MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

AĞA SƏMƏDƏ 

Ağa Səməd, ey cavani-mö’təbər, 

GuĢ elə bir nəzmidi bu müxtəsər. 

Ġstəmərəm kim ola məqsud tul, 

YaxĢı deyil bə’zi kəlami-füzul. 

Bir özgə mətləb deyil mənzurumuz

Hənuz vardır biləsən Ģüurumuz. 

Ġstədim bir nüktə salam yadıva, 

Söyləyəsən afərin ustaduva. 

Ey üzü pakizə olan, qəlbi saf, 

Xatirində var eylədin e’tiraf. 

Qasirə tərtib edəsən bir külah, 

Pəsənd edə, eyləsə hər kim nigah. 

Qərarımız bu oldu, olsun dirab, 

Vəzi-əmiri ola Mirzəyə bab. 

Qitəsi xoĢ qütrü ola dilpəsənd, 

Nə ola alçaq, nə çox olsun bülənd. 

Bir də baxa, baxan deyə, mərhəba, 

Layiqi-ləbbadəvü cübbə, əba. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

97



PÜNHAN HACI RZAYA 

Ey dost, nəzər qıl, oxu zövq ilə bu fərdi, 

Ta ayineyi-xatiruvun pak ola gərdi. 

Napüxtə olur eyləmiyən seyrü səyahət, 

Kim görmüyə yay istisi, həm Ģiddəti-sərdi. 

Bir əhli-dili yox edə əhvalimi təftiĢ, 

Ta xatirimin rəf ola qüssəvü dərdi. 

Bu vəqtə kimi bilməmiĢəm mən behəqiqət, 

Aləmdə nə növ’ilə olur Ģiveyi-mərdi. 

Bu halətilə qarə mürəkkəb qələmi-sorx, 

Yazdı sənə tə’cililə növ kağızi-zərdi. 

Ev fikri salıbdır məni təĢviĢü xəyalə, 

Lığü qamıĢ amadə olub çatmadı pərdi. 

Bu ərsədə nərradi qəza oldu hərifim, 

Qoydu məni ĢeĢlərdə xilaf oynadı nərdi. 

Pərdi çatıb ev karı tamam olmasa, Qasir, 

Ancaq bu zimistanda görər zəhməti-sərdi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

98



MİRZƏ ƏBDÜLƏHƏD NÖVRƏSƏ 

Ey bəzmi-iradətdə sözü doğru, özü pak, 

Məzmuni-kəlami oxuyub bil, elə idrak. 

Fe’li kiĢinin olmasa qövlinə mütabiq 

Əql əhli deyərlər bir elə kimsəyə napak. 

Bir ayrısı da var, o da həm surəti-Əzrəq, 

Vardır iki çiynində iki mar çü Zöhhak. 

Bu dairədə var gözü kor, əgri ağız həm, 

Xınzirü-nərü maddə xərü xırs və həm lak. 

Bir müftə filanə biri olmuĢ mütəssərrif, 

OlmuĢ birisi ərməniyə sahibi-əmlak. 

Bənzər biri heykəldə bilaĢübhə kərazə, 

Həm surətü sirətdə biri əntəri-çalak. 

Eylüblə hücum üstümə bu qövmi-Ģəyatin, 

Biri ox atır, birisi xəncər, biri fitrak. 

Qanımı tökəllər ola fürsətləri biĢək, 

Nə ġümr, nə Xuli ola bilməz belə səffak. 

Məndən ikisi eliyir də’vayi-torpaq, 

Gahi biri dəvayi-dirəxt eyliri, gah tak. 

Fəzl əhli görüb əhli-zəlalətdən əziyyət, 

Güya belə tə”sir eyləyir gərdiĢi-əflak. 

Billəm olacaqlar qəzəbi-Həqqə giriftar, 

Nifrin edəcəkdir olara sahibi-lö’lak. 


MİRZƏ İSMAYIL QASİR  - 210

1

99



Tiri-qələmilə deĢərəm çeĢmi-əduni, 

Bir zərreyi heç kimsənədən eyləmərəm bak. 

Bir həcvlə sallam oların xərməninə od, 

Bu narə davam etməz o qədrü xəsü xaĢak. 

Əzbəs ki olub helmü həya, Qasirə mane, 

Bəs fitnəvü Ģərdən eliyir nəfsini imsak. 

Axır nəfəsi mürĢüd edər onları pamal, 

Həm batini mövla edəcək sinələrin çak. 

Dəndani-təmə bəndə çəkib əhli-zamandan, 

Gənc üstə oturmuĢ yeyirəm mar kimi xak. 

Bu qədr ki, vardır görürük əhli-vilayət, 

Yoxdur biri etsin məni bir dəfə tərəbnak. 

Hər kimsə gedib Məkkəyə gəlsə mənə ondan, 

XoĢhaləm əgərçi yetə bir çübeyi-misvak. 

Tənbaku qurtardıqca gəlir mən bilirəm, leyk, 

Hər ayda gərəkdir bizə bir lüleyi-tiryak. 



MİRZƏ İSMAYIL QASİR  - 210

200


MİRZƏ İSA SƏRRAFA

Dusta! Dostluq ayinəsi saf olmaqçün, 

Və’dəmiz sidqü ya lafü kəzaf olmaqçün. 

Bu neçə misranı yazdım, baxıb irad etmə, 

ġe’rdə bəndə bu halətdə məaf olmaqçün. 

Künci-fəqr içrə qoyub baĢımi zanüyi qəmə, 

Bədənim tiği-xəyalətdə ğilaf olmaqçün. 

Lazım oldu sizi məqsudidən etmək hali

Haləti-xabigəhi və’də xilaf olmaqçün. 

Eyləsin lütfi özün etdügün iqrarə görə, 

Bəstərü balıĢü əvzayi-lihaf olmaqçün. 

Hər biri olsa müyəssər o qədər vüs’ətdir, 

Yarsın artıq əgər qalsa səcaf olmaqçün. 

Qasirin məqsədi-əncami üçün etmə qüsur, 

Bilmisən kim olub amadə məsaf olmaqçün. 


MİRZƏ İSMAYIL QASİR  - 210

201


HACIYA 

Ey bizim Ģəhridə, ey sahibi-dövlət Hacı, 

Min kurur pul edə xaliq sənə qismət, Hacı. 

Dövlətü malü məalun ola bundan əfzun, 

Olasan sahibi-əmlaki-rəiyyət, Hacı. 

Gərək öz isminə hər kimsə müsəmma olsun, 

Zahirən belə deyib sahibi-hikmət, Hacı. 

Bərəkallah, Hacı Ağa, evin olsun abad, 

Cəm’ edibsən mənə bu Ģəhridə hörmət, Hacı. 

Biləsən mən deyiləm bir para adəmlərdən, 

Puldan ötrü eliyəm mən sənə təbət, Hacı. 

Bilmərəm hacı-macı, tanımaram buni-oni, 

Bü hədü rəsmdi bil məndəki hörmət, Hacı. 

Səni də saldım özüm kimi yaman əhvalə, 

Eləməz meyl sənə bir kimsənə rəğbət, Hacı. 


MİRZƏ İSMAYIL QASİR  - 210

202


BAKIDAN MƏKTUB 

Gözüzdən, ey iki dildar, nur qayibdir, 

Zebəs yolumda qalıb müntəzir, müqaribdir. 

Bu tezliklə mənə qürbət eyləyib tə’sir, 

DüĢür təxəyyülə könlüm, vüsalə talibdir. 

Dilimdən inçimiĢ olsoz, məni halal eliyün, 

Ki, indi zikr eləyin ki, kirdkarə taibdir.  

Ġki ənisü iki munisü vəfadarım, 

Sizə dua eləmək mən qəribə vacibdir. 

Ələlxüsus, vüsali-Səbihü Hümrayə, 

Kamalü mehrü məhəbbətlə Ģövq qalibdir. 

Əziz Nürəli, NuĢafərinü Bilqeysi, 

Mənim yerimdə üzün hər kəs öpsə naibdir. 

O gün ki, varid olub Badikubəyə Qasir, 

HəmiĢə namə yazar Lənkəranə, katibdir. 

Mənim iki büti-gülçöhrə sərv qəddlərim, 

Qulaq tutun bu sözə, söhbəti-əcayibdir. 

SoruĢmuyun necədir halətim fərağızda, 

Tutubdur dövrəmi qəm, qüssələr müsahibdir. 

Canım yanızda qalıbdır xəyalü vəhm ilə, 

Gəzər quru bədənim, bir misalı qalibdir. 

Sizi, Güllüni, Səlimi, Səbihi, Hümranı, 

HəmiĢə eyləyirəm arizu, münasibdir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

203


Salamat eyliyə xaliq Səlimi sizlər ilə, 

Mənə salamatlıq ümdeyi-mətalibdir. 

Əliəsğərü Leyla ilə Züleyxanın, 

Üzün öpün, deməsinlər atası kasıbdir. 

Nə bir cavab yazırsuz, nə bir pəyam gəlir, 

Müdam müntəzirəm, haləti-qəraibir. 

DüĢər xəyalıma Hümra qızım, Səbih balam, 

Onları görməyə qayətdə meyl rağibdir. 

Ġlahi, səhhət ilə müğziyül-məram gedib, 

Görüm əyalimi salim, böyük məratibdir. 



MİRZƏ İSMAYIL QASİR  - 210

204


SEYYİD ƏZİM ŞİRVANİYƏ 

Əssəlam, ey fələki-izzətə əxtər, Seyyid, 

Yetdi namən mənə, ey yarü bəradər, Seyyid. 

Tapacaq rütbə fələk etsə kəlamünlə tamas, 

Fələki-lütfün ola olsa müqəər, Seyyid. 

Yetdi namən mənə bir bəzmdə ol bəzm içrə, 

Var idi bir neçə əĢxasi-müsəddər, Seyyid. 

Müztərib oldu könül namə səvadın görcək, 

Deyəsən bəs ki, düĢüb damə kəbutər, Seyyid. 

Gah öpüb, gah basıb sinəmə, oldum xoĢdil, 

Qəlbə təskin yetiĢib, canıma cövhər, Seyyid. 

Oxuyub naməyi hüzzarə dedim: güĢ ediniz, 

Gör nə sözlər yazıb ağayi-süxənvər Seyyid. 

Söz sənin, xətt Həmidin, nə’ti-tə’rif mənim, 

Hamıya oldu bu mə’na mütəsəvvər, Seyyid. 

Bu xüsusidə mənə yazmamıĢ idin namə, 

Ta tuta xamə çəkəm kağəzə məsdər, Seyyid. 

Gər həqiqətdə mənə yazsa idin sən namə, 

Həm cavab olmaz idi böylə müvəqqər, Seyyid. 

Dörd nəfər Ģairi-bimisl çıxıb ġirvandan, 

Olmuyub onlara bir kimsə bərabər, Seyyid. 

Zülfüqarü Fələki, Ġzzəddinü Xaqani, 

Hər biri sahibi-məcmuəvü dəftər, Seyyid. 


MİRZƏ İSMAYIL QASİR  - 210

205


Ey mənim taci-sərim, qibləgahım, sərdarım, 

Nə mənə, bəlkə bu alimlərə sərvər, Seyyid. 

Mən babam kimi yeyib buğda behiĢtdən çıxdım, 

Barı sən ol belə Ģairlərə müzhər, Seyyid. 

Necə ki, kağəzi-sabiqdə sənə yazmıĢ idim, 

Vəsfi-Bakuni əya Seyyidi-rəhbər, Seyyid. 

Belə Baku ki, onun vəsfini etmiĢdin özün, 

Onu vəsf eylədi bu Qasir-müztər, Seyyid. 

Bilmədi ortalığa boylə ədavət düĢəcək, 

Əsəcək mehri-gülüstanına sərsər, Seyyid. 

Baku Ģəhri atamın, ya babamın yurdu deyil 

Ki, təəccüblə deyəm cənnətə bənzər, Seyyid. 

Leyk insaf məqamında bəsi dayirdir, 

Olmaz aləmdə belə xüttəvü bəndər, Seyyid. 

Bakıya dövlətü ne’mət cəhətilə vardır, 

Nəzəri-mərhəməti-xaliqi-davər, Seyyid. 

Yoxsa guĢiĢlə belə dövlətü ne’mət olmaz, 

Belə dövlət tapılar dərhdə kəmtər, Seyyid. 

E’tiqadın bu deyilmi görəcəkdir məxluq

Həqqdən hər nə ki, olmuĢsa müqəddər, Seyyid. 

Bu qədər sə’ylə guĢiĢ eləyir Ģairlər, 

Çörəyin qət eləyib həzrəti-Heydər, Seyyid. 

Mənə nə, gər ola Baku hamı gəncü gövhər, 

Dola anbarlara buğda yerinə zər, Seyyid. 



MİRZƏ İSMAYIL QASİR  - 210

206


Sənə nə, Ģəhri ġamaxı ola gər mə”dəni-zər, 

Puləki xüms kəsi minədəhəd

1

 bər, Seyyid. 



Gör bu əĢ’arlərim təb’inə küncidə deyil, 

Bir beĢ-altı Ģahı ordan bizə göndər, Seyyid. 

Hər iki kağıza təsrihü kinayət ilə, 

YazmıĢ idin Baki əhlinə hamı xər, Seyyid. 

Cümlədən bə’zisini etmiĢ idin istisna, 

Özgə nəhv ilə söz olmuĢdu müqərrər, Seyyid. 

Caənil-qövm məgər Zeyd deyib nəhvilər? 

Caənil-qövm məqər xər deməyibdir, Seyyid? 

Necə kim nəhv kitabında deyib nəhvilər, 

Çixmaz ol qaidədən xaricə axər, Seyyid. 

Cins gərəkdir ola müstəsnayi-minhün cinsi, 

Belədir qaidə, sərkari-mütəhhər, Seyyid. 

Bakı Ģairləri bu nüktədən olcaq hali, 

Oldu əhvalları bəs mütəğəyyər, Seyyid. 

Ġstədilər yazalar Ģe’rinə bir özgə cavab, 

Vuralar xırmanuva xiĢmlə azər, Seyyid. 

Qoymadım, mən oların əzminə oldum mane, 

Behəqi-zövqü səfa, zəmsəmü müĢ”ər, Seyyid. 

Lənkaranə gedib ondan sora bu Ġsmail, 

Ola bir müddət həmsöhbəti-Həcər, Seyyid. 

Bu təəccübdü, deyirlər ki, qaçıbdır Qasir, 

Xəlq arasında olubdur belə əĢhər, Seyyid. 



MİRZƏ İSMAYIL QASİR  - 210

207


Ġndi bu vəqtdə hərifin qabağından qaçaram? 

Bəs belə olsa mənim baĢıma küllər, Seyyid. 

ġüəradə yox imiĢ qeyrətü namusü ədəb, 

Ġt kimi bir-birinin əngini çeynər, Seyyid. 

Bəndədən sonra Müsəvvir sizə yazmıĢ namə. 

Bir də həm Cürmivü, Mirzəyi Səməndər, Seyyid. 

Ġndi gəl börkümüzü əyri qiyub düz danıĢaq, 

Oturaq bəzmi-mürüvvətdə bərabər, Seyyid. 

Bu nə sözlərdi yazıbsan mənə, ey biinsaf, 

Etmisən xatirimi xeyli mükəddər, Seyyid. 

Elədibsən məni sən həcv necə anlamaza, 

Oxuyub hər biri bir nəğmeyi-ĢüĢtər, Seyyid. 

Nə səbəbdən belə rüsvalığa oldun bais? 

Necə qıydın vuralar ĢiĢəmə qənbər, Seyyid? 

Niyə caldın itü qurd ağzına ə’zalarımı, 

Niyə qoydun yazıla mətləbi-digər, Seyyid? 

Bilmirəm, oldu necə qeyrətinə küncidə? 

Əsb meydanına girsin necə əstər, Seyyid? 

Bunların cümləsinin mənĢəi sənsən əlhəq, 

Gərək olsun sənə bu barədə keyfər, Seyyid. 

Qasirə nanu nəmək mane olublur, yoxsa, 

Səni Cövza kimi eylərdi düpeykər, Seyyid. 

Leyk sən seyyidimizsən, necə eylüm səni həcv? 

Deyirik biz sənə zürriyyeyi-Heydər, Seyyid. 



MİRZƏ İSMAYIL QASİR  - 210

208


Sən həqiqətdə əgər ali-peyəmbər olsan, 

Məni də fərz elə Səlmanü Əbuzər, Seyyid. 

Məgər övlad bəni-ümmətini həcv eylər? 

Hansı məzhəbdə bu vardır, mənə göstər, Seyyid? 

Xassə, ol kimsə ola ali-Əli mədddhi, 

El söylərmıĢ ona bəs Ģümri-sitəmkar, Seyyid. 

Əcəb övladi-xələf oldun, üzün ağ olsun, 

Az qalıbdır yıxasan ümməti yeksər, Seyyid! 

Dadlı, duzlu səni bir yaxĢıca həcv eylər idim, 

Qorxdum azürdə ola xatiri-Cə’fər, Seyyid. 

Burda, orda deyə əmim atamı həcv eləyib, 

Bu da olsun bizə bir töhməti-digər, Seyyid. 

Bunu bilməz, atası tazədən olmuĢ dəllak, 

Qırx ağaclıqdan urur adəmə neĢtər, Seyyid. 

Gəh məni bamilər üstündə edə qır verən, 

Gəh padvalları eylər mənə bəstər, Seyyid. 

Gah yazır, kim, səni tərpətdi mənim həcvim üçün? 

Bilməyir həcv ola, yer-göy hamı titrər, Seyyid. 

Müxtəsər, hər nə gəlib ağzına, söylübdü mənə, 

Hara axir edəcək əmrini məncər, Seyyid. 

Bu qalıb, qaĢımıza vəsmə, gözə sürmə çəkə, 

Götürə börkü, sala baĢıma mə”cər, Seyyid. 

Bir qəbadən ötəri ġümrə edibdür təĢbih, 

Məni badam tək eləyibdi müqəĢĢər, Seyyid. 



MİRZƏ İSMAYIL QASİR  - 210

209


Nuri-didə, bu atan nəzmə çəkən sözlərdir, 

Eləyibdir necə gör çərximi çənbər, Seyyid. 

Burda vəsf etdiyi məĢhur ricalı tanıram, 

Edib onlara mübahati-təfaxər, Seyyid. 

Biri əlhəq rəcil olmaqına yoxdu bəhəs, 

Qalanın cümlə hesab eylə müqəĢĢər, Seyyid. 

AğadadaĢ bəy adı, leyk təxəllüs Nalan, 

Hər könüllərdə olub mehri-müxəmmər, Seyyid. 

Biri onun mehri edib, Qasiri yetmiĢ payına, 

ġəhri-Bakidə çəkib səddi-Sükəndər, Seyyid. 

O biri aqilü həm kamilü sahibdildir, 

Xəlq ara mərtəbəvü izzəti-bərtər, Seyyid. 

Əsədullahı da bilmərrə çıxar ortadan, 

Xəsü xaĢakə qarıĢmaz o güli-tər, Seyyid. 

Əsədov aclıq ilində sənə olmuĢdu dayaq, 

Sadiqü Kazimü həm Əsğərü Əkbər, Seyyid. 

Belə mə’lum olur aləmə, aĢnan Əsədov, 

Qıymaz öz canına bir danəyi sə’tər, Seyyid. 

Gördüm Aslanını aslana həqiqət bənzər, 

Sən görən vəqtdən olub xeyli Ģinavər, Seyyid. 

Qoymadın baĢinı girləndirə bu Qasiri-zar, 

Ta ola hiylə ilə bəlkə təvangər, Seyyid. 

Qoymadın məktəb açıb Ģövqilə tədris eliyə, 

Ya ola hiylə ilə sahibi-minbər, Seyyid. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

10



Birisindən ala pirahənü zircamə, qəba, 

Birisindən ala bir Ģal, müĢəccər, Seyyid. 

Qoydun adını zərafət, mənə yazdın həcvi, 

Ey olan həcvi-zərafətdə kələntər, Seyyid. 

Gah məni mədh edib, eyləmisən gahi həcv, 

Qatmısan bir-birinə zəhrilə Ģəkkər, Seyyid. 

Sorğusuz qafilü məğmum necə Ģairlər, 

Gedəcək cənnəti-məvayə səbüktər, Seyyid. 

Onların cənnətə tez getməyinə bais olur, 

Çün mülağatınız olarla olub əksər, Seyyid. 

Ali-peyğəmbər olur ruzi-qiyamətdə Ģəfi, 

Olacaqsan hamıya məlcəü-mə’bər, Seyyid. 

Müxtəsəra üryan gələn vaqtə bizə, üstümüzə, 

Sən gərəkdir çəkəsən üstünə çadər, Seyyid. 

Seyyida, qəlbdə hər kim sənə düĢmən olsa,  

DüĢmən olsun o kəsə saqiyi-kövsər, Seyyid. 

Bu nədir, söyləmisən, yaz gilə, həcv eylə məni, 

Mən ölüm, həcvini tez yaz, mənə göndər, Seyyid. 

Bir məsəl türkidə: az yetmiri o 

...

verənə 


Açmısan bir neçə dükkançeyi-misgər, Seyyid. 

Baxsa hər kimsənə çeĢmi-gəcilə ustadə, 

Dideyi-batini həqdən olub ə’vər, Seyyid. 

Gəl verək əl-ələ, nuki-qələmilə eliyək, 

DüĢmənin gözlərini kur bərabər, Seyyid. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

11



Sənü mən, qeyrə görə əsrdə var Ģöhrətimiz, 

Tapmarıq bir tikə Bəqravü Müzəffər, Seyyid. 

Qeyrilər laĢəvü cəmdək həvəsilə dolanır, 

Mətbəxü məzbələvü məbrəzi iylər, Seyyid. 

Bir sümük düĢsə əlinə gəmirər, qalıqdır, 

Tanıyır bu dəri, bilməz dəri-digər, Seyyid. 

Belə fikr eyləmə kim, Qasiri-tədbirgüĢa, 

Ruzigarı eyləyibdir onu ĢeĢdər, Seyyid.... 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

12



QAFİL ŞİRVANİNİ HƏCV 

Ey olan, ġirvan ara məĢhur Qafil, bihəya, 

Həqqi inkar eyliyən mə’lunü cahil, bihəya! 

Annadıq müstəğrəqi-bəhri-cəhalətsən yəqin, 

Yox sənə heç vəchlə ümmidi-sahil, bihəya! 

Hər ləğəb göydən olur nazil, bu möhkəm qövldür, 

Gör sənə Qafil ləğəb göydəndi nazil, bihəya! 

Qafilü aqil arasında olur bir nöqtə fərq, 

Həqq səni bu nöqtə ilə etdi Qafil, bihəya! 

Qəflətindən Qasiri-ustadə yazmıĢdın həcv, 

Ya səni bu fe’lə Ģeytan qıldı mail, bihəya! 

Qasirin bir zərbinə tab etmədin insaf ilə, 

YazmıĢ idi biqərəz halizə Ģamil, bihəya! 

Ol cənab Bakiyə yazdız bə’zi hərfi nasəza, 

Mə”rifət əhli bilir ol qövli batil, bihəya! 

Çün mülaqati-nəcasatilə Kür olmaz nəcis, 

Müddəi qövlilə əksilməz fəzail, bihəya! 

YetmiĢ idi Lənkəranə Qasiri-Ģirin-süxən, 

Lazım olmuĢdu ona bə’zi məsail, biyhəya! 

Vərnə rybəh həmləsindən Ģiri-nər etməz fərar, 

Ver özün, insaflı ol bu qövlə adil, bihəya! 

Hər qədər Cürmi, Səməndərlə, Müsəvvir sağdır, 

Qoymarıq dursun sizə Qasir müqabil, bihəya! 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

13



Qəflətindən əhli qəflət qafil olmaz mütləqa. 

Bixud ol Bixud kimi gah-gah ayıl, bihəya! 

Gərçi, Bixud bə’zi söz ustada nisbət söylüyür, 

Sən kimi çox hərzəgu olmubdi mail, bihəya! 

Çünki Bixuddur, sənin tək mütləqa qafil deyil, 

Görsənir onda həyadan bircə hayil, bihəya! 

Böylə mə’lum oldu bixudluqda yazmıĢ bu sözü, 

Yoxsa olmazmıĢ bu üç-dörd hərfə qail, bihəya! 

Bixudun bu bir xətası var ümmidim əfv ola

Olmuya axırda sən tək əqli zail, bihəya! 

Mərhəba, Məzluma bax, elm öyrənib Ģair çıxıb, 

OlmuĢ imiĢ bu neçə müddətdə Fazil, bihəya! 

Bilmirəm kim eyləyib, irĢadını olmuĢ müfid, 

Həcv ilə yazmıĢ neçə pəndü dəlayil, bihəya! 

Adını Məzlum qoymuĢ leyk çox zalim dürür, 

Həcv yetər sibqət edib hardan bu kahil, bihəya! 

Bakıda Məzlum o qədrvar ki, aləm bilir, 

Qalmıyıb sağ onda əzayi-əzafil, bihəya! 

“Zərəbə Zeydun” yazıbdır səndə əlfazi-ərəb, 

Eylüyübsüz bəhs təsrifi-əvamil, bihəya! 

ġirvan cənnəy və ya Bakı cəhənnəmdür, qərəz, 

Yoxsa da bir bəhrə bundan, ey siyəh dil, bihəya! 

Bakıdan girəm ġamaxı Ģəhri artıq Ģəhrdir, 

Ya ġamaxıdan böyükraq yerdi, Bayıl, bihəya! 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

14



Bir səbəblə ġirvan Bakudan artıqdır, bəli, 

Çünki vardır orda bir sən kimi kamil, bihəya! 

Həcv yazdın Qasiri-biçarəyə, ey rusiyah, 

Bir belə bihudə sözlərdən nə hasil, bihəya! 

Yazdığız həcvi məgər göstərməmiĢdiz Seyyidə, 

Böylə olmaz rəsmi-məktubi-rəsail, bihəya! 

Seyyidi-vala cənaba yazmamıĢdıq biz həcv, 

Siz bizi vadar qıldız, həcvə sail, bihəya! 

Siz kimi əclafilə hər kimsə etsə üfto xiz, 

Əhli-mə’na söyləməz ol Ģəxsə aqil, bihəya! 

Güyiya Seyyid Əzimə eybi yazmaq eybidir, 

Onda var sadatlığından çox Ģəmail, bihəya! 

Biz nə bürhanla ona övladi-peyğəmbər deyək, 

Mürtəzadan onda var hansı xəsail, bihəya! 

Ləğvi söylər, xumr içər, ruzə yeyər, qılmaz namaz, 

Həqqidən iğmaz edüb, eylər təcahül, bihəya! 

Siz məgər, Seyyid bilib görcək edərsiz e’tiqad, 

Olsa hər bir kimsənin qurĢağı yaĢıl, bihəya! 

Ali-peyğəmbər xilafi-Ģərə olmaz mürtəkib, 

Xəlqə söylər daim övradi-məsail, bihəya! 

Bu onun ali-rəsul olmağına etdi kifaf

Ümməti vardır, necə siz tək zərail, bihəya! 

Cürmünün bu sözlərini Qafila töviz var, 

Hissə eylub boynuza eylün həmayil, bihəya! 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

15



Ruzi-məhĢərdə sizinçün nameyi-ə’məl ola, 

Keçməyə boynuza ğüllü-ğəlasil, bihəya! 

Qafila, bu nəğməvü bu xarici ahəngilən, 

Zümreye ərbab sövtə olma daxil, bihəya! 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

16



ŞİRVANŞAH TƏXƏLLÜSLÜ ŞAİRƏ 

Bu gün almıĢ birisi dəstinə bir xamə yazıb, 

Götürübdür mənə bica yerə bir namə yazıb. 

Mən sizə yazmıĢdım bu sözü, ġirvanĢaha, 

Bir kəlamı mənə dəstüzə alıb xamə yazıb. 

Nə ki, bir qeyrisi adını qoyub ġirvanĢah, 

Götürüb bir təbəqə kağıza ġahnamə yazıb. 

Sözləri ləng təmamən, hamısı ləğü, cəfəng, 

Bilmirəm kimdü bu, hardan gəlib əyyanə yazıb? 

Məkkədən tazə peyğəmbər kimi bir dibaçə, 

Ġstəyib Kufəyə yazsın, götürüb ġamə yazıb. 

Gözü görmüb, yazıb imla ilə inĢani qələt, 

Görəsən ya ki yazanda düĢüb axĢama yazıb. 

Ġqtibas etməyə sizdən bu idi xahiĢimiz, 

Bir neçə puxtə kəlamı bu rəviĢ xamə yazıb. 

Yoxsa bir qeyri gəlib bir neçə əfsanə süxən, 

Mürği-zirək tək özün yaxĢı salıb damə yazıb. 

Belə əfsanə deyən görməmiĢəm aləmdə, 

Məsələn, pirəhən istər yaza, zir-camə yazıb. 

Oxuyanda sözü oxĢar sözə, amma görünür, 

Səhvi var börki çarıq, baĢmağı əmmamə yazıb. 

Bu qədər əqlü Ģüur ilə lüğati-ərəbi, 

Ġstəyir hərfi əvamı götürə, ramə yazıb. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

17



Xalqı eyzən vələdil-heyd zinazadə bilib, 

Özünün Ģübhəsi var, boĢ yerə həngamə yazıb. 

Üləmalar bu sözü əksinə eylüb tə’bir, 

Xassə bir nükteyi bu bəhsidə əllamə yazıb. 

Bir qulaq burması, Qasir, sənə vermiĢ söz ilə, 

Yetirib Ģiveyi-tədibini itmanə yazıb. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

18



ŞİRVANŞAH TƏXƏLLÜSLÜ ŞAİRƏ 

Ey mənə namə yazan Ģəxs, rəfi-üd-dərəcat, 

Payeyi-fəhmuni-nəzmün əcəb eylübdi sübat. 

Yazdığın nəzmi-tərəhhati təmamən oxudum, 

Bəli, öl, qalma bu dünyada, utan, bir yerə bat! 

Bu nə sözdür oxuyan vəqt töküldü ətimiz, 

Belə söz kürdü xələc söyləməyübdür, nə də tat. 

Mərhəba, Ģairə bax, söz danıĢıb Ģe’r deyib, 

Nə yamanziri-zibildi, süpürüb yığ, çölə at. 

Biri uzun, biri qısa, biri əyri, biri düz, 

Biri yumru, biri enni, biri olmuĢ iki qat. 

Dövni tərkibüvi əĢ’arüvə təĢbih edərəm, 

Görürəm elmi-fərasətlə səni mən lütü lat. 

Dəxi bundan sora, yazma belə əĢ’arı mənə, 

Yetməyib həddi-nisabə əməlün, vermə zəkat. 

Mütləqa, söyləməyib bu sözü ġirvanĢah, 

Qədhi edir baĢdan ayağa hamısı ləğviyyat. 

Niyə bica yerə saldın özünü məhlükiyə, 

Dəxi bundan sonra, yoxdur sənə bir rahi-nicat. 

Sözlərin xamidü çox, çox mənə biganə gəlir

AĢina sözlərinə oxĢamır əz hiç cəhat. 

Niyyətin Kə’bəyə getməkdü və lakin görürəm, 

ġahi-rahi itiribsən, qedirsən rahi-Herat. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

19



Belə mə’lumdu, əĢ’arə varındır həvəsin, 

Gəzisən təĢnə ki, bəlkə, tapasan abi-Fərat. 

Bir deyən yoxdu bu bica danıĢan kimsələrə, 

KiĢi, bihudə danıĢma, yerini yastıla, yat. 

Qoymusan adını ġirvan Ģahi, qəsdin budu kim, 

Oxuyan kimsə o əĢ’arə çevirsin salavat. 

Ġtü qurd ağzına düĢmüĢ necə gör Ģairlik, 

Hər baĢı daĢlıgəlib Ģair olubdur, həzərat! 

Annamaz qafiyəvü səci rədifi bilməz 

Ki, nədir Ģe’rü qəzəldə hərəkatü sükunat. 

Bu təəccübdü deyir: bəhri-əruzi bilirəm, 

Fəilatun, fəilatun, fəilatun, failat. 

Mən ki, ġirvanĢahidən istəmiĢəm Ģe’rü kəlam, 

Özü bir Ģairi-zirək, sözü Ģirin kələmat. 

Tutub ovsafi-kəlam bu zaman yeksər, 

Onda vardır neçə tə’rifü neçə niki-sifat. 

Arifü kamilü Ģirin süxənü danadır, 

Zülməti xətti ara, zahir olub abi-həyat. 

Aparıbsan bu nədir Ģe’ridə Qasir adını, 

Hələ gəl sən mənimlən Ģe’rdə bir payəyə çat. 

Qasiri mən tanıram, Ģairi-Ģir əfkandır, 

Həddini bil, sən onun sürmə bu meydanına at. 

Sürə filin, çəkə fərznin əgər göstərə rux, 

Pa piyadə eliyər ərsədə bil Ģahuvi mat. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

20



Ağzına hər nə gəlibdür demisən, biçarə, 

Dilinə hər nə gəlibdir demisən, həzyanat. 

Görə hər kim o kəlamı, o xəti elə bilür, 

Dəvə qarnı deĢilibdir, tökülübdür içalat. 

Mərd özündən bilu, namərd də yoldaĢından, 

Tutmayın özgə adın, yaxĢı deyil, bu hərəkat. 

Bir də gər, Qasir adın Ģe’rdə etsən zahir, 

Çox cərimə çəkəcəksən, olacaqsan vinəvat. 

Hər sözün var isə yaz qayibə göndər gəlsin, 

Qasirin qiybətini eyləmə, var bunda nükat. 

Yenə ġirvanĢahın qeyrilə yoxdur karı, 

Bu səbəbdəndir, yetiĢmir ona hərgiz sədəmat. 

Yazmısan türki, gəhi farsi, gəhi ərəbi, 

BilməmiĢ illəti ahadi yazırsan həĢərat. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

21



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin