MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

EY KÖNÜL, GƏL ŞURƏ... 

Ey könül, gəl Ģurə gər nitqində nöqsan olmasa

Gərçi bülbül eyləməz Ģivən gülüstan olmasa. 

Sən həmin Ģuridəvü sərməstü Ģövqi-yarsan, 

Gəlməsin əfğanə gər nitqin dürəfĢan olmasa. 

Ġndi gəl göftarə təbi cövhərindən, qıl niyaz, 

Bir xiridar bilər vəznini niran olmasa. 

Xülqini etsin vücudi-həlmilən müstəhzərim, 

Bu cavahir gər onun Ģə’ninə Ģayan olmasa. 

Qənd yerinə ləfzi Ģəkkərbarı iste”mal olur, 

Xan içrə söhbəti bəsdir nəməkdan olmasa. 

Ġsmidir ağa DadaĢ bəy hüsnü xülq ilə ona, 

Mən mələk söylərdim, tərkibi insan olmasa. 

Nik surət, saf dil dərviĢ xislət annanır, 

Əhli-dil olmaz ona mail bu ünvan olmasa. 

Bir səmərsiz nəxl, ya bir züisiz qəndildir, 

Hər vücud ki, anda cudu bərrü ehsan olmasa. 

Hər pəriĢanhal Ģəxsin halətin bilməz məgər, 

Hər o kəs bu çərxidən hali pəriĢan olmasa. 

Nöktəki, bitdi xəyali-Qasiri təhrir edib, 

Xeyli müĢgüldür əgər hər müĢgül asan olmasa. 

Məqz üçün yetməz xələl, olmaz müĢəvvəĢ heç damağ, 

Ġllər ilə talibi-nəsrinü reyhan olmasa. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

74



Göz tamam ömründə hərgiz nuridən tapmaz qüsur, 

Naziri-bağü gülü gülzarü bostan olmasa. 

Xabi-rahət eyləmək mümkündü xakistər əra, 

Bəstərü həm balıĢi-pərqu, yorğan olmasa. 

Nəfs üçün nöqsan yetiĢməz, təb’ üçün əfsürdəlik, 

ġəxs üçün mə”Ģuqəvü dildarü canan olmasa. 

Leyk bu ənbani-xali yə’ni bətni piç-piç, 

Eyləməz səbrü təhəmmül löğmeyi-nan olmasa. 

Gah tərəqqi, gah tənəzzül nəfs üçün bundan bulur, 

ġahdan olmaz gəda əksik bu viran olmasa. 

Ġnqilabi-çərxidən bir kimsə görmüb güĢimal, 

ĠxtiĢaĢi-dəhridən hər kim hərasan olmasa. 

Pəs yəqin biçarələr halına müstəhzər deyil, 

Olmaz agah müddəti onlarla yeksan olmasa. 

Əhli-mə’ni zahir olmaz, firqeyi-cühhalidən, 

Xirqə içrə guĢeyi-məxfidə pünhan olmasa. 

Vaqif olmaz hər kamal əhli rümuzi-Ģe’rdən, 

Təbi ziba, ləfzi-Ģirinü qəzəlxan olmasa. 

Kim tanır aləmdə hər üĢĢaqi-Məcnun tinəti, 

Onda zövqü naləvü fəryadü əfğan olmasa. 

Ey dila, ağa DadaĢ bəy Lütfi kafidir sənə, 

Çəkmə qəm gər qeyr ətfali-dəbistan olmasa. 

Eydi sultanı gəlir yüz günə istiğna ilən, 

Bəd keçər bir Ģəxsə ki, istiqbala sahman olmasa. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

75



Qəm yemə, ey dil, xəyali batil etmə, səbr qıl, 

Kar sahmanə yetiĢməz, ta pəriĢan olmasa. 

BaĢımız üstündə bəsdir olsa ancaq sayəsi

Bak yox gər kisədə dürrilə mərcan olmasa. 

Badkubə Ģəhri içrə tutmaram hərgiz məqam, 

Burda ol sərhəlqeyi bir bəzmi-ürfan olmasa. 

Hər cəvahir qiymətin bilməz məgər cövhərfüruĢ, 

Annamaz söz qədrini hər kim süxəndan olmasa. 

Bundan artıq eyləmək təhriri bimə’na olur, 

Əlqərəz, kim səbr edər, əslində insan olmasa. 

Qasira, əhdü vəfadə olmaz Ġbrahim bəy, 

Hər vəfa əhlinə Ġsmayıl qurban olmasa. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

76



XƏYALƏTİ-AŞİQANƏ 

Eylərik mənzil haçan bəs mənzili-cananı biz. 

Dərd əlindən qurtaraq Ģayəd üzülmüĢ canı biz. 

Bəhsi-fərqi-kuyi canan rövzeyi-Rizvan qılan, 

Guya canandan mühəqqər bilmiĢik rizvanı biz. 

AĢiqə! canansız, rizvan cəhənnəmdir, yəqin, 

Dərd onundur canda, kimdən istəyək dərmanı biz. 

Can mərizi-eĢqi-canandır, Ģəfa vəslindədir, 

Firqətilə tapmıĢıq bu dərdi-bipayanı biz. 

Ayrılıb canan gedib, candan sınıb dil ĢiĢəsi, 

Nisfi-canan nisfi-can yanındadır giryanı biz. 

Dali-qəddim dal edibdür, həm dəri-məqsudi dərd, 

Damı ol gənc üstədür, peyvəstə sərgərdanı biz. 

Natəvandır can, bu cür müĢkülü çəkməklikdə çox, 

Həllinə lazım gəlir gəzmək rəhi-imkanı biz. 

Zülfü ismi birlə bəxtim rənginə həmrəng olub, 

Lami-dil olmuĢ güli, bəs çəkək əfğanı biz. 

Mövci-bəhri-eĢq, tüğyan eylədi Məcruh get, 

Nuhə yalvar eyliyək baĢdan belə tufanı biz. 

Gör necə güllər çəkildi getdi gülĢən səmtinə, 

Bumilərdən bəklədik, qaldıq neçün viranı biz? 

Qeyrətim çox qalmamıĢ, üzrüm budur kirdaridən, 

Pir edib dövran bizi, pir etmədik dövranı biz. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

77



Qasira, Bağdad ilə ġirazı gəl viran qılaq, 

Vəsf edək, abad ola məhbubeyi-ġirvanı biz. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

78



ÖZÜ DƏRVİŞDÜ XANZADƏ... 

Özü dərviĢdu xanzadə dəgil silsiləsiz, 

ġairin Ģe’rini, əlbəttə ki, qoymaz siləsiz. 

Var ümidim ki, bu göftarü bu xülqü bu süluk, 

Qasirə, bir sileyi-mərhəmət etsin giləsiz. 

Belə billəm silə göftarü deyil bimövqe, 

Xərmən üstə verilir sailə buğda giləsiz. 

Xah ləbbadə ola, xah əba, xah qəba, 

Pəs münasibdü bulardan biri vazeh, biləsiz. 

Özqə vəchilə gərək düĢməyə dildən-ağıza, 

DüĢəsüz əhsənü əxlaq ilə dildən-dilə siz. 

Bimüəyyən ola kim baĢa gələ tabistan, 

Olmayıbdır, gecə əyyami-zimistan hələsiz. 

Verməsə mumü əsəl, hörmətə minməz zənbur, 

Kirmidə mərtəbə olmaz, əgər olsa, piləsiz. 

ġairin hər cürə əĢa’rilə əbyatı olur, 

Necə kim bə’zi ona axiri olmaz siləsiz. 

Bir-bir ətmək sözü bir gündə gətirdük baĢa, 

Qorxuram ki, bir iĢi qət’ edəsüz bir ilə siz. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

79



ƏYYÜHƏNNAS, BAXIN YAZDIĞIM... 

Əyyühənnas, baxın yazdığım əĢarlərə, 

Götürün səbt eləyin dəftəri tumarlərə. 

Göndərin bu sözü Rusiya məmaliklərinə, 

Rindü-zahidlərinə qeyrlə zaliklərinə, 

Alimü cahilinə müflisü maliklərinə, 

Müxtəsər böylə yolun eĢqdə saliklərinə, 

Sala bu qissəni hər küçəvü bazarlərə. 

Bir güni gəldi Hacıxanluya çox cahü cəlal

Mütrübü aĢiqü sazəndəvü niku cəmal, 

Bir də bir Əbdüləli adlı yüzi mah misal. 

Gözləri xeyli qara, qaĢları manəndi-hilal, 

DüĢdü Yusif kimi bu Misrdə bazarlarə...

 

Necə Əbdüləli vəsfində olur nitqim lal, 



Eylərdi danıĢan vəqtidə tutiləri lal, 

Özünün beĢ uĢağı vardı danəndə kəmal, 

Gərdəni üzrə düzülmüĢdü neçə haĢimi xal, 

Məskən etmiĢdi onu türreyi-tərrarlərə. 

Alnı ay, qaĢları yay, kipriyi ox, çeĢmi-siyəh, 

Girdə yüz, püstə burun, lalə yanaq arizi məh, 

Tutidil saf-sədəf höqqə dəhan, ahu nigəh, 

XoĢ əda, nik səda, sib zənəx, layiqi-bəh, 

Ləbinin ləli-Ģəfa Ģərbəti biçarələrə. 

Bu iĢin pərdələmək olmayır avazəsini, 

Bundan ötrü eĢidib cümlə xəlayiq səsini, 

Göstəribdir özü aləmdə bu ayinəsini, 

Gör necə sahibi-himmətdi ki, öz xanəsini, 

Xabgah etmiĢdi gürzəvü Ģəhmarlərə. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

80



GəlmiĢ idi onulan bir zənəki sahibi-rəng, 

Zəfəranrəng, qovur gözlü vəli xeyli qəĢəng. 

Xurmayı saçlı, qaĢı taq idi, manəndi-firəng, 

Qoymaz idi duta ayinəsinin üstünü zənğ, 

Bu səbəbdən düĢə xoĢ çeĢmi xəridarlərə. 

GuĢ edin, bundan əcayib dəxi xislətləri var, 

Bir para fazilü ədna ilə söhbətləri var, 

Xas çox xanilə bəyzadəyə Ģəfqətləri var, 

Əməlin əks eləyib gör necə büd’ətləri var, 

Sövküyürdü təpəsin girdiyi-divarlərə. 

YazmıĢıq biz də birin məmləkəti-Ġranə, 

Orda təsdiq edübən göndərələr Turanə, 

Çinü Maçin yetiĢə Hindü Firəngistanə, 

Hər vilayəti gəzə, ta ki gələ ġirvanə. 

Hamısı qol qoyalar yə”ni bu göftarlərə. 

Qərəz, açmıĢdı Hacıxanluda qəssabxanə, 

Böyrəgü quyruğü ət dönmüĢ idi ümmanə, 

Qüvvəsi yox ala, yetdi füqəralar canə, 

Kim görüb yağlı ətin batmanı beĢ tümənə, 

Müftə hərçənd verirdi hünəri varlarə. 

Söylədilər bu nə, ey ayinərux, Ģeydaxu, 

Kafirin teĢnəsinə lazimədir vermək su

Getdi əldən füqəra əhli, nə insafdi bu, 

Olur aya onu peyvənd eləmək sınsa səbu, 

Niyə nahəq olusan silk günəhkarlərə... 

Açıb ağzını bu saillər üçün verdi cavab, 

Çəkilin burdan, olun dur, siz ey xanəxərab, 

Bu nə cür’ətdi, mənim eyliyəsüz hərfimə tab, 

Baxıram,yoxdu ki, bir müĢtəri olsun mənə bab, 

Satıram mən ətimi xeyrsiz avarələrə. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

81



Xalq icma eləyib verdi cavabını onun, 

Nırxı əksiltdi, çəkib ĢiĢə kəbabını onun, 

Verdilər axırı bu tövr hesabını onun, 

Aldılar əldən əcəb zurulə xabını onun, 

Çünki tuĢ oldu necə zırpivu pətyarlərə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

82



BALAXANIM 

Yazım sənə bu naməni, dilbərim, 

Oxu məzmununu qan, Balaxanım! 

Dili Ģirin, dodaqları Ģəkkərim, 

Natəvan cismimə, can, Balaxanım! 

Səni verdi mənə niĢanə huri, 

Dedi camalının yoxdu qüsuri. 

Gözlərin qəlbimin olub mənzurı, 

Düzüb kipriklərin san, Balaxanım! 

EĢitdim söhbətin Molla Əlinin, 

DanıĢdığın dəli oğlu dəlinin. 

Nə rəvadır qoca kiĢi gəlinin, 

Tapsın vüsalından kam, Balaxanım! 

Nə layiqdir məni əldən atasan, 

Qoca hirək kiĢiləri tutasan. 

Gəlsən mənə, səni qoymam yatasan, 

Xoruzlar çəkincən ban, Balaxanım! 

Məndə vardır neçə cürə söhbətlər, 

Aparmağa cürə-cürə ləzzətlər. 

Yə’qin eylə, arif olan övrətlər, 

DüĢməz məsləhətdən yan, Balaxanım! 

Sən tərlan cinsisən, dönüb sar olma, 

Tay-tuĢlar içində gəl sən xar olma. 

Məni qoyub özgələrə yar olma, 

DüĢər ortalığa qan, Balaxanım! 

Qasirin artıbdır möhnətü qəmi, 

Səndən yarasının vardır məlhəmi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

83



Hər gədazadənin olma həmdəmi, 

Tanı mərtəbəni, qan, Balaxanım! 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

84



GƏLMƏDİ 

Ağa Seyid, ora gələndən bəri, 

Səndən bizə heç bir əhval gəlmədi. 

Xanədani-pakindən bizim üçün, 

Nə cavab yetiĢdi, sual, gəlmədi. 

Həqiqət, çox varam sizdən müntəzir, 

Xəyalım səhranı, çölləri gəzir. 

Firqətə yox tabım, nə ürək dözür, 

Qulağıma bir qeylü qal, gəlmədi. 

Ey sənə ixlasım həddidən məzid, 

Sən getcək dərdimiz olubdur məzid. 

Gedəndə vermiĢdin mənə bir nəvid, 

Nədən edək biz ehtimal, gəlmədi. 

Olsun mənim canım cəddinə qurban, 

Sənə kazib demək çox olur üsyan. 

Nec oldu dediyin ĢiĢeyi-qəlyan? 

Arpa yetiĢmədi, motal gəlmədi. 

Bundan sonra bildik əyrini düzü, 

Əlbəttə, çıxacaq rəqibin gözü. 

Çünki hamı eĢidibdir bu sözü, 

Nə dəymiĢ gəlmədi, nə kal gəlmədi. 

Qoyma bizə tə’nə edə bu millət, 

Qeyrətə gəl, eyləgilən həmiyyət. 

Arpanı, motalı eylə mərhəmət, 

Deməsinlər sizdən nəval, gəlmədi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

85



NİGARIM 

Müjganımı qıldlm əlimə xamə, nigarım, 

Göz yaĢilə yazdım sənə bir namə, nigarım. 

Hər dəm salıram yadıma ol çeĢmi-xumarı, 

ġad eyləyirəm bu dili-məhcurimi barı, 

Hicrində sənin anlayıram leylü naharı, 

Qoymaz yetiĢə vəslinə bu bikəsü zarı, 

Lə’nət gələ bu gərdiĢi-əyyamə, nigarım. 

Daim məni-biçarəyə həmdəmdi xəyalın, 

Peyvəstə qılır çeĢmimi rövĢən ruxi-alın, 

Vəsfin nə deyim sən kimi bir mahi-cəmalın, 

Könlüm quĢunu hiylə ilə daneyi-xalın, 

Zülfünlə çəkib, bənd eləyib damə, nigarım. 

Bir Ģanə çək ol türreyi-tərrarına, dilbər, 

AĢiqlərinin eylə dimağini müəttər, 

Kimdir sanə, cana, ola dünyada bərabər, 

Billahi, həqiqətdi bu söz, ey ləbi Ģəkkər, 

Döndərdi fərağın günümü Ģamə, nigarım. 

Səd heyf, üzüldü əlimiz sən kimi məhdən, 

Salma bizi-sərgəĢtəni, əlbəttə, nigəhdən, 

Qoyma düĢə ol türreyi-Ģəbrəngini təhdən, 

Mənsiz, sənəma, pariçeyi-sürxü siyəhdən, 

Geymə dəxi pirahənü zircamə, nigarım. 

Ey gözləri nərgis, ləbi Ģirin, özü ustad, 

Bu Qasiri hicrin eyləyib əsrdə Fərhad, 

Bülbül kimi çox eyləyirəm naləvü fəryad, 

Axırda maĢayixligi qıldım özümə ad, 

Təzvirilə qoydum baĢa əmmamə, nigarım. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

86



CÜM’Ə GÜNÜ 

Ürəfa söhbətə amadə olur cüm’ə günü, 

Sübə dək xatiri-beqĢadə olur, cüm’ə günü. 

DüĢmənü dustü biganəvü həmxiĢ hamı, 

Rindi-meyxarə və ya zümreyi-dərviĢ hamı, 

Aqilü kamilü əfradi-bədəndiĢ hamı, 

Sahibi-Ģövkətü biçarəvü dilriĢ hamı, 

Hərə bir növ’ ilə üftadə olur, cüm’ə günü. 

Hər o kəs arifi-həqdir, bu gün asudə olur, 

Talibi-cifə olan cifəyə aludə olur, 

Bu günün mənfəəti olsa da bihudə olur, 

Kiminin meyli bu gün çəngü neyü rudə olur, 

Kiminin məĢğələsi badə olur, cüm’ə günü. 

Dostlar! Ömrə vəfa yoxdu dəmi-fürsətdir, 

Məhz heyvandü hər kim əməli-qəflətdir, 

Olsa bir güĢeyi-bağ, eylə bilün cənnətdir, 

Bə’zilər Ģayiqi-mey, raqibi-həmsöhbətdir, 

Bə’zilər talibi-səccadə olur, cüm’ə günü. 

Bə’zi xatirdən olur rəf’ bu gün məkrü məlal, 

Bu gün heç bir iĢə verməz əlin ərbabi-kəmal, 

Bə’zi bu gündə tapar cah, tapar bə’zi zəval, 

Əməli-xeyr edər ol nütfə əgər olsa həlal, 

Bə’zilər məhz həramzadə olur, cüm’ə günü. 

Bə’zi bu gündə gedüb söhbəti-dilbərdə olur, 

Qumri tək mənzili-sərvilə sənubərdə olur. 

Bə’zinin fikri həmi similə, həm zərdə olur, 

Kimi dükkanda, kimi məscidü-minbərdə olur. 

Bə’zilər xidməti-tərsadə olur, cüm’ə günü. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

87



Bə’zilər söhbət üçün söhbəti-cananə gedər, 

XahiĢi-nəfsilə bu gün hərə bir yanə gedər, 

Bə’zi rahi-həqə, bə’zi rəhi-Ģeytanə gedər, 

Mailü seyrü səfa, bağü gülüstanə gedər, 

Bə’zi bir guĢədə istadə olur, cüm’ə günü. 

Bilmədim dəhridə asayiĢü rahət nec olur, 

ġəxs asudə gəzər, küncü fərağət nec olur, 

Ya ki, ənduhü qəmü qüssəvü möhnət nec olur, 

Rəncü təĢviĢü məĢəqqət nədü, zəhmət nec olur, 

ġüğlümüz olsa da ərradə olur, cüm’ə günü. 

Hər tərəfdən gözümə gülĢən ara bu görünür, 

Gülbünü-sərvi səhi bülbülü-teyhu görünür, 

Sərbəsər laləvü nəsrin güli-xudru görünür

Nəzəri Qasirə Ģəbnəm necə lö-lö görünür, 

Xaki-gülĢən hamı bicadə olur, cüm’ə günü. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

88



BAX BU ƏŞARİMƏ... 

Bax bu əĢarimə ey taci-sərim, qibləgahim, 

Qeyri-səndən, biləsən yoxdur ümidü pənahim, 

Gəldi novruz, bahar oldu, gedüb fəsli-xərif, 

Edəcək badi-səba cismi-nəbatati zərif, 

Sərvə qumru olacaq, bülbülə gül bərgi hərif, 

Siz gətirdiz bu yerə xassə ki, təĢrifi-Ģərif, 

Çox yaman keçmiĢ idi ruzü Ģəbim, salü məhim. 

Nə bilən varidi bu dərdi-dili-zarimizi, 

Müddəi pozmuĢ idi rövnəqi-bazarimizi, 

Nə də təhsin eləyən var idi əĢ’arimizi, 

Yox idi bir eĢidən söhbətü göftarimizi. 

ġükrlillah ki, gəlüb arifi-sahib güləhim. 

Məni Abbas kimi sahibi-e’zaz edəcək, 

Xalq arasında qılıb lütfi-sərəfraz edəcək, 

Zərrəpərvərliyə xurĢid tək ağaz edəcək, 

Qeyrilərdən bizi əlbəttə ki, mümtaz edəcək, 

Olacaq mahi-münəvvər kimi bəxti-siyəhim. 

Əfv qıl üzrimi, ey sahibi-idrakü Ģüur, 

Yüz tutub bəzmi-Süleymana gəlüb aciz mur, 

Görə bu bəzmi-visali, ola hicran gözü kur, 

Səhv olub eyləmiĢəm Ģiveyi-xidmətdə qüsur, 

Bu səbəbdən bilürəm çoxdi həqiqət günəhim. 

Qərəz, etməkdə sizi dərdi-dilimdən hali, 

Ġstərəm hasil ola xatirimün amali, 

Edəsən könlümizi qüssəvü qəmdən xali. 

Mən nə nəhv ilə edim sərf belə e’lali, 

Lənkəran dəĢti ara vardu bir ahu nigəhim. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

89



Belə ahu nigəhim tutdi, Ģikar etdi məni, 

Ġki min möhnətü ənduhə düçar etdi məni, 

ġəbi-hicrani onun tirəvü tar etdi məni

ġövqi-vəsli yenə bisəbrü qərar etdi məni, 

Leyk yox getməgə ol canibə bir zadi-rəhim. 

Gəlmədi Mehdi hidayət edə biz rusiyəhi, 

Verə lütfilə bu səyyadə o ahu nigəhi, 

Mehdisən, cən də hidayət elə, ver zadi-rəhi, 

Demə Qasirdü mənim mülki-qəmim padiĢəhi, 

ƏĢki-çeĢmimdi xəzinəm, qəmü möhnət süpəhim. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

90



HACI QƏLƏMDAN 

Bu Ģəhrdə var, bircə nəfər Hacı Qələmdan, 

Amma ki, sözü təlx, əti acı, Qələmdan. 

Bundan irəli yazıq idi bikəsü fağir, 

ĠĢ görməkdən olmuĢ idi dalisi ağır. 

Bir adı Qələmdandırü həm bir adı sağır, 

Ġndi baxır adamlara qıyqacı, Qələmdan. 

Apardı səni Həccə, səna eylə o Ģəxsə, 

Bacardıqca əhdü vəfa eylə o Ģəxsə. 

Ömrün nə qədər vardı, dua eylə o Ģəxsə, 

Hüdhüd kimi qoydu baĢına tacı, Qələmdan. 

Əvvəl cin idi Həccə gedib oldu firiĢtə, 

SalmıĢ bu səfərdə əlinə xeyli səriĢtə. 

Müftə nə qədər olsa yeyər aĢü-əriĢtə, 

Evində yeməz xaĢilü, umaci, Qələmdan. 

Ġndi ayağı çəkməli, dəstində çətirdir, 

Bir parə sözü anlamağa xeyli qətirdir. 

Gah yediyi yuxadu, çox vəqtdə fətirdir, 

Ocağa qoya çölməyi, ya sacı, Qələmdan. 

Bir vəqt dal üstündə yatıb, gah üz üstə, 

Bir müddət məst eliyib xəlqi bez üstə. 

Məsciddə ayaq üstə olur, evdə diz üstə, 

Mehmanxanada əyləĢü həllacı, Qələmdan. 

Aya, görəsən hiç xəbərdardır iĢindən? 

Baxsan yaĢına annanı tarixi diĢindən. 

Bir vəqt geyərdi papıĢı qıĢda meĢindən, 

Ġndi ki, bəyənməz gönü, tumacı, Qələmdan. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

91



Bir vəqt olub xəlq, ara acizü xəstə, 

Bir vəqt yeyər girdəkanü, fındıqü, püstə. 

Ġndi belə söyləllə yığıb baĢına dəstə, 

Xəlq ilə salıb ortalığa qacı, Qələmdan. 

Gah çay satar, gah satar qəhvəvü cüllab, 

Gah xadim olur, gah edə sənəti-qüllab. 

Bir vəqtə kimi oldu lotu, naibi-tüllab. 

Biçarələrin acizü möhtacı, Qələmdan. 

Yadına düĢər, künc bucaqlarda yatardın, 

Burda-orda torpağa-palçığa batardın. 

Çöllərdə qurardın cələ quĢları tutardın, 

Ġndi bazarın olmusan dilmacı, Qələmdan. 

Var səndə neçə xasiyyətü-fe’l, niĢanə, 

Saldın nə əcayib onu sən beylə nəhanə. 

Xəlq qoysa gedərsən səni həmmami-zənanə, 

Tainki, desinlər sənə can bacı Qələmdan. 

Peyvəstə yeyər Ģəlqəmü, həm turpü çuğundur

Birisi dedi kim hacı, çox boynu yoğundup. 

Yersiz danıĢıb, güldürübən xəlqi uğundur, 

Hər gündə alıb səndə kəmər xaçi Qələmdan. 

Tüllaba rəis xadimi bu məscidü minbər, 

Bak etməgilən, bil özünü mərdümə rəhbər, 

Bir az keĢər etgilə dəvayi-peyəmbər, 

Seyr eyləgilən bir gecə meraci, Qələmdan. 

ƏĢaridə Pünhan təxəllüs düĢüb adım, 

Bu sözləri yazmaqa deyil qeyri muradım. 

Guya eliyiblər məni də məscidə xadim, 

ġən’ində olub əbdəhü ərraci, Qələmdan. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

92



AĞADADAŞA

Yetdi bahar fəsli, saqi, gətir Ģərabi, 

Ey mətbəxi yetir sən tərtiblən kəbabi. 

Gəl Ģura, ey müğənni, tut pərdeyi-əraqi, 

Ey mütrübi-xoĢ əlham vur çəngilə rübabi. 

Mey nəĢ’əsilə hərdəm gərm eylə bəzmi-eyĢi, 

Gəh məstü hyĢyar et, hər ləhzə Ģeyxü Ģabi. 

Əshabi-iĢtiyaqə bir müjdə verdi hatif, 

Bir piri-natəvana biz eyliyək xitabi. 

ġirvanĢəha, eĢitdim bir türfə dastani, 

OlmuĢ sənə bu günlər nə yaxĢı fəthi-babi. 

Fərzəndi-ərcüməndin məhbəsdən olmuĢ azad, 

Qəlbin olubdur xürrəm, yox qeyr iztirabi. 

Söz yazmağa, əzizim, qalmub dəxi bəhanən, 

Rəf’ eyləyübdü xaliq qəlbimdəki hicabi. 

Gər olsa ayrı üzrün yox e’tibari, həgiz, 

Bilməm nədən edərsən bu qədr ictinabi. 

Bir tul dastanə, yox qüvvəti-kitabət, 

Yaz laməhalə göndər bir müxtəsər cavabi. 

Bəs bu nə gunə sözdür belə deyil xəlayiq, 

ġirvanĢəhi yazıbdır Firdovsi tək kitabi. 

Aya, nə bais olmuĢ gəlmir cavabi-naməm, 

Belə olur müĢəxxəs məndən edər hesabi. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

93



Bəndə səni ziyarət etmək olubdu vacib, 

Bu niyyətə həqiqət var könlümin Ģitabi. 

Lakin həmin bu mə’ni olmuĢ nəzərdə məlhuz, 

Ta kəlməsə cavabım yetməz sənə savabi. 

Ərbabi-mərifətdən olmaz xilaf sadir, 

Dünya üçün məzəmmət üqba üçün itabi. 

PüĢk ilə oynayanlar bilməzlə buyi-miĢki, 

Bustan iynəyənlər neylər gülü gülabi. 

Gər gəlməsə cavabım var ehtimalı guya, 

Axırda zahir olsun bir özgə inqilabi. 

Yaz Qaibün cavabın, əlbəttə, Ģahzadə, 

Yainki tərk eylə bu ləbbi, bu lübabi. 



MİRZƏ İSMAYIL QASİR  - 210

2

94



ZARAFAT

(F)

KiĢiyə yaraĢmaz Ģit zarafatlar, 

Hər bir söz ox kimi qəlbə sancılar. 

Harda ki, zarafat iĢə düĢərsə, 

Ədəb əhli dərdə olacaq duçar. 

“Zarafat qayçı tək doğrar hörməti”, 

Peyqəmbər demiĢdir bunu aĢikar. 

Ürəyi ĢüĢədir kamal əhlinin

Çirkin söz, daĢ kimi onu parçalar. 

Hər kəsin ağzından pis söz çıxarsa, 

O ya bir sərxoĢdur, ya da ki, xumar. 

Zarafat əhlinə deməzlər Ģəndir, 

Deyərlər nə yüngül xasiyyəti var. 

Həyası olmaz bil boĢboğazların, 

Olmaz belələrdə vəfa, e’tibar. 

Deyirlər bir çirkin söz ilə Yunis, 

Tutdu bir nəhəngin qarnında qərar. 

Çox zəhlə tökəndir cəfəng zarafat, 

Qaç belə Ģəxsdən canını qurtar! 

Qasir, sən hər sözü ədəblə söylə, 

Sən olma bu yolda ədəbdən kənar. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

95



BİRƏ 

Ey həramzadeyi-bədfel, üzü qarə birə, 

Bədkəhər, xuni-siyəh, zülmilə xunxarə, birə. 

Mar ilə əqrəbi dəf eyləməyə vardır əlac, 

Hərçi tədbir edirəm, yöxdu sizə çarə, birə. 

Gün qürub eyləcəyin, cuĢə gəlir mur sifət 

Ki, dönür hər biriniz əqrəbü Ģahmarə, birə. 

Yatağa gircək edirsüz yaman üstümə hücum, 

Tərpənəndə girisüz lifeyi-Ģalvarə, birə. 

De görüm, mənlə nədir bir belə Ģəxsi-qərəzün, 

Nə edibdir sizə bu Qasiri-biçarə, birə. 

Ġstəyirsiz ki, verim mən sizə bir Ģəxsi niĢan 

Ki, qəvi heykəl ola zırpıyi-pətyarə, birə. 

Nə qədər niĢ vurasuz, ona kar etməyəcək. 

Elə bil balta dəyir meĢədə rəzdarə, birə. 

Molla Fəttahı tapın, CamuĢaban kəndi ara, 

Neçə müddətdi salıb özünü anbara, birə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

2

96



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin