BƏRGİ-GÜL ARİZİ-ALINDAN.....
Bərgi-gül arizi-alından olubdur mövcud,
MüĢkü ənbər, xətü xalından olubdur mövcud.
Xızr üçün abi-bəqa və əbədi nuri-həyat
Qönçeyi-lə’l misalından olubdur mövcud.
Sərvü ĢümĢada bu qaməti-rə’nayi-lətif,
Sənin ol tazə nihalından olubdur mövcud.
Necə sən kimi dilara dili-viranımda
Bağlayıb nəqĢi-xəyalından olubdur mövcud.
Məndə bu qədr kim atəĢ, görünür, sabitdir,
Yə’ni, ol rəĢki-zülalından olubdur mövcud.
Bu nəzakət ki, olur sayiri-məhrulərdə
ĠĢveyi-təncü dəlalından olubdur mövcud.
Qasirin sineyi-zarındakı pünhan qəmlər,
Bil sənin Ģövqi vüsalından olubdur mövcud.
MİRZƏ İSMAYIL QASİR - 210
3
77
EY SƏRƏFRAZ...
Et sərəfraz, Qasiri gəl bir səvab elə,
Həsrət çəkən rəqibini sinəkəbab elə!
Bir lütf qıl dübarə, məni eylə sərbülənd,
Bu bədgüman hasidi, hali-xərab elə!
Qoyma görə rəqibi, camalın görəndə sən,
Zülfi-siyahi arizi-mahə niqab elə!
Mənlə düĢəndə söhbətə xəndan olub danıĢ,
DüĢmənlərə acıqlı-acıqlı xitab elə!
Məndən gələndə xidmətinə lütf qıl rəsul,
Biganədən gələndə danıĢma, cavab elə!
Görsən əgər nəvaziĢ elə mən Ģikəstəni,
Amma rəqib nakəsə çox-çox itab elə!
Əğyarlar sözünə baxıb çıxma rahidən,
Gör döğru yarsan, belə göftarə tab elə!
Çəkdin bu odlu sinəmə dagi-fəraqini,
Ġnsafa gəlgilən, məni bir qul hesab elə!
Çoxdandı dəyməyibdi dilimə meyi-lətif,
Lə’li-ləbinlə gəl məni məsti-Ģərab elə!
MİRZƏ İSMAYIL QASİR - 210
3
78
Heydər məhəbbətinə, mənə etmə çox cəfa,
Məndən də etməsən əgər, onda hicab elə!
Qəsdin əgərçi canımı almaqdadır mənim,
Ol dideyi-siyahını bir nimxab elə!
MİRZƏ İSMAYIL QASİR - 210
3
79
DİNDİRSÜN OL RƏQİBİ...
Dindirsün ol rəqibi çəkilləm, o gül yüzyn,
Ġstər birini mah, birin afitab elə!
Hicrində bəs ki, bir əlil olmuĢam, məni,
Məstanə bax, yüzümə dübarə Ģəbab elə!
Bax bülbül ilə xarə, gülüstanü gülĢənə
Ey məhliqa, bu barədə hökmü kitab elə!
Bu ruzigar əhli ilən olma aĢina,
Əqvamıdən kəs ülfətini, ictinab elə!
Ey kaĢ, tez yetəydim nigarın vüsalına,
Yarəb, duayi-Qasiri, sən müstəcab elə!
MİRZƏ İSMAYIL QASİR - 210
3
80
DİLBƏR, MƏNİ-SİTƏMZADƏNİ...
Dilbər, məni-sitəmzadəni xar eyləmə!
Hər nanəcibi gəl özünə yar eyləmə!
Qoyma kənar gülĢəndən əndəlibini
Gül yarpağını xarə giriftar eyləmə!
Söyləllər dilbərin sənə baxmaz, bu söz nədir?
Ölləm, bu növ’qissəni izhar eyləmə!
Gər məstsən, bu sözdə ayıl, hüĢyar ol,
Tuni yerinə zağilə göftar eyləmə!
Salma hicaba bir də o mahi-münəvvəri,
Biçarəyəm, bu gözlərimi tar eyləmə!
Ġnsafa gəl, dağıtma bu gülzari-eyĢimi,
Gülzari-hüsnünün vərəqin xar eyləmə!
Bir para bihəya sözünə vermə əqlini,
DüĢmənlərim yatıbdılar, bidar eyləmə!
Al canımı, xilas elə, bir yol qutar məni,
Bir də əsiri-türreyi-tərrar eyləmə!
Zülfün kimi olubdu pəriĢan bu könlüm,
Qəl Ģanə çəkmə, bir də məni zar eyləmə!
MİRZƏ İSMAYIL QASİR - 210
3
81
Gər sorsalar ki, Qasirə, dildar, sən o dəm
Mərdanə söylə kim, bəli, inkar eyləmə!
Billah ki, bil, bu nalə səni dilfikar edər,
Qıl ehtiyat, bir də diləfkar eyləmə!
Bu qədr zülmlər ki, rəva görmüsən mənə,
Barı bu zülmü etməyə iqrar eyləmə!
Qasir, yetər harayına Ģiri-xuda Əli,
Bir də dəxi bu sözləri təkrar eyləmə!
MİRZƏ İSMAYIL QASİR - 210
3
82
ƏRƏQDƏN ARİZİN, EY MAHVƏŞ...
Ərəqdən arizin, ey mahvəĢ, düĢmüĢ əcəb halə,
Deyərsən bərgi-gül üzrə düzülmüĢ qətreyi-jalə.
Xəcalətdən bənövĢə baĢ aĢağa rusiyah olmuĢ,
Baxıbdır gülĢəni-hüsnündəki müĢkin xətü xalə.
Əcəb əhsəndir hüsnün, mən nə növ ilə edim təqrir,
Nə müĢkül bəhsdir kim, az gəlir bu hərfi-ə’lalə.
Sənin zülfün məgər dami-bəladır, xalların danə,
Mənim könlüm quĢu xof eyləyib hər dəm çəkər nalə.
Yüzün cənnət, qədin tuba, ləbin kövsər, özün huri,
YetiĢmək çox çətindir bu təmənnayə, bu amalə.
Camalın səfhəsində həlqeyi-zülfün görən dəmdə,
Dedim guya qəmərdir, bəs alıbdır dövrəsin halə.
Xəyalı-badən ilə Qasir öylə məst olmuĢdur,
Əgər yüz min Ərəstu gəlsə, bil, gəlməz dəxi halə.
MİRZƏ İSMAYIL QASİR - 210
3
83
BİR PƏRİZADƏ UYUBDUR
(N)
...
Bir pərizadə uyubdur bu dili-divanə,
Bağlanar axırı zəncirə, düĢər zindanə.
Nə pərizad diyarında belə dilbər var,
Nə belə huri tapılmaz, girəsən rizvanə.
Neçə əyyam vüsalilə dolandım nagah,
Bisərü pa dolanıb düĢmüĢdüm hicranə.
Dil təmənna eləyib vəslinə, nagəh gördüm,
Min xiyal ilə yetib kuyi-səri-cananə.
Bəxt yar oldu, verildi bizə təxt üstə məqam,
.............................................................
...........................................................
Guyiya bəzmimiz ol dəmdə olub Ģahanə.
MİRZƏ İSMAYIL QASİR - 210
3
84
DÜŞDÜ CANIM, BİLMƏDİ...
DüĢdü canım, bilmədi, bir xəncərəbru fikrinə,
ÇeĢminin əfsunu gəlməz heç cadu fikrinə.
Nari-firqətdən olub sinəm ətəĢ, qıldım fəğan,
Var təmənnayi-ləbin, ondan düĢüb su fikrinə.
Əqlü huĢi əldən almıĢ, indi can fikrindədir,
Sən nə söylərsən, könül, dildarının bu fikrində?!
Yoxdu heç aqil olan Ģəxsin yanında surəti,
DüĢsə hər kim gündə bir zibavü məhru fikrinə.
Ol qədər kim, cövrü zülm etdi mənə ol dilrüba,
Heç kimin gəlməz yəqin böylə cəfacu fikrinə.
Çıxma dəĢti-eĢqə, seyd etmə, könül, qıl ehtiyat,
Sən özün bir seydsən, gəl düĢmə ahu fikrinə.
Mən cünunü sərxoĢa heç eyləməz zəncir tab,
Bu səbəbdən Qasirin gəldi o keysu fikrinə.
MİRZƏ İSMAYIL QASİR - 210
3
85
EY DİL, XƏBƏRDAR OLGİLƏN...
Ey dil, xəbərdar olgilən, mən aĢiqəm bir sərvərə,
Bir xoĢsifət, sahib kərəm bir zülfü miĢgin pərvərə.
Yoxdur nəziri-bigüman bu aləmi viranədə,
Bənzər o Ģəkkər ləbləri guya ki, lə’li-əhmərə.
Yoxdur o qədri tab, bu nitqimdə söyləyim ismini,
Bais olur, aĢiq seçər icmi dönəndə məxmərə.
Çəkdim cahanın möhnətin, Məcnun kimi oldum cünun,
Cana yetiĢdim axırı bir namə yazdım dilbərə.
Lütfə gəlib bir dəm edə bəlkə bu dərdimə dəva,
Ta qoymaya naləm yetə hamunü dəĢtü göylərə.
Bir ləhzə bax mən bikəsə, rəhm elə ahü naləmə,
Ağlar mənim əhvalıma hər dəmdə əhli-məqbərə.
Yox Bakı gərmü sərdidən, billahi, hər ol kimsənə,
AĢiq ola bu dəhridə sən kimi bir xoĢ mənzərə.
ÇeĢmin gələndə fikrimə sallam xəyala nərgisi,
QaĢın düĢəndə yadıma qıllam nəzarə xəncərə.
Yoxdur hərası zərrəcən, aləm hamı düĢmən ola,
Vardır ümidi Qasirin hər dü cahanda Heydərə.
MİRZƏ İSMAYIL QASİR - 210
3
86
JALƏDƏN SƏHRADƏ...
Jalədən səhradə çün ləbriz olub, daməni-jaj,
Bu səbəbdəndir özün üĢtər edər qurbani-jaj.
Jaj bəd heybət deyil, surətdə uĢtur-xaridən,
Heyf kim, bu mə’nidən agah olmub cani-jaj.
Jaj xadır mədhkulər mədhi mövladan savay,
Mədhi mövlad olur bəc dərd üçün dərman-jaj.
Jində içrə zəndələr viranələrdə vardı künc,
Kim bilir batində var lə’ləi mərcan-jaj.
Jərf bəhri heyrətə qərq oldu Qasir, ya Əli,
Bir təvəccö qıl nəbat içrə ola sultan-jaj.
MİRZƏ İSMAYIL QASİR - 210
3
87
Ə’LA, EY BİVƏFA YARIM...
Ə’la, ey bivəfa yarım, gözəllərdə vəfa olmaz,
Sənin tək rəhmsiz namehribanü pürcəfa olmaz.
Ə’la, ey dilbəri-Ģirinzəbanü mah rüxsarım,
Mənim bu dərdi-bidərmanıma heç bir dəva olmaz.
Hər ol aĢıq cahanda xof edə bir qətrə qanından,
Gedər əqli əlindən, fikri, huĢi, cabəca olmaz.
Deyər eĢqim, gəl eylə sən məni izhar aləmdə,
Və lakin qalmıĢam sərgəĢtə bu qəlbim riza olmaz.
Gəl, ey aĢiq, gedək meyxaneyi-eĢqə, içək badə,
Ətibbaxaneyi-möhnətdə bimarə Ģəfa olmaz.
Könül, gəl yazgilən ol dilbəri-rə’nayə bir namə,
Məbadə olma qafil, hər zaman badi-səba olmaz.
Gəl, ey hüsnü camalın padiĢahı, aləmə sərvər,
ġəfəqqət et məni-zarə, bu qədri iddəa olmaz.
Nihanü aĢikara vardı çox-çox aĢiqi-miskin,
Mənin tək bu cahanda eĢqə heç kəs mübtəla olmaz.
Gəl, ey biçarə könlüm, həmrəh ol mən binəva ilə,
Gedək bir intəhasız aləmə orda bəla olmaz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
88
Yəqin et, ey nigari-məhvəĢim, bu ruzigar içrə,
Mənim tək aĢiqi-məhzun, sənin tək qəmfəza olmaz.
Sənin, ey Ģuxi-Ģəkkərləb, cahana ehtiyacın yox,
Təəccübdür, niyə sən kimi dilbərdə səxa olmaz.
Gəl, ey Qasir, yerində bir qədəm aram otur dinmə,
Çəkil, səbr eylə, sən aĢiqdə bu qədri həva olmaz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
89
GÖRƏ HƏR KƏS CAMALIN...
Görə hər kəs camalın mahi-aləmtabə meyl etməz,
Ləbin müĢtaqi hərgiz bu cahanda abə meyl etməz.
Olan hər bəzm ara xürrəm o ləfzi abdarından,
Dəxi batmaz əqiqə, dürrə, lə’li-nabə meyl etməz.
QaĢın tağın görən kimsə keçər bilmərrə canından,
Olur divanə, baxmaz xəncərə, mehraba meyl etməz.
Məhəbbət məhfəlində Ģad ola hər kim məqalından,
Kəsər ülfət, cahanda söhbəti-əhbabə meyl etməz.
Müzəyyən hüsnünü görməkdən ötrü Qasiri-Ģeyda,
Bu fikr ilə qalır bidar, daim xabə meyl etməz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
90
EY OLAN HƏR İKİ ALƏMDƏ...
Ey olan hər iki aləmdə mənə yari-əziz,
Ey vuran firqəti bu sinəmə bir xəncəri-tiz.
Yandırıb canımı hicrin, necə insafdı bu,
Verəsən ruhuma yüz iĢvə ilə rahi-giriz.
Ey fədası ola canım o kaman əbrunun,
Tiri-müjganı salıb aləmə qovğayi-sitiz.
Bilmisənmi, sənə mən aĢiqəm, ey gül çöhrə,
Ey diləfruz, cigərsuz, əya nəsrinxiz.
Bu yəqinimdi, keçər vadiyi-eĢqi bu zaman,
Gər verəm tövsəni-təb”ə cövəlanü məhmiz.
Etdi mən qəmzədəni ayrılığın dilxəstə,
Ġltifatın yoxumuĢ bəs mənə, ey mehrəngiz.
GuĢeyi-çeĢmin edər halımı hər dəmdə xərab,
Canıma Ģur salır o ləbi-Ģəkkəramiz.
Nə edim çarə, xudaya, bu dəvasız dərdə,
Məhv edib aləmi ol ĢanəkəĢü ənbərbiz.
Ey mənə tə”nə vuran kimsənə, aram oturan,
Deməyin məst olub Qasiri-biçarəyə siz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
91
FƏRAĞINDA GÖZÜMDƏN ÇEŞMƏLƏR...
Fərağında gözümdən çeĢmələr oldu rəvan sənsiz,
Əyildi qamətim, ey sərv qədd, oldu kəman sənsiz.
Həqiqət çox yamandır, yardan düĢmək cüda, hicran,
Bir az müddətdə eylüb qönçə tək bagrımı qan sənsiz.
Buna çox Ģad idim kim, baĢ qoyardım asitanında,
Gədalar tək və leykin olmayaydım biəman sənsiz.
Alır dərd çevrəmi hicran qəmi qılmıĢ məni dilxun,
Qəribəm, qürbət içrə çox keçər halım yaman sənsiz.
Necə bülbül əli güldən üzülsə, ahu-zar eylər,
Onun tək mən də qıllam naləvu ahü-fəqan sənsiz.
Gecə fikr ilə yatmaqdan, səhərlər qüssəvü qəmdən,
Saraldı rəngim, oldu cismi-zarım natəvan sənsiz.
Həyatımda sənin yadından özgə qeyri-zad olsa,
Həram olsun mənə, ey dilrüba, eyĢi-cahan sənsiz.
Zebəs köksümdə çəkdim nalələr, cismim dönüb nala,
Olub gülzari-eyĢim badi-hicrandan xəzan sənsiz.
Çəkər biçarə Qasir firqətindən daima, dilbər,
Aman sənsiz, aman sənsiz, aman sənsiz, aman sənsiz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
92
Ə’LA, EY MAH
İ-RÜXSARIM...
Ə’la, ey mahi-rüxsarım, olan bu dəhridə mümtaz,
O zülfi-ənbərəfĢanın edib can almaga agaz.
Əgər ol məhcəbini bənzədəm mahə, xəta qıllam,
Səbəb bu mahida var navəku tiri-xədəng əndaz.
Girib gülzarı-iĢrətdə xuraman, ey gözəl gəzmə,
Xəbərdar ol, gəlir nagəh kənari-dəĢtidən Ģəhbaz.
Yəqin et, dəhr ara çox bihəyanı nitqidən sallam,
Əgər mən bikəsə birdəm ola ol dilrüba dəmsaz.
Gətirrəm Ģurə vəhĢü teyrü əflakü səmavati,
Əgər lütfilə baxsa ruyimə, ol dilbəri-tənnaz.
NəvaziĢ etsə mən zarə əgər ol yari-bihəmta,
Davam etməz müqabildə nə Sə’di, Hafizi-ġiraz.
Xəyali-digər etmə, zahida, mən aĢiqəm, billah,
O məhbubə kitabında onu tə’rif edib sərbaz.
Bu qədri eyləmə təzviri-Qasir, hiylədən əl çək,
Gəl etmə eĢqini pünhan, yəqin et, faĢ olur bu raz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
93
BU DƏHRDƏ ƏRBABİ MÜRÜVVƏT
(N)
...
Bu dəhrdə ərbabi mürüvvət, ələ düĢməz,
Mən istədiyim sahibi-himmət ələ düĢməz.
Hər bir tərəfə seyr edərəm məhz cəhənnəm,
Dincəlməyə bir guĢeyi-cənnət ələ düĢməz...
MİRZƏ İSMAYIL QASİR - 210
3
94
BƏS Kİ, ƏHSƏNDİR YÜZÜN...
Bəs ki, əhsəndir yüzün heç nəqĢi-digər istəməz,
Mən bu vəchilə dedim: bu vəch zivər istəməz.
ƏĢki-çeĢmim səfheyi-ruxsarı qıldı laləgun,
Bir də ol məh surətindən kəsbi-əhmər istəməz.
MiĢki-zülfündən sənin əxz eyləyib rütbə bunu,
Bu müĢəxxəsdir ki, müĢki əzfər ənbər istəməz.
Natəvan canım düĢüb qətli-vüsalın əzminə,
QaĢların müĢtaqıdır, bir ayrı xəncər istəməz.
Lə’lə baxmaz görsə hər kəs qönçeyi-xəndanını,
Bir də bil, məhĢər günündə abi-kovsər istəməz.
Naz ilə rəftar edən sərvini görsə bağban,
Bag ara ĢümĢadü azadü sənubər istəməz.
Var nə qədri bu fəna dünyada ömrü dilbəra!
Qasiri-biçarə, səndən qeyri dilbər istəməz.
MİRZƏ İSMAYIL QASİR - 210
3
95
OLAN MÜXBİR SƏNİN
(N)
...
Olan müxbir sənin keyfiyyətindən zarsiz olmaz,
DüĢər sevdayi-eĢqə, Ģübhəsiz asarsiz olmaz.
Sənin Ģeydaların məndən qılıb divanəlik kəsbin,
Bu məzmunun bəyani dəftərü-tumarsiz olmaz.
Binayi-eĢq olan kəsdə gərəkdir bu ki təb’ olsun,
Neçün kim, rəsmdir bu, heç bina me’marsız olmaz.
Rəqibi-bihəyaya söylə bizdən çəksin əl, bilsin,
Xədəngi-ahımızda var Ģərər, xünxarsız olmaz.
Yüzündə zülfünə Əbdül-Əlinin tutmasunlar eyb,
MüĢəxxəsdir deyərlər kim, xəzinə marsız olmaz.
Əyər tə’rif qılsam qamətin ol Ģuxi-sərməstin,
Cahanın gülĢənində sərvlər rəftarısız olmaz...
MİRZƏ İSMAYIL QASİR - 210
3
96
GƏTDİ ŞÖVQƏ, DİLBƏRA...
Qətdi Ģövqə, dilbəra, ol surəti-ziba məni,
Gülsitani-hüsnün eylub bülbüli-Ģeyda məni.
Yusifi-Misri əgər tutdu Züleyxa nəfsini,
Saldı vəhĢi tək çölə ol nərgisi-Ģəhla məni.
Bu qədər kim, nalə var mən bikəsü məhcuridə,
Qorxuram məst eyliyə ol daməni səhra məni.
DüĢdü Ģurun baĢıma məst oldum, ey Ģirinsifət,
Axırı Fərhad edər, billah, bu sevda məni.
Qoy yetiĢsin vəslinə bu aĢiqi-biçarəni,
Bu necə insafdır, eĢq eyləsin rüsva məni.
Barilaha, bidəva dərdimə sən eylə əlac,
OlmuĢam Məcnunsifət, yandırdı bu Leyla məni.
Lal olmuĢdum yüzünü görcək ol məhpeykərin,
Getdi küftarə əcəb bu lö’lo’yi-lala məni.
Dilbəra, axırda billəm məsti-layəqəl edər,
Bu bülurin saqi nazik, gərdəni-mina məni.
Dur ayaga, dövr elə bir cami-ləbriz ilə sən,
ġövqə getsin bir zaman bu badeyi-səhba məni.
MİRZƏ İSMAYIL QASİR - 210
3
97
AĢiqa, gəl bir nəzər eylə, bu türki Ģe’rimə,
Yandırıbdır bir büti simintəni-yəğma məni.
Bir əlac eylün məni-biçareyi-Ģeyda üçün
Bilməzəm bimar edib, ol laleyi-həmra məni.
Bir kəminə qətrə tək bir guĢədə aram idim
Dilbəra, Ģurə gətirdün, eylədün dərya məni.
Ġczilə tutdum yüzümü dərgahına oldum dəxil,
Lütf qıl, sən Ģad eylə, ey xaliqi-yekta məni.
Qoygilən bir guĢeyi-meyxanədə rahət olum,
Bu qədər incitmə sən, ey Ģuxi-bipərva məni.
Qasiri-biçarənin saldın səməndər tək oda,
Səhlidir bu, eyləyibsən Vamiqü Əzra məni.
MİRZƏ İSMAYIL QASİR - 210
3
98
YÜZÜ ZÜLFÜN HƏVƏSİ
(N)
...
..............................................................
..............................................................
Yüzü zülfün həvəsi, ey sənəm, sövdai,
Qeysi-sərgəĢteyi hər Leylü nahar etdi məni.
Bu xətadidə gozün gör nə xətalar eylədi,
Ġki səyyad kimi tutdu, Ģikar etdi məni.
Ġki kafir gözün əz bəs ki, qılıb fitnəvü məkr,
Məzhəbü dinidən, ey mah, kənar etdi məni.
Hər cəfa yetsə sənə, Qasir, o Ģirin ləbdən,
NuĢ söyləmə kim yar zar etdi məni.
MİRZƏ İSMAYIL QASİR - 210
3
99
SAHİBA, VƏSF ELƏDİM...
Sahiba, vəsf elədim gör necə dilbər, Həsəni,
Nəzmə çəkdim ol zülfi-müjbər, Həsəni.
O
Həsən kim, yüzi isminə müsəmma olmuĢ,
Eylədim tə’bimi arayiĢi-zivər, Həsəni.
Həsənin hüsnü nəhayətdə
Həsəndir, tutaram,
Hüsndə Yusifi-Misrilə bərabər, Həsəni.
Arizində Həsənin kəĢfü kəramətlər var,
Görsə islamə gələr zümreyi-kafər, Həsəni.
Eyləyib zülfi-
Həsən müĢki-müəttərdən....
Ya edib müĢki-Xəta böylə müəttər, Həsəni.
Ya Həsən qəndi alıb ağzına, Ģirin eyləyib,
Yada Ģirin eləyib qənd müəttər, Həsəni.
Həsənin çöhrəsi ilə eyləyibdir güli rux,
Ya da kim Ģərh eyləyibdir güli-əhmər, Həsəni.
Olmayıb əsrdə heç kəs bu vəcahətdə ogul,
Doğmayıbdır məlahətdə, nə madər Həsəni.
Taqi-əbrusini mehrab sanıb səcdə edər,
Görsə məsciddə əgər vaizi-minbər, Həsəni.
MİRZƏ İSMAYIL QASİR - 210
400
Gər məni zövqlə səndən tələb etsə Qasir,
Can verib eyləmə, əlbəttə, mükəddər, Həsəni.
Qasira, tə’bini peyvəstə edər müstəhsən,
Ya ki, versə sənə gör saqiyi-gövsər, Həsəni.
MİRZƏ İSMAYIL QASİR - 210
401
UYMA EY DİL
(N)
...
Uyma ey dil, qəflətə, az xürdü xab etmək gərək,
Mə’siyətdən fayda yoxdur, səvab etmək gərək.
Zə’fidən cümlə qəvayi-süst cismim natəvan,
ƏĢki-həsrətlən bədən mülkün xərab etmək gərək.
Sərf qıldın cifeyi-dünyaya nəqdömrüvi,
Bilmədin bu fitnələrdən ictinab etmək gərək.
Karivan bir-bir gedər, biz dalda qaldıq, ey könül,
Bir mətaun varsa əyləĢmə, Ģitab etmək gərək...
MİRZƏ İSMAYIL QASİR - 210
402
GÖRSƏN, EY BADİ- SƏHƏR
(N)
...
Görsən, ey badi-səhər, cilveyi-cananımızı,
Ona mə’lum elə Ģərhi-qəmi-hicranımızı.
Belə bir ərzimi ol dilbərə izhar eylə,
Yandırıb hicr odu cismimizi, canımızı.
Hansı dilbər bu qədər aĢiqinə zülm eylər,
Necə qıldı bu xaraba dili-viranımızı.
Gecə-gündüz ciyərim yandı, qəmin çəkməkdən,
Kimə izhar eyliyək bu qəmi-pünhanımızı.
Hanı bu Ģəhridə bir dilbəri-Yusif tə’lət,
Tapılır müĢtərilər kərm edə bazarımızı...
MİRZƏ İSMAYIL QASİR - 210
403
YETİB NAMƏN...
Yetib namən məni pəjmürdəhali-dilfikar etdi,
Alıb səbrimi əldən qəlbimi çox biqərar etdi.
Baxanda xirələndi gözlərim xətti-Ģərifindən,
Gəlib əfğana, bu viran olan könlüm qübar etdi.
Olub məzmunu çün məfhum, Ģad oldum nəhayətsiz,
Vəli, bir para sözlər könlümü biixtiyar etdi.
Gözümdən namə üstə əĢki-gülgunim rəvan oldu,
Cəmali-səfhəni bir ləhzədə bagü bahar etdi.
Məni həsrət qoyan vəsli-nigara bir rəqib olmub,
Mənə bu cövrü zülmi bu həyasız ruzigar etdi.
Sual etdikdə Qasir haləti-canani qasiddən,
Gəlib bülbülsifət göftarrə qəsdin aĢikar etdi.
Dedi: Canan gəlir, can istəmək məqsududur səndən,
Nə gəldi canımı alsın, məni çox intizar etdi.
MİRZƏ İSMAYIL QASİR - 210
404
DİLBƏRA, SALDIN ƏCƏB...
Dilbəra, saldın əcəb fikrətü təĢviĢə məni,
Az qalıbdır ki, həlak eyliyə əndiĢə məni.
Sən əzəldən mənim əhvalıma müstəhzərsən,
Himmətim qoymaz əgəm boynumu hər xiĢə məni.
Dusti-xalis bilib əhvalımı qıldım sənə faĢ,
Qoyma yalvarmağa hər nakəsi-bədkiĢə məni.
Niyə səndən ola bəs əksi-müradım zahir,
Həm kabab eyliyəsən, həm çəkəsən ĢiĢə məni.
Lütf qıl, səngi-cəfailə vurub sındırma,
Aləmi-mehridə fərz etgilən bir ĢiĢə məni.
Yazdığın namə yetiĢdi mənə, açdım oxudum,
Quyiya parələyib yüz təbərü tiĢə məni.
Zə’fi-iqbal, ədəmi-tale-nasaziyi-bəxt,
Saldı xəlq icrə əcəb dilə səni, diĢə məni.
Bigüman töhməti-bimə’niyi-əfsanəyi-xəlq,
Aparır axırı Rumə səni, TəfriĢə məni.
Bəxt yar olmadı, iqbal vəfa eyləmədi,
Qoydu bu il belə bisənətü bipiĢə məni.
MİRZƏ İSMAYIL QASİR - 210
405
Yoxsa nolmuĢdi belə guĢeyi-qürbətdə qalam,
Xalq təĢbih edə bir sayilü dərviĢə məni.
MİRZƏ İSMAYIL QASİR - 210
406
Dostları ilə paylaş: |