

Təpik atsa, təpiginə dözərəm, 

Mən də atsam kəlləsini əzərəm. 

YaxĢılara canı nisar eylərəm, 

Hər tövrilə etsə rəftar eylərəm. 

Bu səninlə görmüĢəm hər büsatı, 

Əcəb billəm məqami-inbisatı. 

Sənin kimi çıxmaram əndazədən, 

Köhnə sözü danıĢmaram təzədən. 

Yalan sözü xalqa nisbət vermərəm, 

AĢinaya heç rəva da görmərəm. 

Hər kəsilən eyləsəm aĢinalıq, 

O eyləcə, mən etməm bihəyalıq. 

Bu sözlərdən aĢinalıq olur yad, 

Qət’ bulur təriqeyi-ittihad. 

Özgə gunə eyləmisən söhbəti, 

Sənin qəsdin kəsmək imiĢ ülfəti. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

50



Bivəfalarə yoxmuĢ e’tibar, 

DəmirsizmiĢ, simimiĢ aĢkarınız, 

Mə’lum olur, eyrəti-insafınız, 

Bizim ilə vurduğunuz lafınız. 

DoğruymuĢ, ağlıq olmaz qarədə, 

EĢitdiyim sözlər sizin barədə. 

MüĢəxxəsdir kim bərü bəyzadəsiz, 

BaĢ qovzayıb sərv tək azadəsiz. 

Onun kimi etməyin azadəlik

YaxĢı olur, həqiqət, üftadəlik. 

Mənim kimi siz də xaksar olun, 

Dil ĢiĢəsi daim inkisar olun. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

51



DOSTLARIMA 

Məndən əl üzənlər, görünür yar tapıbsız, 

Güya özüzə yarü vəfadar tapıbsız. 

Ġsavü Məhəmməd, Həsənü, Seyyidü Zərgər, 

Müddətdi ki, bir yaxĢı xiridar tapıbsız. 

Mən eyləmiĢəmmiĢ belə bazarızı kasid, 

Əlhəmdi ki, bir rayici-bazar tapıbsız. 

Çox cümlə yetüb axirə məndən xəbəriz yox, 

Mə’lum ki, bir məĢqələvü kar tapıbsız. 

Qoyduz məni bülbül kimi nalan qəfəs içrə, 

Böylə bilirəm güĢeyi-gülzar tapıbsız. 

Əlbəttə ki, bica yerə vermün gülü əldən, 

Birdən biləsiz gül yerinə xar tapıbsız. 

Bir yar tapıban siz məni qoyduz ki, kənara, 

Sonra biləcəksiz necə əğyar tapıbsız. 

Yainki hesab eyləmüsüz Qasiri qafil, 

Ya ozlərizi aqilü hüĢyar tapıbsız. 

Bilməm nə edib cümə günü sizləri pabənd, 

Yoxsa, lotular, badeyi-gülnar tapıbsız? 

Birdən-birə əl çəkməzidiz, doğrusu, məndən, 

Hökmən, bilirəm, siz onu zinhar tapıbsız. 

Sərraf o gündən açıb ol guĢədə dükkan, 

ƏgləĢməgə, keyf çəkməgə anbar tapıbsız. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

52



Ya xəlqi-zamandan özüzü küncə çəkibsiz, 

Ya söhbətə ol künci səzavar tapıbsız. 

Ol zad ki, elərdiz ola misqali-təmənna, 

Guya diyə billəm, onu xərvar tapıbsız. 

Bir tünd haramzadə olubdur sizə munis, 

Bəh-bəh, nə əcəb Ģuxi-Ģəkərbar tapıbsız! 

Bari çağırın kök BaxıĢı çalmağa zurna, 

Gər badəvü tənbürü dəfü tar tapıbsız. 

Hər bisərü parəilə, balam, durub oturmun, 

Ondan habelə dəftəri-tumar tapıbsız. 

Bilsüz necə verrəm sizə bir iĢ, iĢ içində, 

ĠĢdən olasız ta ki, xəbərdar tapıbsız, 

Qorxum budu əğyar eliyə sirrinizi faĢ, 

Necə ki, edüb aləmə izhar tapıbsız. 

Bir daireyi-tazə çəkin olsa müyəssər, 

Büxl əhli hesab eyliyə pərgar tapıbsız. 

Bir parə rəfiqiz varimiĢ əsl münafiq, 

Güya özüzə məhrəmi-əsrar tapıbsız. 

Onlar sizi gümrahü günahkar biliblər, 

Siz onları dostluqda nə kim var tapıbsız. 

Hər ağzı cırıq kimilərə vermiyəsiz yol, 

Qafil düĢüb, öz böyrüzə mismar tapıbsız. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

53



GUŞ EYLƏ, EY ƏZİZİM... 

GuĢ eylə, ey əzizim, ey vəsli-ruhi-canə

TəĢrifiniz nədəndir, az-az gəlir dükanə. 

Biz aĢiqi-camalın bu illətü ləalun, 

Biz Ģayiqi-vüsalın çəkmə özün nihanə. 

Bu qəlb saf olubdur, əzmi-məsaf olubdur, 

Və’din xilaf olubdur, çox düĢmüĢəm gümanə. 

Axır çe kərdi didi, səbri-məra boridi, 

Verdün bizə ümidi, gəldi könül fəğanə, 

Yox məndə zad, ey can, bu barədə bil hər an, 

Bu Qasiri-pəriĢan müĢtaqdır filanə. 

Görsün qədi-nihalın, ruyində xəttü xalın, 

Çəksün o məh cəmalın, zülfünə bəlkə, Ģanə. 

Faiz ola gözündən, Ģəhdü Ģəkər sözündən, 

Ac quĢ kimi yüzündən salsın əlinə danə? 

Bu zari-dilfikarı, eĢqin olan Ģikarı, 

Görməkliyə o yarı getmiĢ gülsitanə. 

Ey dusti-mehrəngiz, didəm olubdu xunriz, 

Siz bizi, ya biz sizi çəkdük bu imtahanə. 

Mahmüdinin Ayazı, az eylə ərkü nazı, 

Əlbəttə, sən bu razı qoyma düĢə əyanə. 

Hər dəm çağır, xudaya, mən tək olursan, aya, 

Qıl bu gecə mühəyya cəngü neyü çəğanə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

54



Ey bu əməldə basir, imdadın ola nasir, 

Qoyma fəğani-Qasir, çulğaĢsın asimanə. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

55



ƏBU TALİBƏ

(N)*

Ey Əbu Talibi, niku kirdar, 

Dusttari-əimmeyi-əthar. 

Çünkü ismin olub Əbu Talib, 

Həm olub əqli nəfsüvə qalib. 

Talib olduqda olmusan mətlub 

Bə’zi halın edibdi cəzbi-qülüb. 

Talibin var nəzərdə mətlubi, 

Talıb olmaz yox ictə məhbubi. 

Ya həqiqət olur və ya ki məcaz, 

Eyləməz izzi nəfsi məhrəmi-raz. 

Talibə bə’zi  söylər aĢiqdir, 

Bu iki ləfzi çün müvafiqdir. 

EĢq əhli məhəbbət əhli olub, 

Daima dərdü möhnət əhli olub. 

Bə’zi kəslər vurar məcazidə dəm

Bə’zi qoymuĢ həqiqət üzrə qədəm. 

Bə’zilər eĢqidən vurubdu laf,- 

Çoxları qəlb olubdu, üzləri saf. 

Zahir eylər bu sirri-əf”ali, 

Xalq bu qissədən olur halı. 

Bilinir əhli-həqqlə batil, 

Ola mə’lum naqisü kamil. 

Görünür, cadədən düĢübdür kənar 

Ki, olub dərələrdə qula duçar. 

Əlqərəz, olmasın bu mətləb tul, 

Nəzəri-Taliba gələ məğbul. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

56



Çün bu dibacədə budur məqsud, 

Ta ola sinə çak görsə həsud. 

Bu müxatib ki, ismi Talibdir, 

Talibi bir para mətalibdir. 

Bir qədər təbi’ Ģe”r edib hasil, 

Ġstəyir haqqına ola vasil. 

Nədir ixlasi-ali-tahaya, 

Kim yazar mədhlər o mövlaya. 

Eyləyib bir təkyəgahi əsas, 

Od qoyub Fatməyə məcməül-nas. 

Türəfə mənzildü dilbəndi məqam, 

Zikr olur orda göftguyi-imam. 

Neçə gün orda sərf olur ehsan, 

Çayü-qəndü bürüncü rövqənünan. 

Oxunur həm məsayibi-Ģühəda 

Özünü eyləyir Hüseynə fəda. 

Bir para növhə həm edib inĢa, 

Oxuyurlar onu besövtü səda. 

Ona Ģairlik olmayıb mənzur, 

ġüəra içrə ta ola məĢhur, 

Necə kim  Yusif, oldu bazari, 

Xalq da oldu onun xiridari. 

Götürüb hər kəs öz yoxu-varın, 

Yusifin gərm etdi bazarın. 

Bir kələf götdü pərdə zali dəğəl, 

MüĢtəri oldu çün o mahə züxəl 

Etdi bir kələflə cani ala, 

Yə’ni o kəcra yegani ala. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

57



Birəzəntək bu mərdi mərdana 

Bu kələflə giribdü meydana. 

Bə’zi Ģe’ri edibdü dəstəviz 

Tusəni-lənginə verib məhmiz 

Gözləmir vəznü qafiyə, nə rədif, 

KiĢi Firdovsiyə olubdu, hərif. 

Gah yazır Zübdəhi nasə, 

Əkbərü Qasımla Abbasə. 

EĢqi var sərvəri-Ģəhidanə, 

Göz tikibdir qüsuri-rizvahə. 

ġüəda halətin edir yad, 

Ġki-üç nohə eyləyib bünhad. 

Ġstəyir kim, qoya behiĢtə qədəm, 

Müft ola hureynilə həmdəm. 

Ordada bizləri edə mehman

Ey belə e’tiqada mən qurban. 

Çün görür yox vəfalı dünyada, 

YapıĢıb daməni o mövladan. 

Qasira, çox vermə mətləbə tul, 

Cümlə nəzmin əgərçi var mə’qul. 

Bir Əbu Talibi mühübbi-Əli 

Möhür edib kağızın Nəbiyyi-Vəli 

Məni mürĢid bilir özünü mürid, 

Gəlübən gah-gah eylər did. 

Hər gələn vəqtda görər pirin, 

Ağzını qənd ilə edər Ģirin. 

Çünki var onda bir əqideyi-pak, 

Gətirir gah tütün, gahi tiryək, 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

58



Edər ustad pirinə dilĢad 

Tapsa fürsət, həmiĢə eylər yad 

Eyləməkdə bu sözləri izhar 

Edərəm həqqə sidqilən iqrar. 

Belədir ol əzizin övsafı, 

KiĢi verməz yalan yerə lafı. 

Gah Mirzə Səlimi eylər yad, 

Barillaha, evin elə abad. 

Annasa Ģəxs dəhrdir fani, 

Ġstəməz çox da malü dünyani. 

Bu bizim əsrdə Xudaya pənah, 

Ġstəyir kim gəda özün edə Ģah. 

Pul, dövlət əziz olub candan, 

Keçməz ondan kiĢi, keçər candan. 

Çün bu dünyanı əhli-hikmətü hal, 

Eyləyib bir əcuzəyə timsal. 

Özünə eyləyib bəsi zivər, 

Sala baĢdan-ayağa zinisar. 

Qura bir pəhgüzərdə dami fərib, 

.............................................. 

Ey bizə ustad Mövlana cənab. 

Nə Səməddən, nə Qasımdan olmaz cavab, 

Çünki onlar layiqi mədh deyil. 

Bəlkə, onlar mə’rifət əhli deyil, 

Məsləhətdir, bir qəzəl manəndi Ģe’r. 

Olara məxsus olsun Ģərti-Ģe’r, 

Nə ki, tə’rifü tovsif ola. 

Bəlkə, bil-küll təmam bihəcv, ola. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

59



Ta ki, olsun onlara tənbihi-səxt, 

Bərk əncamına qılsın cəhdi-səxt. 

Bəski, onlar türk heyvan məhzidir, 

Adəmi-nadan, layiqi-həcvidir. 

XahiĢi-külliyi bizdən var sizə, 

Onları həcv eyləyib, göndər bizə. 

Əgər olar börkə əncam verməsə, 

Biz alıb börki göndərrik sizə. 

*-

NəĢr edilən əsərlərin bir qısmi müxtəlif səbəblərdən natamamd



ır. Belə halda onlar 

-

(N)-

 iĢarəsi


 ilə  qeyd edilmiĢdir.

 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

60



ŞİRƏLİ BƏYƏ 

Bir gün var idik bir neçə həmsöhbəti-həmdəm, 

Sər həlqəyi-ol cəm’ olub xani-müəzzəm. 

Bu cəm’i edib də’vət sərkar Nəsirbəy, 

Bir dəvət kim, layiqi-Keyxosrovu həm cəm. 

Bir-bəbir adın ol Ģəxslərin eyləmiĢəm zikr, 

Bir nəzmidə kim yazmıĢ idim, bundan əqdəm. 

O nəzmidə həm etmiĢi dim, bə’zi zərafaət, 

Gah eyləmiĢəm söhbəti-tiryaü gəhi cəm. 

Bir misrada yazmıĢ idim riĢteyi-ziba, 

Bir beytdə gah mədh, gah eyləmiĢəm zəm. 

Xassə bu ziyafətdə səzavarü mədayeh, 

Xaməm eyləyib törrə sifət piç gəhi xəm. 

Bu nəzmdə həm hasil əgər olmasa məqsud, 

Gər zəxmi-dili-çakim üçün olmasa məlhəm. 

Onda yazılar bir vərəqi nameyi-ə’mal, 

Nuki-qələmim həm olu bir əfiyi-ərğəm. 

Zikr oldu qaziyyə nəticə ola hasil, 

XoĢdur belə övsafi-ziyafətdən ola qəm. 

Bəh-bəh nə ziyafət, nə təam, nə tədarük, 

Görmübdü belə mahəzəri-dideyi-Hatəm. 

Əzəl verilib məclis ara çay ilə tərtib, 

Ġçməyib belə çayi, deyə billəm ki, hər adəm. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

61



Hər istəkani çay ilə ləbrizu ləbaləb, 

Hər ləhzə edibdür peya-pey dəmadəm. 

Bir yanda yetib guĢimizə cüĢü səmavər, 

Guya birisi Ģur oxuyur, zil, gəhi bəm. 

Çayı, necə çayı deyəsən, rəngi də yaqut, 

Həm tamidə guya ki, gülabilə çəkib dəm. 

Çay ki, o məclisdə olub sərf mənim tək, 

Heç kim ola bilməz onun əsrarına məhrəm. 

Çay söhbəti bu rəng ilə itmamə yetiĢdi, 

Ovsafi-təami eylədi qiblə mücəssəm. 

Məcmuə gəlib bəzmə nizam ilə düzüldü, 

Hər dairədə oldu zürufati münəzzəm. 

Akulə plovdi, bədəli-sədriyi-ġiraz, 

Ağ və yumuĢaq necə pürqonçəyi-qaqəm. 

Bir zərfdə həm düĢdü dolma və çığırtma, 

OlmuĢ dilə irad fisincanə müsəmməm. 

Aluyi-Buxara ilə aluçeyi-Qəzvin, 

Dəstgahü müsəmmada o müzmərdi, bu mədqəm. 

Hər dövrü təbxi be təriqi süpəri-Zal, 

Hər mürğü kəbabi məsəli-gürzeyi-Rüstəm. 

Yəxni tərəzərrin təreyi-süfreyi-Pərviz, 

Xalis kərə çün niyyətiiĠbrahimi-ədhəm. 

Heç bəzmidə olmaz belə ehsan behəqiqət, 

Ġllah ki, orucluq ola, ya mahi-məhərrəm. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

62



Məqzi püstə zirə kabab ilə mürəkkəb, 

Aluyü ziriĢk ilə olub küftiyə toəm. 

Nümrüyi-sicaq xoĢkilə, küküyi-müsəlləs, 

ġamuyi-müdəvvər həbəĢi zadeyi-diləm. 

Həm fındığü badamü və lüləyi-kəbabı, 

Guya o mütərcimdi kəbabə bu mütərcəm. 

Dolmavü kədüvü qatığü sirkə sarımsaq, 

Bir süfrə ara xadimi – məxdumi mükərrəm. 

Rübbü behü həm turĢu xiyar ilə badımcan, 

Cəm olmuĢ idi dairədə piĢü digər kəm. 

Hər kasayi-qəndab pür əz danəyi-reyhan

Bir Ģərbəti dinar idi, bir qətrəsi Zəm-Zəm. 

Həm cövhəri nanə ilə, həm əfĢureyi-qənd, 

Ol qatei-sərfa idi bu dafei bəlğəm. 

Hər guĢədən əhbab eyləyib meyli-tənavül, 

Münim özü bu bəzmdə olmuĢdu tənəəm. 

Çünki yetiĢib növbəti tərtib ilə təqsim, 

Bir məcməiyə düĢdü müqabil iki adəm. 

Girdik iĢə bazari bezən beĢkən olub gərm, 

Guya ki, düĢüb seydigəh içrə necə zeyqəm. 

Bir həmlədə yüz parə edib cücə kəbabin, 

Etdilə xüruĢi hami bir ləhzədə bərhəm. 

Gahi birisi dolma xəbati ilə olub rast. 

Gahi biri bir loğma həvasi ilə olub cəm. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

63



Məclicdəki dərviĢi qəni oldu hamı sir, 

Hər kimsənə tutduqca edib qarnını möhkəm. 

Ondan sora mən yazdığım əĢ’ar oxundu, 

Məzmundan agah olub, cahilü ə’ləm. 

Çün etmiĢ idi Qasir hüzzari cərimə, 

Nəfs adamı gəhi edər ərzəl, gahi əkrəm. 

Pəs Ģair üçün cəm olub qəndi bəhasi, 

Verdi hərə bir məbləğü mə’lum nə mübhəm. 

Ağayi Nəsir bəy özü məğruz qalıbdır, 

Ümmüdüm odur lütf edə qəlbi ola mülhəm. 

Pul söhbəti çox Ģəxsin açıb cövhəri-zatın, 

Verrəm, deyə bilməz ola fövrən dili əbkəm. 

Puldan ötəri çoxları tərk etdi behiĢti, 

Çox nəfs bu mənidə qəbul etdi cəhənnəm. 

Bir xələti-Ģayistədir öz xərçinə layiq, 

Lütf eyliyə mərdanə məni eyliyə xürrəm. 

Bu mədh bu övsofi gərək etmiyə mə’yub, 

Nuki-qələmimlən özünü qılmaya mö”cəm. 

Zatində hər ol kimsənin olsa dənaət, 

Əfzəldür elə kimsənədən kəlbü müəlləm. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

64



ŞİRƏLİ BƏYƏ 

Bizləri bir gecə etmiĢdi Nəsir bəy mehman, 

ġəbi-yekĢənbə idi, axıri-mahi-Ģə’ban. 

O gecə bir neçə əsnaf olub məclisə cəm’, 

Edirən ismlərin mümkün əgər olsa bəyan. 

Birisi bəndəyi-Qasir, birisi ġirəli bəy, 

Birisi Hacı Əli, biri Rəhim bəydir həman. 

Mir Bağır xanü, digər Mir Musa xan, Mehdixan, 

Kərbəlayi Əsədüllahü filanu behman. 

Ağahacı Əli və bir də bizim Ağa Bağır, 

Biri Mirza Ġbadulla bəy, ol pak rəvan. 

Birisi Mehdi Hüseynqulu, biri Məmmədağa, 

Hər ikisi deputat biri çinin, biri çinan. 

Bir nəfər də ki, onun isminə xətm oldu kəlam, 

Yə’ni sərkari-bilənd əxtərü Mir Əsgər xan. 

Mən hesab etdim, on üç Ģəxs olub bu cümlə, 

Adları zikr olunan kimsə çe pirü, çe cavan. 

Bəs gərəkdir ki, Nəsirbəy də ola burda hesab, 

Ola on dörd nəfər xeyr ola zahir, nə ziyan. 

Çay olub sərf ki, insafən əcayib çay idi, 

Zahirən çayi-Popovdur, by nə çayi-Ġran. 

Bə’d əz an eylədilər Gəncəfə bazarıni gərm, 

O macal olmadı ortalıga gəlsin ehsan. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

65



Doğrudu, olmaz imiĢ heç toxun acdan xəbəri, 

Mən yazıq acü-susuz gözlərim oldu nigaran. 

Diksinirdim açılanda qapı, mən biçarə, 

Eylə bildim gətirir əlsuyu guya Qurban. 

Belə billəm ki, Nəsirbəy məni dustaq eləyib, 

Az qalıb ölüm acından, nə pilov verdi, nə nan. 

Əlqərəz, bu gecə üç dəstə olubdur həzərat, 

Çəkib əsnası, töküb pulu, qızıĢdı meydan. 

Birinin əlinə üç çıxdı, birinə asu cüft, 

Gah çıxardı birinin dəstinə dörd Ģah o zaman. 

Gah biri qalib olurdu, biri gahi məğlub, 

Birinin qahi iĢi yaxĢı olub, gahi yaman. 

Biri verməzdi o məclisdə bir  abbası Ģətəl, 

Vacib oldu ki, yazım bu iĢə özgə ünvan. 

Hamı etmiĢ özünə asnası məĢquliyyət, 

Yoxdu məndən xəbəri kim üzülüb tabu təvan. 

Mən həqiqət nə nahar eyləmiĢəm, nə çĢtı, 

Ürəyim getdi acından, aman allah, aman. 

Mizəbanın varımiĢ mənilə guya qərəzi, 

Az qalıbdır ki, acından bədənimdən çıxa can. 

Ġstərəm kim, çığıram naləvü fəryad çəkəm, 

Ələ düĢməz ki, yiyim bircə tikə nani-yavan. 

QızıĢıb xalq qumarə gecə keçdi yarıdan, 

Az qalıb sübh ola, çəkdi xoruzlar hamı ban. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

66



Mən qalıb küncdə diltəng, nə munis, nə rəfiq, 

Bu deyil rəsmi-rəfaqət, nə təriqi-ürfan. 

Pəs gərək oynayan əĢxas cərimə çəkələr, 

Hərəsi bircə manat olmaya hərgiz nöqsan. 

Verməsə hər birisi naməyi-ə’mal yazıb, 

Verərik sol əlinə onda olur Ģərhi-bəyan. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

67



KATİBƏ 

Arifü aqilü cavan katib, 

Gənci-əĢ’arə pasiban katib. 

Bülbüli-nəğməguyü xoĢdəstan, 

Talibi-vəsli-gülsitan, katib. 

Təb’inun lə’li-abidarindən, 

Bizə göndərdin ərməğan, katib. 

Fil-həqiqə, fənayə getmiĢdim, 

Cismimə verdi təzə can, katib. 

Belə mə’lum olur kəlamindən, 

Səndə var eĢqdən niĢan, katib. 

Əhli-eĢqin kəminə çakəriyəm, 

Buna Ģahiddir arifan, katib. 

Bir lətifə sənə bəyan eylim, 

DüĢməsin qəlbinə güman, katib. 

Qasir ilə düĢən mücadiləyə, 

Yeyər axırda bil yavan, katib. 

Aləmi-laməkanı seyr etmiĢ, 

Mənə yazmıĢdın, ey filan, katib. 

Laməkani görən məkan neylər, 

Var bu mətləbdə çox ziyan, katib. 

Laməkanə məanda daxildir, 

Fərq var beyni-inü an, katib. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

68



Meylin etməz nəĢiməni-ərzə, 

Sakini-fövqi-asiman, katib. 

Ġstədim gəndüm ilə darınızı, 

Ac olan Ģəxsə xoĢdu nan, katib. 

Sərsəri-təb’imin hərifi elər, 

Bil hava üzrə badiban, katib. 

Qayibanə məhəbbəti eĢqin, 

Qıldı qəlbimdə aĢiyan, katib! 

Qərəz, olma bu nüktədən dilgir, 

Qasiri etmə bağrı qan, katib!. 



MİRZƏ İSMAYIL QASİR  - 210

1

69



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin