QARA PUL
Həllali-müĢkülati-cahan oldu qarə pul,
Eylər iki dəqiqədə min dərdə çarə pul.
Hər gülsitani istəsən bir dəm edər xərab,
Ya bir xərabi döndəri bağü bahara pul.
Gah nar əhlin istəsə nur əhli eyləyər,
Gah nur əhlin salı bir dəmdə narə pul.
Hər cildə, hər libasa girə vardır izzəti,
Olmaz qərib, qoysa qədəm hər diyara pul.
Artıqdır hökmü qeysərü Xaqani-Çinidən,
Cəzbi-qülub edər eləsə gər iĢarə pul.
Məkkə yolunda xərc olunur, gah Mədinədə,
Gahi Ģərabə sərf olunur, gah qumara pul.
Bilməm nə qüvvədir, bu nə tə’siridir pulda,
Aləmdə istəsən gəlü hər növ’ karə pul.
Bir eybi vardu, çox mütəkəbbürdü bə’zi tək,
Daim özün çəkər füqarədən kənarə pul.
Dünyada nikü bəd yetiĢir xalqa puldan
Gah əngəbinə, gah dönər zəhrimarə pul.
SalmıĢ xəlayiq içrə bəsi Ģurü qülqülə,
DurmuĢ özü o halətə, eylər nəzarə pul.
Bir parə əqdinaməvü qəbzə basar peçat,
ġəltükzarü-kasibi eylər icarə pul.
MİRZƏ İSMAYIL QASİR - 210
3
49
Bə’zilərə fərahim edər fərĢü rəxtxab,
Bə’zilərə qərar verib pusti-parə pul.
Bə’zilərin bu əsrdə Qarunə döndərib,
Əshabi-kəhf tək neçəsin saldıtarə pul.
Gah Lənkəranda Hacı Nəsirə nəsib olub,
Zeydə verib həsir salıbdır həsarə pul.
Hacı filan ağaya çoxdur məhəbbəti,
SalmıĢ onun məhəbbətini aĢikarə pul.
Yarəb, səbəb nədir ki, bu növi hərisdir,
Hər yerdə olsa, adəmi-bie’tibarə pul.
Gah Baküdə Nəğıyova vermiĢ kürurlən,
ƏngüĢtnüma edib onu xürdü kübarə pul.
Gah Hacı Hacıağanı milyançu eyləyib,
Əhli-cahan ara gətirib iftixarə pul.
Bə’zi ləimü nakəsə vermiĢ bəs iqtidar,
Eylübdü bu zəmanəda sahib idarə pul.
Baxsa bəsirətilə görər mərdi-huĢiyar,
Damın qurubdu, danə səpib hər güzarə pul.
Üz döndərəndə əsbi çıxardar qərarıdan,
Üz göstərəndə qatırı bağlar qatara pul.
Gəh beççəyi-rəiyyəti eylübdü kəndxuda,
Gəh göndərib bəy oğlunu hər gün biyarə pul.
Bir para Ģəxs öləndə qoyar yerdə bikəfən,
Gəh kisə-kisə xərc olunur bir məzara pul.
MİRZƏ İSMAYIL QASİR - 210
3
50
Gəh bir hasardar yeri zirü zəbər edər,
Gəh bir xərabə yerdə tikər bir minarə pul.
Çox tazə kərbəlayiləri tacir eyləyib,
Mərcanü kəhrəba ilə cəngi-sitarə pul.
Mollavü Ģeyxü seyyidü tüllabi seya edər,
Gahi üqab kimi çıxanda Ģikarə pul.
Gah Ģahı filbənd qılar, qah vəziri mat,
Rux göstərib, piyadəni eylər süvarə pul.
Mətlüb olub cahanda cəm’i-nüfus üçün,
Cüz ənbiya, əimmeyi-həĢtü çaharə pul.
Hər iĢdən ötrü istədiyin istəsə edər,
Gər eyləsən o babidə min istixarə pul.
Yox Qasir ilə heç bu bipərin ülfəti,
ġama əgər tapılsa, tapılmaz nahara pul.
MİRZƏ İSMAYIL QASİR - 210
3
51
ƏSKİNAS
Ey büti-rə’nayi-zaman, əskinas,
ġahidi-zibayi-cahan, əskinas.
Cismilərə ruhi-rəvan, əskinas,
Vəzni-səbük, qədri-giran, əskinas,
Rahəti-dil, behcəti-can, əskinas,
Qasiri-binamü niĢan, əskinas.
Vəsfi edər Ģərhü bəyan, əskinas.
Sən kimi bir gülrüxü dilbər hanı?
ġuxü gül, əndamü-səmənbər hanı?
Hüsnü tüba, sinəsi mərmər hanı?
Hüsnünə dünyada bərabər hanı?
Sən kimi Ģirin hanı, Ģəkkər hanı?
Səndə olan zinətü zivər hanı?
Arifü hüĢyarü qələndər hanı?
Ey yüzü gül, qönçə dəhan, əskinas.
Gah acı tox, gah toxu ac elər,
Fəqir oduna sinəsin amac elər.
Arifi nakəslərə möhtac elər.
Müflisə sərmayə verib hac elər,
Çox hamının mülkünü tarac elər.
Çox papağı kəllədə qıyqac elər,
Bir para yırtıq külahi tac elər.
Sud verir, gah ziyan, əskinas.
Xalü xəttin vəsfi bəsi tuldur,
Hər vərəqi lö’ləyi-Ģəngüldür,
Hacı Hacı ağa ona quldur,
Hər nə danıĢsa, sözü məqbuldur,
Vəslini istər çoxu məsluldur,
Bir silə versin ona mövsuldur,
Cümlə olur təb’i-rəvan, əskinas.
MİRZƏ İSMAYIL QASİR - 210
3
52
Bir nəfərə lütfilə etsə xitab,
Əlli tərəfdən eĢidər min cavab,
Dəhrə salıbdır nə əcəb inqilab,
YaxĢı deyib bir-birinə Ģeyxü Ģab.
ġiĢə çəkib çoxları eylər kəbab,
KaĢ olaydi diri Hacı Turab,
Görəydi eylər nə fəğan əskinas.
Gah yüzün surx, gahi ağdır,
Gah bədəni cift, gahi tağdir,
Xalü xəti Ģöhreyi afaqdır,
Hər kimə varsa, damağı çağdır,
Xülasə mə’Ģuqi-hər üĢĢaqidır,
Hacı Nəsir vəslinə müĢtaqidır,
Bir də filan oğlu, filan əskinas.
Bir para bədxülqi xoĢ əhval edər,
Ġstəsə bir dövləti pamal edər,
Bülbüli-Ģirinsüxəni lal edər,
Yolçuları maliki-əmval edər,
Taciri bir ləhzədə həmmal edər,
Ġstəsə hər karı bəhərhal edər,
Gah çinin, gah çinan, əskinas.
Nərmi bədən Ģuxu güləndam,
Sürxü rüxü səbzi-siyah famsən,
Məkri-zaman, fitneyi-əyyamsən,
Əhli-cahan içrə niku namsən,
Hökmü-rəvan, sahibi-ehkamsən,
Cümlə könüllər quĢuna damsən,
Bizlərə yox, özgələrə ramsən,
Gahi nəriman, gahi samanisən,
Mərhəmi-hər dərdi-nihan, əskinas.
MİRZƏ İSMAYIL QASİR - 210
3
53
Bir deyiləm talib olan mən sənə,
AcmamıĢam güĢeyi-damən sənə,
Talib olur mərdilə hər zən sənə,
Yoxdu bizim əsrdə düĢmən sənə,
Baxanda gözlər olu rövĢən sənə,
Mail olubdur gülü gülĢən sənə,
Lalərüxü qönçədəhan əskinas,
Ey büti zibayi cahan əskinas.
Bir-birinə vurdun ata-qardaĢı,
Çox adamın baĢına saldın daĢı,
Təb’idəni, süflələrin yoldaĢı,
Nəqiyova sən eylədin gözü qaĢı,
Ġndi olub Bakıda tacirbaĢı,
Bizlərə də yavan yedirtdin aĢı,
Səndən olub usta baĢi hər naĢı,
Ġndi tutar tirü kəman, əskinas.
Əhdində varsan necə badi-səba,
Bir sənəmi cilvəgəri-dilrüba,
Xasiyyətü cövhərinə mərhəba,
Eyləmisən çoxları zərri qəba,
Ağa Əliəkbəri etdin iba,
Bir gecədə yorğanı oldu əba,
Bir gecə Ģalvarı tuman, əskinas.
MİRZƏ İSMAYIL QASİR - 210
3
54
ŞƏHƏRİN QAZISI HAQQINDA
(F)
Məhəmməd adlı bir qazımız vardır,
Bütün Ģəhər əhli ondan bezardır.
Təəssüf adıdır onun Məhəmməd,
Sanki eĢĢəkdə var bəzəkli zinət.
Bizim Ģəriəti o verir bada,
Heyf ola ondakı müqəddəs ada.
Dilində deyirsə dininə Ġslam,
ĠĢilə Ġslamı eyləyir bədnam.
O, özü Allahdan qafildir, Ģəksiz,
Xəcalət çəkirik o məl’unla biz.
Bütün əməlləri pis, yaramazdır,
Ona Ģeytan desəm, yenə də azdır.
Hiyləylə dolu bir əmmaməsi var,
Adı pak, müqəddəs, özüsə mürdar.
Bir qızı istəsə iki Ģəxs əgər,
Kim rüĢvət verərsə ona düzəldər.
GörməmiĢ zəmanə bu əclaf kimi,
Belini qırsın qoy dinin sahibi.
Oxusa bu Ģe’ri o əclaf qazı,
ġübhəsiz qalacaq məndən narazı.
Özünü Rüstəmə bənzədib alçaq,
Mənim ünvanıma min ox atacaq
.
MİRZƏ İSMAYIL QASİR - 210
3
55
Deyirəm: Tülkü bəy, dərəsə-xəlvət,
Lə’nət bu qaziyə, min kərə lə’nət.
MİRZƏ İSMAYIL QASİR - 210
3
56
DÜNƏN GECƏ QULAĞIMA
(F)
...
Dünən gecə qulağıma bir səs qəldi qeybdən:
Zəmanədən dostluq tamam yox olmuĢdur biləsən.
Acı keçdi bu ay və il mənim üçün dünyada,
Bu məzmunsuz ayım, ilim verdi ömrümü bada!
Əziz ömrüm sərf olundu ahü nalə, fəryada,
Bu aləmdə rast gəlmədim bir vəfalı dosta mən.
Ömür boyu yaxĢılıq et, bacarırsan nə qədər,
Mərdanəlik axtarma sən, alçaqlardan, et həzər!
Unutma bu sözlərimi, mə’nasına sal nəzər,
YaxĢı olar ayrılasan zatı qırıq kəslərdən.
Çoxları var, toplamıĢdır sonsuz malü dövləti,
Bə’ziləri cəhənnəmi, bə’ziləri cənnəti.
Təkəbbürlə dolanırlar, pozurlar hər adəti,
Peyğəmbərəm deyirlərsə, özləridir Əhrimən.
Dövrümüzdə təəssüf ki, qiyməti yox sən’ətin,
Azacıq da dərk eyləmir hər kəs Ģe’rin ləzzətin.
Bu əsrdə saxlamırlar Ģairlərin hörmətin,
Nizamini, Firdovsini, Sə’naini yox bilən.
Bu dünyada hər bir iĢdən xoĢdur vəfa, e’tibar,
Qafillərdən, əvamlardan çox üstündür sənətkar.
Cavanmərddə olmalıdır səxa, qüvvət, iqtidar,
YaxĢılıq və pislik qalar bu dünyada hər kəsdən.
Bu aləmin meydanında hər kəs çapır atını,
Ya yıxılır, ya da qurur fərəhlə həyatını.
Ağlı olan təkəbbürlə çəkməz heç öz adını,
Xalq hər kəsin qiymətini özü edər müəyyən.
MİRZƏ İSMAYIL QASİR - 210
3
57
Qulağıma gəlir, budur, bülbüllərin nəvası,
Ruhu açır bahar çağı yurdumuzun səfası.
Ləzzət verir Ģe’rü qəzəl, qəsidənin sədası,
Füzulinin, Nəvainin sözünə aĢiqəm mən.
Mübarək ay gəldi, mənsə, oldum belə xəstəcan,
Hilal kimi incəlmiĢəm olmuĢam çox natəvan.
Bu mərəzə tapmayıram baĢqa cürə bir dərman,
Ancaq buna çarə olar qənd ilə çay Ģəkərdən.
Ətirli, xoĢ çayların da növü çoxdur dünyada,
Ancaq Papov çayından, bil, üstün yoxdur dünyda.
BaĢqa qənddən ağ möhürlü qənd yaxĢıdır, sal yada,
Ġftar vaxtı ləzzət görər bu qəndilə çay içən.
“Abi-həyat, peĢməyi ye’ deyib mənə həkimlər,
Gözləyirəm bu yaxında göndərəcək bir nəfər.
KaĢ olaydı bunlar mənə hər zamanda müyəssər,
Mənə qaba və ləbbadə verənlərə çox əhsən.
Dostlarımın görüĢündən həmiĢə mən çox Ģadam,
Əzizlərin vəsli verir mənə daim xoĢ ilham.
Bu söhbəti edirəm ki, xoĢ olsun bizə əyyam,
Yoxsa mənim xislətimdə gədalıq yoxdur əslən.
Bu dünyanın dövlətindən olmasa da nəsibim,
Hər bir Ģeydən qiymətlidir mənə, dostum, həbibim.
Bu Ģərtlə ki, Ġsa dəmli olsun mənim təbibim,
Cana gəlim Ģirin-Ģirin dediyin hər sözündən.
Kalamımın məzmununu ağlı olan dərk edər,
Hünərlinin hünərini hünər əhli tez bilər.
Ġdrak lazım, anlasın ki, necə olar xeyrü Ģər,
ġe’rimizə qiymət verər ancaq bu vaxt əhli-fənn.
MİRZƏ İSMAYIL QASİR - 210
3
58
Qasir üçün Ģe’r yazmaq olmuĢ daim bir Ģüar,
Onun təb’i gecə-gündüz dürlü Ģeir yaradar.
OlmamıĢdır ömür boyu bir Ģey üçün təmə’kar,
Təhqir olar pay umsa o bir yaramaz kimsədən.
MİRZƏ İSMAYIL QASİR - 210
3
59
MÜSTƏZADLAR
Ey qönçədəhan, simi-bədən dilbəri-tənnaz,
Ey sərvü sərəfraz.
Oldum dəxi qurbanın olum rəhm eylə bir az,
Bəsdir, bu qədər naz.
Yandım, külə döndüm, yanasan sən də mənim tək,
Ey doxtəri-tərsa.
O nakəsilə olma dəxi həmdəmü həmraz,
Vallah belə olmaz.
Adəm kimi çoxdandır olub virdi-zəbanım,
Ya rəbb zəlləmənə.
Amma ki, nə hasil o cəfapiĢə inanmaz,
Birdən mənə baxmaz.
Sən böylə bilirdin ki, özün aĢiq olubsan,
Kül baĢına olsun.
Dur belə ocağı yandır, yaĢdı, alıĢmaz,
Öz baĢına olsun.
Min dağı əgər bir nəfəsə canıma qoysa,
Bir uf deməzəm mən.
Amma onu görcə məni yanına qoymaz,
Bir busəni qıymaz.
Barı, hər iki ildə soruĢ halımı az-maz,
Ya bircə kağız yaz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
60
Tuti kimi fəryad elərəm xəstəvü rəngur,
Bu künci qəfəsdə.
Bir püstə ilə kimsə məni yadına salmaz,
Bir könlümü almaz.
Ey bülbüli-biçarə, fəqan etmə dəmadəm,
Səbr eylə, dost ələ.
Daim ki, qıĢ olmazmı həmiĢə belə qalmaz,
Əlbəttə, gəlir baz.
Üz vurma, məni seyri-gülüstana aparma,
Ey həmdəmi-can.
Yüz fəsli-bahar olsa mənim könlümü açmaz,
Bu keydən açılmaz.
Yarım yenə məndən küsüyüb, acıq edibdir,
Ox-ox, aman Allah.
Bilməm nə qılım, çarə nədir bir özün açmaz,
Bir kəlmə danıĢmaz.
Könlüm evini Ģükr, qəm eylədi viran,
Saqi sənə qurban.
Dur ver ki, bu sisqa bir-iki camla dolmaz,
Ta düĢməsə qanmaz.
Sal qülqülə bu günbədi əflakə xüruĢ et,
Ey rəfzəni-çabuk.
Mütrüb, dəxi sən Ģədd bir nəğməvü Ģəhbuz,
Ey mürgü xoĢavaz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
61
Hər nə deyəcəksən deginən, canıma xoĢdur,
Ey zahidi-bədkiĢ.
Baxma ki, belə acizi miskindi zəbanı,
Hey-hey həzər ondan.
Mövla bili yoxdur özü tək rəndi nəzərbaz,
Əyyari-çəpəndaz.
Dəryayə daĢ at, ya qayaya sal zərrə danıĢmaz,
Hərgiz ki, bulaĢmaz.
***
Bu fəsldə,saqi, mənə ver badeyi-gülrəng,
Qəlbimi tutub zəng.
Var qəsdi mənimlə, bu zəmanə eyləyir cəng,
Oldum necə diltəng.
Gəl Ģurə, müğənni, oxu zabil, sölə ahəng,
Vurma bizə neyrəng.
Ahəstə oxu nəğməni, mən tək eləmə ləng,
Yə’ni ola bir həng.
Divanə sifət ĢiĢeyi-tə”bimə vurur cəng,
Guya ki, atıb bəng.
Bu yari-cəfapiĢə məni qıldl pəriĢan,
Dut zərbi-humayun.
***
MİRZƏ İSMAYIL QASİR - 210
3
62
Bir yanda çıxıb seyrə pərəstəndeyi-Ġsa,
TökmüĢ yüzə geysü.
Bir yanda düzəlmiĢ neçə Ģuxi-Ģəkərasa,
Qamətləri qırqu.
Bir yanda dağılmıĢ çölə ətfalı-kəlisa,
Çün beççeyi-ahu.
Bir yanda vurur canü dilə milləti-Musa,
Xəncər kimi əbru.
Bir yanda könül damə çəkir düxtəri-tərsa,
Ol gözləri cadu.
Billəm ki, tamaĢaya çıxıbdır yenə Sən”an,
Ol aĢiqi-məhzun.
***
Yarəb, nə kərəmdir ki, olub saxtə gülĢən,
Çün guĢeyi-cənnət.
Nərgiz gözü məxmur olub lalə müzəyyən,
VermiĢ üzə zinət.
TutmuĢ güli-nəsrin bənövĢə dəxi süsən,
Sünbül bilə ülfət.........................
Bülbül çəkər əfğan, qılır naləvü Ģivən,
Yox güldə mürüvvət.
Gül Ģaxəsi yaprağdan açıb Ģövqilə damən,
Var qəsdi, həqiqət.
MİRZƏ İSMAYIL QASİR - 210
3
63
Gönçə aça ağzın, tökülə, lə’li-BədəxĢan,
Çün gövhəri-məknun.
***
Bir yanda edir mədrəsə küncündə ibadət,
ġol firqeyi-tüllab.
Gahi zərəbə yəzribu, gəh bəhsi-qiraət,
Gəh məbhəsi-əbvab.
ġövqilə hamı badeyi-ləbriz edib adət,
Ġçməkliyə tüllab.
Gah Ģe’rü qəzəldən, gəhi söyləllə hekayət,
Cümlə oldu bitab.
ġurilə oxurlar hamısı ayeyi-cənnət,
Təzvir olu nayab.
Bir yanda müəllimlər oxur ayeyi-Qur’an,
Ya hikmətü qanun.
***
Saqi, yetib əyyami-bahar, oldu gülüstan,
Bu səfheyi-hö’mun.
Qumru eyləyir naləvü bülbül çəkir əfqan,
Ba dideyi-pürxun.
Qoyma ki, qıla bağrımı hər ləhzə mənim qan,
Bu gərdiĢi-gərdun.
MİRZƏ İSMAYIL QASİR - 210
3
64
Nəzzarə qıl üĢĢaqlərə, etgilə dövran,
Bir badeyi-gülgün.
Bir rövzeyi-rizvanə dönüb xütteyi-ġirvan,
Ey qadiri-biçun.
***
Saqi, dur ayağa, mənə ver badeyi-səhba,
Bila cür’ə qılım nuĢ.
Bir tərhlə gəl gərdiĢə, ta ĢiĢeyi-mina,
Camə edə gürnuĢ.
Saqi, dur ayağa, ver edim badəsifət nuĢ,
Ol lə’li-ləbindən.
Həsrətlə sürahi eliyə sağərə kürnuĢ,
..........................................................
...........................................................
...........................................................
............................................................
............................................................
MİRZƏ İSMAYIL QASİR - 210
3
65
QİT’Ə
(F)
Yeməkdən istəyim bunlardır mənim:
Duz, çörək, pendir və qatıqla soğan.
Ancaq qatığı tapmayıram mən,
BaĢqalarsa yeyir kabab, fisincan.
Qatıq da naəhlin payına düĢüb,
Qaçır mənim kim əhl adamlardan.
Üzü qara olsun bu kasıbların,
Ağlı var tez köçüb getsin dünyadan.
MİRZƏ İSMAYIL QASİR - 210
3
66
RÜBAİLƏR
(F)
Mənə kömək elə, ey pərvərdigar,
Mənə lütfün ilə, düzəlt ayrı kar.
Qoyma müĢtərisiz qalsın mətaim
Ya da düzəlt mənə bir ayrı bazar.
***
Ey xuda, elmimdə mahir et məni,
Qəlbimi təmizlə tanıyım səni.
Qasirin təb’inə özün rövnəq ver,
Göndər mətainə qiymət verəni.
***
Zəmanə əhli çox paxıldır, aman,
Onların iĢləri ziyandır, ziyan.
Səni and verirəm müqəddəsatə,
Yarəb, bizə göndər bir layiq insan.
***
Hamı vüsalını istər, ey nigar,
Kuyinə can atar bütün adamlar.
On dörd gecəlik ay gördüm deyildir,
Hüsnü camalına bərabər, ey yar!
***
Bilirəm dünyadan köçdüyüm zaman,
Bitər qəbrim üstə çoxlu gül, tikan.
Gülləri savabım bitirəcəkdir,
Tikanlar bitəcək günahlarımdan.
MİRZƏ İSMAYIL QASİR - 210
3
67
ÇalıĢmaq olmasa iĢ asan olmaz,
Göz yaĢı tökməklə kiĢi ad almaz.
Demirəm sən baxma ay üzlülərə,
Ancaq özünə də fikir ver bir az!
***
Yoxdur zəmanədə mənə layiq yar,
Həsrətdən, nalədən baĢqa yoxdur kar.
BaĢqanın içi boĢ qozu satılır,
Nə üçün Ģe’rimə yoxdur xəridar?!
MİRZƏ İSMAYIL QASİR - 210
3
68
MİRZƏ İSMAYIL QASİR - 210
3
69
QƏZƏLLƏR
MİRZƏ İSMAYIL QASİR - 210
3
70
MİRZƏ İSMAYIL QASİR - 210
3
71
GÖRDÜM YENƏ CANANI...
Gördüm yenə cananımı canan arasında,
Guya ki, durub huriyi-qılman arasında.
Hər kim görə ol qaməti-mövzunu deyər kim,
Bir sərvi-xuramandü gülüstan arasında.
Ox tək qədi-dilcuyi olub canıma peyvənd,
Ney-ney bir əlifdir, yazılıb can arasında.
Gördüm gözünü zülfi-siyahilə, dedim bəs,
Nərgis açılıb sünbüli-reyhan arasında.
Bir zərrə camalından olub Leylidə zahir,
Məcnun, yeri var, qalsa biyaban arasında.
Mə’nada ona cilvə edib eĢqi-Züleyxa,
Qoydu neçə il Yusifi zindan arasında.
Hüsnilə sənə Yusif ola bəlkə bərabər,
Vəsf eyləyib Allah, onu Qur’an arasında.
Hər dəm görünür həlqeyi-zülfində camalı,
Bir kuyi-bilurinidü çovkan arasında.
Hər laf vuran kimsəyə aĢiq ola bilməz,
AĢiq odu kim, can verə meydan arasında.
Ey kaĢ, ola bu Qasiri-biçarə müqəssir,
Məhbus ola ol çahi-zənəxdan arasında.
MİRZƏ İSMAYIL QASİR - 210
3
72
ƏGƏR ZƏMANƏDƏ...
Əgər zəmanədə min mahruy dilbər, ola,
O kimdi hüsndə, ey məh, sənə bərabər ola.
Tutubdu zülfi-siyahın tək aləmi zülmət,
Götür niqabi yüzündən cahan münəvvər ola.
QaĢındır qüvseyn, xalın həcər, qədin tuba,
Üzün behiĢt, ləbin səlsəbilü kovsər ola.
Xətadu gər verələr müĢki zülfüvə nisbət,
Rəva deyil ki, cahan sərbəsər müəttər ola.
Ölüncə, söyləyəcəkdir cəmalıvün vəsfin,
Füzuli, Hafizi-ġirazi ya ki, Qasir ola.
MİRZƏ İSMAYIL QASİR - 210
3
73
EY YARİ- GÜLRUX...
Ey yari-gülrux, sinəmi bil firqətin qıldı kəbab,
Saldı məni həm kuyinə kəc qaĢların, qıldı itab.
Gəl bircə lütfilə nəzər eylə məni-biçarəyə,
Çox Ģaiqəm məh ruyinə, insafa gəl, eylə Ģitab.
Ġçdim məhəbbət badəsini, düĢdüm bəla girdabına,
Yarəb, məni bu qüssədən eylə xilas, oldum xərab.
Hər dəm fəraqi-yardan, yarəb, bu həsrət gözlərim,
Guya bahar əyyamıdır, ağlar fəğanilə səhab.
Ey kaĢ, ola cananımın canına bu canım fəda,
Yarəb, bu canan haqqında eylə duamı müstəcab.
Dilbər, məni yandırdı bu nakəs rəqibin tə’nəsi,
Bir bərqəi çək ruyidən düĢsün iĢıqdan afitab.
Ol Ģuxü cadu gözlərin aldı əlimdən səbrimi,
Ol ĢirĢəkkər ləblərin qoymub dəxi qəlbimdə tab.
Qasir, bu qədr yanmısan eĢq atəĢinə çəkmə əl,
Dilbəri-tənnazdan gər olsa dərdin bihesab.
MİRZƏ İSMAYIL QASİR - 210
3
74
ƏQL BAŞIMDAN ÇIXIB...
Əql baĢımdan çıxıb, yarın yenə guĢin görüb,
EĢkdən çeĢmim tökər qan, lə’li-meynuĢın görüb.
Xeyli müĢküldür meyi-lə’lindən etmək arizu,
Allah, Allah, bir piyalə badənin nuĢin gördüm.
Eyb etmin gör qılam divanələr tək min xüruĢ,
Çün könül meyxaneyi-eĢq içrə meynuĢin görüb.
Bu səbəbdəndir düĢüb bəxtim kövkəb bürcünə,
Ol büti-Ģəkkərləbin mahi-siyahpuĢin görüb.
Rəhmə gəlmiĢdir, yüzə zülfün pəriĢan eyləmiĢ,
Lap mən biçarənin əhvali-məğĢuĢin görüb.
AĢiqə üĢĢaq ara bu rütbə bəsdir, dilbərin,
Hər baxanda zülfünə cani-fəramuĢin görüb.
Bu vüsalın Ģükrünü Qasir yəqin etməz təmam,
Xab ara dildarilə həmxabi-ağuĢin görüb.
MİRZƏ İSMAYIL QASİR - 210
3
75
EDƏNDƏ TÜRƏYİ- ŞƏBRƏNGÜL...
Edəndə türəyi-Ģəbrəngün ənbərəfĢanlıq,
Yetər bu xatiri-viranə yüz pəriĢanlıq.
Bu qədri aĢiqi incitmə, tərki-cövr eylə,
Degil bu qaidə üĢĢaq içində cavanlıq.
Qiyam edəndə qədin arizün olanda əyan,
Cahansərasər olur sərvü baği-bostanlıq.
Təhəmmül eylə, edən vəqtdə qətli-aĢiqə hökm,
YetiĢməsün sənə bu babidə peĢimanlıq.
Silüb yüzün ərəqin səp həvayə Ģəbnəm tək,
Təmam səfheyi-afaq ola gülüstanlıq.
Ola əqiqi-ləbin gər nigini-xatəmi-dil,
Zaman-zaman edərəm də’viyi Süleymanlıq.
Cəfa az et mənə, ta verməsün rəqib sənə,
Bu Ģanu Ģövkətilə ehtimali-nadanlıq.
Vəfa yolunda bəsi nəqdi-can verir Qasir,
Tapıb həmiĢə bu sövdadə eyni nöqsanlıq.
Tapılsa gər bu zaman içrə bir vəfa əhli,
Ölən günə kimi eylərdim ona dərbanlıq.
MİRZƏ İSMAYIL QASİR - 210
3
76
Dostları ilə paylaş: |